Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə9/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

Ə.Haqverdiyev,  N.Nərimanov  və  digər  görkəmli  ziyalılar 
dövrün mühüm  hadisələrinin  real  bədii  təsvirini  verən  pyesləri 
ilə  teatr repertuarlarını  zənginləşdirdilər.  Rusiyada və  Avropa­
da  təhsil  aldıqdan  sonra  Vətənə  qayıtmış  azərbaycanlı  gənclər 
dünya  klassiklərinin  əsərlərini  tərcümə  edərək  tamaşaya  qoy­
maqla  teatr  həvəskarlarını  dünya  ədəbiyyatının  nümunələri  ilə 
tanış  edir,  Azərbaycanda  milli  dəyərlərə  söykənən  yeni  tipli 
dünyəvi  peşəkar  teatrın  yaradılması  işinə  xidmət  edirdilər. 
Mütərəqqi,  demokratik ruhlu ziyalıların yaradıcılığı və təbliğatı, 
milli  Azərbaycan  zənginlərinin  maddi  yardımı,  H.Ərəblinski, 
C.Zeynalov,  H.Sarabski,  A.M.Şərifzadə,  M.Əliyev,  S.Ruhulla, 
Ü.Rəcəb  kimi  rejissor  və  aktyorların  səyləri  nəticəsində  Azər­
baycanda milli peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf 
etdirildi, xüsusi teatr binalarının inşasına başlanıldı (14).
Dövrün ikinci mühüm hadisəsi isə H.Zərdabinin nəşr etdiyi 
“Əkinçi”  qəzeti  (1875-1877)  ilə  Azərbaycan  dövri  demokratik 
mətbuatının  əsasının  qoyulmasıdır.  Dramaturgiya  və  teatrımı­
zın Azərbaycan mədəni həyatındakı rolunu,  eləcə də türk-islam 
aləminə  təsirini  dəyərincə  qiymətləndirən  M.Ə.Rəsulzadə 
“Əkinçi”nin  mədəniyyət  tariximizdəki  əhəmiyyətindən  bəhs 
edərkən  yazır  ki,  “Tiyatroçuluqda  bütün  Türk  İslam  aləmində 
birincilik şərəfinə nail olduqları kimi, Azərbaycan bu təcrübədə 
də  Rusiya  Türkləri  arasında  birincilik  şərəfini  qazanmışdır” 
(140,  s.  32).  Hər bir millətin  tarixində  qəzet təsisi  mühüm  bir 
hadisə  olduğu üçün, M.Ə.Rəsulzadə  Azərbaycan türklərinin  də 
ana dilində ilk qəzetə malik olmalarını bu cəmiyyətin milliyyət 
halından  millət  halına  keçməsi,  millət  olaraq  formalaşmağa 
başlaması  kimi  səciyyələndirir.  Onun  fikrincə  həyatında 
mətbuat  ənənələrinə  malik  olan  bir  xalq  artıq  təşəkkül  tapmış 
bir  millət  olduğunu  sübut  edir:  “Milli  şüura,  məfkurəyə  sahib 
olmaq  isə  milliyyət  içərisindən  yetişən  rəhbər zümrənin  digər 
ictimai  zümrələr  və  fərdlərlə  daimi  və  üzvi  bir  münasibətinin 
təmin  edilməsi  sayəsində  mümkündür”  (128,  s.  2).  Mətbuatın 
yaradılması  ideyasının  təcrübi  olaraq  həyata  keçirilməsində
26


H.Zərdabinin  rolu  təbii  ki,  danılmazdır.  Əvvəlcə  xeyriyyə 
Cəmiyyəti  qurmağa  təşəbbüs  edərək  müvəffəqiyyətsizliyə  uğ­
rayan,  sonra “teatr otağı”nın boş  qaldığını  görən fədakar insan, 
mədəniyyət  qurucusu  H.Zərdabi  “Bu  dünyada  elmsiz  olaraq 
dolanmağın  mümkün  olmadığını”  dərk  etmiş,  “Nə  qayırmalı” 
deyə düşünmüş...”  (128,  s.  2).
H.B.Zərdabi  “Həyat”  qəzetinin  28  dekabr  1905-ci  il  tarixli 
(№  129)  sayında çap etdirdiyi  “Rusiyada əvvəlinci türk qəzeti” 
başlıqlı  məqaləsində bu barədə yazırdı:  “Dünyada ittifaq olma­
sa,  heç  bir  cəmiyyət  işi  bina  tutmaz.  Bizim  sabiq  cəmiyyəti- 
xeyriyyə bina tutmadığından,  teatr  oynanan  otaq  boş  qaldığın­
dan  aşkar oldu  ki,  müsəlman  qardaşlarımızı  bir yerə cəm  edib, 
zəmanəyə  müvafiq  məktəbxanalar  açdırıb,  küçə  və  bazarlarda 
qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə do­
lanmaq  mümkün  deyil.  Ələlxüsus,  bizim  yerlərdə  ki,  qonşula­
rımız  elm,  təhsil  edib  günü-gündən  irəli  gedir,  bizim  əlimizdə 
olan  mülkü  malımıza  sahib  olurlar və bir  az vaxtdan  sonra biz 
onlara rəncbərlik edib,  onların malını  daşımaqdan ötrü kirəkeş- 
lik  edəcəyik.  Belədə  nə  qayırmalı?  Hər  kəsi  çağırıram  gəlmə- 
yir,  göstərirəm  görməyir,  deyirəm  qanmayır.  Axırda  gördüm 
ki,  onları  haraylayıb  çağırmaqdan,  onlara  deməkdən  başqa  bir 
qeyri  əlac  yoxdur.  Olmaz  ki,  mənim  sözümü  eşidənlərdən  heç 
biri  qanan  olmasın!  (...)  Belədə  qəzet  çıxarmaqdan  savayı  bir 
qeyri əlac yoxdur ki...”  (13,  s.  15-16).
Yeri  gəlmişkən  bir  faktı  da  qeyd  edək  ki,  ittifaq,  ittihad, 
elm,  təhsil  kimi  məsələlər  o  dövrün  demək  olar  ki,  bütün 
ziyalılarını  düşündürən  əsas  milli  problemlərdən  idi.  Məsələn, 
Ə.Hüseynzadə ittihadı  “bir millət üçün hər  şeydən  əqdəm  arzu 
ediləcək  qüvvət”  adlandırırdı  (37).  Ə.Hüseynzadə  təsadüfi  de­
mirdi  ki,  “Maarif,  ittihad,  hürriyyət.  Nə  qədər  gözəl  nemətlər! 
Bunları unutmayalım.  Çünki  əsil  nicat bu üç qüvvədədir”  (38). 
Yaşar  Qarayev,  düstur  şəklinə  salınmış  bu  fikrə  münasibət 
bildirərək  yazırdı  ki,  “həmin  “üç  qüvvətdən”  bircəciyinin  bu 
vəhdətdən  kənarda  qalması  naqislik,  böhran  olardı  və  necə  ki,
27


bizim təcrübədə  oldu da”  (50,  s.  313-314).  Ofeliya Bayramlıya 
görə isə,  XX əsrin  əvvəllərində Ə.Hüseynzadənin gördüyü işin 
böyüklüyü  və  qiyməti  də  məhz  elə  bunda  idi.  Ona  qədər  Türk 
dünyasının  heç  bir  ideoloqu  türkün  qurtuluş,  nicat  yolunun 
ünvanını,  yəni  türk ittihadını  bu  cür qətiyyət və inamla ucadan 
elan  etməmişdir.  Bu  sözlər,  heç  də  görkəmli  tatar  mühərriri 
İ.Qaspıralının  XIX  əsrin  80-ci  illərində  “Dildə,  fikirdə,  işdə 
birlik”  şüarı ilə nəşrə başladığı  “Tərcüman”  qəzetinin “ittihadi- 
türk”  ideyalarından xali  olduğunu göstərmir.  Lakin İ.Qaspıralı- 
nın  ittihad  məramında  siyasi  məqsəd  yox  idi.  Bu  hərəkat  hələ 
üsuli-cədid  (yeniləşmə)  mahiyyətində  idi.  Ə.Hüseynzadənin 
başçılıq  etdiyi  bu  ittihad hərəkatı  isə  tamamilə yeni  məfkurəli, 
siyasi məramlı turançılıq ideologiyası idi (31,  s.  VIII).
M.B.Məmmədzadə  yazırdı  ki,  hələ  Azərbaycanın  müstəm­
ləkə  şəraitində  olmasına baxmayaraq  işğaldan  keçən  “25-26  il 
içərisində  Azərbaycanda  dram  və  komediya,  ümumiyyətlə  ilk 
teatr  əsərlərini  yazan  Mirzə  Fətəli  həmən  əsrin  ortalarında 
Azərbaycan  ədəbiyyatında  Avropa  fikri,  dram  və  komediya 
üsulları  salmağa  müvəffəq  olmuşdu.  Bu  fikirləri  daha  geniş­
ləndirmək  və  ümumiləşdirmək  üçün  ikinci  bir  islahatçıya 
ehtiyac hiss olunurdu. Həmən islahatçı  da on doqquzuncu əsrin 
ortalarında -   1841-ci ildə Azərbaycanın Zərdab  adlı bir kəndin­
də doğulan Həsən bəy Məlikov Zərdabi  oldu”  (60,  s.  6). H.Zər- 
dabinin  “Əkinçi”  qəzetinin  nəşrilə  maarifçilik  ideyalarının  ya­
yılması,  S.M.Qənizadə  və  H.Mahmudbəyovun  “Rus-tatar” 
məktəbi  və onun təsirilə yeni  üsulda məktəblərin genişlənməsi, 
mətbuat və  nəşriyyat  sahəsindəki  tərəqqi,  ədəbiyyat  və incəsə­
nət  aləmində  baş verən  dəyişikliklər,  xeyriyyə  cəmiyyətlərinin 
fəaliyyəti,  çarizmin  qəddar  müstəmləkəçilik  siyasətinə  qarşı 
mübarizə,  inqilabi  çıxışlar,  yeni  ziyalı  nəslinin  yetişməsinə, 
cəmiyyətdə  yeni  mütərəqqi  ideyaların,  xüsusən  milli  şüurun 
formalaşmasına böyük təsir  göstərmişdi  (91,  s.  96).  “Tarix  isə 
kəskin  qələmlə  yazır  ki,  azəri  türklərinin  əlli  ilin  müddətində 
mədəniyyət  və  milliyyət  yolunda  göstərdikləri  diriliyi  Asiya
28


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə