Mövzu. Qender münaqiŞƏLƏRİNİN İdarəolunmasinin texnologiyasi



Yüklə 204,22 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix20.10.2017
ölçüsü204,22 Kb.
#5700
1   2   3   4   5   6   7

 

 

Pekin konfransı  həm miqyasına və orada çoxlu sayda ölkələrin təmsil olunması, həm də 



səmərəliliyi baxımından böyük uğur qazandı. Bu hökumət və QHT nümayəndələrinin toplantısı 

tarixində  ən böyük toplantı idi. Burada 17 min nümayəndə, o cümlədən  189 ölkənin təmsilçiləri iştirak 

edirdi. 

Əksər ölkələrin qadınlarının nail olduqları tərəqqiyə bazmayaraq, bu yolda irəliləyiş hələ də yavaş 

və qarma-qarışıqdır. Qadınların problemləri demək olar ki, hər yerdə ikinci dərəcəlidir. Onlar açıq və ya 

gizli ayrı-seçkiliklə  və marqinalizasiya ilə qarşılaşır, inkişafın nəticələrindən daha az istifadə edir və 

dünyanın ən kasıb əhalisinin 70%-ni təşkil edirlər. 

Pekin konfransından sonrakı 5 ildə milli və beynəlxalq səviyyədə qərarları qəbul edən ən yüksək 

vəzifəli  şəxslər arasında qadınların təmsil olunması praktiki olaraq dəyişməyb. Demək olar ki, hər bir 

ölkədə seçicilərin  əksəriyyətinin qadınlar olmasına baxmayaraq, onlar öz ölkələrinin parlamentlərində 

azlıqda qalmaqda davam edirlər. Belə ki, 1999-cu ildə qanunverici hakimiyyət orqanlarının yalnız 15%-ni 

onlar təşkil edir, yalnız  10 qadın dövlət və ya hökümət başçısı  vəzifəsini tutur, 677 qadın parlamentin 

yuxarı palatası üzvü vəzifəsini tutur, burada kişilərin sayı isə 5659 nəfərdir. Bu arada şimal ölkələri qadın 

– parlamentarilərin sayına görə orta 36,4% göstəricisi ilə liderliyi davam edirlər.  İsveç və Norveçdə 

parlametdə 40-44% və hökumətdə 47-50% qadınlar təmsil olunur, gəlirlərdə qadınların payı isə müvafiq 

olaraq 44,7 və 42,2%-dir. 

Dünya təcrübəsi göstərir ki, üç əsas faktor demokratiyanın bərqərar olduğu ölkələrdə 

hakimiyyətin qanunverici qolunun yuxarı eşalonunda qadın nümayəndəliyinin ümumi artımına kömək 

edib:  1)  şüurlu siyasi iradənin mövcudluğu; 2) partiyadan namizədlərin siyahısında müvafiq olaraq 

ölkədə cinslərin qarşılıqlı  əlaqəsinin uyğunluğunu tələb edən qadınların mövcudluğu; 3) birmandatlı 

(majoritar) sistemin proporsional nümayəndəliklə əvəzlənməsi. 

Siyasi iradə və siyasətçilərin real olaraq qurduqları dövlət strukturları qender baxımından həssas 

olmalı və qender kompleks yanaşmanı praktikaya tətbiq etməlidir. Beləliklə, bərabər hüquq və imkanlar 

haqqında qanun İslandiyada -1976, Danimarkada – 1978, Norveçdə-1979,  İsveçdə-1980, Finlandiyada – 

1987-ci ildə  qəbul edilib. Qender bərabərliyi haqqında qanun litva, Latviya və Estoniyada 1998-ci ildə 

qəbul edilib. 

Niyə qadınların statusunun yaxşılaşdırılmasında tərəqqi həyatın bütün sferalarında reallığa 

çevrilmir? Alimlər bir sıra faktorlar irəli sürürlər:  1) qadın hərəkatının nisbətən zəifliyi; 2) Pekin 

konfransının nəzərdə tutduğu və BMT-nin xüsusi və Nyu-York sessiyasının dəstəklədiyi məqsədlərin 

reallaşması üçün siyasi və dövlət iradəsinin yoxluğu; 3) cinslər arasında bərabərlik ideyasının 

irəlilməsinin mövcud metod problemi; 4) qadın maraqlarının qabağa çəkilməsi məsələsi üzrə real milli 

mexanizmin yoxluğu; 5) qərarların qəbulunda iştirak edən qadınların az olması. 

Demokratik islahatlar kursunu götürən dövlət, cəmiyyətə miras qalmış patriarxal ideyaları, 

prinsipləri «qanunvericilik normalarını, cinslərin bərabərliyinin  ənənəvi nizamlayıcılarını  tənqidi 

baxımdan nəzərdən keçirməyə çalışır. Bunun üçün iqtisadi, siyasi səviyyədə obyektiv ilkin şərait yaranıb, 

amma ölkədə formalaşan mahiyyətini vətəndaş azadlığı  və onların cinsindən asılı olmayaraq bərabər 

imkanları təşkil edən vətəndaş cəmiyyətində qadın məsələlərinin həlli paradiqmasını bir daha yaratmaq 

lazımdır». (8) 

2004-cü ilin martında qadın hüquqlarına həsr olunmuş  və Pekin Fəaliyyət Platformasının 

qəbulundan keçən  10 ildə görülmüş  işi təhlil edən BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. 

Sessiyada qeyd olundu ki, əksər ölkə qadınlarının nail olduqları  tərəqqiyə baxmayaraq, cinslərin 

bərabərliyi uğrunda mübarizə yolunda irəliləyiş yavaş-yavaş gedir. Qadınlar ayrı-seçkiliklə 

qarşılaşmaqda davam edirlər, inkişafın nəticələrindən daha az istifadə edirlər.  

2015-ci ilə kimi əldə olunması  nəzərdə tutulan minilliyin səkkiz inkişaf məqsədi arasında BMT 

qadınların imkan və hüquqlarının genişləndirilməsini, kişi və qadınlar arasında bərabərliyin  əldə 

edilməsinə kömək etməyi ilk yerlərdən birinə qoydu.  

Tarixdə azərbaycanlı qadınların rolu və  yeri  qender  bərabərliyi baxımından uzun müddət 

nəzərdən keçirilməyib. Onun cəmiyyətdə yeri yalnız ailə, nəsil artımı  və  uşaq tərbiyəsi, ailə ocağının 

qorunub saxlanılması baxımından müəyyən edilirdi. Amma qender bərabərliyinin bu modeli mövcud 

reallıqla üz-üzə  gəldi. Hətta tarixi reallıqda öz həyat fəaliyyətləri ilə  vətənə, xalqa xidmətin  ən parlaq 

nümunələrini göstərən və cəmiyyətdə layiqli yer tutan məşhur qadınların adları məlumdur.  



 

 

Bu xüsusilə XX əsrin 80-ci illərinin sonunda nəzərə çarpmağa başladı ki, bu vaxt qadınlar ölkənin 



ictimai-siyasi həyatında aktiv iştirak etməyə başladılar. Yenidən demokratik inkişaf yoluna çıxan 

müstəqil Azərbaycan birinci növbədə dövlətin əsaslarının möhkəmləndirilməsi, ictimai-siyasi stabilliyin 

qurulması ilə  məşğul  oldu  ki,  bu  da  dövlət quruculuğunda və respublikanın iqtisadi-siyasi həyatında 

keyfiyyət dəyişikliklərinə  səbəb oldu. Məhz bu dövrdən Azərbaycanda ardıcıl siyasi, iqtisadi, sosial və 

hüquqi islahatlar həyata keçirilməyə başlanır ki, bu da hüquqi dövlətin qurulması  və  vətəndaş 

cəmiyyətini formalaşdırmaq üçün əlverişli  şərait yaradır. Öz növbəsində  məhz formalaşdırmaq üçün 

əlverişli  şərait yaradır. Öz növbəsində  məhz vətəndan cəmiyyəti fərdlərin  şüurlu surətdə müəyyən 

edilən hüquq və vəzifələrə, maraq və səylərə, qoyulmuş məqsədlərə nail olmaq üçün seçilmiş vasitə  və 

metodların rasionallığına riayət edilməsinə  əsaslanan ictimai həyat təşkili formasından başqa bir şey 

deyil.  


90-cı illərin  əvvəllərində Azərbaycanda hazırlıq başlayır ki, bu qadın hərəkatının daha da 

fəallaşdırır. Respublikanın prezidenti H.Əliyevin  1994-cü ildəki göstərişinə görə Milli hazırlıq komitəsi 

yaradılır, müxtəlif qadın problemləri üzrə konfranslar, görüşlər, debatlar keçirilir. Qadın nümayəndə 

heyəti beynəlxalq konfransların, simpoziumların işində, qadın statusu haqqında BMT komissiyasının 

sessiya iclasında, Ümumdünya konfransının fəaliyyət platformasının layihəsinin müzakirəsində (mart, 

1995) iştirak edir.  

1998-ci ilin yanvarında respublika prezidenti «Qadın məsələləri üzrə Dövlət komitəsinin 

yaradılması haqqında» fərman, sonra isə «Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər 

haqqında» sərəncam imzaladı.  

1998-ci ilin sentyabrında azərbaycanlı qadınların Birinci qurultayı – müstəqil respublikanın birinci 

qadın forumu çağırıldı. Qurultayda Pekin fəaliyyət platformasının həyata keçməsinin Birinci 

mərhələsinin nəticələri yekunlaşdırılır, azərbaycanlı qadınların Milli şurası yaradılır. Qurultaydan sonra 

Azərbaycanda Platformanın reallaşmasının ikinci mərhələsi başlayır. İşdə  əsas istiqamətlər aşağıdakılar 

idi: respublikada qender mərkəzlərinin, cəmiyyət və birliklərin qurulması, qender tədqiqatlarının 

aparılması, qender maarifləndirmə kurslarının təşkil edilməsi və s. 2000-ci ilin martında respublika 

prezidenti «Qadınlara münasibətdə dövlət siyasətinin həyata keçirilməsi haqqında» daha bir göstəriş 

verdi. Burada qadınların bütün dövlət strukturlarında rəhbər vəzifələri tutması baxımından kişilərlə 

bərabər olması xüsusi olaraq qeyd olunur. Fərmanın üçüncü bəndində deyilir: «Ölkədə gedən iqtisadi 

islahatlar çərçivəsində  həyata keçirilən işlərdə qender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün 

kişilərlə bərabər imkanlar yaradılması təmin edilsin». (9) Bu vaxt Nazirlər Kabineti «Qadın problemləri 

üzrə milli fəaliyyət planı haqqında» qərar qəbul edir. Burada qadın problemləri üzrə dövlət proqramının 

yaradılmasının zəruriliyi qeyd olunur.  

Qəbul edilmiş hökumət sənədlərini reallaşdırmaq məqsədilə xarici işlər nazirliyində  və 

Azərbaycanın digər nazirliklər və müəssisələrində qender şöbələri açılır, respublika rayonlarında icra 

hakimiyyəti başçıları qenderin yayılması üzrə məsul şəxsləri təyin edir.  

Aparılmış  iş  nəticəsində respublika seçki orqanlarında və yüksək vəzifələrdə qadın 

nümayəndəliyini aşağıdakı şəkildə görmək olar: parlament deputatları – 14 nəfər, parlament komissiyası 

sədrləri – 1  nəfər, rayon icra hakimi başçıları – 3 nəfər, dövlət komitələrinin sədrləri – 1  nəfər, ali 

məktəblərin rektorları – 1  nəfər, Ali məhkəmənin sədri – 1  nəfər və s. Rəqəmlər bu istiqamətdəki işin 

təkmilləşdirilməsinin və inkişaf etdirilməsinin zəruri olduğunu göstərir.  

Azərbaycan qadınlarının II qurultayına ünvanlanmış  təbrikində H.Əliyev qeyd edirdi: «Bu 

qurultay azərbaycanlı qadınların XXI əsrdə ilk qurultayıdır. Mən  əminəm ki, bu qurultay özünün 

cəmiyyət qarşısında məsuliyyətini hiss edərək, qadın hərəkatının inkişafı yolunda yeni mərhələ, qadınlar 

tərəfindən, daima yeni-yeni uğurların qazanılması üçün stimul olacaq». (10) 

 

 

 



MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Münaqişənin vaxtında qabağının alınmasında  əsas çətinlikləri və onun inkişafına müdaxilə etmək 

şərtlərini göstərin. 

2. Subyektin 

idarəetmə fəaliyyətinin hansı növləri özündə münaqişələr idarəetmə prosesini ehtiva edir? 



Yüklə 204,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə