Mövzu. Qender münaqiŞƏLƏRİNİN İdarəolunmasinin texnologiyasi



Yüklə 204,22 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix20.10.2017
ölçüsü204,22 Kb.
#5700
1   2   3   4   5   6   7

 

 

Bu və ya digər səbəbdən 1974-cü ildə BMT 3010-cu qətnaməni qəbul edir və 1975-ci ili Beynəlxalq 



qadınlar ili elan edir. Qətnamədə qeyd edilirdi ki, bu aksiyanın məqsədi kişi və qadınlar arasındakı 

bütün fərqlərə son qoymaqdır. 

Düz 5 ildən sonra BMT-nin Baş Assambleyası qadınlara münasibətdə bütün ayrı-seçkilik 

formalarının ləğvi haqqında Konvensiya qəbul etməyə  məcbur olur. Konvensiyanın preambulasında 

qeyd edilirdi ki, müxtəlif sənədlərin qəbul edilməsinə baxmayaraq, dünyada qadınlara münasibətdə ayrı-

seçkiliyin,  əvvəlki kimi əsas yer tutması, BMT-nın və onun xüsusi təsisatlarını narahat edir. Bununla 

bağlı bütün dövlətlərə «kişilər və qadınlar arasında hüquq bərabərliyi prinsipi öz milli konstitusiyalarına 

və ya digər müvafiq qanunvericiliyinə daxil etmək; hər hansı  şəxs, təşkilat və ya müəssisə  tərəfindən 

qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması üçün bütün müvafiq tədbirlərin götürülməsi ; 

qadınlara münasibətdə ayrıeçkiliyi özündə  əks etdirən mövcud qanun, qərar, adət və praktikanın 

dəyişdirilməsi və ya ləğv edilməsi üçün bütün müvafiq tədbirlərin görülməsi» tövsiyyə edilir (2-ci 

maddə, b. a, e, f). 

İnsan  hüquqlarına dair Ümumdünya konfransının açılışında (1993-cü  il,  iyun) çıxış edən BMT-

nin Baş katibi Butros Butros Qali qeyd edib ki, ümumi planda insan hüquqlarına nəzər salsaq, bütün 

dialektik münaqişələrdən  ən çətini ilə «doğmalıq» və «özgəlik», «mən» və «başqaları» arasında 

münaqişəylə bilavasitə qarşılaşmaq olar. Belə anlayışlar bütün insanların eyni və bununla belə  fərqli 

olduğunu birbaşa və açıq göstərir. «Beynəlxalq cəmiyyət tərəfindən insan hüquqlarının tam başa 

düşülməsinə  və bu səylərdə hamının iştirakına nail olmaqda biz vicdanımızın və qanunun pislədiyi 

gələcək pozulmaların qabağını ala bilərik» – deyə sonda B.B.Qali buna umid etdiyini bildirdi. Konfransda 

Vyana deklarasiyası  və  fəaliyyət proqramı  qəbul edildi. Burada deyilirdi ki, qadın və  qızların insan 

hüquqları ümumi insan hüquqlarının ayrılmaz və bölünməz tərkib hissəsidir (18-ci maddə). 

1993-cü ilin dekabrında BMT-in daha bir mühüm sənədi – qadınlara münasibətdə zorakılığın 

kökünün kəsilməsi haqqında Deklarasiya qəbul edildi. Burada qeyd edilirdi ki, qadınlara münasibətdə 

zorakılıq bərabərliyin inkişafın və sülhün əldə edilməsi yolunda olan maneələrdən biridir. Qadınlara 

münasibətdə zorakılığın kişilərin üstünlüyünə  gətirib çıxaran kişi və qadınlar arasında tarixən 

formalaşmış qeyri-bərabər güc nisbətinin təzahürü olduğunu qəbul edən deklarasiya, dövləti «qadınlara 

münasibətdə zorakılığı pisləməyə  və onun kökünün kəsilməsi baxımından öz vəzifəsini yerinə 

yetirməkdən boyun qaçırmaq üçün heç bir adətə, ənənəyə  və ya dini motivə  əsaslanmamağa çağırırdı» 

(4-cü maddə). (7) 

Qadınların vəziyyətinə dair BMT tərəfin keçən  əsrin son 25-ilində çağırılmış dörd Ümumdünya 

konfransı qender bərabərliyi problemni dünya cəmiyyətlərinin diqqət mərkəzinə qoymağa kömək etdi. 

Konfransların qərarları ictimai və  şəxsi həyatın bütün sferasında qadınların vəziyyətini yaxşılaşdırmaq 

haqqında effektiv fəaliyyət planı hazırlayaraq, bir sıra ümumi məqsədlərə nail olmaq üçün bütün dünya 

əhalisini birləşdirdi.  

BMT-nın yaranmasından keçən birinci üç onilliyikdə  təşkilatın  əsas fəaliyyəti ilk növbədə qadın 

problemlərinin həlli üzrə, onların hüquqi və  vətəndaş hüquqlarını müəyyən etmək və bütün dünyada 

qadınların vəziyyəti haqqında informasiya toplamaq üzərində cəmləşib. 

Qadınların vəziyyətinin yaxşılaşdırılmasına dair strategiya və  fəaliyyət planlarını  işləyib 

hazırlamaq üçün BMT-nin təşəbbüsü ilə ümumdünya konfranslarının çağırılması qender bərabərliyi 

uğrunda mübarizənin ikinci mərhələsi oldu.  

Qadınların vəziyyətinə dair birinci Ümumdünya konfransı Meksikada çağırıldı  (1975-ci ildə). 

Qadınlara münasibətdə ayrı-seçkiliyin dünyanın əksər ölkələrində hələ də həll edilməmiş problem olaraq 

qaldığını dünya cəmiyyətlərinə xatırlatmaq məqsədilə  həmin il Beynəlxalq qadın ili elan olundu. 

Konfrans ümumdünya dialoqu yolu ilə bütün qadınların vəziyyətini yaxşılaşdırmağa kömək etmək 

səylərində yeni eranın başlanğıcı oldu. 

Beynəlxalq qadınların vəziyyətinin yaxşılaşdırılmasına dair zəruri planların işlənməsinə  cəlb 

etmək üçün Baş Assambleya iştirakçıları üç əsas məqsəd müəyyənləşdiriblər: 

• 

tam qender bərabərliyi və cinsi əlamətə görə ayrı-seçkiliyi aradan qaldırmaq; 



• 

qadınları inkişaf prosesinə cəlb etmək və onların bu prosesdə bərabər hüquqlu iştirakını təmin etmək; 

• 

bütün dünyada sülhün möhkəmlənməsində qadınların verə biləcəkləri faydanı artırmaq. 



Konfrans iştirakçıları növbəti  10 ilə qoyulmuş  məqsədlər üzrə Ümumdünya fəaliyyət planının 

qəbul edilməsi ilə, buna öz münasibətlərini bildirdilər.  Əsas məqsəd təhsil, məşğulluq, siyasi fəaliyyət, 




 

 

səhiyyə, yaşayış yeri ilə təminat, qida və ailənin planlaşdırılması kimi sferalara qadınların bərabər daxil 



olmasının təminatı idi. Onlar qadınların inkişafı prosesində bərabər hüquqlu iştirakını təmin etmək üçün 

hökuməti milli strateiya işləyib hazırlamağa və məqsəd və prioritetlər müəyyən etməyə çağırırdılar. 

1975-ci il Ümumdünya fəaliyyət planının yerinə yetirilməsinin təhlili və qiymətləndirilməsi üçün 

1980-ci ildə Kopenhagendə çağırılmış qadın vəziyyətinə dair ikinci Ümumdünya konfransında  145 

ölkənin – BMT-nin üzvlərinin nümayəndələri bu sahədə əsaslı tərəqqiyə nail olmaq haqqında vahid rəyə 

gəldilər.  

1979-cu illin dekabrında Baş Assambleya tərəfindən qadınlara münasibətdə bütün ayrı-seçkilik 

formalarının ləğvi haqqında Konvensiyanın qəbulu mühüm dönüş nöqtəsi, qadın bərabərliyi uğrunda 

mübarizədə ən vacib vasitələrdən biri idi. «Qadın hüquqları haqqında bill» adlandırılan Konvensiya 165 

ölkəni – BMT-in üzvlərini birləşdirdi.  

Əldə olunan tərəqqiyə baxmayaraq, konfransın gedişində  təmin olunmuş hüquqlarla qadınların 

bu hüquqlardan istifadə etmək bacarığı arasında uyğunsuzluğun yranması faktı etiraf olundu. Konfrans 

iştirakçıları bu problemin həlli üçün üç sahə ayırırdılar ki, burada xüsusi məqsədyönlü tədbirlərin - 

təhsilə bərabər daxil olmaq; işə düzəlmək imkanı və lazımi tibbi xidmətin görülməsi zəruri idi. Konfrans, 

yekdilliklə olmasa da, qəbul edilmə ilə sona çatdı. 

Qender bərabərliyi uğrunda hərəkat «BMT qadın onilliyinin nailiyyətlərinin: bərabərlik, inkişaf və 

sülhün icmalı  və qiymətləndirilməsi üçün Ümumdünya konfransı» adı altında qadınların vəziyyətinə 

dair üçüncü Ümumdünya konfransında (Nayrobi, 1985) dünya tərəfindən həqiqətən qəbul edildi. Eyni 

zamanda forumda iştirak edən QHT 15 mindən çox nümayəndəsi konfransa «dünya feminizminin 

yaranması» akta kimi yanaşdı. Meksikada konfransda siyasi və iqtisadi qollara parçalanmış qadın 

hərəkatı indi bərabərlik, inkişaf və sülh simvolu altında birləşən beynəlxalq gücə çevrildi. 

BMT-in üzvü olan ölkə tərəfindən işlənib hazırlaran və yekdilliklə qəbul edilən «2000-ci ilə qədərki 

dövr üçün gələcəyi nəzərdə tutan Nayrobinin strategiyası qadınların vəziyyətinin yaxşılaşdırılmasına 

dair mükəmməl layihə oldu. Milli (dövlət) səviyyəsində  bərabərliyin  əldə olunmasına dair bir sıra 

tədbirlər sənədin  əsasını  təşkil edirdi. Hökumət onun inkişaf strategiyasına və ehtiyat imkanlarına 

əsaslanan prioritetlərini müəyyən etməlidir.  

Əsas tədbirlər qrupu aşağıdakılar idi: 1) konstitusiya və qanunvericiliyin təkmilləşdirilməsinə dair 

tədbirlər; 2) sosial proqramlarda bərabər iştirak; 3) siyasi həyatda və qərarların qəbulunda bərabər iştirak. 

Keçən iki onillikdə görülən səylər qadın və kişilər arasında münasibətlərdəki qeyri-bərabərliyin 

strukturu  əsaslarına toxunmayıb, qalınların hüquqlarının genişləndirilməsi yollarının və bütün 

səviyyələrdə  qərarların qəbulu prosesində onların bərabərhüquqlu partnyorlar kimi öz prioritet və 

dəyərlərinin irəli sürmək imkanlarının axtarılması zərurəti kəsb edir. 

Qadın problemləri üzrə dördüncü Ümumdünya konfransı (Pekin, 1995-ci il) – qender bərabərliyi 

uğrunda mübarizənin yeni fəslidir. Jəmiyyətin bütün strukturunun və onun daxilində kişi və qadınlar 

arasındakı bütün münasibətlərin yenidən qiymətləndirilməsi tələbatını qəbul edərək, qadınların özləri ilə 

birlikdə cins konsepsiyasına xüsusi diqqət yetirmək zəruriliyinin dərk edilməsi əsas dəyişiklik oldu. Bu 

dəyişiklik qadın hüququnun – insan hüququ və qender bərabərliyinin – həllindən hamının qazanacağı 

ümumi problem olmağını bir daha xüsusi olaraq qeyd edir.  

Konfrans iştirakçıları Pekin Deklarasiyasını və Fəaliyyət Platformasını qəbul etdilər ki, bu da XXI 

əsrdə qadınların tərəqqisi yolunda dönüş nöqtəsi oldu. Fəaliyyət Platformasında qadınların vəziyyətinin 

yaxşılaşdırılmasına dair 12 ən mühüm fəaliyyət istiqaməti var: qadın və yoxsulluq, qadınların təhsili və 

peşə hazırlığı, qadınlar və  səhiyyə; qadınlara münasibətdə zorakılıq; hərbi münaqişələr dövründə 

qadınlar, qadın və iqtisadiyyat, rəhbər orqanların işində  və  qərarların qəbulunda qadınların iştirakı, 

qadınların vəziyyətinin yaxşılaşdırılmasında institusional mexanizmlər; qadınların insan hüquqları; 

qadınlar və kütləvi informasiya vasitələri; qadın və  ətraf mühit; qızlar. Pekin fəaliyyət Platformasını 

qəbul edən hökumət bütün dövlət institutlarında, strategiyalarda, planlaşdırmada və  qərarların 

qəbulunqda qender aspektinin effektiv əlavə edilməsinə dair öz üzərinə öhdəlik götürür.  

Baş Assambleya platformanı  dəstəkləyərək bütün dövlətləri, BMT strukturlarını  və digər 

beynəlxalq təşkilatları, həmçinin QHT və özəl sektoru onun tövsiyyələrini yerinə yetirmək üçün tədbirlər 

görməyə çağırdı. BMT-ə üzv ölkələrin daha əvvəllər qadınların statusunu möhkəmləndirmək üçün 

yaratdığı dövlət mexanizmlərinin daxilində bütün institut və proqramlar qender komponentinin tətbiq 

edilməsinə dair mərkəzi koordinasiya orqanlarının yeni funksiyası əlavə edildi.  




Yüklə 204,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə