Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1


 Sivilizasiyanın inkişaf mərhələləri



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

 
 
 
 
1. Sivilizasiyanın inkişaf mərhələləri 
 
İnformasiya  cəmiyyəti  həm  də  sivilizasiyanın  inkişafının  növbəti  mərhələsi  kimi 
xarakterizə olunur. Bu baxımdan, informasiya cəmiyyətinin tarixi konteksdən mahiyyətini 
dərk  etmək  üçün,  bötüvlükdə,  sivilizasiyanın  inkişaf  tarixinə  nəzər  salmaq,  əvvəlki 
cəmiyyətlərin  xüsusiyyətlərini  bilmək  lazımdır.  Sivilizasiyanın  inkişaf  mərhələləri 
aşağıdakılardır: 

 
Aqrar səmiyyət 

 
Sənaye cəmiyyəti 

 
İnformasiya cəmiyyəti 
Sivilizasiyanın inkişaf mərhələsi kimi cəmiyyət - hər hansı bir xalqın, dövlətin və ya 
bütüövlükdə bəşəriyyətin tarixi inkişafının konkret mərhələsidir. 
Aqrar cəmiyyət  - sivilizasiyanin inkişafının ilkin mərhələsi olub, maddi sərvətlərin 
əsas hissəsinin kənd təsərrüfatı hesabına formalaşdığı cəmiyyətdir. 
Aqrar cəmiyyətin əsas xüsusiyyətləri bunlardır: 

 
Sosial təbəqələşmə prosesi ilkin mərhələdədir: 

 
Kənd əhalisi böyük üstünlük təşkil edir; 

 
Əsas məşğuliyyət sahəsi kənd təsərrüfatı, ovçuluq və balıqçılıqdır; 

 
Hasilat sənayesi müəyyən qədər inkişaf edib

 
İstehsal sahəsi nəzərəçarpacaq səviyyədə deyil; 
Sənaye  cəmiyyəti  -  sivilizasiyanin  inkişafının  ikinci  mərhələsi  olub,  maddi 
sərvətlərin,  əsasən,  təbii  resursların  hasilatı  və  emalı,  həmçinin  sənaye  məhsulları 
hesabına formalaşdığı cəmiyyətdir. 
Sənaye cəmiyyətinin əsas xüsusiyyətləri bunlardır: 

 
Cəmiyyət  təbiət  üzərində  hakimiyyətə,  təbii  resurslardan  maksimum  istifadə 
etməyə can atır; 

 
Mülkiyyət münasibətləri ön plana çıxır; 

 
Sənaye və kənd təsərrüfatı istehsalının inkişaf tempi sürətlənir

 
İnşaat sektorunda canlanma yaranır; 

 
Nəqliyyat infrastrukturu inkişaf edir; 

 
Kommunikasiya vasitələri inkişaf edir 

 
Təhsilə, elm və texnikaya maraq artır 

 
Kütləvi informasiya vasitələri meydan gəlir 

 
Sosial təbəqələşmə prosesi sürətlənir 

 
Şəhər əhalisinin xüsusi çəkisi sürətlə artmağa başlayır 
İnformasiya  cəmiyyəti  -  sivilizasiyanin  inkişafının  hazırkı  mərhələsi  olub, 
informasiya biliklərin əsas maddi sərvətə çevrildiyi cəmiyyətdir. 
İnformasiya  cəmiyyəti  -  informasiya-kommunikasiya  texnologiyalarının  təsiri 
nəticəsində bilik və informasiyanın insan fəaliyyətinin bütün sferalarında əsas rol oynadığı 
cəmiyyətdir. 
“İnformasiya  cəmiyyəti”  termini  ilk  dəfə  leksikona  1969-cu  ildə  Tokio 
Texnologiya  İnstitutunun  professoru  Y.Xayaşı  tərəfindən  daxil  edilmişdir.  1992-ci  ildən 
etibarən bu termin Qərb ölkələrində müntəzəm olaraq istifadə edilməyə başlanır. 
“İnformasiya cəmiyyəti” anlayışının sinonimləri kimi bu ifadələr işlədilir: 
KitabYurdu.az 
42
 


 
 

 
Postsənaye cəmiyyəti 

 
Texnokratik cəmiyyət 

 
Biliklər cəmiyyəti 

 
Postkapitalizm cəmiyyəti 
BMT  Baş  Assambleyasının  27  mart  2006-cı  il  tarixli  qərarı  ilə  hər  il  17  may  – 
Ümumdünya Telekommunikasya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir 
 
2. İnformasiya inqilabları 
 
Bəşəriyyəti informasiya cəmiyyətinə gətirən yolun əsasında sivilizasiya tarixində baş 
verən  informasiya  inqilbları  dayanır.  İnformasiya  cəmiyyətinin  əsasını  və  məqsədini 
informasiya  və  biliklər  təşkil  etdiyinə  görə  sivilizasiyanın  bu  yeni  mərhələsinin  əsl 
mahiyyətini  anlamaq  üçün  həmin  inqilabları  doğuran  səbəblərə,  onların  yaratdığı 
təzahürlərə və imkanlara diqqət yetirmək lazımdır.  
Üstünülk  təşkil  edən  elmi  yanaşmalara  görə,  sivilizasiyanın  inkişaf  tarixində  dörd 
informasiya inqilabı baş vermişdir. 
I  informasiya  inqilabına  qədər  olan  dövrdə  informasiya,  yəni  danışıqlar  insanlar 
arasında  səsin  ötürülməsi  məsafəsi  ilə  ölçülən  çox  məhdud  coğrafi  məkanda  yayılırdı. 
Həmin dövrdə informasiya daşıyıcısı funksiyasını yalnız insanların yaddaşı həyata keçirdi. 
İnformasiyanın gələcəyə ötürülməsi də yalnız insan yaddaşının imkanlarına əsaslanırdı. 
Əksər  elmi  mənbələrdə  I  informasiya  inqilabı  təxminən  5-6  min  il  bundan  əvvəl 
yazının  (piktoqrafiya,  heroqlif,  semiotika)  meydana  gəlməsi  ilə  əlaqələndirilir.  Yazının 
meydana  gəlməsindən  sonra  informasiya  daşıyıcısı  kimi  təkcə  insanların  yaddaşı  deyil, 
həm də maddı daşıyıcılardan – daş, heyvan dərisi, ağac və s. vasitələrdən istifadə edilməyə 
başladı.  Bəşər  tarixində  baş  verən  bu  mühüm  hadisə  informasiyaların  qeydiyyatı,  uzun 
müddətə  yadda  saxlanması,  məkan  və  zamana  görə  yayılması  üçün  əvvəlki  inqilaba 
nəzərən bir qədər geniş imkanlar yaratdı. 
II  informasiya  inqilabı  XV  əsrin  ortalarına  təsadüf  edir.  Belə  ki,  alimi  Qutenberq 
kitab çapı texnologiyasını ixtira etməklə bu inqilabın əsasını qoydu. Bunun da sayəsində 
insanlar  arasında  informasiyanın  kütləviləşdirilməsi,  daha  çox  həcmdə  informasiyanın 
etibarlı  şəkildə  saxlanması,  geniş  coğrafi  məkana  yayılması  və  nəsillərdən  nəsillərə 
(gələcəyə) dəfələrlə ötürülməsi mümkün oldu.  
III  informasiya  inqilabının  əsasını  Yakobi  tərəfindən  elektrikin  kəşfi  (1834-cü  il) 
təşkil  edir.  Bunun  nəticəsində  telefon,  teleqraf  texnologiyasının  meydana  gəldi.,  daha 
sonra radio və televiziya ixtira olundu. Beləliklə də, müxtəlif formalı informasiyanın çox 
qısa  zamanda  uzaq  məsafəyə  ötürülməsi  problemi  həll  olundu.  Bu  inqilabın  verdiyi 
imkanlar hesabına informasiya bolluğu yaranmağa başladı, artıq mətnlərlə yanaşı, audio-
video  informasiyaların  hazırlanması  zərurəti  çap  (qəzet,  jurnal  və  s.)  jurnalistikası  ilə 
yanaşı,  radio  və  televiziya  jurnalistikasının  meydana  gəlməsi  və  formalaşmasına  səbəb 
oldu.  
IV  informasiya  inqilabı  1969-cu  ildə  kompyuterləri  bir-biri  ilə  əlaqələndirən 
şəbəkənin - ARPANET-in (İnternetin əsası bu şəbəkə ilə qoyulmuşdur) işə salınması, fərdi 
kompüterlərin  yaradılmasına  səbəb  olan,  onların  özəyini  təşkil  edən  mikroprosessorların 
layihələndirilməsi  və  istehsalı  (1970-ci  illər)  ilə  bağlıdır.  IV  informasiya  inqilabı 
nəticəsində, nəinki  informasiya  bolluğu  yarandı, hətta  informasiya  çox böyük  sürətlə  sel 
kimi artaraq  cəmiyyət və insanlar üçün problemlər meydana gətirdi. 
KitabYurdu.az 
43
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə