Mövzu. Qender münaqiŞƏLƏRİNİN İdarəolunmasinin texnologiyasi



Yüklə 204,22 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix20.10.2017
ölçüsü204,22 Kb.
#5700
1   2   3   4   5   6   7

 

 



 

tərəflər təxminən eyni mövqeyə malikdirlər və  ya  öz  mövqeləri arasındakı  fərqə heç diqqət 

yetirmirlər; 

 



son nəticədə bütün problemlər üçün mühüm faydalı  qərara dair tam razılığa gəlmək məqsədilə 

tərəflər mübahisəli məsələləri könüllü və bərabərhüquqlu əsasda mühakirə etmək istəyirlər; 

 

tərəflər partnyorlar kimi hərəkət edir, bir-birinə etibar edir, opponentlərinin tələbatları, qorxuları  və 



üstünlükləri isə hesablaşırlar.  

Əməkdaşlığın faydası şübhəsizdir: hər bir tərəf minimal itki ilə maksimum xeyir götürür. Ümumi 

səyin mükafatı kimi konstruktiv, hamını qane edən nəticə, münaqişədən birgə tapılmış optimal çıxış, 

həmçinin qarşılıqlı partnyorluq əlaqəsinin möhkəmlənməsi çıxış edir.  

Münaqişə  iştirakçıları arasındakı ziddiyyətin nizama çalınması üzrə qarşılıqlı güzəştlər  əsasında 

razılaşma, öz maraqlarının qismən ödənilməsinə nail olmaq kompromisi kimi müəyyən edilir. 

Kompromissin üslubu adətən bədxah yola mane olması, münaqişəyə  cəlb olunmuş  hər bir tərəfin 

iddialarını qismən də olsa ödəməyə imkan verməsi baxımından daha üstün tutulur. Münaqişə 

iştirakçıları kompromisə aşağı hallarda müraciət edirlər. 

 



münaqişə subyektləri onun səbəbləri və inkişafı haqqında yaxşı xəbərdardırlar; 

 



səviyyə etibarilə  bərabər olan tərəflər üçün hazırki vəziyyəti barışmağın və gücə fasilə verməyin 

zəruriliyini başa düşürlər; 

 

səviyyə etibarilə müxtəlif olan tərəflər vaxt udmaq və güclərini qoruyub saxlamaq üçün saziş  əldə 



etməyə meyl göstərirlər; 

 



yaranmış  vəziyyəti qiymətləndirən tərəflər münaqişə prosesində baş vermiş  dəyişiklikləri nəzərə 

almaqla öz məqsədlərinə düzəlişlər edirlər; 

 

digər bütün davranış üslubları bu münaqişədə səmərə vermir.  



Ümumiyyətlə, münaqişələri öyrənən alimlərin fikrincə, kompromiss bacarığı – realizm və yüksək 

ünsiyyət mədəniyyətinin əlamətidir. Amma ehtiyac olmadan ona müraciət etmək, kompromiss qərarları 

qəbuluna tələsmək və bununla konsensusa (lat. «jonsentio» öz növbəsində birgə, qarşılıqlı inkişaf 

mənasını verən «con» önşəkilçisinin köməyi ilə «sentire» – hiss etmək, başa düşmək – felindən düzəlib) 

daha doğrusu birgə duyğu və fikirlərə, qarşılıqı anlaşmaya gətirib çıxara bilən mürəkkəb problemlərin 

ətraflı müzakirəsini kəsmək deyil. Konsensus – istənilən cəmiyyətin xeyli sayda insanlarının sosial 

nizamını daha mühüm aspektlərinə dair fəaliyyətlərdə ifadə edilən razılaşmasıdır.  

Konsensus – demokratiyanın universal prinsipi olub, ziddiyyət və münaqişələri həll etməyə  və 

qarşısını almağa, cəmiyyətdə, kollektivdə, sosial qrup və təbəqələrdə gərginliyi aradan qaldırmağa imkan 

verir. konsensusun effektlviyi hakimiyyətin, resursun, güzəştin, mükafatın  ədalətli və  bərabərhüquqlu 

bölgüsünün iştirakından, cinsindən, sosial vəziyyətindən və ya dinindən asılı olmadan insanların 

mədəniyyət və şüur səviyyəsindən asılıdır.  

Bütün dünya dinləri cinsin asılı olmayaraq insanların bərabərliyini elan edir. Onlardan ən cavanı 

olan islam da insanların bərabərliyi prinsipindən çıxış edir. Qurana görə kişi və qadınlar eyni ruhdan 

yaradıldıqları səbəbindən bərabərdirlər. Quran kişi və qadınların hüquq bərabərliyini və oxşarlığını elan 

edir və deyir: «Və burada qadınlar üçün o hüquqlar ədalətlidir ki, həmin hüquqlar kişilərdə də var» (s.4. 

– a.228). 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, əksər qədim qanunlarda qadınlar qanuni hüquqlardan 

məhrum idilər. Belə ki, Çində belə bir qayda var idi: «Bütün dünyada qadınlardan daha az dəyərli heç bir 

şey yoxdur». Hindistanda Manunun qanunu bir neçə maddədə qadınların mövqeyini müəyyən edirdi. 

147-ci maddədə deyilirdi: «Qadının öz həyatının heç bir mərhələsində öz istəyi və fikri əsasında, bu hətta 

daxili ev işlərinə aid olsa da, hərəkət etmək hüququ yoxdur». XVII əsrə kimi Hindistanda ərinin 

ölümündən sonra qadının yandırılması adəti mövcud olub. Qədim hind sivilizasiyasının  əsasında 

buddizm və brəhmanizm durur. Brəhmanizmin əsas qanunu Manu Şastranın adı ilə məşhur olandır. Bu 

qanuna görə, cəmiyyət dörd kastaya: brəhmanlar yaxud kahinlər; kşatrilər yaxud döyüşçülər, vayişlər 

yaxud tacirlər, şudralar yaxud səfillər və qullar. Belə cəmiyyətdə qadınlar murdar və rusvayçılıq hesab 

edilirdi və bu səbəbdəq qullara aid edilirdi. 

Yunanıstanda mövcud olan qanuna görə, qadınlar  ərə gedənə  qədər, öz qəyyumlarının,  ərə 

gedəndən sona öz ərlərinin mülkiyyətinin bir hissəsi idilər. Bəzi mütəfəkkirlərin fikrincə, onların 

vücudları kimi adları da evdə dustaq edilməlidir. Özünün demorkatik prinsipləri və hüquq bərabərliyi 

məşhur olan qədim yunan sivilizasiyası, vətəndaş statusunu yalnız azad kişilərə verirdi. Roma hüququ 



 

 

qadınları, azyaşlı uşaqlarla və dəlilərlə bir sıraya qoyurdu və onları qanuni hüquqlardan məhrum edirdi. 



«On iki ehkam qanunu» bildirdi ki, hüququn yoxluğuna səbəb öz yaş  həddi, dəlilik və qadın cinsinə 

mənsub olmaq ola bilər. Qədim Roma sivilizasiyasında (b.e. əö 509-cu il) iki təbəqə var idi: aristokratiya 

və rəiyyət. Qadınların da aid olduğu axırıncılar adi vətəndaş və siyasi hüquqlardan məhrum idilər.(6) 

Qadın satıla və ya hədiyyə edilə bilən  əşya idi. Q.Spenser «Sosiologiya» kitabında yazırdı ki, V 

əsrdən başlayaraq  İngiltərədə kişilər öz arvadlarını satırdılar. XI əsrdə kilsə kişilərə öz arvadını digər 

kişiyə müəyyən müddətə vermək hüququ verirdi. Onlar bu hüquqdan 1831-ci ilə kimi istifadə ediblər ki, 

bu ildə bir ingilis öz arvadını 4500 gineyə satıb. Amma məhkəmə bu sövdələhşməni etibarsız saydı, belə 

ki, hələ 1805-ci ildə arvadlarını satmağı qadağan edən qanun qəbul edilmişdi.  

Arvopada  İntibah dövrünə kimi qanunlar külliyyatı qadınları onların qanuni hüququndan 

məhrum edirdi. Sonralar isə, məs. Fransanın vətəndaş  məcəlləsində «guya» bu vəziyyəti düzəldən 

maddələr yarandı. Belə ki, bu məcəllənin 215-ci maddəsində deyilirdi: «Qadın  ərinin razılığı olmadan 

məhkəmə iclaslarında iştirak edə bilməz» və s.  

Fransa inqilabı bərabərlik, daha doğrusu kişilər və qadınlar arasında bərabərlik elan edirdi, amma 

qadınlar yalnız bəzi hüquqları əldə edə bildilər. Bu proses tədricən inkişaf etdi və 1920-ci ildə Millətlər 

Liqası  qəbul etdiyi Konvensiya ilə  nəticələndi. Bu Konvensiyada həm kişilər, həm də qadınlar üçün 

insana layiq əmək  şəraiti təminatının zəruriliyi haqqında danışılırdı. Amma qadınlar eyni əmək 

müqabilində kişilərin əmək haqqının yalnız yarısını almaqda davam edirdilər. 

Avropa və Amerikada «qadın inqilabı» məhz qadınları bu asılılıq-dan xilas etmək üçün yarandı. 

Onların  1942-ci ildə  əldə etdikləri bərabərlik qadına öz mülkiyyətinə yalnız birgə deyil, onun şəxsi 

mülkiyyəti olduğu sübut ediləndən sonra sərəncam verməyə imkan verdi. 1945-ci ildə BMT-nin 

yaranması vaxtı 51 ölkədən (BMT-nin ilk üzvləri) yalnız 30-da qadınlar kişilərlə bərabər seçki hüququ ilə 

təmin edildilər və ya onlara dövlət vəzifələri tutmağa icazə verildi. 

 

İnsan hüquqlara dair beynəlxalq və milli sənədlər 

Kişilər və qadınlar arasında bərabərliyin inkişafında yeni mərhələ 1948-ci ilin dekabrından başladı 

ki, bu vaxt BMT-nın Baş Assambleyası İnsan Hüquqları Haqqında Ümumi Deklarasiya qəbul etdi. Onun 

birinci maddəsində göstərilirdi: «Bütün insanlar azad və hüquqları baxımından bərabər doğulurlar…» 

Ümumi deklarasiya və bir çox digər səylərə baxmayaraq qadınlar cinsi, irqi və digər əlamətlər üzrə ayrı-

seçkilikdən əziyyət çəkirdilər. 

1950-ci ilin noyabrından Avropa Şurasında insan hüquqları  və  əsas azadlıqları müdafiəsi 

haqqında Avropa Konvensiyası  qəbul edildi, preambulasında qeyd edilirdi ki, onun üzvləri arasında 

böyük birliyə nail olmaq vasitələrindən biri insan hüquqları və  əsas azadlıqlarının təsdiqi və gələcəkdə 

reallaşmasıdır. Konvensiyanın 14-cü maddəsində göstərilirdi ki, hüquq və azadlıqlardan istifadə «cinsi, 

irqi, dərinin rəngi, dil, din, siyasi və başqa fikirlər, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, 

vəziyyəti, doğum və ya başqa şərait baxımından hər hansı bir əlamətə görə ayrı-seçkilik olmadan təmin 

edilir». 

1952-ci ilin dekabrında BMT qadıqnların siyasi hüquqları haqqında Konvensiya, namizəd irəli 

sürmək və kişilərlə bərabər ictimai vəzifələr tutmaq hüququnun olduğu bildirilirdi.  

1974-cü ilin dekabrında BMT-nın Baş Assambleyası xüsusi şəraitdə  və  hərbi münaqişələr 

dövründə qadın və uşaqların müdafiəsinə dair Deklarasiya qəbul edir. Burada əsas azadlıqların və insan 

ləyaqətinin əvvəlki kimi ciddi surətdə pozulduğu təəssüflə qeyd edilir. 4-cü maddənin birinci bəndində 

göstərilir ki, əməliyyatların gedişində  və ya ərazilərin tutulmasında müharibə edən tərəflərin həyata 

keçirdikləri bütün represiya formaları, qadın və uşaqlarla… qəddar, qeyri-insani rəftar cinayət sayılır».  

Bir sıra müasir münaqişələri burada misal göstərmək olar. Qarabağ münaqişəsi dövründə erməni 

hərbi birləşmələri tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi nəticəsində ölkəmizdə yeni sosial 

status – qaçqınlar və  məcburi köçkünlər yarandı. Erməni silahlı qüvvələri ilə müharibə zamanı  100-ə 

yaxın uşaq 442 qadın və 370 yaşlı insan girov götürülmüşdür. Azərbaycan Respublikası hərbi əsir, girov 

götürülənlər və itkin düşənlərin işi üzrə Dövlət komissiyasının səyləri nəticəsində erməni  əsirindən 40 

uşaq, 126 qadın və 115 qoca azad olundu. 500 yaxın Azərbaycan vətəndaşı (onlardan 60 uşaq, 316 qadın, 

254 qoca) hələ  də itkindir. Erməni tərəfindən, hərbi  əsir və girov götürülənlərin, o cümlədən qadın və 

uşaqların hüquqlarının müdafiəsi üzrə beynəlxalq konvensiya və deklorasiyaları köbudcasına 

pozulmasını təsdiqləyən çox saylı faktlar var.  



Yüklə 204,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə