Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

verməkdə  idi.  Azərbaycanlılarda hər hansı  dövlətçilik meylləri 
çarizm  tərəfindən  qətiyyətlə  boğulurdu  (29,  s.  177).  Mənbə­
lərdə  xanlıqlar,  bəyliklər  və  sultanlıqların  bir  dövlət  qurumu 
kimi  tam  məhv  edilməsinə  dair  bir  çox  elmi  təhlillərə  rast 
gəlmək  mümkündür  ki,  bunlar  içərisində  M.B.Məmmədzadə- 
nin  “Milli  Azərbaycan  hərəkatı”  (63;  121)  əsəri  xüsusilə  qeyd 
edilməlidir.  Müasir  tədqiqatçılardan  H.Əzizoğlu  da  mövzuya 
dair  maraqlı  təhlillər  verməkdədir.  O,  XX  əsrin  əvvəllərini 
nəzərdə tutaraq yazır ki,  “dövlətsizlik  şəraitində  artıq  dörd-beş 
nəsil  insan böyüməkdə idi.  Yeni  nəslə belə gəlirdi  ki, ümumiy­
yətlə,  azərbaycanlıların  heç  bir vaxt nə  dövləti  olub,  nə  dövlət 
başçısı,  nə  məmuru,  nə  ordusu,  nə  də  milli  maliyyəsi.  Dövlət 
idarəçiliyi  tam  müstəmləkə  sisteminə uyğun,  yəni  yerli  əhaliyə 
tamamilə  yad  şəkildə  qurulmuşdu.  Azərbaycanlılar  ictimai 
düşüncəsi  ilə  birlikdə  milli  düşüncəni  də  itirirdi.  İctimai 
düşüncə bir çox hallarda mahal  çərçivəsindən o yana keçmirdi. 
(...)  Mədrəsələrin  açılışı  təqdir  olunurdu,  amma  bu  şərtlə  ki, 
orada  savadlanma  aşağı  səviyyədə  olsun.  Məhz  belə  hala 
müsbət baxılırdı”  (29,  s.  177-178).
“Türkçülüyün  tarixi”  əsərində  (6;  97)  Yusuf  Akçura  da 
1906-1907-ci  illəri  Quzey  türkləri  arasında  milliyyətçilik, 
türkçülük  hərəkatının  ən  canlı  bir  dövrü  kimi  xarakterizə  edir. 
O,  da  müasiri  olduğu  əksər  ziyalıların  fikrini  təsdiqləyərək 
yazır  ki,  Rusiya  imperatorluğunun  Yaponiya  önündə  məğlub 
olaraq  geri  çəkilməsi,  Rusiyanın  hürriyyətçi,  məşrutəçi,  bəra- 
bərlikçi,  inqilabçı,  sosialist  müxtəlif  ünsürləri  ilə  Rusiyada 
yaşayan  rus  olmayan  millətlərin  hamısını  məmnun  edərək 
hərəkət  və  fəaliyyətə  yönəltmişdi.  Bəzi  rus  olmayan  millətlər 
tam  bir  müstəqillik,  bəziləri  mədəni  muxtariyyət,  müstəqillik 
qazanmaq  sevdasına düşmüşdülər.  Bu ümumi  hərəkat və həyə­
can Rusiyada yaşayan  müsəlman türklərin  də  müxtəlif təbəqə­
lərinə kültür səviyyələri  nisbətində təsir etmişdi.  Yapon zərbəsi 
ilə  zəifləmiş  despotik  idarə,  qabaqcıl  ünsürlərə  və  müxtəlif 
millətlərə  qarşı,  heç  olmasa bir müddət üçün,  yumşaq  davran­
44


maq  məcburiyyətini  hiss  etmişdi.  (...)  Bunun  üzərinə,  çar 
hökuməti  yelkənləri  endirərək  bir  növ  məşrutə  elan  etməyə 
məcbur  oldu.  Bütün  bu  hərəkatları  təqib  edən və  qismən bun­
lara  qatılan  Quzey  türkləri,  hazırlığı  nisbətində,  milliyyətinin 
ortaya çıxması,  müxtəlif qisimlərinin birləşməsi  yolunda  çalış­
mağa başlamışdı. Məhz bu çalışma  1906-1907-ci illərdən etiba­
rən yüksək dərəcəyə çatmışdı (97,  s.  137).
Hadisələrin belə bir istiqamətdə cərəyan etdiyi vaxtda Bakı 
artıq iqtisadi  qüdrəti və mədəni tərəqqisi ilə  diqqət mərkəzində 
idi.  Bu  şəhər “neft burjuaziyasının  sayəsində  Qafqazda yeganə 
dünya şəhəri  səviyyəsinə yüksəlmişdi. Bu status XIX əsrdə çar- 
rus  imperiyasının  departamentləri  yerləşən,  rus  imperiyasının 
Şərq  siyasətinin  baş  qərargahı  olan  Tiflisdən  Bakıya  keçmişdi 
(85).  Bakı  bir tərəfdən Rusiyada  sosialist cərəyanlarının və çar 
əleyhinə  fəaliyyətdə  olan  hərəkatların  qaynar  bir  ocağı,  digər 
tərəfdən  də  Qafqaz  müsəlmanlarının,  xüsusilə  Azərbaycan 
türklərinin  milli  hərəkatına  rəhbərlik  edən  bir  mərkəz  rolu 
oynayırdı  (77,  s.  13).  Milli  Azərbaycan  hərəkatının  hər  cür 
siyasi,  sosial,  iqtisadi  və  mədəni  təşkilatlarının  mərkəzləri  də 
əksəriyyətlə  burada  yerləşirdi  (77,  s.  13).  Yerli  burjuaziya 
təkcə  iqtisadi  məsələlərlə  deyil,  eyni  zamanda  millətin  taleyi, 
təhsil  və  mətbuatla  maraqlanır,  xalqın  dünyəvi  səviyyədə 
maariflənməsinə güclü maddi yardım göstərirdi (85).
Azərbaycanlılar  arasında  sinfi  mübarizənin  kəskin  şəkil 
almamasının  əsas  səbəbini  H.Əzizoğlu Rusiya imperiyası  tərə­
findən  azərbaycanlıların,  müsəlmanların  hüquqlarının  kütləvi 
surətdə tapdalanmasında görərək yazır ki,  “İşğalın ilk  illərində 
Rusiya  imperiyası  bütün  Azərbaycan  zadəganlarını  ələ  alaraq, 
onlara  lazımi  hüquqlar  və  imtiyazlar  verdiyi  halda,  müstəm­
ləkəçilik  möhkəmlənəndən  sonra  onları  bütün  imtiyazlardan 
məhrum  etdi.  Azərbaycan bəylərinin və xanzadələrinin Rusiya 
zadəganları  səviyyəsində  hüquqları  yox  idi.  Rus  köçkünləri 
üçün lazım  olanda torpaqları  nəinki  kəndlidən,  hətta bəylərdən 
də  alırdılar.  Azərbaycan  burjuaziyası  istədiyi  sahələrə  maya
45


(investisiya)  buraxa  bilmirdi.  Azərbaycan  ziyalıları  öz  xalqına 
istədikləri  kimi  qulluq  etməkdən  məhrum  idilər.  Bütün  türk 
xalqları  ikinci  dərəcəli  xalq,  müsəlman  dini  isə  ikinci  dərəcəli 
din sayılırdı” (29,  s.  186).
Belə  bir  mühitdə  Şərq  müdrikliyi  və  Qərb  müasirliyini, 
milli  və  bəşəriliyi  üzvi  şəkildə  özündə  birləşdirən  yeni  tipli 
Azərbaycan  ziyalıları,  maarifçiləri  xalqın  taleyüklü  məsələlə­
rinin  həllini  öz  üzərlərinə  götürdülər.  Demokratiya  və  azadlıq 
uğrunda  Ümumrusiya  hərəkatının  yüksəlişi  və  Çar  Rusiyası 
xalqlarının  milli  oyanış  dövrü  kimi  xarakterizə  olunan  bu 
dövrdə Azərbaycanın Əlimərdan bəy  Topçubaşov,  Əbdürrəhim 
bəy  Haqverdiyev,  İsmayılxan  Ziyadxanov,  Məmmədtağı 
Əliyev,  Əsədulla  bəy  Muradxanov  kimi  parlaq  simaları  Rusi­
yanın  siyasi  tarixində  ilk  parlament  sayılan  I  Dövlət  Duma­
sında  təmsil  olundular.  İctimai-siyasi  və  mədəni  həyatın  ən 
mühüm problemlərində milli burjuaziyanın mənafeyi ilə hesab­
laşan ziyalılara gəldikdə isə,  bu  sahədə Ə.Hüseynzadə,  Ə.Ağa- 
oğlu,  Ə.Topçubaşov,  S.İbrahimov  daha  fəallıq  göstərirdilər. 
Ümumi  nəzəri  hazırlıqları,  hərtərəflilikləri,  məlumatlarının 
genişliyi  baxımından  seçilmələri  ilə yanaşı  onların yetişməkdə 
olan millətçi gəncliyə də güclü təsiri vardı (87,  s.  99).
Cümhuriyyətə  qədərki  Azərbaycan  mədəniyyət  tarixinin 
yüz  ilinin  yığcam  xronoloji  mənzərəsi  M.Ə.Rəsulzadənin 
“Milli  Azərbaycan  hərəkatının  xarakteri”  adlı  məqaləsində  də 
aydın və məntiqi bir şəkildə şərh edilmişdir (127,  s.  163-164).
XIX  əsr,  Azərbaycanda  orta  əsrlərdən  sonrakı  ilk  yüzillik 
kimi,  gələcək  mədəni  strukturların  təməlinə  çevrilmiş  bir  sıra 
mədəniyyət  hadisələrinə  şahidlik  etmişdir.  Tədqiqatçılar  belə 
bir yeniləşmə dövründə digər şərtlərlə yanaşı  şəxsiyyət amilinə 
də  mühüm  dəyər  verərək  bu  mərhələnin  başında  M.F.Axund- 
zadə,  H.Zərdabi  Ş.Ə.Səlyani,  M.Ş.Vazeh  kimi  onlarca  Azər­
baycan  ziyalısının  mədəni  tərəqqidəki  rollarını  xüsusilə  qiy­
mətləndirirlər.  Belə  bir  inkişaf prosesində  din  xadimlərinin  də 
iştirakı XX əsrin əvvəllərində yaranmış milli həmrəylik amilinə
46


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə