Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə12/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Dəstəkli işlə təmin edilmə

Dəstəkli işlə təmin edilmə modeli ağır psixi pozuntusu olan insanların iş tapmaları məqsədilə hazırlanmışdır (Cara və Macrae, 2005) (Mueser və Jeste, 2008). Digər işə düzəltmə növləri arasında daha çox təsvir və tədqiq olunan İndividual işlə təmin edilmə və dəstək metodikasıdır (ing. Individual placement and support). Bu model çərçivəsində mütəxəssis pasientləri işə düzəlməyə hazır olmaq/olmamaq kriteriləri və ya tibbi keçmişində mənfi faktorların (alkoqol və narkotiklərdən sui-istifadə, qanun pozuntusu, xəstəlik simptomlarının ifadəliliyi və s.) mövcudluğunu nəzərə almadan adi rəqabət mühitində iş imkanını düşünməyə təhrik edir. Pasientlərdən onların işdən gözləntiləri soruşulur və məşğulluğun onların həyatında hansı rolu oynaya biləcəyinin müzakirəsi stimullaşdırılır. Bir pasient üçün işlə təmin olunma onun "digərləri kimi adi insan" olması mənasına gələ bilər, bir başqasını özü və uşaqları üçün əlavə gəlir imkanı cəlb edə bilər. Şizofreniyalı pasientlərin hər biri işə düzəlmək istəmir, bu hər bir iştirakçının şəxsi seçimi olmalıdır, amma heç kimi işləmək imkanından məhrum etmək olmaz. Şizofreniyalı insanlar bu məsələdə maraqlı » olduqları halda onların işlə təmin olunma hüququ var.

İşə düzəlmədə maraqlı olan bütün pasientlər müvafiq vərdiş, maraq və təcrübəyə əsasən vakansiya axtarışını həyata keçirən məşğulluq üzrə mütəxəssislə əlaqələndirilir. Birinci növbədə məşğulluq üzrə mütəxəssis işlə təmin olunmanın müsbət aspektləri üzrə fərdiləşdirilmiş və istirahətindən razılıq, həmçinin simptomları idarə etmə dərəcəsinin, xüsusi təchiz edilmiş dəstəkli yerlərdə işləyənlər və ya işlə təminatı minimal olanlara nisbətən daha yüksək olması haqda sübutlar mövcuddur.

İşlə təmin edilmədə dəstək proqramı çərçivəsində insanların çoxu hissəvi məşğulluq sxemi ilə işləyirlər. Adətən həftədə 10 saat olmaqla başlayır, tədricən iş vaxtını uzadırlar. Şizofreniyalı insanlar əksər hallarda sağlamlıq imkanları məhdud olmayan insanlar kimi uzun müddətli işə düzəlmədən əvvəl 2-3 iş yeri dəyişirlər. Dəstəkli işlə təmin edilmə proqramı istifadəçiləri üçün aylıq məşğulluq dərəcəsi 40%-ə çata bilər.

Dəstəklə işə düzəlmədə 7 sübuta əsaslanmış prinsip mövcuddur.



  1. Pasient işlə təmin olunma haqda müstəqil qərar qəbul etmə hüququna malikdir

  2. İşə düzəlmənin üstünlükləri üzrə konsultasiya qərar qəbulu prosesinin tərkib hissəsidir

  3. İşlə təmin olunmada dəstək ümumi müalicə planına inteqrasiya olunmuşdur

  4. Məqsəd rəqabətli mühitdə işlə təminatdır

  1. Vakansiya axtarışı pasientin işləmək istəyi bildirməsindən dərhal sonra başlayır

  2. İşləyən pasientlərin dəstəklənməsi fasiləsiz və ardıcıl şəkildə həyata keçirilir

  3. İş pasientin üstünlük verdiyi xüsusiyyətləri nəzərə alaraq seçilir

Yuxarıda göstərilən prinsiplərdən əlavə, dəstəkli işə düzəltmə ilə məşğul olan xidmətlər, əmək, sağlam risk götürmək, məlumatlılıq və informasiya əlçatanlığı, həmçinin özünə yardım da daxil olmaqla dəyərlər sistemi olan ümumi mədəniyyət formalaşdırırlar. Dəstəkli işlə təmin edilmə mütəxəssislərdən hər birinin istifadəçilərin iş tapmaq səylərini dəstəklədiyi komanda yanaşması əsasında həyata keçrilir (Mueser və Jeste, 2008).


Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə