Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə10/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Sosial vərdişlər treyninqi

Ciddi psixi pozuntusu olan insanlar gündəlik həyatda çoxlu çətinliklər və maneələrlə üzləşirlər: şəxslərarası ünsiyyət çətinləşib (sosial replikaların düzgün interpretasiyası ilə bağlı problemlər, situasiyaya qeyri-adekvat reaksiya), stresslə başa çıxmaq çətindir (xırda tapşırıqlar da daxil olmaqla, məsələn, maqazində lazımlı əşyanı tapmaq), diqqəti toplamaq çətindir, enerji və təşəbbüskarlıq çatmır (Bond, 1995). Sosial vərdişlərin psixi pozuntu ilə əlaqədar itirilməsi yoxsa onları heç vaxt öyrədilməmiş olması vacib deyil, belə insanların əksəriyyətində sosial vərdişlər və şəxslərarası ünsiyyət vərdişlərində defisit qeyd edilir (Bond, 1995).

Dərmanlar, hospitalizasiya və dinamik psixoterapiya kimi ənənəvi yanaşmalar psixi pozuntusu olan insanların sosializasiyası və əmək vərdişlərinə öyrədilməsində məhdud effektivliyə malikdirlər (Chan və b., 1998). Anthony, Cohen və Farkasa (1990) əsasən, klientin sosial kompetensiyasının artırılmasının ən çox üstünlük verilən metodu sosial vərdişlər treyninqidir. Bu yanaşmanın əsas vəzifəsi klientin gündəlik həyat, təhsil və/və ya işdə daha effektiv fəaliyyətinə mane olan spesifik vərdiş defisitini aşkarlamaqdır. Klientə sosial, şəxslərarası ünsiyyət, yaşamaq uğrunda mübarizə, şəxsi gigiyena, özünəxidmət və simptomların idarə edilməsi vərdişlərinə öyrədilməsində yardım tələb oluna bilər (Corrigan, Rao və Lam, 1999) (McReynolds, 2002).

Sosial vərdişlər treyninqi fərddə çatışmayan vərdişlərin yaxud da bunları kompensasiya edən vərdişlərin yetişdirilməsi üçün istifadə olunur. Təlimlərin əsasında sınanmış və bütün öyrədilmə növləri və davranış terapiyası diapazonu effektiv hesab edilən sosial öyrənmə (Bandura, 1969) və operant şərtləndirmə (Liberman, 1972) teoriyaları durur. Sosial vərdişlər treyninqi metodları xüsusilə ətraflı təlimatlarla dəqiq gözləntilərin dəqiq müəyyənləşdirilməsi, tez-tez işarələrlə kouçinq, modelləşdirmə və əvəzedici identifikasiya, rol oyunları və davranış məşqinə cəlb etməni daxil edir və müsbət əksəlaqə və sosial davranışda istənilən kiçik yaxşılaşmanın möhkəmləndirilməsini nəzərdə tutur (Liberman və Martin, 2003).

Bir çox şizofreniyalı pasientdə sosial fəaliyyətin pozuntuları, qeyri-adi şəxslərarası davranış, həmçinin sosial gərginliklə birlikdə stiqmatizasiya təcrübəsi təcrid olunmaya, qeyri-kafi sosial dəstəyə, bu da öz növbəsində sosial vərdişlərin inkişafı və təkmilləşdirilməsi üçün imkanların məhdudlaşmasına gətirib çıxarır. Vərdiş defisiti şizofreniyalı pasientlərin sosial rolların icra edilməsi, həmçinin həyat keyfiyyətinin aşağı düşməsində problemlərin əhəmiyyətli hissəsinə səbəb olur. Sosial vərdişlər modeli şizofreniya zamanı sosial funksiya və disfunksiyanın anlaşılması və sosial vərdişlərə öyrədilmə ideyalarının inkişafını təmin edir. Bu modelə əsasən sosial kompentensiya 3 əsas vərdiş üzərində qurulur: 1) sosial persepsiya və ya qavrama vərdişi; 2) sosial koqnisiya (dərrakə), və ya tanıma vərdişi; 3) davranış reaksiyası və ya davranış vərdişi. Sosial persepsiya, və ya qavrama vərdişi və sosial siqnalların anlaşılması emosional replikanı (sifət ifadəsi, intonasiyadakı nüanslar, jestlər və ünsiyyət partnyorunun dedikləri), həmçinin kontekstual informasiyanı düzgün hesablamaq qabiliyyəti tələb edir. Sosial koqnisiya (dərrakə) sosial stimulların effektiv analizi, hazırki hadisə və onun tarixinin (məsələn, partnyorun əvvəlki qarşılaşmada nə etməsi və özünün oxşar sosial situasiyada keçirdiyi hisslər haqda informasiya) inteqrasiyası və effektiv cavabın planlaşdırılmasını daxil edir. Davranış reaksiyası adekvat verbal cavab vermək və uyğun situasiyalarda paraiinqvistik xarakteristikalardan istifadə etmək bacarığı, həmçinin adekvat qeyri-verbal davranış, yəni jestlər, pozalar və üz ifadələrindən istifadəni daxil edir.

Effektiv sosial davranış bu üç prosesin konkret sosial situasiyanın tələblərinə uyğun olan inteqrasiyasıdır. "Vərdişlər" sözünün istifadə edilməsi sosial kompetensiyanın intrapsixi proseslər yox, öyrənilmiş bacarıqlar toplusu üzərində qurulduğunu nəzərə çatdırmaq məqsədi daşıyır. Və əksinə, qeyri-effektiv sosial davranış əksər hallarda sosial vərdiş defisitinin nəticəsidir (Mueser və Jeste, 2008).

Sosial vərdişlər modelinə əsasən, funksional nəticələr sosial vərdişlərin artırılması və/və ya strukturlaşdırılmış davranış müdaxiləsi vasitəsilə (sosial vərdişlər treyninqi) vərdiş defisitinin azaldılması yolu ilə yaxşılaşdırıla bilər. Beləliklə, sosial rol icrası və həyat keyfiyyətinin yaxşılaşdırılmasının şizofreniyanın müalicə və reabilitasiyasının əsas məqsədlərindən biri olmasını nəzərə alaraq, demək olar ki, sosial vərdişlər treyninqi şizofreniyalı xəstələrin terapiyasında vacib rol oynaya bilər (Mueser və Jeste, 2008).

Bütövlükdə sosial vərdişlər treyninqi didaktik instruksiyalar, vərdişlərin ayrı-ayrı addımlara bölünməsi, modelləşdirmə, davranış məşqləri (rol oyunları) və sosial möhkəmləndirmədən ibarət yaxşı strukturlaşdırılmış tədris prosedurasıdır. Sosial vərdişlər treyninqi adətən böyük qruplarla keçirilir. Tədris proqramının tərkibi ayrı-ayrı tematik tsikllərə bölünmüşdür, məsələn: işlə əlaqədar vərdişlər, müalicənin idarə edilməsi vərdişləri (tibb xidməti təminatçıları ilə necə ünsiyyət qurmaq), tanışlıq vərdişləri və təhlükəsiz seksual vərdişlər. Tədris müddəti sadə vərdişlərin öyrədilməsi üçün 4-8 sessiya arası, sosial vərdişlərin kompleks öyrədilmə proqramı üçün isə 6 ay 2 il arası dəyişə bilər. Tədrisin davametmə müddətindən asılı olmayaraq treyninqlər adətən həftədə 2-3 dəfə keçirilir. Treyninq elə qurulur ki, iştirakçıların neyrokoqnitiv imkanlarına olan tələb minimuma ensin (Mueser və Jeste, 2008).

Sosial vərdişlər treyninqi bir qayda olaraq ambulator şəraitdə aparılır, lakin eyni uğurla stasionarda da aparıla bilər. Təxirəsalınmaz hospitalizasiya adətən tədris üçün azad vaxt nəzərdə tutmur. Ümumiyyətlə in vivo yanaşma kimi, sosial vərdişlər treyninqi ilk növbədə klientə nə vaxtsa lazım ola biləcək vərdişlər yox, ona hal-hazırda artıq lazım olan vərdişləri öyrətməyə istiqamətlənməlidir.

Müsbət nəticələr əldə etmək üçün, sosial vərdişlər treyninqinin tərkibinin pasientin bu günkü həyatında aktual və faydalı olması, həmçinin tədrisin treyninq iştirakçılarının koqnitiv və funksional pozuntuları səviyyəsinə uyğunlaşdırılınası çox vacibdir.




Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə