Mühazirə №4 Mövzu: Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar Krizis mərkəzləri



Yüklə 44,92 Kb.
səhifə2/13
tarix09.01.2022
ölçüsü44,92 Kb.
#82737
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
4.Psixi sağlamlığın qorunması üzrə xidmət və proqramlar

İstifadəçi üçün nəticə

Müalicə

Simptomların və distressin azaldılması

Yüngülləşmə, vəziyyətin yaxşılaşmasıC^erMeHne, улучшение состояния

Krizis müdaxiləsi

Təhlükəli problemlərin həlli və nəzarət

Şəxsi təhlükəsizlik

Case menecment

Xidmətlərin klientin tələblərinə uyğun koordinasiyası

Xidmətlərin mümkünlüyü

Reabilitasiya

Klientin vərdişlərinin inkişafı və qoyulan məqsədlərə nail olmaqda dəstək

Sosial rolların ifa olunması

Zənginləşdirici

təcrübə

Klientin maraqlı və zövq verici fəaliyyət növlərinə cəlb edilməsi

Özünü inkişaf etdirmə

Hüquqların

qorunması

Klientin hüquqlarının qorunması və maraqlarının təmsil edilməsi

Bərabər imkanlar

Baza dəstəyi

Klienti yaşamaq üçün zəruri olanlarla: yemək, geyim, tibbi xidmətlərlə təmin etmək

Sağ qalma

Özünəyardım

Müstəqil seçim və qərar qəbulunun öyrədilməsi

Potensialın

gücləndirilməsi



Sağlamlıq/Profilaktika

Sağlam həyat tərzinin təbliği

Sağlamlıq göstəricilərinin yaxşılaşdırılması

Mənbə: Cohen, M., Cohen, B., Nemec, P., Farkas, M. n Forbess, R. (1988) Training technology: Case management. Boston, MA: Center for Psychiatric Rehabilitation.

Cədvəl 1. Sağalmaya yönəlmiş sistemdə əsas xidmətlər

Krizis mərkəzləri

Krizis mərkəzi müvəqqəti yaşama modeli yaşayış yeri üzrə psixi sağlamlığın qorunmasında göstərilən xidmətlərin, pasientin sosial mühitinə zərərsiz, mümkün qədər az məhdudaşdırıcı, açıq mühitdə, iqtisadi baxımdan mümkün qədər az xərcli olmasına diqqət verilən nümunələrindən biridir. Psixiatrik stasionar müalicənin artan qiymətləri şəraitində krizis mərkəzləri bəzi regionlarda hospitalizasiyanın populyar alternativi olurlar. Krizis mərkəzlərinin proqramı əksərən dərman terapiyasına riayət etmə və ya tibbi rejimin dəyişməsi problemləri ilə bağlı olan psixiatrik simptomların kəskinləşmə situasiyalarında krizis müdaxiləsinə ehtiyac duyan pasientlər ətrafında qurulur. Müdaxilə passiv intihar fikirləri və ya davranışın planlaşdırılması olmadan ölüm haqda fantaziyalar kimi təhlükəsizlik problemləri ilə əlaqədar tələb oluna bilər. Pasient və personal arasında müqavilə bağlanır ki, buna əsasən, o belə fikirlərin yaranması halında, özünə və ətrafdakılara ziyan verici davranış etməmiş mərkəzə müraciət etməlidir. Krizis hospitalizasiya və ya professional tibbi yardım tələb etməyən, lakin pasientin psixi vəziyyətinə mənfi təsir göstərən, münasibətlərdə problemlər, yaşayış yerinin itirilməsi, alkoqol və narkotiklərdən sui-istifadə, sağlamlıqla bağlı problemlərlə bağlı ola bilər (Mueser və Jeste 2008).

Krizis mərkəzinin proqramında iştirak könüllüdür, amma optimal nəticə almaq üçün pasient proqramdakı işə tam qoşulmalıdır. Mərkəzlər ölçülərinə görə müxtəlif olur, bir neçə çarpayı-yerdən 10 və daha artığa qədər, və pasientin yaşayış yerinə yaxın yerləşir. Psixi sağlamlıq sferasında mütəxəssislərdən ibarət krizis mərkəzində personal gecə-gündüz, həftədə 7 gün fəaliyyət göstərir. Krizis mərkəzlərində hər bir pasientin unikal vəziyyəti ilə adekvat işləməyə imkan verən biopsixososial model çərçivəsində ekstensiv terapiyanı tətbiq edən multidisiplinar komandalar çalışır. Pasientlərə strukturlaşmış mühitdə reabilitasiya və terapiya üzrə psixoterapiya, dərman maddələrinin istifadəsinə nəzarət, terapevt, psixiatr və digər mütəxəssislərlə informasion məşğələlər kimi xidmətlər göstərilir. Bu xidmətlər pasientin bərpa, inkişaf və müstəqil həyat və şəxslərarası münasibət vərdişlərinin tətbiqi üzrə cəhdlərinin dəstəklənməsinə istiqamətlənmişdir və pasientin yerli səviyyədə fəaliyyət göstərən digər dəstək xidmətlərinə müraciət etməsini stimullaşdırır (Mueser və Jeste 2008).

Krizis müvəqqəti yaşama mərkəzləri pasientlərə cəmiyyətə reinteqrasiya üçün imkanlar tanıyır, həmçinin alkoqol və narkotiklərdən sui-istifadə zamanı lazım ola bilən psixiatrik problemlərin ambulator müalicəsinin davam etdirilməsi və reabilitasiyasına şərait yaradır. Krizis mərkəzlərində həm də pasientlərə daimi yaşayış yeri əldə etmək və Social Security Disability kimi maddi yardım proqramlarına qoşulmağa kömək edir. Pasientlər adətən krizis mərkəzlərində antikrizis tədbirlərinin uğuru və əldə olunan proqressdən asılı olaraq məhdud period ərzində, bir neçə gündən 30 günə qədər müddətdə qalırlar (Mueser və Jeste 2008).

Krizis situasiyasında istifadəçilərə xidmət göstərən bir sıra digər krizis xidmətləri də mövcuddur: krizis telefon xətti, qabaqcadan qeydiyyat olmayan qəbul mərkəzləri, mobil informasion-maarifçi antikrizis xidmətlər, təxirəsalınmaz psixiatrik və tibbi yardım komandaları. Belə xidmətlər sayəsində, vacib olmayan hospitalizasiyanın sayı azalır, xəstəlik simptomlarının təsirini azaltmaq imkanına malik olan və növbəti krizisin qarşısını alaraq daimi dəstək əldə edən psixi pozuntusu olan insanların həyat keyfiyyəti yaxşılaşır (The Ministry of Health and Long-Term Care, Ontario 2005).

Krizis xidmətlərinin funksiyaları:




  1. Yüklə 44,92 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə