Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə27/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

 
 

 
elektron imzadan istifadənin  genişləndirilməsi və mobil imzanın tətbiqi. 
Mühüm hadisələr: 

 
2011-ci  ildə  dövlət  orqanlarının  elektron  xidmətlərindən  “bir  pəncərə”  prinsipi 
əsasında istifadənin təşkili məqsədilə «elektron hökumət» portalı yaradılıb; 

 
2012-ci ildə Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb; 

 
2012-ci ildə Yüksək texnologiyalar parkı yaradılıb; 

 
2012-ci ildə «Asan» Xidmət Mərkəzlərinin yaradılmasına başlanılıb; 

 
2013-cü ildə Azərbaycanın ilk süni peyki orbitə buraxılıb; 

 
2013-cü ildə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb;  

 
2014-cü  ildə  Dövlət  orqanları  tərəfindən  həyata  keçirilən  xidmətlərin  Elektron 
Reyestri yaradılıb; 

 
2015-ci  ildə  Dövlət  xidmətlərinin  göstərilməsində  şəffaflığın  artırılması,  yaşayış 
yeri  üzrə  qeydiyyat  və  lisenziyalaşdırma  prosedurlarının  elektronlaşdırılmasına 
başlanıb; 

 
2015-ci ildə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb. 
 
 
R.H.ŞIXƏLİYEV 
tex.f.d., AMEA İnformasiya  
Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi 
 
 
 
Kompüter şəbəkələri 
 
1. Kompüter şəbəkəsi: əsas anlayışlar və funksiyalar 
2. Şəbəkələrin arxitekturası və təsnifatı 
3. Kommutasiya üsulları 
4. Protokol və sdandartlar 
5. Şəbəkə təhlükəsizliyi  
 
1. Kompüter şəbəkəsi: əsas anlayışlar və funksiyalar 
Kompüter  şəbəkəsi  verilənlərin  ötürülməsi  kanalları  vasitəsi  ilə  birləşmiş, 
istifadəçiləri  informasiya  mübadiləsi  vasitələri  və  şəbəkənin  proqram,  texniki, 
informasiya  və  təşkilati  resurslarına  girişi  təmin  edən,  kompüterlər  məcmusudur  
(şək.1).  
Kompüter şəbəkələrinin əsas komponentləri aşagıdakılardır: 

 
kompüterlər; 

 
kommunukasiya avadanlıqları; 

 
şəbəkə əməliyyat sistemləri

 
şəbəkə tətbiqləri. 
KitabYurdu.az 
54
 


 
 
 
Şək.1. Kompüter şəbəkəsi 
 
Şəbəkənin  bütün  proqram-aparat  kompleksi  çoxtəbəqəli  modellə  təsvir  eilə  bilər. 
İstənilən  şəbəkənin  əsasında  kompüterlər  təbəqəsi  yerləşir.  Komputerlər 
informasiyanın  saxlanması  və  emalı  mərkəzləri  rolunu  oynayır.  İkinci  təbəqəbədə 
kompüterlər  arasında  informasiya  paketlərinin  etibarlı  ötürülməsini  təmin  edən 
nəqliyyat altsistemi yerləşir. Üçüncü təbəqəni isə isə kompüterlərdə olan əməliyyat 
sistemi  təşkil  edir.  Ən  yuxarı  təbəqəni  isə  müxtəlif  şəbəkə  tətbiqləri  təşkil  edir. 
Bunlara şəbəkə verilənlər bazalarını, poçt sistemlərini və s. aid edilir. 
Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: 

 
Server şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və/və yaxud şəbəkənin 
digər  kompüterlərinə  öz  resurslarını  (verilənlər  faylarını,  printer,  və  s.)  istifadəyə  verən, 
müvafiq proqram təminatı ilə təchiz olunmuş xüsusi ayrılmış yüksək məhsuldarlığa malik 
olan kompüterdir.      

 
Kliyent  kompüteri  (kliyent,  işçi  stansiyası)  serverin  resurslarına  (severə)  giriş 
əladə edən adi şəbəkə istifadəçisinin kompüteridir.  

 
Proqram-server 
–  verilmiş  kompüterin  resurslarına  şəbəkənin  digər 
kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. 

 
Proqram-kliyent 

 uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və 
göndərilməsi,  həmçinin  sorğuya  uyğun  olaraq  istifadəçinin  kompüterində  informasiyanın 
alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır. 

 
Konsentrator bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.  

 
Təkrarlayıcı  siqnalın  verilmiş  ötürücü  fiziki  mühitində  nəzərdə  tutulmuş 
məsafədən  böyük  məsafəyə  ötürüldüyü  zaman,  onun  formasının  və  aplitudasının 
saxlanmasını təmin edən qurğudur.    

 
Hab (hub) şəbəkənin ötürücü mühitinə birbaşa qoşulmuş qovşaqdır.  

 
Modem  telefon  xətləri  vasitəsilə  ötürülməsi  üçün  rəmsal  siqnalı  analoq  formasına 
və əksinə çevirən qurğudur.  

 
Şəbəkə  texnologiyası 

  uzlaşdırılmış  proqram  və  aparat  vasitələrinin  (drayverlər, 
şəbəkə  adapterləri,  kabellər  və  s.)  və  verilənlərin  əlaqə  xətləri  ilə  ötürülməsi 
mexanizmlərinin toplusudur. 

 
Mühit 

 kompüterlərin birləşməsi üsuludur. 

 
Resurslar 

 şəbəkələrin işi zamanı istifadə edilən disklər, fayllar, printerlər və digər 
elementlər. 
KitabYurdu.az 
55
 


 
 

 
Resursların ümumi istifadəsi 

 şəbəkə resurslarını səmərəli istifadə etməyə imkan 
verir. Məsələn, bir printerdə bütün kompüterlərdən çap etmək, bir DVD qurğusunu ümumi 
istifadə etmək olar və s. 

 
Verilənlərin  ümumi  istifadəsi 

  müxtəlif  iş  yerlərindən digər kompüterlərdə  olan 
fayllara  girişə  imkan  verir.  Verilənlərin  ümumi  istifadəsinin  köməyi  ilə  bir  neçə 
istifadəçinin ümumi şənədin yaradılması üzrə işini təşkil etmək olar.   

 
Proqram  vasitələrinin  ümumi  istifadəsi 

  istifadəçilərə  digər  kompüterlərdə 
qurulmuş proqramları istifadə etməyə imkan verir. 

 
Paket 

  kompüter  şəbəkələrində  informasiyanın  əsas  vahididir.  Verilənlərin 
paketlərə  bölünməsi  zamanı  şəbədəki  hər  bir  kompüter  praktiki  olaraq  verilənlərin  digər 
kompüterlərlə  eyni  zamanda  qəbulu  və  ötürülməsi  imkanını  əldə  edir.  Hər  bir  paket  iki 
əsas hissədən, başlıq və verilənlər hissəsindən ibarətdir (şək.2). Paketin başlıq hissəsində 
malumat göndərən və məlumat alan kompüterlərin ünvanları və digər xidməti məlumatlar 
yerləşir.Verilənlər hissəsində isə göndərilən informasiya yerləşir. 
 
 
Şək.2. Verilənlər paketi 
 

 
Protokol  –  kompüter  şəbəkəsində  verilənlərin  ötürülməsi  üçün  qaydalar  və 
razılaşmalar toplusudur.  

 
Şəbəkə  protokolları  –  şəbəkədə  məlumatların  təqdimat  formalarını  və  ötürülmə 
üsullarını,  onların  izahı  üsullarını,  müxtəlif  avadanlıqların  birgə  işləmə  qaydalarını 
müəyyən edən standarlardır. 

 
TCP  (Transmission  Control  Protocol)  protokolu 

  verilənlərin  ötürülməsini  idarə 
edən  protokoldur.  Səhvlərə  malik  paketlərin  avromatik  təkrar  göndərilməsi  mexanizmini 
istifadə  edir.  Bu protokol  ğöndərilən  informasiyanın paketlərə bölünməsinə  və  məlumatı 
alana çatan paketlərdən informasiyanın düzgün bərpa olunmasına cavabdehdir. 

 
IP  (Internet  Protocol)  protokol 

  şəbəkələrarası  qarşılıqlı  əlaqə  protokoludur, 
ünvanlamaya  cavabdehdir  və  paketə  lazımı  ünvana  çatmaq  üçün  bir  neçə  şəbəkədən 
keçməyə imkan verir. 
Müasir kompüter şəbəkələrinə yürüdülən əsas tələblər: 

 
Məhsuldarlıq sistemin reaksiya vaxtı 

 sorğunuin yaranması və cavabın alınmasaı 
anları arasındakı vaxt kimi göstəriclərlə müəyyən olunur. Şəbəkəniu keçiricilik qabiliyyəti 
şəbəkədən  və  ya  onun  seqmentindən  vahid  zamanda  ötürülən  informasiyanın  həcmi  ilə 
müəyyən olunur. 

 
Etibarlılıq  bütün  komponentlərin  fəaliyyətinin  etibarlılığı  ilə  müəyyən  olunur. 
Aparat  komponentlərinin  fəaliyyətinin  etibarlılığının  yüksəldilməsi  üçün  adətən 
təkrarlamadan istifadə edilir, yəni bir komponentin imtinası zamanı şəbəkənin fəaliyyətini 
digərləri təmin edir.    

 
İdarə oluna bilmə. Müxtəlif komponentləri inteqrasiya edən kompüter şəbəkəsinin 
fəaliyyəti  zamanı  şəbəkənin  işinə  nəzarət  edən,  şəbəkənin  fəaliyyəti  haqqında  müxtəlif 
informasiya toplayan vasitələrdən başqa şəbəkə idarəetmə vasitələrinin də olması vacibdir. 
KitabYurdu.az 
56
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə