Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri


Assertiv xəstəxanadankənar müalicə



Yüklə 44,92 Kb.
səhifə6/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Assertiv xəstəxanadankənar müalicə.

Assertiv xəstəxanadankənar müalicə (ing. assertive community treatment, ACT), həmçinin yaşayış yeri üzrə assertiv müalicə və ya cəmiyyətdə assertiv terapiya adlanır, müxtəlif səbəblərdən ənənəvi psixi sağlamlığın qorunması xidmətləri ilə qulluq edilə bilməyən ağır psixi pozuntusu olan insanlara yaşayış yeri üzrə göstərilən inteqrativ modeldir. Assertiv xəstəxanadankənar müalicənin praktiki modeli 1970-ci ildə Leonard Stayn (Leonard Stein) və Meri Enn Test (Mary Ann Test) və onların kolleqaları tərəfindən Medison, Viskonsin ştatında işlənib hazırlanmışdır. Başlanğıcda proqram "cəmiyyətdə həyata öyrətmək" adlanırdı, sonra isə "assertiv müalicə proqramı"na dəyişdirilmişdir. Üç onillik ərzində assertiv xəstəxanadankənar müalicə psixi sağlamlıq sahəsində nümunəvi xidmət göstərmə modeli hesab olunur. Bu müddət ərzində dünyada psixi xəstəliklərin assertiv müalicənin bəzi prinsiplərini tətbiq edən bir çox terapiya modeli meydana çıxmışdır, onların sırasına assertiv autriç, tam spektr qulluq modeli, mobil terapevtik komandalar və fasiləsiz terapiya komandaları var.

Assertiv xəstəxanadankənar müalicə klinik müdaxilədən daha çox, ağır psixi pozuntusu olan insanların cəmiyyətə inteqrasiyası üçün vacib olan konkret köməyin təmin edilməsi üzrə xidmətlərin təşkili üsuludur. Bu fərq çox əhəmiyyətlidir, belə ki, özü-özlüyündə struktur modellərinin tətbiqi klinik müdaxilənin yüksək keyfiyyətinə zəmanət vermir. Bunun üçün assertiv müalicə modelin daha çox öyrəşilən xarakteristikası ilə yanaşı yardımın təşkil edilməsinin klinik aspektlərini dəstəkləməlidir.

Assertiv xəstəxanadankənar müalicə psixi sağlamlıq sahəsində ağır psixi pozuntusu olan insanlarla müalicədə yaşayış yeri üzrə bütöv spektr klinik və reabilitasiya xidmətlərinin göstərilməsi zamanı komanda yanaşmasını istifadə edən multidisiplinar mütəxəssislərdən ibarət komanda tərəfindən həyata keçirilir. Bu xəstəxanadankənar müalicə modeli psixi sağlamlığın qorunması üzrə ənənəvi müəssisələrdə ambulator müalicə uyğun» olmayan ağır psixi pozuntusu olan insanlar üçün hazırlanmışdır. Assertiv müalicəyə yönəldilmiş klientlər adətən tez-tez stasionar müəssisələrdə hospitalizasiya, azadlıqdan məhrum edilmə təcrübəsi, evsizlik, narkomaniya və tibbi müalicəyə riayət edilməməsi cəmiyyətdə həyatla bağlı təkrarlanan problemlərə malik olurlar.

Assertiv xəstəxanadankənar müalicənin hazırlanmasının başlanğıc mərhələlərində bu modelin əsas elementləri aydın şəkildə müəyyənləşdirilmişdir (Stein və Test 1980). Aşağıda bu terapiyanın ekspertlər tərəfindən assertiv müalicə üzrə təcrübəli komandaların praktikasının araşdırılması nəticəsində təyin edilmiş əsas xüsusiyyətləri sadalanmışdır.


  1. Multidisiplinar komanda

  2. Komanda yanaşması

  3. Xidmətlərin inteqrasiyası

  4. Hər komandada az saylı klientin olması

  5. Yerli lokalizasiya

  6. Tibbi/dərman terapiyasının idarə edilməsi

  7. Gündəlik problemlərdə fokuslanmaq

  8. Tez əlçatanlıq

  9. Assertiv təbliğat (sosial-informasiya işi, cəmiyyətdə potensial istifadəçilərlə kontakt yaradılması)

  10. İndividual yanaşma

  11. Xidmətin vaxtla məhdudlaşdırılmaması (Mueser və Jeste 2008)

Assertiv xəstəxanadankənar müalicə komandalarının götərdiyi xidmətlərə sıradakılar aiddir: case-in aparılması, vəziyyətin ilkin və təkrari qiymətləndirilməsi, psixiatrik yardım, iş və yaşayış yerinin axtarılması, ailə üzvlərinin dəstəklənməsi və onlarla maarifləndirici iş, asılılıqların terapiyası və fərdin cəmiyyətdə uğurlu yaşayışı üçün zəruri olan digər xidmətlər. Assertiv müalicə komandaları pasientlər üçün hər gün və sutkanın istənilən vaxtı əlçatan olmalıdır (Assertive Community Treatment Association website).

Assertiv xəstəxanadankənar müalicə proqramı pasientin cəmiyyətə daha stabil inteqrasiyasına xidmət edən (Taube və b., 1990) hospitalizasiyaya iqtisadi effektiv alternativdir (Weisbrod və b., 1980) (Hughes, Lehman, Arthur 1996).




Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə