Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə7/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Xəstəliyə nəzarətin öyrədilməsi

Xəstəlik üzərində nəzarətin öyrədilməsi konsepsiyası (ing. illness self management) şizofreniyalı insanların mütəxəssislər, ailə üzvləri və digər dəstək verən insanlarla əməkdaşlıq vasitəsilə pozuntuya necə nəzarət etməli olduğunu öyrətməyə yönəlmiş bir sıra strategiyanı daxil edir. Qısamüddətli perspektivdə təlimlərin məqsədi residivvə təkrari hospitalizasiyanın tezliyinin azaldılması, həmçinin fəaliyyətin optimizasiyası və subyektiv rifaha nail olmaq üçün daimi simptomlar üzərində nəzarətin yaxşılaşdırılmasıdır. Təlimlərin uzunmüddətli məqsədi - müstəqillik təmin etmək, sosial rolların daha yaxşı icra edilməsi (məsələn, iş, təhsil, valideynlik öhdəlikləri), sosial münasibətlərdən məmnuniyyət hissi, məqsədyönlülük və özünə güvən hissinin artırılması. Bu məqsədlər həmçinin xəstəliyin davam edən simptomları kontekstində nail olunsa belə, sağalma anlayışı ilə müəyyənləşdirilir.

Xəstəlik üzərində nəzarətin öyrədilməsi prinsipinin əsasında şizofreniyanın "stress - zəiflik" modeli durur. Bu modelə əsasən, şizofreniyanın yaranması və gedişi bioloji, ətraf mühit və psixoloji stressorların dinamik qarşılıqlı təsiri ilə müəyyənləşir. Şizofreniya inkişaf etdikdən sonra belə xəstəliyin simptomları, residivlər və fərdin fəaliyyət qabiliyyəti bioloji; ətraf mühit və psixoloji faktorlardan asılı olaraq qalır. Bu konsepsiya ilə əlaqədar xəstəliyə nəzarətin öyrədilməsi zamanı aşağıdakılara nail olmağa çalışılır.


  1. Bioloji şərtləndirilmiş zəifliyi azaltmaq üçün tibbi müalicəyə riayət edilməsini yüksəltmək (komplayentlik, ing. compliance)

  2. Alkoqol və narkotiklərin qəbulunu azaltmaq Stressin idarə olunması vərdişləri və vacib fəaliyyətə cəlb olunma vasitəsilə stressin təsirini azaltmaq

  3. Üstələmə vərdişlərini yaxşılaşdırmaq (ing. coping)

  4. Sosial dəstəyi yaxşılaşdırma (Mueser və Jeste 2008)

Xəstəliyə nəzarət müxtəlif şəraitdə, o cümlədən stasionar və ambulator müəssisələrdə, qrup dəstəyi mərkəzlərində, gündüz terapiyası mərkəzlərində, dəstək verici evlərdə, həmçinin assertiv xəstəxanadankənar komandalar tərəfindən keçirilə bilər. Hər bir şizofreniyalı insan öz xəstəliyi haqda daha çox bilmək və onun müalicə və bərpasında aktiv iştirak etmək imkanına malik olmalıdır. Buna görə də psixi sağlamlığın qorunması xidmətləri adi və əlçatan xidmətlərlə yanaşı xəstəliyə nəzarətin öyrədilməsi proqramını da tətbiq etməlidirlər (Mueser və Jeste 2008).

Xəstəliyə nəzarətin öyrədilməsi üzrə klinik rəhbərlik:



  1. Davamlı motivasiyaya nail olmaq

  2. Psixi maarifləndirmə aparmaq

  3. Tibbi müalicəyə riayət edilməsi göstəricilərini yaxşılaşdırmaq

4. Alkoqol və narkotik maddələrin istifadəsini azaltmaq

5. Residivlərin qarşısının alınması planı hazırlamaq

6. Stressin azaldılması texnikalarını öyrətmək

7. Daimi simptomları üstələmə strategiyası inkişaf etdirmək

8. Sosial dəstəyi yaxşılaşdırmaq (Mueser və Jeste 2008)


Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə