Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

 
 
İnformasiya  inqilablarının  meydana  gəlmə  tarixi  və  yaratdığı  təzahürlərdən 
göründüyü  kimi,    müxtəlif  formalı  informasiyaları  qeyd  etmək,  yadda  saxlamaq,  emal 
etmək, məkan və zamana görə yaymaq, gələcəyə ötürmək obyektiv səbəblər üzündən çox 
çətin  olubdur.  Bu  səbəbdən  də  tarixən  informasiya  (bilik)  qıtlığı  mövcud  olmuş,  zaman 
keçdikcə  informasiyaların  qeydiyyatı  və  yadda  saxlanılması,  emalı  və  ötürülməsi 
texnologiyaları meydana gəlmiş, tədricən informasiya bolluğu yaranmağa başlanmışdır. 
Yalnız IV informasiya inqilabının əsasında dayanan kompüter və İnternet istənilən 
formalı  informasiyaları  yadda  saxlamağa,  qeyri-məhdud  məkanda  (coğrafi  məkandan 
virtual məkana keçid) yaymağa və gələcəyə ötürməyə imkan verir. Bunun da nəticəsində 
bəşər  tarixində  misli  görünməmiş,  çox  yüksək  sürətlə  artan  informasiya  (bilik)  bolluğu, 
sözün həqiqi mənasında, informasiya seli yaranır.  
 
3. İnformasiya cəmiyyətinin hədəfləri və əsas xüsusiyyətləri 
 
İnformasiya cəmiyyətinin hədəfləri aşağıdakılardır: 

 
informasiya  və  telekommunikasiya  infrastrukturunun  artan  tələbatı təmin  edəcək 
səviyyədə müasirləşdirilməsi; 

 
keyfiyyətli İKT xidmətlərinin təqdim olunması; 

 
cəmiyyətin 
informasiya 
və 
texnologiyalardan 
istifadə 
imkanlarının 
genişləndirilməsi; 

 
əhaliyə  təhsil,  səhiyyə,  sosial  müdafiə  və  digər  sosial  sahələr  üzrə  göstərilən 
xidmətlərin keyfiyyətinin yüksəldilməsi; 

 
hər  bir  vətəndaşın  informasiya  əldə  etmək  və  ünsiyyət  qurmaq  hüquqlarının 
hərtərəfli və sərbəst təmin edilməsi; 

 
rəqabətədavamlı  və  ixracyönlü  İKT  sənayesinin  qurulması,  ənənəvi 
iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidin təmin olunması 

 
“elektron hökumət”in inkişfı, elektron xidmətlərin genişləndirilməsi, keyfiyyətinin 
artırılması; 

 
informasiya  cəmiyyəti  mühitində  xalqın  tarixi,  ədəbi  və  mədəni  irsinin  qorunub 
saxlanılması və geniş təbliği; 

 
informasiya  və  telekommunikasiya  texnologiyaları  sahəsində  yüksək  səviyyəli 
elmi və ixtisaslı kadrların hazırlanması; 

 
hər  bir  vətəndaş  üçün  İKT  üzrə  təhsil  və  təlim  almaq  imkanı  yaratmaqla, 
informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi 

 
 informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi; 

 
beynəlxalq informasiya məkanına inteqrasiyanın genişləndirilməsi. 
İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri bunlardır: 

 
Cəmiyyətdə informasiyanın, biliklərin, informasiya texnologiyalarının rolu artır; 

 
Telefon,  radio,  televiziya,  İnternet,  ənənəvi  və  elektron  mətbuatdan  istifadə 
etməklə cəmiyyət sürətlə informasiyalaşır; 

 
İnsanların  effekli  informasiya  əlaqəsini,  onların  ümumdünya  informasiya 
resurslarına  çıxışını,  informasiya  məhsullarına  və  xidmətlərinə  tələbatını  təmin 
edən qlobal informasiya məkanı formalaşır. 
İnformasiya cəmiyyətinin tərifinə dair aşağıdakı əsas yanaşmalar mövcuddur: 

 
Texnoloji yanaşma 

 
İqtisadi yanaşma 
KitabYurdu.az 
44
 


 
 

 
Məşğulluq amili ilə bağlı yanaşma 

 
Məkan yanaşması 

 
Mədəni sfera ilə bağlı yanaşma 
Texnoloji yanaşmada - yeni texnologiyaların inkişafı və cəmiyyət həyatına gətirdiyi 
dəyişikliklər ön plana çəkilir. 
İqtisadi  yanaşmada  -  iqtisadiyyatda  informasiya  sektorunun  inkişafı,  ümumi  daxili 
məhsulun tərkibində informasiya sektorunun xüsusi çəkisinin artması ön plana çəkilir. 
Məşğulluq amili ilə bağlı yanaşmada - Məşğul əhali arasında informasiya sektorunda 
çalışan  insanların  sayının  artması,  əməyin  informasiyalaşdırılması  məsələləri  ön  plana 
çəkilir. 
Məkan yanaşmasında - coğrafi prinsip, informasiya şəbəkələrinin yayılması, bunun 
nəticəsində qloballaşma prosesləri ön plana çəkilir. 
Mədəni sfera ilə bağlı yanaşmada - müasir mədəni sferanın əvvəlki dövrlərə nisbətən 
daha informativ olması, KİV-in rolunun, təsir imkanlarının artması ön plana çəkilir.  
 
 
İnformasiya  cəmiyyətinində  təhsilin  xüsusiyyətləri.  İnformasiya  cəmiyyətində 
mövcud  biliklər  sürətlə  köhnəlir  və  yeniləri  ilə  əvəz  olunur.  Bu  da  informasiya-
kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədardır.  Ona görə də bir dəfə ali 
təhsil almaqla ömürboyu bacarıqlı mütəxəssis kimi çalışmaq mümkün deyil. Ömürboyu ali 
təhsil almaq da qeyri-mümkündür. Ona görə də hər bir mütəxəssis müstəqil şəkildə daim 
öz  biliklərini  artırmağı,  yenilikləri  çevik  şəkildə  mənimsəməyi,  özünü  təkmilləşdirməyi 
bacarmalıdır.  İnformasiya  cəmiyyətində  tələbəyə  müstəqil  öyrənmə,  daim  biliklərini 
artırmaq bacarığını aşılamaq lazımdır. 
İnformasiya cəmiyyətində təhsilin xarakterik xüsusiyyətləri bunlardır: 

 
Çeviklik  (Tələbənin  özü  üçün  münasib  olan  vaxtda,  yerdə  və  tempdə  məşğul 
olmaq imkanı, fənnin öyrənilməsi üçün konkret vaxtın müəyyən edilməməsi) 

 
Modulluq  (Müstəqil  tədris  kursları  dəstindən  –  modullardan  fərdi  və  qrup 
tələbatlarına uyğun tədris planı hazırlamaq imkanı) 

 
Paralellik (İş yerindən ayrılmadan, paralel olaraq təhsil almaq imkanı) 

 
Əhatəlilik  (Çoxlu  sayda  tələbənin  eyni  vaxtda  bir  çox  tədris  informasiyasına 
(e-kitabxana,  verilənlər  bankı,  bilik  bankı  və  s.)  müraciət  etmək,  İnternet 
vasitəsilə tələbələrin bir-birləri və müəllimlərlə ünsiyyət qurmaq imkanı) 

 
Qənaətcillik (Tədris obyektlərindən və infrastrukturundan, texniki vasitələrdən, 
nəqliyyat  vasitələrindən  istifadə,  dərs  vəsaitlərinin  çap  edilməsi  xərcələrinə 
qənaət) 

 
Texnolojilik  (Tədris  prosesində  informasiya-kommunikasiya  texnologiya-
larının ən yeni nailiyyətlərindən istifadə imkanı)  

 
Sosial  bərabərlik  (Yaşayış  yerindən,  sağalamlıq  vəziyyətindən,  maddi 
təminatından  asılı  olmadan  hər  kəsin  təhsil  alması  üçün  bərabər  imkanların 
yaradılması) 

 
Beynəlmiləlçilik  (Təhsil  xidmətləri  bazarında  dünya  təhsil  nailiyyətlərinin 
ixracı və idxalı) 
İnformasiya  cəmiyyətinin  müəllimi.  Bu  cəmiyyətdə  müəllimin  rolu  dəyişir  və 
genişlənir. Müəllimin bilik inhisarçılığına son qoyulur. Kompyuter və İnternet müəllimin 
daşıdığı  ənənəvi  funksiyaların  bir  hissəsini  öz  üzərinə  götürür.  Müəllim  daha  çox 
KitabYurdu.az 
45
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə