Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə2/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   2   3   4   5   6   7   8   9   ...   66

ümumilikdə  kulturoloji  problemlərə  daha  geniş  miqyasda yanaş­
mağa çalışır.  Belə  ki,  Azərbaycan kulturoloji  düşüncəsində türk­
çülük,  islamçılıq,  müasirləşmək  kimi  möhkəm  və  əsaslı  yer 
tutmuş  mədəniyyət  cərəyanlarının  qaynaqlandığı  digər  tarixi, 
elmi, ideoloji mənbələr də tədqiqat obyektinə çevrilir.
Yeni  dövrün,  Azərbaycanda  Mirzə  Fətəli  Axundov,  Həsən 
bəy  Zərdabi,  Rusiyada  İsmayıl  bəy  Qaspıralı,  müsəlman  şər­
qində  Şeyx  Cəmaləddin  Əfqani  kimi  mütəfəkkirləri  ilə  başla­
dılan fikri  cərəyanlarının XX əsrin əvvəllərindəki  əks-sədası və 
təsir  dairəsi  də  tədqiqatın  bəhs  mövzularındandır.  Müqayisəli 
tədqiqat metoduna üstünlük verən müəllif kulturoloji prosesləri 
dəyərləndirərkən  Azərbaycan  mühacirət  mədəniyyətşünaslı- 
ğının  mahiyyətini  özündə  ehtiva  edən  ən  mühüm  mənbələrə, 
eləcə  də dünya  şərqşünaslarının və kulturoloqlarının fikirlərinə 
yer verir.
Razılıq  hissi  ilə  bildirirəm  ki,  qaldırılan  elmi  problemlərin 
tarixiliklə  müasirliyin  vəhdətində  araşdırıldığı  əsər  zəngin  və 
tutarlı  material  əsasında,  səriştəli  tədqiqatçı  təfəkkürü  ilə yazı­
lıb.  Müəllif XX əsrin əvvəllərinin kulturoloji irsinə hazır nəzəri 
stereotiplərlə  yanaşmır,  bu  zəngin  və  mənalı  irsin  özündə 
ehtiva olunmuş nəzəri müddəaları ümumiləşdirir və bu bünövrə 
üzərində Azərbaycan kulturoloji fikrinin perspektivləri ilə bağlı 
qənaət və təkliflərini irəli sürür.
Tədqiqat  işinin  ciddi  elmi-təcrübi  əhəmiyyəti  var.  Əsər 
Azərbaycan kulturoloji fikir tarixini, xüsusilə də XX əsr mədə­
niyyətini,  mətbuatı və ədəbiyyatını  öyrənən mütəxəssislər üçün 
orijinal bir elmi-nəzəri mənbə kimi dəyərləndirilə bilər.
Kamal Talıbzadə
AMEA-nm həqiqi üzvü, 
filologiya elmləri doktoru, professor
5


Bir neçə söz
Nəinki  Azərbaycan  kulturoloji  irsinin,  bütövlükdə  dünya 
mədəniyyətinin  bəşəri  dəyərlər  (ən  yaxşı  formalar,  fəaliyyət 
nümunələri,  dünya  duyumu vasitələri,  bəşəriyyətin  uzun  əsrlər 
boyu  yaratdığı  intellektual  və  maddi  dəyərlər)  üzərində  qurul­
ması,  bu  təcrübənin  diktə  etdiyi  reallıqdır.  Lakin bəşəri  mədə­
niyyətin  təkamülü  müxtəlif xalqların  mədəniyyətinin  eyniləş­
dirilməsi  yox,  regional və milli  mədəniyyətlərin harmonik qar­
şılıqlı təsiri,  qarşılıqlı fəaliyyəti və qarşılıqlı asılılığıdır. Hər bir 
mədəniyyətin  öz  dəyəri,  öz  spesifik  xüsusiyyətləri  və  unikal 
nailiyyətləri  vardır.  Müxtəlif milli  mədəniyyət tipləri  nümunə­
lərinin  varlığı  təsdiqləyir  ki,  müasir  dünyada  milli  mədəniy­
yətlərin hər biri bəşəriyyətin inkişaf formalarını  spesifik olaraq, 
yaradıcılıqla mənimsəyir və bəşər mədəniyyətinin təkamül  pro­
sesinə  öz  töhfələrini  verir.  Ona  görə  də  mədəniyyət  sahəsində 
fundamental  elmin -   kulturologiyanın  strateji  məqsədi  həm  də 
Azərbaycan  xalqının  mənəvi  irsini  dünya mədəniyyətinin  inki­
şafı kontekstində təqdim etmək,  müasir Azərbaycan cəmiyyəti­
nin  milli-mədəni  inkişaf  proseslərini  müəyyən  etməkdir.  Bu 
mənada kulturoloji fikir Azərbaycanda da milli-sosial inkişafın, 
ədəbi-mədəni  hərəkatın  təhlilində  müstəqil  dövlətçilik  ideolo­
giyasının  tələb  və  meyarları  ilə  səsləşən  yeni  məzmun  kəsb 
edir.  Dəyişkən  siyasi,  iqtisadi  və  sosial-mədəni  paradiqmaların 
mövcudluğu  şəraitində milli varlığın və mənəvi  dəyərlərin mü­
hafizəsi  istiqamətindəki  vəzifələr  də  məhz  belə  bir  kulturoloji 
məzmundan irəli gəlir.
Mütəxəssislər üçüncü minilliyin başlanğıcında planetar mə­
dəniyyət konsepsiyasının formulu ilə bağlı  əsasən belə bir ortaq 
qənaətdədirlər ki,  milli  mədəniyyətlərin  mövcudluğu ümumbə­
şəri  mədəniyyətin  formalaşmasına nə  tarixən,  nə  bu  gün  əngəl 
olmamış,  nə  də  gələcəkdə  olmayacaqdır.  Əksinə,  ümumbəşəri 
mədəniyyət  milli  mədəniyyətlərdən  ibarətdir.  Bu  baxımdan 
qloballaşmanı  milli  mədəniyyətlərin  itirilməsi  kimi  yozmaq  və
6


onu həmin istiqamətdə yönəltmək yolverilməzdir.  Qloballaşma 
labüd  olsa  da  onun  reallaşması  yalnız  milli  mədəniyyətlərin 
saxlanılması  və  inkişaf  etdirilməsi  şərtilə  qəbul  edilə  bilər. 
Milli  mədəniyyətlərsiz  ümumbəşəri  mədəniyyət  təsəvvür  edil­
mədiyi  kimi,  bu  əsaslarda təşəkkül  tapmayan ümumbəşəri  mə­
dəniyyətsiz də qloballaşma ağlasığmazdır,  mənəvi  dayaqlardan 
məhrum  sırf maddi-iqtisadi  mövcudluqdur.  Maddi  mövcudluq 
isə  mənəviyyatsız  düşünülə  bilməz.  Çünki  bəşər  sivilizasi­
yasının  mahiyyəti  və  özünün  bütün  tarixi  ərzində  qazandığı 
bədii-estetik,  siyasi-fəlsəfi  dəyərləri  onun  maddi  və  mənəvi 
bütövlüyünü şərtləndirir.
Mədəni  dünya  tərəfindən  xalqların  kulturoloji  irsinə  belə 
bir  dəyər  verməsi  səbəbindəndir  ki,  müstəqilliyin  bərpasından 
sonra  Azərbaycan  milli  mədəniyyət  tarixinin  obyektiv  tədqiqi 
və təbliği  sahəsində  də  canlanma müşahidə  olundu.  Sovet reji­
minin  yaratdığı  stereotiplərin  dağıdılması  bir  sıra  məsələlərin 
yenidən  təhlil  və  tədqiq  edilməsinə  imkan  verdi.  Milli  dövlət­
çiliyin bərpası  ilə xalqın mənəviyyatının,  tarixi-mədəni  keçmi­
şinin  öyrənilməsinə real  şərait yarandı.  Milli  özünüdərk prose­
sinin  gücləndiyi,  milli  mədəniyyət  tarixinə  marağın  artdığı  bu 
illərdən  etibarən  Azərbaycan  mədəniyyətinin  formalaşma  və 
inkişaf tarixinin,  onun  qaranlıq  səhifələrinin,  adları  uzun müd­
dət xalqa unutdurulmuş  şəxsiyyətlərin yaradıcılığının  araşdırıl­
masının  aktuallıq  kəsb  etməsi  tədqiqatçılar  qarşısında  yeni  və­
zifələr  qoydu.  O  cümlədən,  çağdaş  Azərbaycan  mədəniyyəti 
tarixində  milli-mədəni  intibah  dövrü  hesab  edilən  XX  əsrin 
əvvəllərinə  dair  müxtəlif  aspektli  tədqiqatlar  aparılmağa 
başlanıldı.
XX  əsrin  əvvəllərində  Azərbaycan  kulturoloji  fikri  mono­
qrafik  və  sistemli  şəkildə  öyrənilməsə  də  müxtəlif  elmi  və 
publisistik əsərlərdə mövzuya dair dəyərli məlumatlar öz əksini 
tapdı.  Azərbaycan  cəmiyyəti  üçün  xarakterik  olan  yeniləşmə 
prosesi, milli-mədəni intibah yolundakı fəaliyyətlər, islahatçılıq 
meylləri,  müasirləşmə  təşəbbüsləri,  Azərbaycan  Xalq  Cümhu­
7


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə