Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

 
 

 
Genişlənmə və əhatəlilik. İstənilən kompüter şəbəkəsi daim inkişaf edən obyektdir. 
Bu  inkişaf  təkcə  onun  elementlərinin  yeniləşdirilməsi  baxımından  deyil,  həmçinin  onun 
fiziki  genişlənməsi,  yeni  elementlərin  (istifadəçilərin,  kompüterlərin,  xidmətlərin)  əlavə 
olunması  baxımından  baş  verir.  Şəbəkənin  əhatəliliyi  onun  məhsuldalığını  əhəmiyyətli 
dərəcədə aşağı salmadan genişlənməsi imkanıdır.    

 
Şəffaflıq. Kopmüter şəbəkələrinin şəffaflığı istifadəçi baxımından müəyyən olunur. 
Bu vacib xüsusiyyət müxtəlif tərəflərdən qiymətləndirilməlidir. Şəbəkənin şəffaflığı onun 
xüsusiyyətlərinin istifadəçilərə “gizli” (görünməz) qalması xüsusiyyətidir. İstifadəçi şəbə 
resurslarına onun adət işlədiyi kompüterin lokal resursları kimi müraciət edir. 

 
İnteqrasiyalılığı. İnteqrasiyalılıq şəbəkəyə müxtəlif istehsalçıların istehsal etdikləri 
müxtəlif  tipli  avadanlıqların  və  proqram  təminatlarının  istifadəsi  imkanıdır.  Əgər  bu  cür 
qeyri-bircins  şəbəkə  öz  funksiyasını  yerinə  yetirirsə,  onda  o  yaxşı  inteqrasiyalılığa 
malikdir. 
2. Şəbəkələrin arxitekturası və təsnifatı 
Kompüter şəbəkələrinin ən mühüm xarakteristikası onun arxitekturasıdır. Şəbəkənin 
arxitekturası  onun  topologiyasını,  qurğularının  tərkibini  və  onların  qarşılıqlı  əlaqə 
qaydalarını müəyyən edən reallaşdırılmış strukturdur. 
Ən çox yayılmış şəbəkə arxitekturaları: 

 
Ethernet 

  genig  yayımlı  şəbəkədir,  yəni  şəbəkənin  bütün  stansiyaları  bütün 
məlumatları  qəbul  edə  bilər. Topologiyası  ümumi  şin və  ulduzvaridir. Verilənləri ötürmə 
sürəti 10 də ya 100 Mbit/san-dir. 

 
Arcnet  (Attached  Resource  Computer  Network 

  birləşmiş  resurslar  kompüter 
şəbəkəsi) 

 geniş yayımlı şəbəkədir. Topologiyası ağacvari. Verilənləri ötürmə sürəti 2,5 
Mbit/san-dir. 

 
Token  Ring  (estafetli  halqavari  şəbəkə,  marker  əsaslı  şəbəkə) 

  verilənlərin 
ötürülməsi    prinsipi  ona  əsaslanıb  ki,  halqanın  hər  bir  qovşağı  özündən  əvvəlki  qonşu 
qovşaqdan  qısa  unikal  bitlər  ardıcıllığının  (markerin)  daxil  olmasını  gözləyir.  Markerin 
daxil  olması  verilmiş  qovşaqdan  məlumatların  ötürülməsinin  mümkünlüyünü  göstərir. 
Verilənləri ötürmə sürəti 4 də ya 16 Mbit/san-dir. 

 
FDDI  (Fiber  Distributed  Data  Interface) 

  verilənlərin  optik  lifli  xətlərlə 
yüksəksürətli  ötürülməsi  şəbəkəsinin  arxitekturasıdır.  Verilənləri  ötürmə  sürəti  100 
Mbit/san-dir. Topologiyası  ikiqat  halqa  və  ya  qarışıqdır  (ulduzvarı  və  ya  ağacvari istisna 
olmaqla). Stansiyaların maksimum sayı 1000-dir. Avadanlıqları çox bahadır. 

 
АТМ (Asynchronous Transfer Mode) 

 eyni bir xətlə rəqəmsal verilənlərin, video 
informasiyanın  və  səsin  ötürülməsini  təmin  edir.  Verilənləri  ötürmə  sürəti  2,5  Mbit/san-
dir. Əlaqə xətləri optikdir. 
Kompüter şəbəkələri aşağıdakı təsnifat əlamətlərinə malikdirlər: 

 
Topologiy; 

 
Kompüterlərin işinin təşkili; 

 
Ötürmə mühiti; 

 
İnformasiyanın ötürülmə sürəti; 

 
Ölçüsü. 
Şəbəkənin topologiyaya görə təsnifatı: 
Şəbəkənin  topologiyası  kompüterlərin  əlaqə  kanalları  vasitəsi ilə birləşdirilməsinin 
məntiqi sxemidir. 
KitabYurdu.az 
57
 


 
 
Tam əlaqəli və qeyri-tam əlaqəli topologiyalar mövcuddur. 
Ən çox yayılmış şəbə topologiyaları: 
Tam  əlaqəli  topologiya.  Şəbəkənin  hər  bir  kompüteri  qalan  digər  kompüterlərlə 
bilavasitə  birləşir  (şək.3).  Sadəliyinə  baxmayaraq,  bu  topologiya  böyük  və  qeyri-
effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün 
çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.   
 
 
Şək.. 3. Tam əlaqəli topologiya 
 
Şanvari topologiya tam əlaqəli topologiyadan bəzi əlaqələri çıxartmaq yolu ilə alınır 
(şək.4).  Çoxlu  sayda  kompüterlərin  birləşməsinə  yol  verilir  və  böyük  şəbəkələr  üçün 
xarakterikdir. 
 
 
 
Şək.4. Şanvari topologiya 
 
Halqavari  topologiya.  Bütün  kompüterlər  ardıcıl  bir  halqada  birləşirlər  (şək.  5)  və 
serverin  funksiyaları  şəbəkənin  bütün  kompüterləri  arasında  paylanır.  Bilavasitə 
informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir. 
 
 
 
 
 
 
 
Şək.5. Halqavari topologiya 
 
Halqavari topologiyanın üstülükləri aşağıdakılardır: 
1.
 
Məlumatın  ötürülməsi  çox  effektivdir,  çünki  bir  birinin  ardınca  bir  neçə  məlumat 
göndərmək  olar.  Yəni  kompüter  birinci  məlumatı  göndərdikdən  sonra  onun  ünvana 
çatmasını gözləmədən növbəti məlumatı göndərə bilər. 
2.
 
Şəbəkənin ölçüsü böyük ola bilər, yəni siqnalın gücləndirilməsi üçün  xüsusi qurğu 
istifadə etmədən kompüterlər bir biriilə böyük məsafədə qoşula bilərlər.  
KitabYurdu.az 
58
 


 
 
Bu topologiyanın çatışmazlıqları
1.
 
Şəbəkənin  aşağı  etibarlı  olması,  çünki  hər  hansı  bir  kompüterin  dayanması  bütün 
şəbəkənin dayanmasına gətirib çıxarır 
2.
 
Yeni kliyentin (kompüterin) qoşulması üçün şəbəkənin işini dayandırmaq lazımdır. 
3.
 
Kliyentlərin  (kompüterlərin)  sayı  artıqca  şəbəkənin  sürəti  aşağı  düşür, çünki  bütün 
informasiya hər bir kompüterdən keçir və onların imkanları məhduddur. 
4.
 
Şəbəkənin  ümumi  məhsuldarlığı  ən  yavaş  işləyən  kompüterin  məhsuldarlığı  ilə 
müəyyən edilir. 
Ulduzvari  topologiya  hər  bir  kompüterin  ayrı  xətlə  bilavasitə  ümumi  mərkəzi 
qovşaqın  (konsentratorun,  təklayıcının  və  ya  habın)  ayrı-ayrı  portuna  qoşulan  zaman 
yaranır  (şək.  6).  Bu  qovşağın  funksiyasına  hər  hansı  bir  kopmpüter  tərəfindən  ötürülən 
informasiyanın bir və ya beten qalan kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi 
qovşaq  qismində  mərkəzi  kompüter  (server)  istifadə  oluna  bilər.  Server  məlumatların 
ötürülmə  marşrutunu  təmin  edir,  periferiya  qurğularını  qoşur  və  bütün  şəbəkə  üçün 
verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır.   
 
 
 
Şək.6. Ulduzvari topologiya 
 
Bu topologiyanın üstünlükləri: 
1.
 
Şəbəkə  yüsəksürətlidir,  çünki  şəbəkənin  ümumi  məhsuldarlığı  ancaq  mərkəzi 
qovşağın məhsuldarlığından asılıdır 
2.
 
Ötürülən  verilənlər  “toqquşmur”,  çünki  kompüterlər  və  server  arasında  ötürülən 
verilənlər ayrı-ayrı kanallarla ötürülür.  
Çatışmazlıqları: 
1.
 
Aşağı etibarlılıq, çünki bütün şəbəkənin etibarlılığı mərkəzi qovşağın etibarlılığı ilə 
müəyyən  edilir.    Əgər  mərkəzi  kompüter  sıradan  çıxarsa,  onda  bütün  şəbəkənin  işi 
dayanar. 
2.
 
Kompüterlərin  şəbəkə  qoşulması  baha  başa  gəli,  çünki  mərkəsi  qovşaqdan  hər  bir 
kompüterə ayrı xətt  çəkmək lazımdır. 
Ağacvarı topologiya. Şəbəkədə bir neçə konsentrator istifadə olunur və kompüterlər 
bir  biri  ilə  iyerarxiya  üzrə  ulduzvarı  şəkildə  birləşir  (şək.  7).  Bu  şəbəkəyə  qoşulmiş 
istənilən kompüter server ola bilər. Hal-hazırda həm lokal, həm də qlobal şəbəkələrdə ən 
geniş yayılmış şəbəkə topologiyadır.  
 
 
 
KitabYurdu.az 
59
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə