Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə13/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Case menecment

Yaşayış yeri üzrə psixi sağlamlığın qorunması xidmətləri sisteminin hazırlanması və tətbiqi gedişində aydın oldu ki, bu xidmətlərin işinin koordinasiyası və göstərilən xidmətlərin inteqrasiyasını elə qaydaya salmaq lazımdır ki, hər bir mütəxəssis eyni pasientlə işin ayrıca bir aspekti üzərində diqqətini cəmləyə bilsin. Beləliklə, case menecmentin, yəni hər bir konkret pasientin işinin idarə edilməsi tətbiq edilməyə başlandı. Case menecmentə pasientin fiziki və sosial ətrafının bütün aspektləri daxil edilir. Bu yanaşmanın başlıca komponenti - pasientin tələbatlarının qiymətləndirilməsi və müalicə və qayğı üzrə kompleks planın işlənib hazırlanması, həmçinin göstərilən xidmətlərin təşkilidir (Rössler, 2006).

Case menecmentə təsvir edilən yanaşma ilk növbədə bilavasitə klinik müdaxilələrə aid edilməyən xidmət tipləri arasında əlaqə halqası və koordinasiya alətidir. Lakin son onilliklər ərzində case menecment metodikasının tətbiqi sferası əhəmiyyətli dərəcədə genişlənmişdir və indi o mürəkkəb müdaxilələrin koordinasiyası və digər sosial, material və ətraf mühit resurslarının köməyi ilə klientin fəaliyyət imkanlarının yaxşılaşdırılmasına yönəlmiş geniş spektr strategiyaları əhatə edir (Mueser və Jeste, 2008).



Psixi'sağlamlığın qorunması xidmətlərində case menecment "psixi sağlamlığın qorunması üzrə xidmətlərin məhdud resurslar şəraitində koordinasiyası, inteqrasiyası və bölüşdürülməsi" (Thornicoft, 1991) kimi geniş tətbiq olunur (Onyett, 1992). Case menecment sferasının tətbiqi sferasına daxil edilir: psixososial tələblərin qiymətləndirilməsi; müalicə və qayğının fərdi planlaşdırılması; pasientin onun tələblərinə müvafiq xidmət və müəssisələrə yönləndirilməsi; müalicə planının daimi monitorinqi; maraqların təmsil edilməsi; pasientin psixi vəziyyətinin müşahidəsi; müalicəyə riayət edilməsinin və mümkün əlavə effektlərin monitorinqi; terapevtik münasibətlərin qurulması və inkişaf etdirilməsi; dəstəkləyici konsultasiya (Stein və Diamond, 1985; Dincin, 1990; Chamberlain və Rapp, 1991; Draine, 1997; Drake et al, 1998) (Ziguras, Stuart, və Jackson, 2002).

Case menecment pasientlə kontaktın tezlik və intensivlik səviyyəsinə görə bir-birindən fərqlənən assertiv müalicə komandaları və yaşayış yeri üzrə digər xidmətlər daxil olmaqla müxtəlif formalarda həyata keçirilə bilər.
Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə