Mövzu. Qender münaqiŞƏLƏRİNİN İdarəolunmasinin texnologiyasi



Yüklə 204,22 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.10.2017
ölçüsü204,22 Kb.
#5700
1   2   3   4   5   6   7

 

 

Münaqişələri nizama salmaq üçün hüquq normaları da mühüm əhəmiyyət daşıyır. Əxlaqi və dini 



qaydalardan fərqli olaraq, hüquq normaları birmənalıdır, dövlət tərəfindən verilmiş qanunlarda və digər 

aktlarda möhkəmlənib. İstənilən digər sosial norma kimi, bu norma da insanların davranışına təsir etmək 

üçün bir necə təsir kanallarına informasion, dəyər, məcburi kanallara malikdir.  

Siyasi normalar hüquqi xarakterə malik deyil. Bu və ya digər münaqişə, o cümlədən beynəlxalq 

münaqişə qeyri-zorakı siyasi vasitələrlə: danışıqlar, qarşılıqlı güzəştlər, vasitəçilik prosedurları  və s., o 

cümlədən hüquq qaydalarında rəsmiləşdirilməyən şeylər vasitəsilə həll oluna bilər və ya olunmalıdır.  

Münaqişələrin nizamlanmasının həm hüquqi, həm də siyasi vasitələri bir-birini istisna etmir, 

əksinə, tamamlayır, bununla çox vaxt bir-birinə keçir. Xüsusən, münaqişələrin siyasi nizamlanması 

hüquqi qüvvəyə malik olan sənədlərin hazırlanması  və nizamlanması ilə bitməlidir. Alimlər həm də 

qeyd edirlər ki, münaqişələri nizamlamağın hansısa vahid, universal yolu mövcud deyil. Münaqişələr 

çox mürəkkəb hadisə olaraq, onların dinc həlli üçün kompleks yanaşma tələb edir. (4) 

R.Derendorf münaqişənin nizamlanmasına dair özünün sistematik sxemini təqdim edir: danışıqlar, 

daha doğrusu bütün mübahisəli problemlər üzrə danışıqlar aparmaq və  qərarlar qəbul etmək 

(əksəriyyətlə, veto hüququ olan əksəriyyətlə, yekdilliklə) üçün tərəflərin müntəzəm görüşdükləri orqanın 

yaradılması, vasitəçilik-üçüncü tərəfin (münaqişədə  iştirak etməyən  şəxs və ya instansiya) iştirakının 

daha yumşaq forması, hadisədən hadisəyə  tərəflərin vasitəçini dinləməyə  və onun təklifini nəzərdən 

keçirməyə razı olması, arbitraj, ya vasitəçiyə məcburi müraciət, ya da onun qərarlarının məcburi yerinə 

yetirilməsi, məcburi artibraj – münaqişənin iştirakçıları üçün həm üçüncü tərəfə müraciət etmək, həm də 

onun qərarlarını qəbul etmək məcburidir. Nizamlama və yatırılma arasında sərhəd var.  

Münaqişənin idarə edilməsi həmçinin özündə  aşağıdakıları ehtiva edir; münaqişənin 

proqnozlaşdırılması; bəzilərinin qarşısının alınması  və bununla birgə  dəyərlərinin stimullaşdırılması, 

münaqişənin dayandırılması  və yatırılması. Proqnozlaşdırılma münaqişəin qabaqcadan görülmə 

formalarından biridir. Onun əsas məqsədi qəbul edilən qərarların effektivliyini və  səmərəliliyini 

artırmaq, praktik fəaliyyət üçün konkret tövsiyyələri işləyib hazırlamaqdır. Proqnozlaşdırmanın 

məqsədinin konkretləşdiyi əsas vəzifələr kimi aşağıdakı məsələlər çıxış edir: hadisələrin inkişafının arzu 

edilməyən nəticələrindən qaçmaq; qaçılması mümkün olmayana uyğunlaşmaq; konkret hadisəni arzu 

olunan istiqamətdə mümkün inkişafını sürətləndirmək.  



Münaqişənin proqnozlaşdırılması – onun vaxtında qabağının alınmasının yalnız ilkin şərtidir. 

Münaqişənin qismən və tam vaxtında qabağının alınması mərhələləri, erkən xəbərdarlıq və qabaqlayıcı 

həll edilmələr fərqləndirilir. Münaqişənin vaxtında qabağının alınması strategiyası  fəaliyyətin vaxtlı-

vaxtında olması, operativlik və aşkarlıq kimi prinsiplərin həyata keçməsini nəzərdə tutur. 

İctimai subyektlər istənilən münaqişənin vaxtında qabağını almağa çalışmır. Bəzi münaqişələrdə 

onlar maraqlıdırlar. Bütövlukdə, münaqişələrin stimullaşdırılması strategiyası – həyati vacib 

problemlərin həlli zamanı bu və ya digər ictimai subyektin aktivliyinin səfərbər edilməsi strategiyası, 

pozitiv təşəbbüslərin inkişaf, optimal idarəçilik effektlivliyinin əldə edilməsi strategiyasıdır.  



Münaqişənin qarşısının alınması – onun yaranmasına və ictimai sistemin bu və ya digər tərəfinə, 

bu və ya digər elementinə dağıdıcı  təsirinə yol verməməyə yönəlmiş  fəaliyyətdir. Münaqişənin 

qabaqlanması onun proqnozlaşdırılmasını tələb edir. 

Münaqişə situasiyasından çıxmaq strategiyaları arasında daha çoz dördündən istifadə olunur: 

1.  yalançı barışıq - faktiki olaraq bu münaqişəni yaradan səbəbləri müəyyən etmədən sülh bağlamağa 

məcbur etmədir. Məcbur edən vasitələr kimi hakimiyyət, vədetmə, qorxutma, fikrini dəyişdirməyə 

və ya nəcib hisslərə çağırışdan istifadə edilir. Bu tip strategiya münaqişə tərəflərin qarşılıqlı əlaqəsi 

zamanı emosional gərginliyi aradan qaldırmaq üçün əlverişlidir, amma problemin həllinə  gətirib 

çıxarmır. 

2.  tərəflərdən birinin qələbəsi  – bu münaqişə  tərəflərindən birinin mövqeyinin üstünlüyünü, 

düzgünlüyü, gücünü qəbul etmək və digər tərəfi ona tabe etmək deməkdir. Bu strategiya təmiz 

döyüşdə tətbiq edilir ki, bu zaman tərəflərdən biri digərinin hüquqlarını, fikrini pozmadan, həmçinin 

qeyri-etik mübarizə metodlarından istifadə etmədən onu öz düzgünlüyünə inandırır. 

3.  kompromiss – bu qarşılıqlı güzəşt və  əsas mövqelərin, baxışların, rəylərin və münasibətlərin 

uyğunsuzluğunun saxlanılması ilə  rəqibin mövqeyinə dözümlü olmaq əsasında hər iki tərəfin 

razılığıdır. Bu strategiya situasiyanı daha dərindən araşdırmağa və onun qəti və daha effektli həllinə 

hazırlaşmağa imkan verən aradakı tədbirdir, fasilədir. 



 

 

4.  inteqrasiya - bu baxış  və münasibətlərin yenidən qurulması, ümumi mövqe və maraqların, 



məqsədlərin, fəaliyyət və davranış yollarının tapılması hesabına əldə olunmuş qarşı durma tərəfləri 

təmin edən qarşılıqlı barışıq və sazişdir. Bu münaqişənin həllinin  ən çətin, amma ən effektiv 

strategiyasıdır.  

Bu strategiyalardan hər birinin öz üstünlüyü və çatışmamazlığı var və  şəraitdən, zamandan asılı 

olaraq qərar və son məqsədlər üçün istifadə edilə bilər.  

İstənilən münaqişənin həll edilməsi üç mərhələdən ibarətdir. Birinci – hazırlıq, münaqişənin 

diaqnostikası; ikinci – həll etmə strategiya və texnologiyanın işlənilib hazırlanması; üçüncü – 

münaqişənin həlli üzrə bilavasitə praktiki fəaliyyət (metod və vasitələr kompleksinin reallaşması). 

Münaqişənin diaqnostikası  aşaqıdakılardan ibarətdir: onun görünən təzahürlərinin təsviri, 

münaqişənin inkişaf səviyyəsinin müəyyən edilməsi; münaqişənin səbəblərini və onun mahiyyətini 

aydınlaşdırmaq; yayılma sferasının ölçülməsi.  

Münaqişənin həlli strategiyasının işlənilib hazırlanması münaqişənin mümkün həlli modelləri və 

idarəetmə prinsipiləri nəzərə alınmaqla həyata keçirilir. Münaqişənin zəifləməsi onun şəklini 

dəyişdirməsi, tədricən sakitləşməsi – münaqişənin asimmetrik həll momentləridir. Tərəflərdən heç 

birinin qarşıdurmada qalib gələ bilmədikləri, hər ikisinin uduzduqları situasiyada münaqişənin 

yatırılması strategiyası, onun mexaniki şəkildə aradan qaldırılması məqsədəuyğun sayılır. Münaqişənin 

həllinin müxtəlif modelləri, tarixi praktikada formalaşır.  Ədəbiyyatda güc, kompromiss və inteqrativ 

modellər fərqləndirilir. Güc modeli münaqişənin iki cür nəticələnməsinə: «qələbə-məğlubiyyət» və 

«məğlubiyyət-məğlubiyyət» – gətirib çıxarır. Münaqişənin mümkün həllinin iki digər modeli – «qələbə-

qələbə», «üstünlük-üstünlük» tipi üzrədir. Güc forması hüquqi münaqişələr üçün səciyyəvidir. 

Münaqişənin «həlli» və «qurtarması» anlayışları eyni deyil. Münaqişənin həlli xüsusi haldır, 

münaqişənin qurtarması formalarından biridir və  əsas münaqişə  iştirakçılarının və ya üçüncü tərəfin 

problemi pozitiv, konstruktiv həll etməsində ifadə olunur. bütövlükdə, münaqişənin qurtarması – onun 

istənilən sonluğu olub, qarşı duran subyektlərin dəyərlərinin əsaslı dəyişilməsində, onun dayandırılması 

üçün real şəraitin və onu etməyə imkan verən gücün yaranmasında təzahür edə bilər. Çox vaxt 

münaqişənin qurtarması  hər iki tərəfin münaqişənin davam etməsinin nəticəsizliyini anlaması  və ya 

ümumiyyətlə, «belə yaşamağın mümkün olmamasını» başa düşməsi ilə xarakterizə edilir.  

Bu situasiya hər şeydən əvvəl müasir münaqişələrin daha effektiv həlli yollarından biri kimi dinc 

danışıq prosesinə tərəflərin barışmasına gətirib çıxarır. 

İctimai münasibətlərin dəyişilməsi müvafiq olaraq həm də  fərdlər, müxtəlif sosial qruplar və 

təbəqələr arasında, kişilər və qadınlar arasında yeni münasibətlərə keçidi tələb edir. Paris siyasi elmlər 

institutunun professoru Jan-Lui Kermonnun fikrincə, vətəndaş cəmiyyəti şəxsiyyətlərarası münasibətlər 

və müəyyən cəmiyyəti təşkil edən kişi və qadınları dövlətin bilavasitə müdaxiləsi və köməyi olmadan 

birləşdirən sosial qüvvənin çoxluğundan formalaşır. Bu münasibətlər bərabərlik,  əməkdaşlıq və 

partnyorluq sasında qurulmalıdır. Bununla belə söhbət sadəcə qadınların azadlığından və onların sosial 

prioritetlərindən deyil, cəmiyyətdə hər iki cinsin rollarının tarazlığından gedir. 

 

Qender bərabərliyi qender münasibətlərinin sistemi kimi 

Qender bərabərliyi problemi barış  məsələsi bizim necə  cəmiyyət qurduğumuza və onun üçün 

hansı münasibətlərin xarakterik olacağına dair sualıdır.  

Bu baxımdan cinslərin bərabərliyi prinsipini həyata keçirmək üçün yeni yanaşma, yeni strategiya 

və yeni iş metodları tələb olunur.  

Böyük beynəlxalq cəmiyyətlər tərəfindən dəstəklənən cinslərin bərabərliyi probleminə kompleks 

yanaşma strategiyası xüsusilə o deməkdir ki; 

 



dövlət və siyasi elita bütün siyasi strategiya və proqramlarda cinslərarası  bərabərliyin 

möhkəmlənməsinə yönəlmiş qadın  əhalisinin maraqlarının inteqrasiyası aktiv və görünən siyasətinə 

kömək etməlidir;  

 



bütün siyasi strategiya və proqramlar onların mümkün qender nəticələri daha doğrusu, qadın və 

kişilər üçün müvafiq nəticələr nöqteyi-nəzərindən istənilən qərarın qəbuluna kimi təhlil edilməlidir.  

 

qadın və kişilər arasında bərabərlik problematikası  həyatın bütün sahəsində  və bütün səviyyəsində 



birləşdirilməlidir.  


Yüklə 204,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə