Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə14/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

türk  birliyini  və  Qərbi  öyrənməyə  çağırırdı.  Maarifləndirmədə 
etdiyi  inqilab  ondan  ibarət  oldu  ki,  yeni  yaranmış  türk  məktəb­
lərində  əlifba,  yuxarıda  da  qeyd  etdiyimiz  kimi  artıq  ərəb  fone- 
tikası  əsasında deyil,  daha  asan  olan Avropa fonetikası  əsasında 
aparıldı.
XIX  əsrdə  Azərbaycanın  ictimai  və  sosial-mədəni  həyatına 
təzəlik  gətirən,  yeni  dövrün  əsasını  qoyan  və  bu  mərhələnin  ən 
görkəmli  siması olan şəxs M.F.Axundzadədir. Mənəvi mədəniy­
yətimizin  bütün  sahələrində  “yeni  dövrün”  banisi  hesab  edilən 
M.F.Axundzadə  Azərbaycan  xalqının  milli  mənlik  və  istiqlal 
şüurunun tarixində mühüm yer tutur.  Akademik K.Talıbzadənin 
təbirincə  desək,  “yeni  ictimai  qüvvələrin  qarşısında  duran vəzi­
fələri  aydın  dərk  edə  bildiyi  üçündür  ki,  o  özünə  qədərki  fikri 
cərəyanları,  mütərəqqi  ideyaları  mənimsəməklə  kifayətlənmədi, 
onları  daha  da inkişaf etdirdi  və Azərbaycanda qabaqcıl  ideolo­
giyanın  bayraqdarı  səviyyəsinə  qədər  yüksəldi  (88,  s.  223). 
A.Bakıxanovun simasında maarifçi mütləqiyyət ideyası ilə mey­
dana  atılan  və  qısa  müddət  ərzində  M.F.Axundzadə  inqilabili- 
yinə  və  demokratizminə  qədər  tarixi  inkişaf yolu  keçən  Azər­
baycan  maarifçilik  məktəbində  elmi,  maarifi  yaymaq,  şəxsiyyət 
azadlığının  təbliği,  mövhumat,  despotizmə  qarşı  mübarizə 
məsələləri  qabarıq  şəkildə  özünü  göstərirdi.  Klassik  maarifçilik 
məktəbi  üçün  xarakterik  xüsusiyyətlər  Azərbaycan  maarifçilik 
hərəkatı  üçün  də  səciyyəvi  idi:  maddi  həyat  şəraitinin,  tərzinin 
yaxşılaşdırılmasının əsas vasitəsi xalq kütlələrinin elmə,  maarifə 
yiyələnməsidir;  elm,  maariflə  silahlanma  yolu  ilə  ictimai 
bəlalardan,  o cümlədən mədəni gerilikdən xilas olmaq olar; ideal 
(müdrik,  maarifpərvər)  dövlət başçısı  və  hər  şeydə  meyar  olan 
insan  zəkası  -   ümumi  rifaha  qovuşmağın  yolu budur  (7,  s.  14­
15).  İstər  M.F.Axundzadə,  istərsə  də  maarifçilik  məktəbinin 
H.Zərdabi,  S.Ə.Şirvani,  N.Vəzirov,  Ə.Haqverdiyev,  N.Nərima- 
nov,  S.S.Axundov,  Ü.Hacıbəyov,  Z.Marağalı,  Ə.Talıbov, 
F.Köçərli,  A.Şaiq,  İ.Musabəyov,  S.Qənizadə,  R.Əfəndiyev  və 
digər  sonrakı  nümayəndələrinin  çatmaq  istədikləri  yalnız  bir
41


əsas  məqsədləri  vardı:  ideal  cəmiyyət  yaratmaq,  xalqın  ictimai 
və inqilabi tərəqqisinə nail olmaq.
Bu  günün  prizmasından  baxdıqda  görürük  ki,  XIX  əsrin 
sonlarının nəzəri və əməli təcrübəsi  də belə bir faktı  sübut edir: 
“ictimai  və  mədəni  fikrimizin  tarixində  “Axundzadə  möcüzə- 
si”nin bütün  əlamətləri  -  formalaşmış  professional  teatr  olma­
dan  dramaturgiya,  mətbuat  olmadan  mətbuat  nəzəriyyəsi,  qə­
rarlaşmış  milli  burjuaziya  olmadan  milli  cümhuriyyət,  dövlət­
çilik  və  demokratiya  ideyaları  -   bütün  bunlar  heç  bir  həyati 
əsası  və  real  perspektivi  olmayan  qəribə  paradokslar  deyilmiş, 
ən  yaxın tarixi  gələcəyin bünövrəsini,  təməl  daşlarını  vaxtında 
qoymaq  nümunəsi  demək  imiş...”  (52,  s.  260).  Ümumiyyətlə, 
Y.Qarayevin  də  dürüst  ifadə  etdiyi  kimi  yeni  məktəb,  yeni 
teatr,  yeni  mətbuat  uğrunda  mübarizə  bütünlükdə  mədəni 
düşüncənin  istiqamətini  yeniləşdirmək  məqsədi  ilə  bilavasitə 
bağlı idi və ona xidmət edirdi.
Bütövlükdə isə tədqiq etdiyimiz bu dövrün ziyalılarını məş­
ğul  edən  yeganə  bir  ümumi  mövzu  vardı:  Qəflət  yuxusundan 
oyanmaq,  elmə  yiyələnmək  və  tərəqqi  etmək.  Həmin  dövrün 
elmə,  maarifə,  ədəbiyyata,  incəsənətə,  bir  sözlə,  mədəniyyətə 
dair  yazılmış  əsərlərinin  ana  məqsədini  M.Ə.Rəsulzadə  belə 
səciyyələndirirdi: “Teatrın, hekayənin,  şerin ifadə etdiyi yeganə 
məna:  Əsri  mədəniyyətə intibak fikrini  tərvic  idi”  (140,  s.  31). 
Doğrudan  da  dini  təəssübkeşliklə  yanaşı  milli  mənsubiyyətin 
araşdırılması  və  müasir  mədəniyyətə  yiyələnməyin  təbliği 
yolunda  “Türkləşmək,  islamlaşmaq  və  müasirləşmək”  şüarına 
doğru  istiqamət  almış  mədəni  hərəkat  getdikcə  daha  böyük 
vüsət alırdı.
Artıq  Qafqazın  bir  parçasını  təşkil  edən  məmləkətin  -  
Azərbaycanın  Rusiya  imperatorluğu  tərəfindən  işğalından  yüz 
ilə  yaxın  bir  zaman  keçirdi.  Bu  müddət  ərzində  bütün  milli 
təşkilatları  dağıtmaq  siyasəti  güdən  çarizm  məqsədinə  heç  də 
tamamilə  nail  ola  bilməmişdi.  Milli  xüsusiyyətləri  heç  bir 
zaman unutmamış xalqımızda hürriyyət və milli  istiqlal  fikirlə­
42


rini  mənimsəyən  yeni  bir  ziyalı  nəsil  yetişmişdi  ki,  onlar  da 
mənsub  olduğu  kütləyə  istifadə  edə  bildiyi  vasitələrlə  xidmət 
göstərmək istəyirdi (77,  s.  10).
Belə  bir  tarixi  gedişatla  Azərbaycan,  dünya  sivilizasi­
yasının o vaxta qədər ən yüksək pilləyə çatdığı XX əsrə qədəm 
qoyur.  “Demokratik  fikirlərin  cövlan  etdiyi  bu  əsrdə  cənga- 
vərliyin,  aristokratiyanın  yerini  mütəfəkkir  və  texniki  bilik 
sahibi,  sadə  xalq  demokratiyası  tutmağa  başlayır”  (76,  s.  30). 
İnsan  zəkası  hər  şeyə  hakim  kəsilir.  Firon  qəhrəmanlarının, 
despot hökmdarların taxtında xalqın ümumi idrakının daşıyıcısı 
olan fikir  sahibləri  oturmağa başlayır.  “Daha sadəsi -  hakimiy­
yət imperatorlardan,  sultanlardan,  şahlardan xalqa;  bilgi  kahin­
lər,  sehirbazlar və ilahilərdən alimlərə,  texniki  elm  sahibləri  və 
yazarlara keçir” (76,  s.  30-31).
Nəhayət,  1904-cü  ildə  Uzaq  Şərqdə  baş  vermiş  tarixi  bir 
hadisə ilə Rusiya İmperatorluğunun dayaqları  laxlamağa başla­
dı.  Avropa  mədəniyyətinə  uyğunlaşmış  Yaponiya  Çar  Rusi­
yasının  Baltik  dənizindən  qalxaraq  gələn  hərb  gəmisini  bir 
həmlədə  suyun  dibinə  batırdı.  Dalınca  Port-Arturun  fəthi  və 
bir-birini  təqib  edən Yapon zəfərləri  Rusiyanı  iflic vəziyyətinə 
saldı.  Bütün dünyanı,  xüsusilə Rusiya ilə Yaxın  Şərqi həyəcan­
landıran  bu  hadisə  çarlığın  əsrlər  görmüş  binasını  sarsıtdı. 
Rusiya  daxilindəki  azadlıq  və  inqilab  mücahidləri  ayağa 
qalxdılar.  Çar rejimindən narazı  olan xalq kütlələri bu hərəkata 
qoşuldular.  Hər  tərəfdə  azadlıq  və  demokratik  fikirlər  yayan 
təşkilatlar quruldu ki, bu da gələcək inqilablar üçün zəmin oldu 
(77,  s.  11).
1905-ci  il  ərəfəsində  Azərbaycan  artıq  Rusiya  imperiyası 
tərkibinə  qatılmasının  təxminən  bir  əsrini  yaşayırdı.  Vəziyyət 
acınacaqlı  idi.  Azərbaycanlıların  pis  güzəranının  səbəbi  ilk 
növbədə  Çar Rusiyasının  dövlət  siyasəti  idi.  Başlıcası  o  idi  ki, 
yerli  hakimiyyət  strukturlarında  azərbaycanlıların  sayı  süni 
şəkildə məhdudlaşdırılırdı və  5%-dən çox olmamalı  idi.  Bunun 
nəticələri  milli  durumumuzun  bütün  sahələrində  özünü  büruzə
43


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə