Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

 
 
texnologiyaların digər istiqamətləri üzrə elmi tədqiqatların genişləndirilməsi; özəl 
sektorda  yüksək  texnologiyalar  üzrə  elmi  tədqiqatların  aparılmasına  şəraitin 
yaradılması və stimullaşdırılması) 

 
elektron  dövlətin  inkişafı  (dövlət  orqanları  arasında  səmərəli  və  təhlükəsiz 
informasiya mübadiləsinin təmin olunması; “Elektron hökumət” portalı vasitəsilə 
“bir  pəncərə”  prinsipi  ilə  elektron  xidmətlərin  göstərilməsi;  dövlət  orqanlarında 
elektron  sənəd  dövriyyəsinin  genişləndirilməsi;  “şəxsi  kabinet”in  və  dövlət 
orqanlarına  vahid  müraciət  imkanının  yaradılması,  “mobil  hökumət” 
texnologiyalarının  tətbiqi;  elektron  xidmətlərin  əlçatarlığının  artırılması  üçün 
ictimai  çıxış  məntəqələri  şəbəkəsinin  genişləndirilməsi;  elektron  və  mobil 
imzanın, həmçinin elektron ödənişin tətbiqinin genişləndirilməsi) 

 
elektron təhsilin inkişafı (bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz 
genişzolaqlı şəbəkəyə  qoşulması;  elektron  tədris vasitələrinin  inkişaf  etdirilməsi; 
bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması; İKT-
nin  tətbiqi  ilə  yeni  təhsil  modellərinin,  o  cümlədən  distant  təhsilin  həyata 
keçirilməsi;  İKT  sahəsində  fasiləsiz  professional  hazırlıq  sisteminin 
təkmilləşdirilməsi) 

 
elektron səhiyyənin inkişafı (bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, 
təhlükəsiz  genişzolaqlı  şəbəkəyə  qoşulmasını  təmin  edən  Milli  Səhiyyə 
şəbəkəsinin  yaradılması  və  inkişaf  etdirilməsi;  bütün  yaş  qruplarının  elektron 
sağlamlıq  kartları  ilə  təmin  olunması;  telesəhiyyənin  inkişaf  etdirilməsi;  ümumi 
istifadə  üçün  tibbi  resursların  yaradılması;  tibb  işçilərinin  İKT  biliklərinin 
artırılması) 

 
elektron  vətəndaşın  inkişafı  (cəmiyyətin  bütün  üzvləri,  xüsusilə  də  ucqar  kənd 
yaşayış  məntəqələrində  yaşayan  və  ya  xüsusi  tələbləri  olan  insanların 
kompyuterdən,  internet  xidmətlərindən,  “E-hökumət”  portalından  istifadə 
bacarıqlarının  formalaşdırılması  və  inkişaf  etdirilməsi;  bütün  vətəndaşlar,  biznes 
qurumları  və  dövlət  tərəfindən  İKT  biliklərinə  yiyələnmənin  stimullaşdırılması; 
kiçik  və  orta  sahibkarların  biznes  proseslərində  İKT-ni  tətbiq  etmələrinə  kömək 
göstərilməsi; teleişin tətbiqinin genişləndirilməsi) 

 
kadr hazırlığı 

 
informasiya təhlükəsizliyinin təmin edilməsi 

 
milli  kontentin inkişaf  etdirilməsi  (Azərbaycan  tarixi,  vətənpərvərlik  mövzuları, 
ədəbi və mədəni irs üzrə internet resurslarının yaradılması və inkişaf etdirilməsi; 
ümumi  inkişaf,  təhsil,  səhiyyə  və  digər  sahələr  üzrə  internet  resurslarının, 
məlumat-axtarış sistemlərinin inkişaf etdirilməsi; milli azlıqların adət-ənənələrinə 
həsr olunmuş elektron resursların yaradılması və inkişafı; ödənişsiz istifadə edilə 
bilən Azərbaycan dilli proqram təminatlarının hazırlanması və geniş istifadəsinin 
təmin olunması; onlayn medianın inkişaf etdirilməsi) 
Ölkəmizdə  informasiya  cəmiyyətinin  inkişafına  xidmət  edən  digər  mühüm 
proqramlar da qəbul edilmiş və həyata keçirilmişdir: 
Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007). Bu proqramın 
məqsədi  Azərbaycan  Respublikasında  yeni  informasiya  texnologiyalarından  istifadə 
etməklə  təhsilin  keyfiyyətini  yüksəltməyə  xidmət  edən,  bütün  pillə  və  səviyyələrdə 
vətəndaşlara  təhsil  almaqla  bərabər  imkanları  təmin  edən,  ölkə  təhsil  informasiya 
KitabYurdu.az 
52
 


 
 
sisteminin  dünya  təhsil  sisteminə  inteqrasiyasına  imkan  verən  vahid  təhsil  informasiya 
mühitini yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq idi.  
Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012). Bu 
Proqramın məqsədi bunlar idi: 

 
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi 

 
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi 

 
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması 

 
Kadr potensialının gücləndirilməsi 

 
Normativ hüquqi bazanın təkmilləşdirilməsi  
Azərbaycan  Respublikasında  kosmik  sənayenin  yaradılması  və  inkişafı  üzrə 
Dövlət  Proqramı  (2009-2013)  ölkəmizdə  informasiya  cəmiyyətinin  qurulması 
baxımından mühüm əhəmiyyətə malikdir. Proqramının əsas məqsədi bunlardır: 

 
Ölkədə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi 

 
Dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi 

 
Regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi 

 
Ölkənin  beynəlxalq  rabitə  kanallarının  artırılması  və  kosmik  fəzadan  səmərəli 
istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf 
etdirilməsi. 
Azərbaycanda  informasiya  cəmiyyətinin  hüquqi  əsaslarını  təşkil  edən  bir  sıra 
qanunlar da qəbul olunmuşdur: 
 “Elektron  imza  və  elektron  sənəd  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  (2004).  Bu  qanun  elektron  imzanın  və  elektron  sənədin  istifadəsinin,  onların 
elektron  sənəd  dövriyyəsində  tətbiqinin  təşkilati,  hüquqi  əsaslarını  və  əlaqədar 
subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. 
“Elektron  ticarət  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (2005).  Bu 
Qanun  Azərbaycan  Respublikasında  elektron  ticarətin  təşkili  və  həyata  keçirilməsinin 
hüquqi  əsaslarını,  onun  iştirakçılarının  hüquq  və  vəzifələrini,  habelə  elektron  ticarət 
haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. 
“Xüsusi  iqtisadi  zonaların  yaradılması  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  (2009).  Bu  qanun  Azərbaycan  Respublikasında  xüsusi  iqtisadi  zonaların 
yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin 
zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirir.  
“2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi 
və  “elektron  hökumət”in  inkişafına  dair  Dövlət  Proqramı”nın  məqsədi  “elektron 
hökumət”in  formalaşdırılması  və  elektron  xidmətlərin  təkmilləşdirilməsi  istiqamətində 
ölkədə  indiyədək  aparılmış  işlərin  davam  etdirilməsi,  bu  sahədə  ardıcıl  və  məqsədyönlü 
addımların  atılması  ilə  müasir  informasiya  cəmiyyətinin  tələblərinin  təmin  edilməsi  idi. 
“Elektron hökumət”in inkişafı istiqaməti aşağıdakılardan ibarətdir: 

 
“elektron hökumət” infrastrukturunun inkişaf etdirilməsi; 

 
dövlət  orqanlarının  informasiya  sistemləri  və    ehtiyatları  arasında  məlumat 
mübadiləsinin təkmilləşdirilməsi; 

 
“elektron  hökumət”  portalının  təkmilləşdirilməsi  və  ondan  səmərəli  istifadənin 
təmin edilməsi; 

 
vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi; 

 
dövlət qulluqçularının İKT biliklərinin artırılması üzrə təlimlərin keçirilməsi

 
müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi; 
KitabYurdu.az 
53
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə