Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə11/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

Leypsiqdə,  Parisdə  və  Peterburqda  təhsil  almış  və  dövrünün 
hərtərəfli hazırlığa malik, universal bilikli qabaqcıl ziyalısı olan 
Məhəmmədağa  Şahtaxtlının  (1846-1931)  Tiflisdə  çıxardığı 
“Şərqi-Rus”  qəzeti  “Mollanəsrəddinçilərin (C.Məmmədquluz- 
adə,  Ömər Faiq,  M.Ə.Sabir,  Əli Nəzmi,  M.S.Ordubadi,  həmçi­
nin  A.Səhhət,  F.Köçərli,  M.Sidqi,  R.Əfəndiyev,  H.Zərdabi, 
A.Tofiq...)  də  “Molla  Nəsrəddin”ə  qədərki  xitabət  kürsüsü 
oldu.  Dərginin  əlifba,  mədəniyyət  sahəsində  milli  intibah  kon­
sepsiyası  hələ  bu  qəzetin  səhifələrində  yetişməyə  başlamışdı. 
A.Səhhətin  (“Ey  könül”),  M.Ə.Sabirin  (“şükr  lillah...”),  hətta 
C.Məmmədquluzadənin  özünün  (“Poçt  qutusu”,  “Kişmiş  oyu­
nu”) ilk mətbu əsərləri “Şərqi-Rus”da işıq üzü görmüşdü.  Əgər 
gələcəkdə bütün tənqidi-realist nəsr “Poçt qutusu”ndan  çıxdısa 
(“Biz  hamımız  “Poçt  qutusu”ndan  çıxmışıq”  -   Mir  Cəlal), 
“Poçt Qutusu”  da “Şərqi-Rus”dan  çıxdı.  Lakin bu  son  mətbuat 
orqanları da uzun müddət yaşaya bilmir.  (...) Beləliklə, mətbuat 
da,  bu  dövrdə  maarifçi  məktəbin  işini  və  rolunu  müdafiə  və 
davam etdirir (52,  s. 258-259).
Bu  dövrdə  Rusiyanın  mərkəzində  olduğu  kimi  onun 
ucqarlarında  da inqilabi  çıxışlar ara vermirdi.  Qafqaz,  xüsusən 
Azərbaycan  inqilabi  hərəkatın  ən  qaynar  bölgələrindən  biri 
hesab  edilirdi. Belə bir şəraitdə çar,  dövlət şurasının üzvü,  qraf, 
generpal-adyutant  Voronsov-Daşkovu  Qafqaza  canişin  təyin 
edir.  Həmin  dövrü  tədqiq  edən  A.Zeynalzadə  yazır  ki,  “Qraf 
Voronsov-Daşkovun  geniş  səlahiyyətlə  Qafqaza  vali  təyin 
olunduğunu  eşidən ziyalılarımızdan Ə.Topçubaşov,  Ə.Ağaoğlu 
və  Ə.Hüseynzadə  H.Z.Tağıyevin  yüksək  nüfuzundan  istifadə 
edərək  Peterburqda  Voronsov-Daşkovdan  türk  dilində  qəzet 
nəşrinə  icazə  alırlar.  Onlar  qrafın  məktubu  ilə  Baş  mətbuat 
işləri  idarəsinə  gedib  “Həyat”  qəzetinin  nəşrini  qanuniləşdirir­
lər”  (91,  s.  97).  Beləliklə,  1905-ci  il  iyul  ayının  7-də  Ə.Topçu- 
başovun  naşirliyi,  Ə.Ağaoğlu və  Ə.Hüseynzadənin  redaktorlu­
ğu  ilə  “Həyat”  qəzeti  nəşrə  başlayır.  “Həyat”  H.Zərdabinin 
“Əkinçi”sindən  sonra Bakıda türk  dilində  nəşr  edilən ilk  qəzet
32


idi.  Təsadüfi  deyildir  ki,  Nadir  Dövlət  Azərbaycanda  gerçək 
qəzetçiliyin  “Həyat”  qəzetinin  nəşri  ilə  başladığını  ifadə 
etməkdədir (104,  s.  194;  106,  s.  28).  Ciddi  senzura nəzarətində 
nəşrini  davam  etdirməsinə baxmayaraq  “Həyat”  Azərbaycanda 
ictimai-siyasi  fikrin  formalaşmasına,  inkişafına  səmərəli  təsir 
göstərməklə  həm  də  özündən  sonrakı  mətbuat  orqanlarının 
nəşrinə təkan vermişdir.
F.Köçərli  1906-cı  ildə  yazmış  olduğu  “Azərbaycan  dövri 
mətbuatının  qısa  icmalı”  adlı  məqaləsində  həmin  dövrün  mət- 
buatındakı  mənzərəni belə  şərh  edirdi:  “ 1905-ci  ilin payızında, 
təxminən  17  oktyabr  manifesti  ərəfəsində  Bakıda  həftəlik 
“Həyat”  qəzeti  çıxmağa  başladı.  Deyəsən  “Həyat”  ona  qədər 
nəşr  edilmiş  Azərbaycan  qəzetlərinin  hamısından  ən  mötəbəri 
idi.  Onu  müsəlmanların  ən yaxşı  ədəbi  qüvvələri  -   Ə.Hüseyn- 
zadə  ilə  Ə.Ağayev  birlikdə  redaktə  edirdilər.  Qəzetin  böyük 
formatı, yaxşı kağızı, gözəl və aydın çapı, ən başlıcası isə əməli 
və  dərin  məzmunlu  məqalələri  oxuculara  yaxşı  təsir  bağışla­
yırdı.  Lakin  qəzet  3-4  ay  çıxdıqdan  sonra  Ə.Ağayev  ondan 
ayrıldı  və  Bakıda  öz  “İrşad”  qəzetini  təsis  etdi.  Əhməd  bəyin 
getməsi  ilə  “Həyat”da  işlər  zəifləməyə  başladı.  (...)  Yaxşı 
əməkdaşlar heyəti  və Ağayev kimi təcrübəli  publisistin rəhbər­
liyi  altında  nəşr  edilən  “İrşad”  ən  canlı,  məzmunlu  və  gözəl 
mətbuat  orqanıdır”  (13,  s.  77-78).  1905-ci  il  dekabrın  17-dən 
nəşrə başlayıb  cəmisi 436 nömrəsi  çıxan “İrşad”ın redaktoru və 
imtiyaz  sahibi  Əhməd  bəy  Ağaoğlu,  ilk  iki  ildə  naşiri  İsabəy 
Aşurbəyov idi.  Ayrı-ayrı vaxtlarda Ə.Ağaoğlu abunə təşkili  ilə 
əlaqədar Azərbaycan şəhər və kəndlərinə getdiyinə və xəstələn­
diyinə  görə  bir  neçə  nömrə  Ü.Hacıbəyov  (1906-cı  ildə), 
H.Vəzirov  (1907-ci  ildə)  və  M.Rəsulzadənin  (1908-ci  ildə) 
müvəqqəti redaktorluğu ilə buraxılmışdır.  Ə.Ağaoğlunun  qəze­
ti  ictimai  fikir və mətbuat aləmində  çox fəal,  müxtəlif əks-səda 
oyatmışdı.  Ünvanına çoxlu təbriklər, təşəkkürlər,  arzular yağan 
“İrşad”  bir  müddət  Rusiya  müsəlmanları  arasında  nüfuzlu 
mətbuat  orqanlarından  sayılır,  müəllif və  müxbirlərinin  sayını
33


artırırdı.  Bunun  bir  səbəbi  dövrə  xas  olan  sosial  intibah  idisə, 
digər səbəbi  redaktorun “İrşad”  səhifələrini  ideyalar mübarizə­
sinin  aynası  etməsində  və  özünün  də  bir  müddət  qorxu  bil­
mədən,  müstəsna  cəsarət  və  fədakarlıqla  xalqın  ürəyindən  xə­
bər verən məqalələrlə çıxış etməsi idi. Redaksiya ətrafına Azər­
baycanın  inqilabçı,  tərəqqipərvər  qələm  əhlinin  -   N.Nərima- 
nov, M.Ə.Sabir, Ə.Haqverdiyev,  S.Əfəndiyev, Ö.Faiq, M.Hadi, 
Ü.Hacıbəyov,  F.Köçərli  və  başqalarını  toplaması  hər  kəsdən 
əvvəl  Ağaoğlunun  xidməti  idi  (68,  s.  48).  Mübaliğəsiz  demək 
olar  ki,  bu  müəlliflərin  1905-ci  il  inqilabi  ideyalarını  mənim­
səyib  təbliğ  etmələrində  sosial-demokrat  partiyası  və  yerli 
bolşevik  mətbuatından  sonra  ən  müsbət,  faydalı  işi  “İrşad” 
görmüşdü.  “Həyat”  qəzetində  gördüyümüz  ikitirəlik  “İrşad”da 
daha  qabarıq  şəkildə  idi.  “İrşad”ın  da  müəlliflər  heyətində  iki 
bir-birinə  zidd  sosial  qütbün nümayəndələri  vardı:  inqilabçı  və 
demokrat ziyalılar -  N.Nərimanov,  S.Əfəndiyev, Ü.Hacıbəyov, 
M.Rəsulzadə  və  liberal,  burjua-millətçi  ziyalılar -   Ə.Ağaoğlu, 
H.Vəzirov,  M.Tahirzadə  və  b.”  (65,  s.  306).  “İrşad”dan  sonra 
Azərbaycan dilində mətbuat sahəsində “Molla Nəsrəddin”  kimi 
ilk nömrələrindən böyük nüfuz qazanan orijinal  satirik jurnalın, 
bolşevik  qəzetləri  “Dəvət”  və  “Təkamül”ün,  habelə  təlim- 
tərbiyə  və  pedaqoji  təmayüllü  “Dəbistan”  və  “Məktəb” jurnal­
larının  meydana  çıxması  təkcə  senzuranı  yox,  ümumiyyətlə 
mürtəce-millətçi dairələrin təşvişinə səbəb oldu.
Yeniləşmə  hərəkatının üçüncü mühüm  hadisəsi  isə  1887-ci 
ildə  Bakı  şəhərində  yeni  tipli  ilk  rus-müsəlman  məktəbinin 
yaradılması  idi.  Mədəniyyət  tariximizdə  fəxri  yer  tutan  bu 
məktəblərin meydana gəlməsi  və inkişafı  ilk növbədə  S.M.Qə- 
nizadə  (1866-1937)  və H.N.Mahmudbəyovun  (1864-1928)  adı 
ilə  bağlıdır  (25,  s.  159-176;  73,  s.  15).  Təbii  ki,  yeni  tipli 
məktəblər  heç  də  əvvəlki  tədris  təcrübəsinə  qarşı  tamamilə 
inkarçılıq  mövqeyində  durmurdu.  Şübhəsiz  ki,  ənənəvi  Şərq 
mədrəsə  tədrisi  də  vaxtilə  öz  böyük  tarixi  rolunu  oynamışdı. 
Lakin  məsələ  onda  idi  ki,  yeni  dövrdə  də  qədim  mədrəsə
34


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə