Mövzu. Qender münaqiŞƏLƏRİNİN İdarəolunmasinin texnologiyasi



Yüklə 204,22 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix20.10.2017
ölçüsü204,22 Kb.
#5700
1   2   3   4   5   6   7

 

 

Bərabərlik tələbi uzun müddət  ərzində qadınların, azlıqların və bütün təzyiqə  məruz qalanların 



əsas tələbi olub. Bu səbəbdən demokratiya və  bərabərlik həmişə yaxın anlayışlar olub. Hətta cinslərin 

bərabərliyi konsepsiyası da mahiyyətcə yeni deyil. Siyasi elmlər tarixində  bərabərlik konsepsiyasının 

onun bəsit  şəkildə izahından indiyə kimi inkişafını izləmək olar ki, ilkin dövrdə  o,  T.Hobbs,  J.lokk,  C.-

C.Russonun «eynilik» terminində təqdim olunurdu: bütün insanlar bərabər doğulur və bu səbəbdən eyni 

əqli imkanlara malikdirlər, müasir mənada, o cümlədən siyasi, sosial, iqtisadi və seksual aspektlərdə 

idarəetmə qabiliyyətləri də bərabərdir. XIX əsrdə cinslərin bərabərliyini ingilis liberal J.Stuart Mill tələb 

edib.  

Bərabərlik probleminin çoxlu aspektləri var, amma bərabərlik konsepsiyasına qadın və ya daha 



yaxşı desək, feminist əlavəsinin çox böyük təsiri var. Bərabər hüquqlar uğrunda mübarizədə öz tələbləri 

ilə milli və seksual azlıqlar kimi onlar da konsepsiyanın hüdudlarını ümumi şəkildə təsvir edir, burada 

gizlənmiş ziddiyyəti aradan qaldırır və bu vaxta kimi əyilməz kişilərə aid edilən insan hüquqlarını bütün 

demokratik cəmiyyətə yayırdılar.  

Demokratik duyumu iddia edən cəmiyyətin mahiyyəti burada demokratiya ideyasının özünün nə 

dərəcədə yaxşı başa düşülməsi, həmçinin bu ideyanı  həyata keçirməli olan institutların xarakteri ilə 

müəyyən edilir. Öz dövründə A.de Tokvil «Amerikada demokratiya» kitabında yazırdı: «bərabərliyə 

əsaslanan azadlıq – ayrıca insanı  bəşəriyyət tərəfindən toplanan əbədi dəyərlərə daxil olmasına imkan 

verən yeganə vasitədir». (5) 

Cinslərin tam bərabərliyi və onu necə əldə etməyə dair vahid rəyə gəlməyən feministlər hər halda 

bərabərliyin tamamilə  zəruri olması  və qadınların hər bir azad fərdin olmalı olduğu hüquqlara malik 

olmadıqları ilə razı idilər, bərabərliyin  əsaslandırılması prosesi ciddi çətinliklərlə üzləşir. Belə ki, 

«bərabərlik» anlayışının özü kifayət qədər ziddiyyətlidir. Liberalizm, sosializm, radikalizm – bərabərliyin 

anlayış kimi müxtəlif feminist qruplar tərəfindən işlənildiyi müxtəlif istiqamətlərdir.  

Bərabərliyin əsaslandırılması probleminin müxtəlif tərəfləri var. Bərabərliyin sovet dövründə necə 

qəbul edilməsinə  və başa düşülməsinə eləcə  də postsovet dövründə  bərabərlik konsepsiyasında hansı 

dəyişikliklərin baş verdiyinə baxaq. Sosializmdə şəxsiyyət cəmiyyətə qarşı qoyulurdu. Belə ki, əsas siyasi 

bərabərlik, hər şeydən əvvəl, sosial və siyasi bərabərlik hesab edilirdi: əsas məqsəd sinifsiz və mülkiyyət 

fərqi olmayan cəmiyyətin qurulması idi. Beləliklə, bərabərlik anlayışının daralması baş verir: «bərabər» 

anlayışı «eyni» anlayışı ilə əvəz edilir. «Bərabər münasibətlər» və «eyni münasibət» dixotomiyası sovet 

qadınları üçün zərərli oldu, belə ki, qadın məsələsinin xüsusi məsələ olduğu və sinfi fərqləriin, aradan 

çıxması ilə  həll olunacağı güman olundu. Qadın azadlığı ideyası praktikada istismar forması ilə 

pərdələndi. Qadınlar istehsalda və ictimai fəaliyyətdə öz üzərlərinə  ağır iş yükü götürür, bununla ev 

təsərrfatı yükündən azad olmur. 

Qender bərabərliyinin elan olunması «köləlikdə  bərabər» demək oldu, belə ki, dövlət öz 

vətəndaşları üzərində praktiki olaraq tam nəzarət edirdi. O, cinslər arasında mövcud olan istənilən fərqi 

yox etməyə çalışaraq hamını onun maraqlarına xidmət etməyə  məcbur edirdi. Eyni zamanda dövlət 

sosial, siyasi, demoqrafik nəzarət vasitəsilə paternalist funksiyanı yerinə yetirir, yalnız ölməyib sağ 

qalmaq üçün əhəmiyyətli olan bəşər dəyərləri sistemini həyata keçirir, qender identikliyi isə tamamilə 

yox edilirdi. İdeologiya dövlət və kollektiv kimi cəmiyyət naminə özünü qurban tələb edirdi.  

Yenidənqurma postyenidənqurma dövrü bütövlükdə, cəmiyyətdə çoxlu dəyişikliklərə  gətirib 

çıxardı. Mövcud qadın sovetləri  əslində yoxa çıxdı. Onlardan bəziləri müstəqil təşkilatlara çevrilərək 

azad qadın hərəkatı yaratmağa çalışdılar. Bu vaxt daha çox tarazlaşdırılmış qender münasibətlərinin 

yaranması baxımından qadınların cəmiyyətdəki mövqeyində çox şey dəyişməmişdi. Bərabərlik 

konsepsiyasının  əvvəlki kimi «eynilik» çərçivəsində  nəzərdən keçirilməsinə baxmayaraq, qadınlara 

kişilər kimi hüquqların verilməsi diqqəti cəlb edir. 

Olimpiya de Quj hələ  1789-cu ildə özünün «Qadın hüquqları  bəyanatı» kitabında yazırdı: 

«Qadınlar azad və hüquqi cəhətdən kişilərlə  bərabər anadan olur. Qadınların təbii hüquqldarından 

istifadəni yalnız onların əleyhinə kişilərin həyata keçirdikləri əbədi istibdad üsul idarəsi məhdudlaşdıra 

bilər. Bütün kişi və qadınlar qanun qarşısında bərabər olmalı  və bu səbəbdən bacarıqlarına görə bütün 

növ xidmət və peşələr üçün bərabər ixtiyarları olmalıdır, qadının eşafota getmək hüququ var və bu 

səbəbdən tribuna getmək hüququ da olmalıdır». 

XX  əsrdə  cəmiyyətdə baş verən dəyişikliklər qadınlara qender bərabərliyinə  əsaslanan gələcəyə 

ümid etməyə imkan verib. Onların ictimai istehsala çıxışı, təhsil imkanlarının yaxşılaşdırılması, 




 

 

kontraseptlərin mövcudluğu, yaşamaq müddətinin çoxalması qadının cəmiyyətdə yerini kökündən 



dəyişib.  

Qadınların siyasi hüququnun onların insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi qəbul 

edilməsi bu gün qadınların xeyrinə ciddi arqumentdir. Bu, istənilən demokratik sistemin fundamental 

aspektidir. Demokratiyada növbəti arqument həm kişi, həm də qadınların strateji qərarlarını 

formalaşdıran bütün qrupların müxtəlif baxışlarının nəzərə alınmasıdır. Və nəhayət, bəlkə də yeganə və 

daha vacib arqument qadınların bütün bəşəriyyətin və istənilən ayrıca götürülmüş dövlətin bütün 

əhalisinin yarısını təşkil etməsidir. Onlar azlıqlar kimi nəzərdən keçirilməməlidir, çünki bu mənada onlar 

kişilər kimi azlıq təşkil edir.  

Demokratiya qender cəhətdən cahil ola bilməz. O, qərarların qəbulunda və bu məqsədlərə nail 

olmaq imkanında bərabərliyə  və qadınların təmsil olunmasına çalışır. Qender «hakimiyyət, nüfuz, 

mülkiyyət böl-güsündə qadın məsələsi» deyil. Qender mövqe bölgüsündə  sırf qadın məsələsi deyil. 

Qender mövqeyindən ictimai münasibətlərin inkişafının analizi kişi və qadınların sosial fərqlərinin, 

funksiya və rollarının ayrılmasıdır. Bu nəzəriyyəyə görə insan fəaliyyətinin istənilən sferasında, o 

cümlədən siyasi sferada həmişə iki baxış, iki növ yanaşma – kişi və qadın – mövcuddur. Onlar müxtəlif 

şəkildə informasiyanı  qəbul edir, başa düşür, müxtəlif  şəkildə problemi həll edir, gerçəkliyi görür və 

cəmiyyətə  fərqli xidmət edirlər. Bu yanaşmalar həmişə birgə mövcuddurlar və konfrontasiyada 

olmamalıdırlar. 

Cinslərin bərabərliyi prinsipinin bölgüsü qadın və kişi arasında həqiqi  əməkdaşlıq 

münasibətlərinin qurulmasını ictimai və şəxsi həyatın bu sahəsində mövcud olan tarazlığın pozulmasını 

aradan qaldırmaq üçün məsuliyyət bölgüsünü tələb edir. Söhbət hər bir vətəndaşın biliklərinin 

istifadəsindən və qadınların da kişilər kimi bizim cəmiyyətin qurulmasında və ya yenidən qurulmasında, 

mövcud sosial, iqtisadi və siyasi problemlərin həllində iştirakına nail olmaqdan gedir.  

Alimlər öz konsepsiyalarında irəli sürdükləri bərabərlik prinsipləri, birincisi, kişilər və qadınlar, o 

cümlədən onların cəmiyyətdə oynadıqları rolları arasındakı  fərqi öyrənməyə imkan verir; ikincisi, 

özündə xüsusi olaraq fərqlənmə  hüququnu  ehtiva  edir  ki,  bu  da  bu  və ya digər sosial sinifə, siyasi 

baxışlara, dinə, etnik qrupa, irqi və ya seksual orientasiyaya mənsubiyyəti ilə bağlı olaraq qadın və kişilər 

üçün xarakterik olan fərqləndirici əlamətləri nəzərə almağın zəruriliyini tələb edir; üçüncüsü, qadınlar və 

kişilər arasında hakimiyyət və tarazlaşdırılmamış qarşılıqlı münasibətlərin mühafizəsinə  və qorunub 

saxlanılmasına kömək edən ictimai strukturların dəyişilməsində effektiv mexanizmlərin 

aydınlaşdırılmasına yönələn və cinslərdən hər birinə xas olan müxtəlif dəyərlər və prioritetlər arasında 

daha yaxşı tarazlığa nail olmaq üçün qərarların axtarışını stimullaşdırır.  

Əvvəldə qeyd etdiyimiz kimi, cəmiyyətdə münaqişələr qaçılmazdır. Birgə ictimai və  şəxsi həyat 

prosesində insanlar arasında  əks istiqamətlənmiş  tələbatlar, maraqlar, məqsədlər, ideallar, rəylər və s. 

əsasında onların qarşıdurması xarakterizə edilən münasibətlər formalaşır. Bütün cəmiyyətlərdə bu təbii 

və normal hadisələr kimi qəbul edilib. Münaqişəyə yanaşmada xüsusi mövqeyi məşhur fransız sosioloqu 

Alen Turen (1925-ci il) göstərir. Müəllif 80-ci illərin əvvəllərində yazdığı (rus dilinə 1998-ci ildə tərcümə 

olunub) «Fəaliyyət göstərən insanın qayğısı» kitabında qeyd edir ki, postsənaye cəmiyyətinə keçid 

şəraitində subyektin fəaliyyət göstərən şəxs kimi aktivliyi, cəmiyyətin münaqişələr vasitəsilə özünütəşkil 

etmək bacarığı və ictimai hərəkat zəruridir. Sosioloq qeyd edir: «fəaliyyət göstərən şəxsin öz tərəfindən 

öz qarşılıqlı  təsir sahəsinin idarəsinə can atlığı  dərəcədə münaqişə  əhəmiyyət daşıyır və real ictimai 

münaqişə kimi özünü təsdiq edir». Daha sonra o əlavə edir: «Konflkt nə ziddiyyət, nə  də qiyam deyil, 

cəmiyyətin özünüistehsal formasıdır, münaqişə sosial gerçəkliyin hər hansı bir sferası ilə bağlı deyil, o, 

hər yerdədir və ictimai həyatın bütün sferalarında qəbul edilməlidir». Amma ictimai inkişaf prosesində 

münaqişə həmişə əməkdaşlıq, partnyorluq və razılaşma ilə qarşılıqlı əlaqəli olub.  



Əməkdaşlıq - münaqişə iştirakçıları tərəfindən maraqların reallaşmasına yönəlib, bütün tərəflərin 

məqsədinə cavab verəcək qərarına birgə axtarışıdır. Münaqişənin cəmiyyət həyatının normal hadisəsi 

kimi qəbul edildiyi, hər hansı  tərəfə ziyan vurmadan bu və ya digər problemi həll etmək tələbatı kimi 

qəbul edildiyi hallarda əməkdaşlıq stiilindən istifadə olunur. Münaqişə sitüasiyalarında, o cümlədən 

qender münaqişə sitüasiyalarında əməkdaşlıq aşağıdakı hallarda mümkündür. 

 



fikir ayrılığı yaradan problem münaqişə  tərəfləri üçün çox vacibdir, onlardan heç biri onun birgə 

həllindən boyun qaçırmaq niyyətində deyillər; 




Yüklə 204,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə