Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə33/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

 
 
С:=(А+В)*2
С:=(В-А)*3

Yox
başlanğıc
А:=5; В:=10
А>В
son
С
-
nin çapı
 
Şəkil2. Budaqlanan alqoritm 
 
Dövrü alqoritm. Proqramlaşdırmada tez-tez eyni əməliyyatlar qrupunun çoxlu 
sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. 
Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər 
hansı  bir  alqoritmdə  bir  neçə  daxili  dövr  iştirak  edirsə,  onda  belə  dövrlərə 
mürəkkəb dövr deyilir. Dövrü alqoritmə aid misal şəkil 3-də göstərilmişdir. 
Başlanğıc
i=1
s=0
-nin daxil 
edilməsi
i=i+1
i>10
Çıxış    s
Son
i
x
i
x
s
s


yox

 
 
Şəkil 3. Dövrü alqoritm 
 
3.5. Proqramlaşdırma dilləri  
   Proqramlaşdırma  dilləri  proqram  modullarından  ibarət  olub,  məsələnin  həll 
mərhələsinə  hazırlığını  təmin  edir.  Proqramlaşdırma  dilləri  adi  dillərdən  “sözlərin” 
KitabYurdu.az 
71
 


 
 
sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. Kompyuterdə proqram yazmaq 
üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. 
Proqramlaşdırma  dilləri  adi  dillərdən  “sözlərin”  (ancaq  translyatorun  başa  düşdüyü) 
sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. Kompyuterdə  proqram yazmaq 
üçün istifadə olunan formallaşmış dillərə  proqramlaşdırma dilləri deyilir.  
Istənilən  proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və 
semantikası.   
Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.  
Sintaksis-  əlifbada  olan  simvollardan  dilin  ayrı-ayrı  konstruksiyalarının  (komandaların, 
operatorların)  düzəldilməsinin  formal  qaydalarıdır.  Bu  qaydalar  müxtəlif  alqoritmləri 
proqramlaşdırmağa imkan verir.  
Semantika-  dilin  bu  və  ya  digər  sintaksis    konstruksiyalarının  təsviridir.  Məsələn,  əgər 
proqramın  bu  yerində  y  =a*(b+c)  ifadəsinin  hesablanması  yazılıbsa,  onda  semantika 
qaydaları  kompüterə  “göstərir”  ki,  əvvəlcə  (b+c)  cəmini  tapsın,  sonra  həmin  cəmi  a-ya 
vursun. 
Beləliklə,  hər  hansı  verilənlərin  emalı  prosesini  birbaşa  həyata  keçirməyə  imkan  verən 
proqramlar,  dili  təyin  edən  sintaksis  qaydalara  uyğun  olaraq  əlifbadakı  simvolların 
birləşməsi nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır. 
Proqramlaşdırma  dillərinin  səviyyələri.  Müxtəlif  tip  prosessorlar    müxtəlif    tip  əmrlər 
sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun 
xüsusiyyətlərini  nəzərə  alırsa,  onda  ona  aşağı  səviyyəli  proqramlaşdırma  dili  deyirlər. 
Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan 
simvol  işarəmələrinin  köməyilə  ədədlər  şəklində  yox,  kompüter  kodları  şəklində  verir. 
Assemblerin  köməyilə  çox  səmərəli  və  kompakt  proqramlar  yaratmaq  mümkündür. 
Assemblerdən  adətən,  sistem  əlavələrin,  drayver-proqramların,  kompüterin  aparat 
resurslarına  müraciət  edən  proqram  modullarının  hazırlanması  üçün    istifadə  olunur. 
Aşağı  səviyyəli  proqramlaşdırma  dillərindən,  adətən  yüksək  səviyyəli  peşəkar 
proqramçılar  istifadə  edir.  Bu  dillərdə  tutulan  proqramlar  yaddaşda  az  yer  tutmaqla 
yanaşı, daha sürətlə icra olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri  isə adi dilə 
daha yaxın və insan üçün daha aydın başa düşüləndir.  
Dilin əsas vasitələri.  
Böyük (A-Z) və kiçik (a-z) latın hərfləri 
Ərəb rəqəmləri (0 – 9) 
Simvollar + - * / = < >  , . ; : ‘ _ ( ) { } və s. 
Xüsusi xidməti sözlər 
Proqramlaşdırma dillərinin bir neçə təsnifatı mövcuddur. Onlar şəkil 4-də göstərilmişdir. 
 
 
KitabYurdu.az 
72
 


 
 
Proqramlaşdırma dillərinin bir neçə
təsnifatı mövcuddur.
• İnternet proqramlaşdırma dilləri
• Alqoritmik dillər
• Baza verilənlərin proqramlaşdırma dilləri
 
Şəkil 4. Proqramlaşdırma dillərinin təsnifatı 
 
Alqoritmik dillər 
Alqoritmik dillərə aid misal şəkil 5-də göstərilmişdir. 
Alqoritmik dillər
 Assembler
 Basic
 C
 C++
 C#
 Fortran
 Pascal
 LISP
 Ada
 
Şəkil 5. Alqoritmik dillər 
 
Proqramlaşdırma dilləri iki hissəyə bölünür: 

 
Aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.) 

 
Yüksək səviyyəli dillər (Fortran, Alqol, Cobol,  Basic, Pascal, C və s.) 
Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək. 
Fortran  -  Cim  Bekus  tərəfindən  1954-cü  ildə  yaradılmış  ilk  kompilyasıya  olunan 
proqramlaşdırma  dilidir.  Bu  dildə  ilk  dəfə  olaraq  proqramlaşdırmanın    ən  vacib 
anlayışları realizə olunmuşdur. Ondan bütün dünyada istifadə olunur. 2000-ci ildə onun 
yeni  F2k  versiyası  yaradılmışdır.  Fortrandan  əsasən  riyazi,  texniki  məsələlərin  
proqramlaşdırılması  üçün istifadə olunur. 
Cobol - 1960-cı illərdə yaradılıb. Əsasən iqtisadiyyat  sahəsində biznes məsələlərinin həlli 
üçün  nəzərdə  tutulan  kompilyasiya  olunan  bir  dildir.  Bu  dil  özünün  “çoxsözlülüyü”  ilə 
KitabYurdu.az 
73
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə