Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə21/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

teatr,  musiqi,  ədəbiyyat  inkişaf edir,  texniki  tərəqqi  sahəsində 
modern təcrübə mənimsənilirdi.
Azərbaycanının  həmin  dövr  milli-mədəni  həyatını  təhlil 
edən  H.Baykaranın  belə  bir  qənaəti  bizə  görə  daha  məntiqi 
görünür  ki,  əgər  tarixi  mühitin  bu  şərtləri  yetişməsəydi,  milli 
şüurun  formalaşdırılması  baxımından  yalnız  ziyalıların  fəaliy­
yəti  bu  tezliklə  öz  bəhrəsini  verməzdi:  “Tarixin  axışı  içində 
şərtlər  hazırlanmış  deməkdir.  Yoxsa  Azərbaycana  milliyyətçi­
lik  fikrini  Əhməd  Ağaoğlu  Fransadan,  Əli  bəy  Hüseynzadə, 
Məhəmməd  Əmin  Rəsulzadə  İstanbuldan  gətirdi  düşüncəsi 
yanlış  və  əsassızdır.  Zəmin  hazır  olmadıqca  kənardan  heç  bir 
şəxs,  heç  bir  fikri  gətirib  bir  cəmiyyətin  həyatına  yerləşdirə 
bilməz” (100,  s.  82).
Həqiqətən  də  tarixi  təcrübə  göstərir  ki,  xalqın  bir  millət 
olaraq  meydana  çıxması  bir  sıra  tarixi,  iqtisadi,  sosial-mədəni 
şərtlərə  bağlıdır  ki,  bunlar  içərisində  etnik  birliyə  və  kökə 
bağlılıq da mühüm  əhəmiyyət kəsb edir.  Deməli,  millət fərdləri 
arasında tarix birliyi,  dil  birliyi,  ideal birliyi,  kültür və mənfəət 
birliyi  kimi  ünsürlərin  mövcud  olması  əsas  şərtdir.  Milləti 
təşkil  edən  insanlar  arasında  bir-birlərinə  bağlılıq  və  tarixi 
keçmişə  aid  qürurverici  xatirələr  ümumi  anlayış  və  ortaq  bir 
düşüncə yaratmaqdadır.
Kapitalizm dövrünün sənaye, maliyyə,  mexanikləşmiş kənd 
təsərrüfatı,  çox  geniş  və  qarışıq  ticarət  məsələlərini  özündə 
ehtiva  edən  problemlər  hər  bir  millətin  mədəniləşmə  dövrü 
üçün  xarakterikdir.  Çarlıq  rejimi  Azərbaycan  türklərinə  bu 
problemlərini həll etmək üçün imkan verməsə də xalqın yüksək 
yaradıcı  zəkası  bu  işdə  tənzimləyici  rol  oynamışdır.  Belə  bir 
mühitdə  Azərbaycan  türk  cəmiyyəti  bir  millət  olaraq  ortaya 
çıxma  şüuruna  yiyələnməyi  bacarmışdır.  Çünki  bir  xalqın 
millət olaraq meydana çıxması üçün, hər şeydən öncə,  o xalqın 
tarixi-etnoqrafik birliyə malik  olması,  bəlli  bir torpaq üzərində 
birlikdə  yaşaması  və  bir  cəmiyyət  olaraq  sosial  həyat  sürməsi 
zəruridir ki, bütün bunlar tarixən Azərbaycan türklərində vardı.
62


Milli  məsələ  Çar  Rusiyası  miqyasında  hələ  XIX  əsrin 
axırlarında,  kapitalizmin  sürətli  inkişafı  şəraitində  müzakirə 
olunmağa  başlamış,  XX  əsrin  əvvəllərindən,  xüsusilə  1905-ci 
ildən  sonra isə bütün kəskinliyi  ilə meydana çıxmışdı.  Böhranı 
şərtləndirən  başlıca  amillərdən  biri,  şübhəsiz,  artıq  bütün 
imperiyanı  bürüyən  və  getdikcə  şiddətlənən  milli  və  inqilabi 
azadlıq hərəkatı idi.  Cəmiyyətdə bu məsələ bir yandan məzlum 
xalqların milli  şüurunun,  milli birliyinin təşəkkül tapıb  qüvvət­
ləndiyi,  o biri yandan da çarizmin əks-inqilabi və şovinist siya­
sət yeritdiyi  şəraitdə  müzakirə  olunurdu.  Şəraitin  mürəkkəbliyi 
milli  özünüdərklə  bağlı  məsələlərin  müzakirəsini  də  çox 
mürəkkəbləşdirmişdi.  Əziz Mirəhmədov  çox haqlı  olaraq yazır 
ki,  azərbaycanlıların həmin dövrdə milli özünüdərk sahəsindəki 
fəallığı  təkcə  göstərilən  tarixi  hadisələrdən  irəli  gəlmirdi. 
“Qonşu  İran  və  Türkiyədə  milli-mədəni  oyanış  hərəkatları 
şəraitində  baş  qaldıran  milli  azadlıq  hərəkatları  da  məsələnin 
həllinə bir  sıra zəruri,  ciddi  çalarlar verirdi.  Nəhayət,  vəziyyəti 
mürəkkəbləşdirən hər  addımda milli  məsələ  ilə  çulğaşan islam 
dini və onun ətrafında cərəyan edən siyasi-ideoloji hadisələr idi 
ki,  bu  son  səbəb  Azərbaycanın  öndə  gedən  ziyalıları,  xüsusilə, 
islam  dininin  elm  və  mədəniyyət  dini  kimi  mənimsənilməsinə 
çalışan mütəfəkkirlər üçün daha səciyyəvi idi”  (66).
Təbii  ki,  cəmiyyətin  və  ictimai  fikrin  ayrı-ayrı  dövrlərdəki 
inkişaf  səviyyəsi  ilə  əlaqədar  məsələlərin  həllində  də  müxtə­
liflik yaranmışdı. Bu hala ən əvvəl müzakirədə iştirak edənlərin 
sinfi mövqeləri və elmi-nəzəri  səviyyələrinin müxtəlifliyi səbəb 
olmuşdu.  Azərbaycan  mütəfəkkirinin  məsələyə  münasibətinin 
mahiyyətini  təyin  edən  amillər  və  elmi-metodoloji  qaynaqlar 
da rəngarəng idi. Bu işdə başlıca amil milli tarixi varlıq olsa da, 
onun uzun illər Rusiya və  Qərb  elmi  mühiti  ilə bağlılığı  da hər 
halda öz işini görməmiş deyildi.  Xüsusilə də, XIX əsrdə və XX 
əsrin  əvvəllərində  Osmanlı  İmperatorluğunda  müşahidə  edilən 
“osmanlıçılıq”,  “qərbçilik”,  “islamçılıq”  və  “türkçülük”  kimi 
əsas  düşüncə  cərəyanlarının  təsirləri  Azərbaycan  ziyalılarının
63


ümmət  və  millət  anlayışlarına  baxış  tərzlərində  də  özünü 
büruzə verməkdə idi.
Ümumiyyətlə,  XIX  yüzildə  dünya  mədəniyyət  tarixinə  ən 
çox  təsir  göstərən  fikir  milliyyət  fikri  olmuşdur.  Y.Akçuranın 
təbirincə desək,  milliyyət fikrinə, bu böyük qüvvətə heç bir şey 
qalib  gəlmədi.  Yüz  minlərlə  müntəzəm  ordular,  bu  fikir  qarşı­
sında məğlub oldu.  Bu gün milliyyət fikrini məğlub edə biləcək 
qüvvət,  şiddət,  zülm,  top,  tüfəng  deyildir.  Bəlkə  milliyyət 
fikrinin  ana  və  atası  olan  hürriyyət  və  bərabərlik  fikirləri  onu 
məğlub  edə bilər...  (97,  s.  139).
XX əsrin əvvəlində Azərbaycan millətinin formalaşması öl­
kənin  intellektual  elitasının  məqsədyönlü  fəaliyyətinin  nəticəsi 
idi.  Azərbaycanlılarda  milli  özünəməxsusluğun  inkişafında 
Ə.Hüseynzadə  və  Ə.Ağaoğlu  tərəfindən  işlənib  hazırlanmış 
siyasi  türkçülük  ideyalarının  təkanverici  rolu  isə  xüsusilə 
vurğulanmalıdır.  Əsasən türk xalqlarının həyatında hökm  sürən 
ruslaşma  və  farslaşma  siyasətinə  qarşı  irəli  sürülən  türkçülük 
ideyalarının  Azərbaycan  xalqının  gələcək  həyatındakı  rolu  bu 
baxımdan misilsizdir.
Ə.Hüseynzadə  türkləşmək  məramını  məhz  türkçülük  ideo­
logiyasının  milli  təməl  prinsipi  kimi  təqdim  edirdi.  Onun 
əqidəsinə  görə “O  millət,  o  qövm  səadət və  nicat tapa bilər ki, 
öz  qövmiyyətini,  dilini,  dinini,  tarixini,  adət  və  əxlaqını 
öyrənir”.  Göründüyü kimi Ə.Hüseynzadə XX əsrin ilk illərində 
türk  xalqlarının  ictimai-siyasi  fikir  tarixinə  milli  özünüdərk 
problemini  gətirir  və  həmin  xalqların  “türk”  adını  təsdiq  edir. 
Sonralar  üçlü  düstur  şəklini  almış  üç  cərəyan  arasında  bir 
harmonik  tarazlığın  yaradılması  da  ilk  növbədə  Ə.Hüseynza- 
dənin  adı  ilə  bağlıdır  və  belə  bir  mədəniyyət  konsepsiyasına 
görə  türkçülük  ideologiyasının  mənəvi  prinsiplərindən  biri 
islamlaşmaq  olduğu  üçün  islam  dininin  ümumbəşəri  mənəvi- 
əxlaqi  dəyərləri  öyrənilməli  və  mənimsənilməlidir.  Onun 
“Allahını  tanıyan  millət  milli  birliyini  də  dərk  edəcəkdir” 
tezisindən  gəlinən  qənaət  bu  idi  ki,  islam  dini  türk  birliyinin,
64


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə