Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

məna daşıyan cədidçilər hərəkatının, Rusiyanın müsəlman, türk 
xalqlarının  milli  özünüdərketməsi  yolunda,  yeni  təfəkkürün 
formalaşması və millətlərin dirçəlişi yolunda əvəzsiz xidmətləri 
vardı.  Cədidçilər  mollaxanaların  dünyəvi  məktəblərlə  əvəz 
edilməsini,  tədrisin  ana  dilində  aparılmasını,  milli  dillərdə 
qəzetlərin  nəşrini,  mədəniyyət  ocaqlarının  açılmasını,  məişətə 
Avropa  elementlərinin  daxil  edilməsini  irəli  sürürdülər. 
Beləliklə,  Rusiyada  cədidçilik  dörd  istiqamətdə  inkişaf edirdi: 
dinin  təbliğində  yeniləşmə,  mədəniyyətdə  yeniləşmə,  siyasi 
düşüncənin  inkişafı  və  nəhayət,  milli  düşüncənin  dirçəlişi  (29, 
s.  142-143).  Cədidçilər hərəkatının siyasi və mədəni  əhəmiyyə­
tini  yüksək  qiymətləndirən  H.Əzizoğlunun  fikrincə,  “Müsəl­
manlar  arasında  1905-ci  ildə  baş  vermiş  siyasi  dirçəliş  də  bir 
növ  cədidçilik  hərəkatının  nəticəsi  idi.  Cədidçiliyin  ən  ümdə 
nəticəsi  türk-müsəlman  xalqlarında  milli  düşüncəyə  qayıdışın 
inkişafı,  xalqların  dini  düşüncənin  hökmündən  azad  olub,  ilk 
əvvəl  öz  milli  düşüncələrini  dirçəltmələri,  sonra  isə  müasir 
milli düşüncəyə yiyələnmələri oldu”  ( 29,  s.  143).
Təbii  ki,  hər  sahədə  olduğu  kimi  məktəb  və təhsildə  də ye­
niliklər  birmənalı  qarşılanmırdı.  Çarizm  siyasətinin  təzahürləri 
ilə  yanaşı  xurafatla  mövhumat  da bu  inkişafın  ən böyük  əngəl­
lərindən idi.  Tədqiqatçı  Ə.Süleymanov problemi nəzərdə tutaraq 
yazır:  “Təhsil  və  tərbiyə  planına  görə,  Azərbaycanda  açılan  bu 
cür məktəblər rus idarəçiliyinin təzyiqləri ilə yanaşı,  din adamla­
rının  da təzyiqlərinə  köks  gərmək zorunda idi.  Din  adamları  bu 
məktəblərin  açılması  ilə  birlikdə  xalqın  uşaqlarını  mədrəsəyə 
göndərə bilməyəcəklərindən narahat idilər” (143,  s. 69).
Azərbaycanda  qurulan  üsuli-cədid  məktəbləri  arasında 
M.Sidqinin  (1854-1904)  1892-ci  ildə  Naxçıvanın  Ordubad 
şəhərində  açdığı  “Ahtar”  məktəbinin  də  xüsusi  bir yeri  vardır. 
Bu  məktəbi  əski  sistem  məktəblərindən  fərqləndirən  əsas 
xüsusiyyət təhsilin  ana  dilində  olması  və yeni  təhsil  və tərbiyə 
metodlarının  tətbiqi  idi.  Ahtar  məktəbinin  uğurunu  görən 
Naxçıvan  camaatı  M.Sidqiyə  1894-cü  ildə  “Tərbiyə”  adlı  yeni
38


bir  məktəb  açması  üçün  dəstək  göstərdilər.  Bu  məktəb  qısa 
zamanda  bir  mədəniyyət  ocağına  çevrilərək,  bütün  aydınlıq 
tərəfdarı  şəxsləri  öz  bünyəsində  birləşdirdi.  Son  dövrün tədqi­
qatlarında  da  (143,  s.  69-70)  M.Sidqinin  türkcə  hazırladığı 
“Nümunəyi  əxlaq”,  “Müxtəsər  coğrafiya  risaləsi”,  “Qiraəti 
fənniyə”,  “Pedaqogika”  və  digər  dərs  kitabları,  Azərbaycanda 
ana dilində kitabların hazırlanması istiqamətində atılmış önəmli 
addım kimi dəyərləndirilməkdədir.
Bu məktəb  hərəkatı XIX yüzilliyin  80-ci  illərindən etibarən 
daha  da  geniş  vüsət  alaraq  Azərbaycanın  əksər  bölgələrini 
əhatə  etmişdi.  Ziyalıların  məqsədyönlü  fəaliyyəti  nəticəsində 
Şuşa, Naxçıvan, Nuxa,  Şamaxı və digər şəhərlərdə də dərslərin 
ana dildə keçirildiyi üsuli-cədid məktəbləri açıldı.
XIX yüzilliyin  sonlarında  pedaqoji  fəaliyyətə xüsusi  önəm 
verən  Azərbaycan  ziyalıları  xalqın  və  zənginlərin  yardımına 
güvənərək  digərləri  ilə  müqayisədə  milli  məktəblər  deyilə 
biləcək  “üsuli-cədid”lərin  sayını  artırırdılar.  Bu  məktəblərdə 
ruslaşdırma  yox  idi.  Rus  dili  də,  oxudulan  dərslərdən  yalnız 
biri  idi.  Şamaxıda  şair və  pedaqoq  Hacı  Seyid  Əzimin  vaxtilə 
açmış  olduğu  üsuli-cədid  məktəbini  dostu  Mirzə  Rza  davam 
etdirirdi.  Qubada  Molla  İbrahim  Xəlil,  Salyanda  Molla  Əbül- 
həsən,  Bakıda  Mirzə  İsmayıl  Qütsi  yeni  üsul  məktəblərin 
qurucuları idilər.
Forma etibarilə ənənəyə bağlı  olmaqla yanaşı,  bu  ziyalıların 
mahiyyətcə yenilikçi  təşəbbüs  və fəaliyyətləri təhsil,  sənət,  ədə­
biyyat  sahəsində irəliləyişlərə  stimul  verdi.  Bu  dövrdə  görkəmli 
ziyalıların  təşkil  etdikləri  ədəbi-mədəni  məclislər  içərisində 
M.Ş.Vazehin  “Divani-hikmət”  (Tiflis),  X.Natəvanın  “Məclisi - 
üns”  (Şuşa),  M.M.Nəvvabın  “Məclisi-xamuşan”  (Şuşa),  M.Sid­
qinin  “Əncüməni-şüəra”  (Ordubad),  S.Ə.Şirvaninin  “Beytüs- 
Səfa”  (Şamaxı)  Azərbaycan  cəmiyyətinin  mədəni  inkişafına 
böyük  töhfələr  vermişdir.  Şamaxıda  Mahmud  ağanın  himayə­
darlıq etdiyi  musiqi məclisləri isə elm  və  sənətin inkişafına təsir
39


göstərməklə  yanaşı,  Azərbaycanın  mədəni  əlaqələrində  də 
mühüm rol oynamışdır.
XIX  yüz  ilin  son  rübü  və  XX  yüz  ilin  əvvəlində  Azərbay­
candakı mədəni vəziyyəti tədqiq edən H.Baykara yazır ki,  1880-ci 
ildən  sonra  maarifçilərdən  H.Mahmudbəyli  və  S.M.Qənizadənin 
səyi ilə Azərbaycanda ilk məktəb  dərəcəsində “rus-tatar məktəbi” 
adlı bir çox məktəblər açılmışdı. Bu məktəblərin Azərbaycan irfan 
həyatındakı  rolu inkar edilə bilməz.  Ancaq  zaman keçdikcə xalq 
bu məktəblərdə çarlıq idarəsinin ruslaşdırma siyasəti yürütdüyünü 
görüncə  bu  məktəblərdən  soyudu.  Azərbaycan  xalqı,  uşaqlarına 
milli tərbiyə verəcək məktəblər istəyirdi (100,  s.  57-58).
Lakin  bu  yasaqlar  belə  Azərbaycandakı  ümumi  mədəni 
inkişaf  prosesini  tamamilə  dayandıra  bilməmişdir.  Belə  ki, 
artıq  Şuşada  Mir  Möhsün  Nəvvab  öz  həmfikirləri  ilə  birlikdə 
üsuli-cədid  ənənəsini  davam  etdirir  və  xalqı  yeni  həyatın 
ehtiyaclarına uyğun olaraq məlumatlandırırdılar. Digər tərəfdən 
“Kaspi”  qəzeti,  əski  dini  üsuldakı  məktəbləri  tənqid  edir  və 
“Bu  məktəblər  fanatik  və  cahil  mollaların  ağalığı  altındadır” 
(100,  s.  58)  deyə yazırdı.  Azərbaycanın başqa vilayət və  qəza­
larında  da  açılan  üsuli-cədid  məktəblərində  dərslər,  fonetik 
metodla verilirdi.  Dərslər türkcə -  ana dili,  hesab,  coğrafiya və 
digər fənn dərsləri və rus  dilindən ibarət idi.  Lənkəranda üsuli- 
cədid  məktəbini  açan  Mirzə  İsmayıl  Qasir  idi.  Ancaq  bu  yeni 
açılan  məktəblər  Azərbaycan  xalqının  ehtiyaclarına  cavab 
verməyəcək qədər az idi.
Bu fakt demək olar ki, bütün tədqiqatçılar tərəfindən təsdiq­
lənir ki,  Rusiyanın  müsəlman  xalqları  arasında yeni  təfəkkürün 
yaranmasında  əvəzsiz  rol  oynayan  cədidçilərin  ən  böyük  nü­
mayəndəsi  İsmayıl  bəy  Qaspıralı  olmuşdur.  Onun  fəaliyyətinin 
əsas  mahiyyəti  üç  istiqamətə  yönəlmişdi:  birincisi,  müsəlman 
icmalarının  maarif  vasitəsi  ilə  müasirləşməsi,  ikincisi,  Rusiya 
müsəlmanlarının  siyasi  və  mənəvi  birliyinin  yaradılması,  üçün­
cüsü,  Rusiya  müsəlmanlarının  Qərblə  əlaqəsinin  yaradılması. 
İ.Qaspıralı  türk  xalqlarını  maarif,  elm,  mədəniyyət  sahəsində
40


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə