Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə11/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

Dəstəkli mənzil

Dəstəkli mənzil (supported housing) anlayışı 1980-ci illərin ortalarından ağır psixi pozuntusu olan insanlara qayğı prinsipinin ümumi ifadəsi qismində istifadə olunur. Bu individuallaşdırılmış dəstəkləyici qayğı və xüsusi təchizatlı mənzillə təmin olunmanı özündə birləşdirir. Daha çox sayda ağır psixi pozuntusu olan insan üçün müxtəlif növ mənzillərin yaradılması ilə daimi, sosial inteqrasiya olunmuş, təhlükəsiz, layiqli, həmçinin bir sıra hallarda onların həyatının stabilizasiyası üçün intensiv dəstəkləyici qayğının təmin edildiyi yaşayış yeri əlçatan olmuşdur. Bu yanaşma psixi pozuntusu olan insanların həyat keyfiyyəti və sosial inteqrasiyasının yaxşılaşdırılmasına yönəlmişdir, o belə insanların stabil həyat situasiyası yaşamaq yolunda rast gəldikləri maneələri dəf etməyə, həmçinin onların uğurlu bərpa və sağalmasına nail olma potensialını gücləndirməyə kömək edir.

Dəstəkli mənzil psixi pozuntusu olan insanlara onların həddən artıq məhdudlaşdırma sistemi olan ənənəvi müəssisələrdəki şəraitdə üzləşdikləri sosial izolyasiyadan yan keçmək imkanı verir. O xəstəlik səbəbindən çox zaman çox pis şəraitdə yaşayan insanların mənzil şəraitini yaxşılaşdırmaq imkanı yaradır.

Dəstəkli mənzil hər bir insanın həyat üçün təhlükəsiz və layiqli yer, ev hissi, icmaya və cəmiyyətə aidlik hissinə olan baza tələbatın ödənilməsi məqsədilə yaradılır. Ev hissi psixi sağlamlıq üçün həlledici məna daşıyır, belə ki, evin mövcudluğu bizə təhlükəsizlik, şəxsi həyatın qorunması hissi verir və coğrafi məkanda orientir rolunu oynayır. Ev şəxsi əşyaların saxlanıldığı yer rolunu oynayır, o bizim identikliyimizin davamıdır, gündəlik özünə xidmət proseduraları, yaxın sosial, ailəvi və intim münasibətlərin həyata keçirildiyi yerdir.

Tədqiqatlar göstərir ki, layiqli mənzilin əldə edilməsi bir çox hallarda bərpa üzərində işin, yeni həyat məqsədlərinin qoyulması və nail olunmasına başlanılan dönüş nöqtəsi olur. Dəstəkli mənzillə təminat istifadəçilərin müalicəyə aktiv cəlb edilməsi statistikasının artırır.

Bütövlükdə xüsusi təchiz olunmuş mənzilin olması psixi pozuntusu olan insana sıradakı imkanları yaradır: 1) mənzil və qayğı xidmətləri barədə öz seçimlərini ifadə etmək, 2) layiqli, təhlükəsiz və əlçatan mənzil seçmək və əldə etmək və 3) təbii mühitdə - evdə və ya yaşayış yerində psixi sağlamlığın qorunması üzrə sərt olmayan, elastik və individuallaşdırılmış xidmətlər kompleksinin köməyi ilə cəmiyyətin həyatına uğurlu inteqrasiya təcrübəsi qazanmaq.

"Dəstəkli mənzil" anlayışı altına müxtəlif tip ev və müəssisələr düşür: müalicə və qayğı üzrə bütün spektr xidmətləri göstərən yüzlərlə yerlik internat tipli nəhəng müəssisələr; daimi və ya yalnız gündüzlər işləyən personalı olan mehmanxana/pansionat tipli evlər; çox da böyük olmayan bir neçə mənzildən ibarət evlər; bir çox xarakteristikalarına görə sığınacaq və daldalanacağa oxşar, kurator müşahidəsi olan birgə yaşayış yerləri.

Tədqiqatlar göstərir ki, dəstəkli evlərdə əsasən psixi sağlamlığın qorunması üzrə sıradakı xidmətlər göstərilir: case-in intensiv aparılması, dəstəkləyici konsultasiya, müstəqil həyat vərdişləri məşqi, krizisə müdaxilə və krizislərin qarşısının alınması, sosial və rekreasiya məşqləri, klientlərin maraqlarının qorunması, ailə üzvlərinin dəstəklənməsi və diaqnostika. Bəzi proqramlar xidmət edən personala xüsusi diqqət yetirir və sağlamlıq imkanları ağır dərəcədə məhdud olan insanlara evdə çox intensiv qayğı göstərir. Dəstəkli mənzil sisteminin əsas xüsusiyyəti ondan ibarətdir ki, müalicə və qayğı klinika, reabilitasiya mərkəzi və digər müəssisələrdə yox, məhz istifadəçinin yaşadığı ərazidə və ya ona birbaşa yaxınlıqda aparılır. Bəzi dəstəkli mənzil proqramlarında qrup hissi yaratmaq və istifadəçilər arasında emosional dəstəkləyici əlaqələr qurmağa kömək edən özünə yardım və qarşılıqlı dəstək qrupları metodlarından istifadə edilir (Mueser və Jeste).


Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə