Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə16/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

güclü təsir göstərmişdir.  Ümumiyyətlə,  xalqın  mədəni  tərəqqi­
sində,  cəmiyyət  həyatının  yeniləşməsi  prosesində  din  xadim­
lərinin mütərəqqi  roluna dair Azərbaycan nümunəsində bir sıra 
örnəklər  vermək  mümkündr.  Məhz  belə  dini  rəhbərlərin 
xidmətlərinə  nümunə  olaraq  O.Bayramlı  yazır  ki,  Ş.Ə.Səlyani 
mütərəqqi  din  xadimi  kimi  dövrünün  digər  din  xadimlərindən 
fərqlənirdi. Bunu onun özü də etiraf edərək, İranda  1871-ci ildə 
Rühul-Qüdsə göndərdiyi bir məktubda yazırdı ki:  “Mən də şey­
xülislamam,  lakin  İstanbul  Şeyxülislamı  kimi  deyiləm,  ərəb 
əlifbasının islahatını  şəriətə zidd hesab  etməyirəm,  Axundovun 
və  sizin  əqidələri  hər  cəhətdən  istisnasız  təsdiq  edib,  onların 
doğruluğunu  etiraf edirəm”.  Yaxud  o,  İranın baş  nazirinə gön­
dərdiyi məktubunda yazırdı:  “Mən, cənab  Şeyxülislam,  sizə be­
lə  məsləhət  görürəm  ki,  məhkəmə  işləri  ruhanilərin  əlindən 
alınsın və ədliyyə nazirliyinə tapşırılsın”.  Şeyx Əhməd  Səlyani 
M.F.Axundovla dostluğu nəticəsində nəinki  onun mütərəqqi  fi­
kirlərini  müdafiə  etmiş,  hətta onunla birlikdə dövrünün bir çox 
səmərəli əməl və tədbirlərinin həyata keçirilməsi uğrunda çalış­
mışdır”.  Axundovla  birlikdə  Qori  müəllimlər  seminariyasında 
Azərbaycan  şöbəsinin  açılmasında yaxından  iştirak etmiş,  bəzi 
xeyirli, faydalı işlər görmüşdür.  Bu din xadimi o zaman Qafqaz 
xalqının təhsil və maarifinin inkişafında  dövrünün bir  çox mü­
tərəqqi  ziyalıları  (M.F.Axundov,  Q.B.Zakir,  M.Ş.Vazeh, 
H.B.Zərdabi və b.) ilə səmərəli işlər görmüşdür (17,  s.  35).
XX  əsrin  əvvəllərindən  etibarən  tədricən  dünyaya  açılan 
Azərbaycan  cəmiyyəti  bir  tərəfdən,  mütərəqqi,  humanist, 
ümumbəşəri  mənəvi  dəyərlərlə  daha  da  zənginləşirdisə,  digər 
tərəfdən  də burada min  illik etnik-milli  koloritə,  əxlaqa və fəl­
səfəyə  yad  sosial  şüur,  milli  ideologiya,  dəyişən  estetika 
formalaşırdı  (52,  s.  169).  M.B.Məmmədzadə  siyasi-ictimai 
dəyişikliklərin  məhsulu  hesab  etdiyi  milliyyətçiliyin,  əvvəlki 
ictimai  düzənin  və  yaşam  tərzinin  fərqli  bir  məcraya  yönəl­
dilməsi  və  milli  burjuaziya  ilə  mütərəqqi  fikirli  ziyalılar  ara­
sında  yaranmış  həmrəyliyin  nəticəsində  meydana  çıxmasını
47


belə  izah  edirdi  ki,  bu  iki  ünsürün  qovuşmasından  milliyyət­
çilik  doğmuş  və  qısa bir  zaman  içərisində bu  mənafe və  əqidə 
birliyi  siyasi  hərəkat halına gəlmişdir (148,  s.  20). Məhz həmin 
həmrəyliyin  nəticəsi  idi  ki,  qısa  bir  zamanda  Azərbaycan 
mətbuatı  özünün  intibah  dövrünü  yaşayırdı.  H.Z.Tağıyev  və 
İ.Aşurbəyli kimi zənginlərin maliyyə dəstəyi və Ə.Topçubaşov, 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  kimi  ziyalıların  gərgin  fəaliyyətləri 
ilə  başlanan  bu  milli  nəşriyyatın  yeni  dövrü  özündən  sonrakı 
bir  sıra  mətbu  orqanların  nəşrinə  təkan  vermiş  oldu.  Təbliğa­
tlarını “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”,  “Füyuzat”,  “Molla 
Nəsrəddin”,  və  s.  çoxsaylı  qəzet  və jurnallar vasitəsilə  aparan 
Azərbaycan  ziyalıları  və  burjuaziyası  getdikcə  ənənəvi  düşün­
cədən uzaqlaşaraq modern milliyyətçi ideologiyaya yaxınlaşma 
səylərinə və yeni bir kimlik ətrafında birləşmə hərəkatına rəvac 
vermişlər.  Əslində  bu  dövrün Azərbaycan  milli  mətbuatı,  milli 
və  ictimai  kimliyin  formalaşdırılmasına  xidmət  edən  bir 
platformaya çevrilmişdir.
Ziyalıların  modern  məktəblər  açaraq  və  təqaüdlər  verərək 
təhsilin  inkişafını  tənzimləmək  sahəsindəki  fəaliyyətləri  də  öz 
bəhrəsini  verməkdə  idi.  Bu  məqsədlə  Azərbaycanın  müxtəlif 
bölgələrində, xüsusilə də Bakıda xeyriyyə və maarif təşkilatları 
yaradılmışdı.  Xalqın  yardımı  və  dəstəyi  ilə  fəaliyyət  göstərən 
bu  cəmiyyətlər  yeniləşmə  və  milliyyətçilik  hərəkatına  önəmli 
təkan vermişdir.
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  təkcə  azərbaycanlı­
ların  deyil,  ümumiyyətlə  türk  xalqlarının  ictimai-siyasi  fikir 
tarixi  üçün  əlamətdar  hesab  edilən  yeniləşmə  prosesinin  müs­
bət  nəticələri  çox  keçmədən  özünü  göstərdi.  Xüsusilə  də, 
Ə.Hüseynzadə  ittihada  doğru  tərəqqi  məramı  ilə  mədəniyyət 
tariximizdə  yeni  bir  səhifə  açdı.  Ofeliya Bayramlının təbirincə 
desək,  deməli,  “Ə.Hüseynzadə  1904-cü  ildə  “Məktubi-Məxsu- 
si”  məqaləsində “nə  surətlə çalışmaq”  dedikdə “maarif’,  “nəyə 
çalışmaq”  dedikdə “ittihad”,  “nəyi  öyrənmək”  dedikdə “hürriy­
yət”  məqamlarına  işarə  etmişdir”  (31,  s.  IX).  Türkçülüyün
48


babalarından  saydığımız bu  dahi  şəxsiyyətin XX əsrin ilk onil­
liyində  təqdim  etdiyi  həmin  bu  üç  sözü  böyük  siyasi  həqiqət­
lərin  sadələşdirilmiş  ifadəsi  hesab  edən  tədqiqatçı  O.Bayram- 
lıya  görə,  Ə.Hüseynzadə  bu  məramları  türk  xalqlarının  milli 
azadlıq  hərəkatında  zəruri  sayır  və  bunlara  əməl  edilməsinin 
vacibliyini irəli  sürürdü (31,  s. IX).
Azərbaycanın XX əsrin  əvvəllərinə qədərki  yüzillik inkişaf 
mərhələsi  təsdiqlədi  ki,  millətin  və  mədəniyyətin  tarixləri  bir- 
birindən ayrı yazıla bilməz.  Mədəniyyətdə varislik amili  də hər 
zaman  aktuallığını  saxlamaqdadır.  Bu  mənada  Azərbaycan  cə­
miyyətin  mədəni  intibah faktı  da yüz illik yeniləşmə prosesinə 
bağlanır,  azadlıq,  istiqlal  və  milli  dövlətçilik  idealları  da. 
Yalnız  ilk növbədə  ədəbi-mədəni  fikirdə formalaşdıqdan  sonra 
bu  ideallar təcrübədə  təsdiqini  tapmışdır.  Necə  ki,  Azərbaycan 
Xalq  Cümhuriyyətinin  mənəvi  babaları  Axundovlar,  Zərdabi­
lər,  Hüseynzadələr,  Ağaoğlular,  Rəsulzadələr,  Məmmədzadə­
lər,  Sabirlər,  Cavidlər,  Nərimanovlar,  Hacıbəylilər,  Cavadlar, 
Cabbarlılar olmuşlar.
XIX-XX  yüzilliklərin  ən  böyük  ideyalarını  da  məhz  bu 
mənəvi-intellektual babalarımız vermişlər. Necə ki,  XX əsrin ən 
böyük  şüarlarından  birini  səsləndirən  C.Məmmədquluzadə  bu 
amalı  uğrunda  həyatı  boyu  çarpımışdır:  “Vətən,  vətən,  vətən! 
Millət,  millət,  millət!  Dil,  dil,  dil!”.  Y.Qarayevin  “Axundovdan 
sonra  öz  ictimai-siyasi  görüşlərini  bir  ideoloq,  dövlət  adamı, 
ictimai  xadim  səviyyəsində  şərh  edən  ikinci  böyük  yazıçımız” 
adlandırdığı  (50,  s.  242)  Mirzə  Cəlillə  birlikdə  mövcud  ictimai 
mühitə,  quruluşa,  cəmiyyətə  qarşı  çıxarkən  Sabirin  də  idealları 
“Molla Nəsrəddin”in vahid ideya təliminə uyğun idi (50, s. 275).
Beləliklə, yüz illik yeniləşmə prosesinin zəminində yeni bir 
əsrə  qədəm  qoymuş  Azərbaycan  cəmiyyətindəki  mədəni 
tərəqqi  hərəkatı  bütün  aşkarlığı  ilə  milli  bir  şəkil  və  mahiyyət 
almağa başlamışdı.  İmperatorluq daxilində cərəyan edən liberal 
və istiqlalçı cərəyanlarla həmahəng olaraq irəliləyən bu hərəkat 
bir tərəfdən  də,  bütün  Rusiyadakı  müsəlmanların  milli  mədəni
49


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə