Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə10/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

dünyasında Yaponiyadan başqa heç millət göstərməmişdi.  Heç 
millət  iyirmi  beş  sənədə  milli  bir  ədəbiyyat,  milli  bir  teatro, 
milli  bir  musiqi  və  milli  bir  mətbuat  yaratmamışdır.  Heç  bir 
millət  on  iki  sənə  içində  milli  bir  tərpəniş,  siyasi  bir  sima  və 
milli bir dirilik göstərməmişdir” (64,  s.  18-19).
“Azərbaycan  milli  xartiyası”  adlı  əsərində  (61,  s.  135-136) 
M.B.Məmmədzadə yazır ki,  Həsən bəy yalnız  sözlə kifayətlən­
mirdi.  O,  təbliğ  etdiyi  bu  böyük  fikir  uğrunda  felən  işləyirdi. 
Həsən  bəy  Azəri  türklərində  ilk  müəllim,  ilk  mühərrir,  ilk 
aktyor və teatr banisi, ilk mətbəə müəssisi,  ilk qəzetə naşiri, ilk 
cəmiyyəti-xeyriyyə banisi  olmuşdur.  Əlli  il  əvvəl  vaqe  olan bu 
işlər  Həsən  bəy  üçün  yalnız  birər  vasitədən,  ümumi  qayəyə 
gətirən  müxtəlif yollardan  ibarət  idi.  Onun  məqsədi  və  qayəsi 
millətin  oyanması,  tərəqqisi,  mədəniyyət  sahibi  olması  və  bu 
mədəniyyət  ilə  təchiz  edilərək  öz  ana  torpağına  sahib  olması 
onu,  o  müqəddəs torpağı  əldən buraxmaması  idi.  “Zindəganlıq 
davası”  adlı  bir  məqaləsində  Həsən  bəy  sübut  edirdi  ki:  “Bu 
zamanda  məişətin  bu  ağır  günlərində  heç  bir  millət  elmsiz 
keçinə bilməz.  Bir millət növbənöv fəndlər ilə  nadan  qonşusu­
nun  əlindən  ruzisini  alıb  onu  fəlakətə  düçar  edəcəkdir.  Elm 
təhsil  etmiş  dövlətli  tayfa  20-30  ildə  birə-bir  artdıqda,  elmsiz 
tayfa ilbəil  azalır. Bu zindəganlıq davası insanlarda da,  heyvan­
larda da mövcuddur” (61,  s.  135-136).
Sonrakı  proseslər  də  təsdiqlədi  ki,  “Əkinçi”  nin  zühuru 
yalnız  milli  deyil,  eyni  zamanda  demokratik  bir  hadisə  idi. 
Təbii  ki,  tək-tənha  qəzet nəşr  edən H.Zərdabi  üç  il  ərzində bir 
çox müşkülatlarla  qarşılaşmışdır.  Şərqin  ilk modern müsəlman 
qəzetinin,  ilk  türk  milli  mətbuatının  əsası  olan  “Əkinçi”  bu 
xüsusda  yazırdı:  “Ey  bizə  diqqət  edənlər,  bu  qəzetin  kəsrini 
görəndə  gülməyin,  gülmək  yeri  deyil,  siz  ağlayın  ki,  bizim 
müsəlmanların bircə  qəzeti  də  basdırmağa  adamı  yoxdur”  (92, 
s.  45).  H.Zərdabi  “Əkinçi”  vasitəsilə  ziyalılara  “Türklər  öz 
dillərini  itiriblər.  Sizin  sözlərinizi  onlar  anlamırlar;  onların 
dilini  tapın  verin  yaşasın,  irəli  getsinlər”  (128,  s.  2-3)  deyə
29


müraciət  edir,  xalqı  cəhalətdən  yaxa qurtarmağa çağırır,  tərəq­
qiyə  səsləyirdi.  M.F.Axundzadə,  S.Ə.Şirvani,  N.Vəzirov, 
Ə.Gorani,  Ə.Heydəri,  M.Əlizadə  kimi  dövrün  ən  qabaqcıl 
ictimai-ədəbi  qüvvələrini  başına  toplayan  “Əkinçi”  öz  səhifə­
lərində  qədim  islam  və  türk  dəyərlərini  inadla  dəstəkləməklə 
yanaşı,  mədəniyyət  və  ədəbiyyatın,  elmin,  kənd  təsərrüfatının, 
sənaye  və texnikanın bütün  sahələrində islahat ideyasını,  müa­
sir, modern bir dünyagörüşünü təbliğ edirdi.
“Əkinçi”  ilə  başladılmış  və  təbliğ  edilmiş  mədəni  yeniləş­
mə  prosesini  sonrakı  mətbuat  orqanları  da  davam  etdirmişlər. 
Rus  çarlığı isə hər yolla Azərbaycan xalqının tərəqqisinə  səbəb 
ola biləcək təşəbbüslərin  qarşısını  amansızlıqla alırdı.  “Əkinçi­
nin”  bağlanmasından  sonra  uzun  illər  Azərbaycan  milli  mət­
buatında  boşluq  yarandı.  Arxiv  sənədlərinə  istinadən  Ağarəfi 
Zeynalzadə yazır ki,  “ 1891-ci  ildən,  yəni  C.Ünsizadənin “Kəş- 
kül”  qəzetinin  bağlanmasından  1903-cü  ildə  M.Şahtaxtlının 
“Şərqi-rus”unun  nəşrinədək  keçən  12  il  ərzində  ziyalılarımız­
dan  Ünsizadə  qardaşlarının  “Azərbaycan”,  “Uçan  yarpaq”, 
“Daniş”,  Əhməd  bəy  Ağaoğlunun  “Məşriq”,  M.Şahtaxtlının 
“Tiftis”,  N.Nərimanovun  müəllim  dostu  S.M.Qənizadə  ilə 
“Sovqat”,  yenə  N.Nərimanovun  müstəqil  “Təzə  xəbərlər”  və 
“Məktəb”,  S.M.Qənizadənin H.Mahmudbəyovla “Nübar”  və  s. 
qəzet  və  jurnal  çıxarmaq  üçün  verdikləri  ərizələrə  dövlət 
orqanları  yalnız  yox  cavabı  vermiş,  beləliklə  də  xalqımız 
mətbuat  nəşrindən  tamamilə  məhrum  edilmişdir.  Halbuki, 
həmin illərdə ermənilərə 5,  gürcülərə isə 4 adda qəzet və jurnal 
nəşr etməyə icazə verilmişdi”  (91,  s.  96).  Vəziyyət belə olduğu 
təqdirdə  H.Z.Tağıyev  Bakıda  rus  dilində  çıxarılan  “Kaspi” 
qəzetini  mətbəəsi  ilə  birlikdə  satın  alıb  ziyalılarımızın  ixtiya­
rına  verir  və  bundan  sonra  qəzeti  əvvəl  H.Zərdabi,  sonra 
M.Şahtaxtlı,  daha  sonra  Ə.Ağaoğlu  və  Ə.Topçubaşov  redaktə 
etməyə  başlayır.  Təsadüfi  deyildir  ki,  bu  illərdə  “Kaspi”nin 
fəaliyyətini  izləyən  hakim  dairələr  ondan  “müsəlman”  qəzeti 
kimi  bəhs  edib,  üzərində  senzura  nəzarətini  artırmağı  təkidlə
30


tələb  etmişdilər  (91,  s.  96-97).  Bununla  belə  məqsədlərində 
qətiyyətli  olan  ziyalılar  milli  mətbuatın  bərpası  sahəsindəki 
fəaliyyətlərindən  qalmır,  bütün  səylərlə  cəmiyyətin  maariflən­
məsi  və mədəniləşməsi  qayğısına  qalırdılar.  M.Şahtaxtlı  “Türk 
və tatar qövmünə  müraciət”  başlıqlı  yazısında bəyan  edirdi  ki, 
məsləkimizi hər kəs bilir:  “Millətimizin mədəniyyətinə xidmət­
dir.  Mədəniyyət  ehtiyacımız  felidir,  həyatidir.  (...)  Bir millətin 
həqiqətən  təməddün  edə  bilməsi  üçün  ümdə  şərt  odur  ki, 
ümumə aid məsələlərdə hər fikirlərini,  rəy və  əqidəsini kamali- 
azadlıq  və  hürriyyətlə  bəyan  edə  bilsin.  “Şərqi-Rus”  açdığı 
yolunda  davam  edəcək  kamali-qeyrət  və  istiqamət,  şövq  və 
zövqlə  türk  və  tatar  cinsinin  mədəniyyətinə,  səadətinə  şan  və 
şərəfinə xidmət edəcək” (13,  s.  32).
Çarizmin  qərəzli  siyasəti  nəticəsində  Azərbaycan  türkləri 
“Əkinçi”dən  sonra uzun illər milli mətbuat intizarında qaldılar. 
“Kəşkül”lə  mətbuat boşluğu  qismən aradan qalxsa da,  onun  da 
bağlanmasından  sonra,  bir  də  ziyalılar  “Şərqi-Rus”la  (1903­
1905)  istəklərinə  çatdılar.  Arada  qalan  müddət  ərzində  milli 
ziyalıların  əksəriyyəti  qeyri-ana  dilli  (rus,  tatar,  osmanlı  türk­
cəsi)  mətbuat  orqanlarında  çıxış  etməyə  məcbur  oldular.  Bu 
qəzet  və  dərgilərdə  Azərbaycan  ziyalılarından  əsasən  aşa­
ğıdakıların  imzalarına  rast  gəlinirdi:  M.Şahtaxtlı,  Ə.Cavanşir, 
F.Köçərli,  E.Sultanov,  T.Bayraməlibəyov,  S.Mehmandarov, 
N.Nərimanov,  S.Ağamalıoğlu  və  Ə.Ağayev.  Bu  ziyalıların 
“Kavkaz”,  “Novoye  obozreniye”  (Tiflis),  “Kaspi”  (Bakı), 
“Həblülü-mətin”  (Kəlküttə),  “Əxtər”  (İstanbul),  “Ədəb”, 
“Nasiri”,  “Sürəyya”  (Təbriz,  Tehran),  xüsusən  “Tərcüman” 
(Bağçasaray,  türkcə  və  rusca)  qəzetlərində  çıxışlarını  xüsusilə 
qeyd  etmək  lazımdır.  Mərkəzi  rus  mətbuatında  isə  (“Sovre- 
mennik”,  “Rossiya”,  “Oteçestvenniye  zapiski”,  “Sankt-Peter- 
burqskiye  vedomosti”...)  daha  çox  M.C.Topçubaşovun  və 
Mirzə Kazımbəyin imzalarına rast gəlinirdi.
Belə bir milli  mətbuat boşluğuna  son  qoyan “Şərqi-Rus”un 
xidmətlərini  dəyərləndirən  Yaşar  Qarayevə  görə  Tiflisdə,
31


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə