Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə8/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Ailəvi psixi maarifləndirmə

Əksər ağır psixi pozuntuları olan pasientlər geniş spektr emosional və texniki dəstək verə biləcək və pasientə müalicə planının idarə edilməsində kömək etmək üçün ideal uyğun gələn ailə üzvləri ilə daimi münasibətdədirlər. Təəssüf ki, pasientə əsas qayğı göstərən şəxslər, bir çox hallarda psixi pozuntular haqda zəruri informasiyaya malik olmurlar ki, bu da pasient tərəfindən hiss edilən stressi artıra və residivləri stimullaşdıra bilər. Bundan başqa, əksərən ailə üzvlərinin terapevtik komanda ilə partnyorluq münasibətləri olmur və bu müalicə tövsiyyələrinə riayət edilməsinə nəzarət və dəstəyi çətinləşdirir. Psixi maarifləndirmə ailə üzvlərinə pasientin psixi pozuntusunun xarakteri və müalicə prinsipləri haqda düzgün informasiya təqdim edir və beləliklə, onları aktiv əməkdaşlığa cəlb edir (Lefley H., 2009). Ailə üzvlərini müalicə prosesində aktiv iştiraka cəlb etməyə və onlara ailə münasibətlərində stressin azaldılması strategiyalarını öyrətməyə imkan verən, pasient də daxil olmaqla bir ailə ilə iş, eləcə də qrup şəklində psixi maarifləndirmə üçün nəzərdə tutulmuş bir çox proqramlar mövcuddur (Mueser və Gingerich, 2011).

Mari və Steiner-in işlərində (1994) yanaşma fərqindən asılı olmayaraq bütün psixi maarifləndirmə proqramlarında mövcud komponentlərin sırası göstərilir: şizofreniyalı pasientin qayğısına qalan ailə üzvləri ilə partnyorluq münasibətlərinin qurulması; ailə üzvlərinə problemli situasiyaları üstələməyə öyrədilməsi; qəzəb və günah əlamətlərinin azaldılması; pasientin davranışına münasibətdə adekvat gözləntilər yetişdirmək; ailə üzvlərinin özlərinin firavan həyatının vacibliyinə diqqəti cəlb etmək; ailə üzvlərinin inam və davranışlarının dəyişdirilməsi (Mueser və Jeste, 2008).

Ailə müstəvisində uğurlu müdaxilələr böyük vaxt sərfi, vərdişlər və maraqlılıq tələb edir. Əksər pasientlərin residivin qarşısının alınması yox, müddətinin uzadılmasına meylli olduqlarından, pasientlər və onların ailələri uzunmüddətli, davamlı müdaxilələrə ehtiyac duyur. Yeni şizofreniya diaqnozu qoyulmuş pasientlərin qohumları ilə iş göstərir ki, ailəvi psixi maarifləndirməni ilk psixotik epizoddan etibarən başlamaq çox vacibdir. Bundan əlavə, şizofreniyalı pasientlərin ailə üzvlərinin rifahının dəstəklənməsinə yönəlmiş müdaxilələr üzrə daha çox tədqiqatlar aparılması böyük əhəmiyyət daşıyır. Eyni zamanda ailələrin psixi maarifləndirmə proqramlarına cəlb edilməsi metodlarının işlənib hazırlanmasına böyük səylər qoymaq lazımdır. Bir çox pasient və onların ailə üzvlərinin belə proqramların faydasını qeyd etmələrinə baxmayaraq, ailələrin böyük əksəriyyəti psixi maarifləndirmədə iştirak etməyə meylli deyillər. Buna görə də belə proqramların tətbiqi psixi sağlamlığın qorunması xidmətləri üçün heç də asan başa gəlmir. Və nəhayət, xüsusi ağır hallarda, məsələn, şizofreniya ilə yanaşı psixoaktiv maddələrdən sui-istifadə qeyd edildikdə, ailədəki münasibətlərin dəyişdirilməsi üzrə optimal iş metodları hazırlamaq lazımdır (Mueser və Jeste, 2008).




Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə