Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


ticarət fəaliyyətinin müxtəlif növ icarə, informasiya, injinirinq və s. xarakterli xidmətlərlə təmin edilməsi üzrə əməliyyatlar



Yüklə 0,96 Mb.
səhifə60/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

ticarət fəaliyyətinin müxtəlif növ icarə, informasiya, injinirinq və s. xarakterli xidmətlərlə təmin edilməsi üzrə əməliyyatlar və s. Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma, ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə, istehsal amillərini birləşdirməklə məhsul istehsal edib- satan, işlər görüb xidmətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyekti kimi qəbul edilməlidir.
İqtisadi ədəbiyyatda firma termini ümumiləşdirici anlayış kimi istifadə olunur: firma bir və ya bir neçə müəssisədən ibarət ola bilər. Müəssisə dedikdə isə, adətən, birprofilli, birməhsullu istehsal başa düşülür. Firma- işgüzar müəssisənin təsərrüfat- hüquqi vahididir. Sənaye və ya ticarət müəssisəsinin şərti adıdır, onun hüquqi cəhətdən ixtiyarı var ki, təsərrüfat fəaliyyətini öz mülkiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə, təşkilat, idarə və ya ayrı- ayrı şəxslər çıxış edə bilər. Təsərrüfat vahidinin ölçülərinin bu zaman heç bir əhəmiyyəti yoxdur. Firma hər şeydən əvvəl ədliyyə orqanları tərəfindən qeydə alınır, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Firma fəaliyyətindən asılı olaraq adlı ola bilər.
Firmanın əsas funksiyası istehlakçıların tələbatını ödəmək üçün istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir. Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum mənfəət əldə olunması məqsədi firma tərəfindən bir sıra taktiki və strateji məqsədlərin müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən aşağıdakılar aid edilir: - satışın həcminin artırılması; - daha yüksək artım sürə-tinə nail olmaq; - bazarda payın artırılması; - qoyulmuş kapitala nisbətən mənfəətin artırılması; - kampaniyanın səhmlərinə görə gəlirlərinin artırılması; - kapitalın quruluşunun dəyişdirilməsi.
Firmanın məqsədlərinin xarakteri bütövlükdə iqtisadiyyatın vəziyyətilə, həmin müəssisənin fəaliyyət göstərdiyi sahənin inkişaf meylilə, eləcə də onun həyat tsiklinin mərhələsilə müəyyən olunur. Firma qarşısında duran məqsədlər onun cari (qısa) və perspektiv (uzun) fəaliyyət dövrü üçün müəyyən edilmiş strategiya-sından doğur. Bu strategiya firmanın fəaliyyət dövrünü (qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini nəzərə almaqla müəyyən edilir.
Strategiya, hər şeydən əvvəl, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd və vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması və bölgüsündən, ümumiyyətlə fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir. Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə xarakterli strategiyada elmi-texniki tərəqqinin son naliyyətləri-nin tətbiqilə bağlı riskin azaldılmasına xüsusi diqqət verilir. Firma yeni texnika tətbiq edən rəqibinin fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, hər bir rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli strategiyaya firmanın rəqibinin fəaliyyətindən asılı olaraq (məs: rəqib bazara tam nəzarət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı yenidən qurmaq planlı daxil edilə bilər.
Hücum xarakterli strategiyaya aşağıdakı dörd istiqamət daxil edilir: 1. Yeniləşdirmə strategiyası - burada yeniliklərin həyata keçirilməsi üçün resurs-ların artırılması nəzərdə tutulur;
2. Kvotanın diferensiasiyası (fərqləndirilməsi) strategiyası. Bu, yüksək mənfəəti təmin etməklə bazarın əsas hissəsinin firma üçün qorunması, saxlanılması məqsədinə xidmət edir; 3. İnnovasiya strategiyası məhsul, xidmət və eləcə də əsas kapitalın istehsalının təzələnməsini, yeni texnologiyanın mənimsənilməsini nəzərdə tutur; 4. Yeniliyin öyrənilməsi və bazar boşluğunun doldurulması strategiyası. Bu istiqamətin reallaşdırılması elmi- tədqiqat işlərinə çəkilən böyük xərclərlə və işgüzar risklə bağlıdır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə