Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Sahiblik - qeyri-tam, qismən mənimsəmədir. Sahib



Yüklə 0,96 Mb.
səhifə16/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   12   13   14   15   16   17   18   19   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Sahiblik - qeyri-tam, qismən mənimsəmədir. Sahib - istehsal vasitələrinin nümayəndəsidir. O, mülkiyyətçinin şəxsləndirilmiş nümayəndəsidir. Sahiblik mülkiyyətçi tərəfindən müəyyən edilmiş şərtlər daxilində fəaliyyət göstərən mülkiyyətdir. Məsələn, müddətliliyi, ödənilməni, geri qaytarılmanı, eləcə də gəlirin bir hissəsinin mənimsənilməsini şərtləndirən icarə və kredit.
İstifadəetmə - təyinatından asılı olaraq əşyanın faktiki tətbiq edilməsidir. İstifadəetmə sahibliyin və mülkiyyətin reallaşma formasıdır. Əgər sahiblik mülkiyyətin funksiyasıdırsa, onda istifadəetməyə də sahibliyin funksiyası kimi baxmaq olar. Sərəncamvermə - Bu sahibkarın və ya digər şəxsin mülkiyyət obyektinin fəaliyyət göstərməsi barədə qərar qəbul etməsidir ki, bu da sahibin əmlakı mülkiyyətçinin icazə verdiyi hüdudlar daxilində istifadəyə verməsi hüququna əsaslanır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında sahibkar mülkiyyətçi olmaya da bilər, lakin mütləq sahiblik, istifadəetmə və sərəncamvermə hüququna, yəni mülkiyyətin səlahiyyət üçlüyünə malik olmalıdır.
Beləliklə, mülkiyyət bir tamdır, onun elementləri (tamın hissələri) isə sahiblik, istifadəetmə və sərəncamvermədir. Elementlər arasında əlaqə bu cürdür: sərəncamvermə istifadəetmə ilə, istifadəetmə sahibliklə, sahiblik isə mülkiyyətin formaları ilə müəyyən edilir. Mülkiyyət hüququnun iqtisadi nəzəriyyəsinə əsasən resursun (istehsal vasitələri və ya iş qüvvəsi) özü deyil, resursdan istifadəyə verilən hüquq dəsti və ya payı mülkiyyətdir. Mülkiyyət hüququ nəzəriyyəsinin əsasını iki məşhur amerikalı iqtisadçılar - R.Kouz və A.Alçian qoymuşlar. Bu nəzəriyyənin sonrakı tədqiqatlarında Y.Barçel, Q.Bekker, D.Nort, N.S.Çenq, R.Pozner və digərləri iştirak etmişlər.

Tam «hüquq dəsti» aşağıdakı 11 elementdən ibarətdir: 1) sahiblik hüququ, yəni nemətlər üzərində müstəsna fiziki nəzarət hüququ; 2) istifadəetmə hüququ, yəni nemətlərin faydalı xassələrini özün üçün işlətmək hüququ; 3) idarəetmə hüququ, yəni nemətlərdən kimin və necə istifadə edəcəyini təmin edən qərar hüququ; 4) gəlir hüququ, yəni nemətlərdən istifadənin nəticələrinə sahib olmaq hüququ; 5) suveren hüququ, yəni neməti özgəninkiləşdirmək, istehlak etmək, dəyişdirmək və ya məhv etmək hüququ; 6) təhlükəsizlik hüququ, yəni nemətlərdən məhrum edilmədən və xarici mühit tərəfindən vurulan ziyandan qorunmaq hüququ; 7) nemətləri irsən ötürmək hüququ; 8) nemətə sahibliyin daimi olması hüququ; 9) xarici mühitə zərər yetirən üsulun istifadəsinin qadağan olunması; 10) cərimə şəklində olan məsuliyyət hüququ, yəni nemətin borc əvəzinə alınması; 11) qalıq səciyyəli hüquq, yəni pozulmuş səlahiyyətlərin bərpasını təmin edən prosedurların və institutların mövcud olma hüququ.


Mülkiyyət hüququ cəmiyyət tərəfindən icazə verilən (dövlət qanunları, ənənələr, adətlər, müdiriyyətin sərəncamı ilə və s.), insanlar arasında nemətlərin mövcudluğu ilə yaranan və onlardan istifadəyə aid olan davranış münasibətləri kimi başa düşülür. Mülkiyyət münasibətləri bu nəzəriyyədə resursların məhdudluğundan irəli gəlir: hər hansı nadirlik şərti olmadan mülkiyyətdən danışmaq mənasızdır. Buna görə də, mülkiyyət münasibətləri maddi və qeyri-maddi resurslara çatmaqdan istisnalar sistemidir. Əgər resurslara çatmağa istisnalar yoxdursa, onlar heç kimindir, heç kimə məxsus deyillər, yaxud da sərbəst çatma olduğu üçün hamıya məxsusdurlar.
Müxtəlif iqtisadi məktəblər mülkiyyəti və onun mahiyyətini müxtəlif şəkildə müəyyənləşdirirlər. Marksist nəzəriyyəsinə əsasən, mülkiyyət iqtisadi kateqoriya kimi istehsal, bölgü, mübadilə və istehlak prosesində istehsal vasitələrinin və onların köməkliyi ilə hazırlanan maddi nemətlərin mənimsənmə (özgəninkiləşdirmə) münasibətini ifadə edir. Burada diqqət maddi nemətlərin subyektə mənsub olması faktını yalnız onun özünün deyil, digər subyektlərin də tanımalı olması üzərində cəmlənir, buna görə də bir ictimai münasibətlər kimi mülkiyyət hüququ yaranır.
Qərb iqtisadçıları mülkiyyətə yalnız insanın əşyaya münasibəti kimi yanaşırlar. Həqiqətdə isə mülkiyyət münasibətlərinə mülkiyyətçinin əmlakı ilə real qarşılıqlı təsiri, əmlak üzərində sərəncamının olması və ondan istifadəsinin inikası kimi baxılır. Marksist nəzəriyyəsinə əsasən mülkiyyət iqtisadi kateqoriya kimi insanların iradəsindən və şüurundan asılı olmayaraq mövcuddur. Hələ Solon (e.ə.594) və Klisfen (e.ə.509) qeyd edirdilər ki, qanunlar mülkiyyət münasibətlərini yaratmırlar, onlar faktiki olaraq cəmiyyət daxilində formalaşmış münasibətləri təsbit edirlər. Ona görə də mülkiyyətin iqtisadi və hüquqi kateqoriyaları fərqləndirilir. İqtisadi kateqoriya kimi mülkiyyət insanlar arasında mənimsəmə və özgəninkiləşdirmə münasibətlərini ifadə edir.
Hüquqi kateqoriya kimi mülkiyyət obyektiv formalaşmış mülkiyyət münasibətlərinin subyektiv şərhi, artıq təcrübədə formalaşmışların qanunvericiliklə təsbit edilməsinə olan ictimai tələbatın təzahürüdür. Belə halda mülkiyyət özü hüquqdur. Əgər mülkiyyət hüququna qanunla təsis edilmiş, bu və ya digər şəxsin
hansı əşyalardan istifadə edə biləcəyini və ya sərəncam verə biləcəyini müəyyən edən qayda, eləcə də bu cür istifadənin və ya sərəncam vermənin həyata keçməsini təmin edən şərtlər kimi yanaşsaq, mülkiyyət hüquqi kateqoriyadır. Mülkiyyət münasibətləri obyektiv-subyektiv münasibətlərdir ki, burada obyekt kimi istehsalın maddi şərtləri və insan həyatı (istehsal vasitələri və işçi qüvvəsi), həmçinin istehsalın nəticələri (maddi nemətlər və xidmətlər), subyekt kimi isə insan, şirkət, assosiasiya, əmək kollektivi, dövlət nümayəndələri, dövlət aparatı işçiləri çıxış edirlər.
Mülkiyyət münasibətləri istehsal amillərinin və əmək məhsullarının mənimsənmə, özgəninkiləşdirmə, istifadəetmə, sahiblik və sərəncamvermə proseslərini, istehsalın inkişafının strategiya və taktikasını, vəsaitlərin istifadə istiqamətlərini, əməyin və istehsalın təşkili formalarının seçimini, eləcə də onların üzərində nəzarəti ehtiva edir. Mülkiyyət iqtisadi hakimiyyətlə sıx bağlıdır. Əslində istehsalın idarə edilməsi mülkiyyətin funksiyası, onun mütləq tərəflərindən biridir. İstehsalı bir qayda olaraq istehsal vasitələrinin mülkiyyətçisi idarə edir. Mülkiyyət iqtisadi hakimiyyətin əsas elementlərindən biri (lakin yeganə deyil), onun mənbəyidir. Mülkiyyətin ilk təriflərindən biri imperator Yustianın (V əsr) «Roma hüququ» kodeksində verilmişdir ki, mülkiyyətə burada əmlaka sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququ kimi baxılır.
Çox vaxt deyirlər ki, bazar münasibətlərinin əsasını fərdi və ya ayrı-ayrı şəxslərin mülkiyyəti kimi nəzərdə tutulan xüsusi mülkiyyət təşkil edir. Dünya təcrübəsi inkişaf etmiş bazar iqtisadiyyatının, sivil bazarın mülkiyyətin müxtəlif formalarına əsaslandığını göstərir. Bu isə bazarın əsasında, çoxlu sayda bazar subyektlərinin olmasını tələb edən, rəqabətin durması ilə izah olunur. Bazarın özü mülkiyyətin formalarına laqeyddir. O, bazar subyektlərinin nə dərəcədə müstəqil olmasına və öz təsərrüfat fəaliyyətlərində (qanun çərçivəsində) nə qədər sərbəst olmasına, eləcə də rəqabətin şərtlərinə etinasız deyil. Bəşəriyyət tarixinə mülkiyyətin ən müxtəlif formaları məlumdur. Bunların isə ən çox əhəmiyyət kəsb edənləri dövlət və xüsusi mülkiyyətdir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə