Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

 
 
konsultant, koordinator, nəzarətçi rolunda çıxış etməyə başlayır. Müəllimdən öz biliklərini 
daim  yeniləmək,  təkmilləşdirmək,  texnoloji  yenilikləri  çevik  şəkildə  mənimsəmək  tələb 
olunur. 
İnformasiya  cəmiyyətinin  tələbəsi.  Bu  cəmiyyətdə  tələbədən  müstəqil  öyrənmə, 
yeni  biliklərə  can  atma  vərdişləri  sayəsində  yaradıcılıq  və  intellektual  potensialın 
artıırılması,  müasir  informasiya-kommunikasiya  texnologiyaları  ilə  işləmək  bacarığı, 
müstəqil qərar qəbuletmə qabiliyyəti tələb olunur. 
İnformasiya cəmiyyətinə xas olan tədris vasitələri: 

 
Elektron tədris nəşrləri 

 
Öyrədici kompyuter sistemləri 

 
Audio-video tədris materialları 
İnformasiya cəmiyyətinin əsas göstəriciləri bunlardır: 

 
Ölkədə  Ümumi  Daxili  Məhsulun  (ÜDM)  50%-dən  çoxu  informasiya 
sektorunun payına düşür 

 
Ölkədə məşğul əhalinin 50%-dən çoxu informasiya sektorunda çalışır 
 
3. İnformasiya cəmiyyətinə dair elmi nəzəri baxışlar 
 
Görkəmli  Amerika  sosioloqu  Daniel  Bell    informasiya  cəmiyyətini  aşağıdakı  kimi 
xarakterizə edirdi: 

 
Maşın texnologiyasını informatikaya əsaslanan intellektual texnologiyalar əvəz 
etməyə başlayır 

 
Sənaye məhsulları istehsalından xidmət istehsalına keçid baş verir 

 
Artıq əzələ gücü və enerji deyil, informasiya əsas rol oynamağa başlayır 

 
Peşəkar mütəxəssislər və texniklər sinfi üstünlük təşkil etməyə başlayır 
Amerikalı iqtisadçı, publisist və pedaqoq Piter Draker informasiya cəmiyyətini belə 
təsəvvür edirdi: 

 
Sənaye təsərrüfatından bilik və informasiyaya əsaslanan iqtisadi sistemə keçid 
baş verir 

 
Müasir insanın yeni dəyərlər sistemi formalaşır 

 
Milli  dövlət  ideyasının  qlobal  iqtisadiyyat  və  qlobal  cəmiyyət  ideyasına 
transformasiya olunur 

 
Ənənəvi  istehsal  amilləri  olan  torpaq,  işçi  qüvvəsi  və  kapital  aradan  qalxmır, 
sadəcə, ikinci plana keçir 

 
Hakimiyyət  və  nəzarət  tədricən  kapital  sahiblərindən  bilik  və  informasiya 
sahiblərinə, onlardan effektli istfadə texnologiyalarına malik olanlara keçir 
Kanadalı filosof, filoloq və ədəbi tənqidçi Marşal Maklyuen hesab edirdi ki: 

 
Telekommunikasiyaların, kütləvi informasiya vasitələrinin və kompyuterlərin 
vasitəsilə elektrik enerjisi bütün yer kürəsini qlobal kəndə çevirir 

 
Kütləvi kommunikasiyalar müasir cəmiyyətin bir hissəsinə çevrilir, eyni 
zamanda, onun üzərində müəyyən hakimiyyət əldə edir 

 
Cəmiyyətin forması kommunikasiyaların məzmunu ilə yox kommunikasiya 
vasitələrinin xüsusiyyətləri ilə müəyyən olunur 
Amerikalı  jurnalist,  yazıçı  və  futuroloq  Elvin  Toffler  informasiya  cəmiyyətini  
belə xarakterizə edir: 

 
İnformasiya və bilik mübadiləsinin rolu artır 
KitabYurdu.az 
46
 


 
 

 
Yeni  informasiya  texnologiyalarının  hesabına  rəngarəng  çeşidli,  lakin  kütləvi 
olmayan məhsulların istehsalı artır 

 
Ənənəvi  istehsal  amillərinin  -  əmək,  torpaq,  xammal  və  kapitalın  əhəmiyyəti 
azalır 

 
Ənənəvi pulların əvəzinə elektron informasiya əsas mübadilə vasitəsinə çevrilir 

 
Əmtəə  və  xidmət  standartlarının  qeyd  olunduğu  informasiya  uğrunda 
müharibələr baş verəcək 

 
Ağır  bürokratik  əmək  müəssisələri,  bir  layihə  ətrafında  birləşən  çevik, 
müvəqqəti əmək alyansları ilə əvəz olunacaq 

 
Peşə sahələrində dar ixtisaslaşma prosesi dərinləşəcək, unikal bilik daşıyıcıları 
olan işçilərin bir-birlərini əvəz etməsi çətinləşəcək 
İspan  əsilli  görkəmli  Amerika  sosioloqu  Manuel  Kastels  informasiya  cəmiyətinin 
əsas problemləri kimi bunları qeyd edir: 

 
İnternetin idarə edilməsi ilə bağlı problemlər 

 
İnternetin  potensialından  istifadə  ilə  bağlı  məhdudiyyətlər,  rəqəmsal 
bərabərsizlik 

 
İnformasiyanın işlənməsi qabiliyyyətinin inkişafı ilə bağlı problemlər 

 
Əmək münasibətlərinin transformasiyası ilə bağlı problemlər 

 
Təbii resursların istismarının intensivliyinin artması ilə bağlı problemlər 

 
İnsanın yaratdığı texnologiyaların onun nəzarətindən çıxması qorxusu 
Amerikalı  media  tənqidçisi,  sosioloq,  yazıçı  Herbert  Şillerin  informasiya             
cəmiyyətinə dair baxışları belə idi: 

 
İnformasiya sferasında korporativ kapitalizmin maraqları dominantlıq edir 

 
İnformasiya  proseslərinin  və  texnologiyalarının  inkişafı,  ilk  növbədə, 
bötüvlükdə, cəmiyyətin deyil, özəl biznesin maraqlarına xidmət edir 

 
İnformasiya  texnologiyaları  üzərində,  hər  şeydən  əvvəl,  kooperativ  kapitalın 
izləri var, istənilən digər maraqlar arxa plandadır 
Amerika tarixçisi və filosofu Mark Poster informasiya cəmiyyətinin əsasını təşkil 
edən İnternet haqqqında bunları qeyd edir: 

 
qloballaşma prosesi milli dövlətləri dağıdır 

 
İnternet insana vətəndaşlıqdan daha böyük azadlıqlar verir 

 
İnternet vətəndaşı milli dövlətin zülmündən qurtararaq azad insana çevirir 
 
4. İnformasiya cəmiyyəti quruculuğuna dair beynəlxalq təcrübə 
 
İnformasiya  cəmiyyəti  qurmaq  ideyası  XX  əsrin  60-cı  illərinin  sonu-70-ci  illərinin 
əvvəlində  Yaponiyada  meydana  çıxdı.  Həmin  dövrdə  bir  sıra  elmi-tədqiqat  qurumları 
informasiya  cəmiyyəti  quru-culuğunun  müxtəlif  aspekt-lərini  özündə  əks  etdirən 
konsepsiyaları Yaponiya hökumətinə təqdim etdilər.  
1990-cı  illərin  ortalarından  başlayaraq  informasiya  cəmiyyəti  quruculuğu  ilə  bağlı 
digər təşəbbüslər ortaya çıxdı. Avropa Şurası, Avropa Birliyi, YUNESKO kimi təşkilatlar 
cəmiyyəti quruculuğu ilə bağlı konfranslar keçirməyə başladılar. 
1998-ci  ildə  Beynəlxalq  Telekommunikasiya  İttifaqı  BMT-nin  himayəsi  altında 
İnformasiya  Cəmiyyəti  üzrə  Ümumdünya  Sammitinin  keçirilməsini  təklif  etdi.  Həmin 
təklif  qəbul  edildi  və  iki  mərhələdən  ibarət  İnformasiya  Cəmiyyəti  üzrə  Ümumdünya 
Sammiti  keçirildi: 
KitabYurdu.az 
47
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə