Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə12/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

dəyişməz  və  sabit  durur,  XIX  əsrdə  də  məktəb  orta  əsrlərin 
“orqanı”  olaraq qalırdı. Dünyanın müasir mədəniyyətə yiyələn­
diyi bir dövrdə Azərbaycanda hələ də orta əsrlərin təlim-tərbiyə 
üsulları, yad dildə ilahiyyat və şəriət dərsləri,  fənlərin təlimində 
sxolastika  və  ibtidailik  dözülməz  bir  arxaizm  kimi  getdikcə 
daha  aydın  dərk  edilirdi.  Ona  görə  də  məktəblərdə  milli  dil 
məsələləri uğrunda mübarizə özünü qabarıq şəkildə göstərməyə 
başlamışdı.  “Aşkar  idi  ki,  köhnə  mədrəsə  yeni  maarifçiliyin 
ideya  və  təşkilati  mərkəzi  hərəkət  və  fəaliyyət  orqanı  ola  bil­
məz.  Odur ki,  “Üsuli-cədid”  hərəkatının  qarşısında  onu  dəyiş­
mək,  yeni  dövr  məktəbinə  çevirmək  vəzifəsi  dururdu.  Həm 
tədrisin,  həm  də  tərkibin  demokratikləşməsini  (məktəbin  bü­
tövlükdə  millətin  balalarının  üzünə  açılmasını),  dünyəvi  elm­
lərin,  rus  və  ana  dillərinin  proqrama  daxil  edilməsini  nəzərdə 
tutan  islahat  uğrunda  mübarizə  çarizmin  və  yerli  ruhani  irti­
canın qatı müqaviməti şəraitində davam edir” (52,  s. 254-255).
Bu  dövrdən  başlayaraq  Azərbaycan  milli  mədəniyyətində 
köklü  dəyişikliklər,  inkişaf,  tərəqqi  meylləri  özünü  büruzə 
verir,  M.F.Axundzadə  məktəbinin  davamçıları  Azərbaycan 
mədəniyyətinin  mütərəqqi  milli  mətbuat,  teatr,  məktəb  və 
pedaqoji  fikir,  tərcümə,  tənqid,  estetika kimi  sahələrində  ciddi 
fəaliyyət  göstərir  və  yüksək  nailiyyətlər  qazanırdılar.  Nəzəri 
səciyyə daşıyan M.F.Axundzadə dövrünün milli maarifçiliyi  öz 
yerini  tədricən  öz  kütləviliyi,  canlı  və  əməli  xüsusiyyətləri  ilə 
xarakterik  olan  milliyyətçi-maarifçiliyə  verir.  S.Ünsizadə, 
Ə.Topçubaşov,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  kimi  yeni  keyfiy­
yətli  maarifçi-romantik  mühərrir  və  publisistlərin  ilkin  fəaliy­
yəti  də  məhz  bu  dövrə  təsadüf  edir  (7,  s.  44).  Ə.Gorani,
R.  Əfəndiyev  tərəfindən  əsası  qoyulan  yeni  tipli  realist  uşaq 
ədəbiyyatı  yaranmağa  başlayır.  A.Çernyayevski,  A.Şaiq,
S.  M.Qənizadə, N.Nərimanov,  C.Məmmədquluzadə kimi ziyalı­
lar  müasir  pedaqoji  prinsiplər  əsasında  ana  dilli  dərsliklər 
yaradılması  sahəsində  xeyli  iş  görürlər,  rus  dilindən  dərslik 
nümunələri  tərcümə  edirlər.  Xalq  folkloruna  maraq  artır,  xalq
35


ədəbiyyatı nümunələrinin kütləvi və nizamlı bir şəkildə toplan­
ması  işinə  başlanılır.  “Məhz  maarifçilik  təlimi  ilə  və  maarifçi 
fəaliyyət  üsulları  ilə  o  illər  ədəbiyyatına  qədəm  basanların 
hamısı  -   N.Vəzirov,  Ə.Haqverdiyev,  Ü.Hacıbəyov,  C.Məm- 
mədquluzadə,  N.Nərimanov  səhnə  işi  ilə  mətbuatçılığı,  müəl­
limliklə  yazıçılığı,  folklorçuluqla  mütərcimliyi  öz  simasında 
birləşdirir”  (7,  s.  46).
Bu  dövrün  mədəni  həyatı  üçün  ən  səciyyəvi  cəhət  məktəb 
və  ədəbiyyatın,  pedaqoji  və bədii  fikrin,  ümumiyyətlə,  mənəvi 
sahənin  qarşılıqlı təsir və əlaqə prosesində bir-biri  ilə qaynayıb 
qarışmasıdır.  Teatrdan  və  mətbuatdan  sonra  ictimai-mədəni 
inkişafa  güclü təsir göstərən  məktəb  maarifçiliyin üçüncü  əsas 
ideya-əməli  iş  silahına  çevrilir.  Artıq  mətbuat,  məktəb  və 
maarifin  istiqaməti  ilə  yanaşı  ziyalıları  milli  və  dini  mənsu­
biyyət  fərqi  də  düşündürməyə  başlamışdı.  Xalqın  adı,  tarixi, 
milli  taleyi  haqqında  “Əkinçi”,  “Kəşkül”,  “Kaspi”,  “Kavkaz”, 
“Baku”  kimi  qəzetlərdə  aktual  yazılar  dərc  olunurdu.  Xalqın 
tarixinə  və  mədəniyyətinə  artan  maraqla  məktəb  hərəkatının 
bağlılığı  bir  də  onda  idi  ki,  bu  məktəblərdə  milli  dil,  onun 
tarixi, qrammatikası və abidələri öyrənilməyə başlayırdı.
XIX  əsrdə  dramaturgiya,  teatr,  mətbuat,  yeni  tipli  mək­
təblərin  təşəkkülü  ilə  daha  da  geniş  vüsət  alan  maarifçilik  və 
mədəniləşmə prosesləri təbii  ki, bir-biri ilə bağlılıq və qarşılıqlı 
təsirlənmələr şəraitində gedirdi.  Məsələn,  ana dilli  dərslik üçün 
bədii  ədəbiyyata  ehtiyac  maarifçi  uşaq  nəsrinin,  şeirinin  və 
dramaturgiyasının sürətli yüksəlişinə  stimul verirdi. Bu mədəni 
ehtiyacları  qarşılamaq  axtarışları  isə  maarifçi  məktəb  və  mət­
buat xadimlərinin  diqqətini  şifahi  xalq  ədəbiyyatına,  həmçinin, 
maarifçi  dünya  (Avropa  və  rus)  ədəbiyyatından  təbdil  və 
tərcümə işinə cəlb  edirdi.
Mədəniyyət  sahələrinin  belə  bir  qarşılıqlı  təsirlənmələr 
şəraitində  inkişaf  etməsi,  ziyalıları  ehtiyac  hiss  olunan  digər 
mədəni  fəaliyyətlərə  də  sövq  edirdi.  Digər tərəfdən,  artıq  XIX 
əsrin  70-80-ci  illərində  cədidçilik  bir  ictimai-siyasi  hərəkat
36


kimi  formalaşmışdı.  Mollaxanalarda  köhnə  üsulla  -   “üsuli- 
qədim”  metodu  ilə  savadlanma  prosesi  3-5  il  çəkirdisə,  üsuli- 
cədid metodu ilə savadlanma  1  il  çəkirdi.  Azərbaycanda da 70- 
ci illərdən açılmağa başlayan üsuli-cədid məktəblərində başlan­
ğıc  fikir  dini  məktəblərin  islahatı  olsa  da,  bu  hərəkat  bununla 
kifayətlənməyərək,  Rusiya  müsəlmanlarında,  türklərində  yeni 
təfəkkürün  formalaşmasına  yönəldi.  Artıq  XIX  əsrin  sonlarına 
doğru Rusiya ilə  qurduqları  əlaqələr nəticəsində Qərbə “mədə­
niyyət  pəncərəsi”  açan  və  aldıqları  yeni  fikirlərlə  Azərbaycan 
cəmiyyətini  modernizə  etməyə  çalışan  ziyalılar,  bu  dövrdən 
etibarən  aparılacaq mübarizəni  sadəcə bir tərəqqi  məsələsi  ola­
raq  görməyib  milli  şüur  çərçivəsində  dəyərləndirməyə  başla­
mışdılar.  Bu  mənada  “başda  Türkiyə  olmaqla  digər  Türk  top- 
lumlarındakı  çalışmalarla  koordinasiya  saxlanılmış,  birlik  və 
bərabərlik  düşüncəsi  içərisində  hərəkət  edilmiş,  “Molla  Nəs­
rəddin”,  “Füyuzat”,  “İrşad”  və  “Həyat”  kimi  qəzet və  dərgilər, 
digər  türk  coğrafiyalarındakı  mətbuat  orqanları  ilə  əməkdaşlıq 
içərisində  səhifələrində  başda  “Tərcüman”  olmaqla  eyni  məq­
səd yolunda çalışan  digər periyodiklərin yazılarına yer vermiş­
dilər”  (106,  s.  24).  XX əsrin  əvvəllərindən  etibarən isə  Əbdül- 
nasir  Kursavi  (1770-1814),  Şəhabəddin  Mərcani  (1815-1889), 
Əbdülqəyyum  Nasiri  (1824-1907)  və  Hüseyn  Feyizhai  (1826­
1866)  kimi  şəxslərin  öncüllüyündə  dini,  siyasi  və  kültürəl  bir 
aydınlanma  hərəkatı  olaraq  başlayan  “Cədidizm”,  xüsusilə 
İsmayıl  Qaspıralının  səyləri  ilə  bütün  Türk  dünyası  üçün  təhsil 
islahatını  əsasa alan bir hərəkata çevrilmiş və yeni  proqramların 
qəbulu ilə bu sahədə əsaslı addımlar atılmışdır (106, s.  19-20).
Bu  mənada, üsuli-cədidi  sadəcə təhsil  islahatı  kimi  qiymət­
ləndirməyin  düzgün  olmadığı  qənaətində  olan  H.Əzizoğluna 
görə,  bu  hərəkat,  ümumiyyətlə,  müsəlman,  türk  xalqlarının 
mədəniyyətinin  yeni  yollarının  formalaşması  üçün  cəhdlər  de­
mək idi.  Bu üsulun baniləri  və tərəfdarları  əslində  Çar Rusiya­
sının sıxıntıları və təqibləri  şəraitində böyük cəsarət göstərdilər. 
Əslində özündə ictimai-siyasi, milli-vətənpərvər və demokratik
37


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə