Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


İstehlak tarazlığı prinsipi



Yüklə 0,96 Mb.
səhifə59/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   55   56   57   58   59   60   61   62   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

İstehlak tarazlığı prinsipi Qossen qanunları əsasında tərtib olunmuşdur. H.Qossen azalan son hədd faydalılığı prinsipini ifadə edərkən məhz utilitarizm fəlsəfəsinə və onun səmərəli (şüurlu) eqoizm, fayda və qurbanın, məmnunluq və iztirabın sybyektiv müqayisəsi prinsiplərinə əsaslanmışdır. O hətta siyasi iqtisadi məmnunluq haqqında təlim kimi adlandırmağı təklif etmiş və məmnunluğun (faydalılığın) maksimallaşdırılmasının ictimai istehsalın əsas prinsipi olduğunu qeyd etmişdir. Qossenin birinci qanununa görə ardıcıl istehlak prosesində məhsulun istifadə olunan hər sonrakı vahidinın faydalılığı əvvəlkinə nisbətən azalır.
Qossenin ikinci qanunu iki hal üçün fərqli formada ifadə edilmişdir. Cəmiyyətdən təcrid olumuş və natural təsərrüfatla məşğul olan insan üçün 2-ci Qossen qanunu belə ifadə olunur: “müxtəlif növ məhsulların fərqli miqdarda mövcudluğu və müxtəlif proporsiyalarla (kombinasiyalara) istifadə edilmə imkanlarının olduğu şəraitdə verilən zaman ərzində bütün məhsulların

faydalılıq hədlərinin bərabərliyi təmin olunan kombinasiya ən səmərəli istehlak kombinasiyası olacaq”.


Mövzu 13. Sahibkarlıq. Fırma və onun fəaliyyət mexanizmi


Firma və müəssisə anlayışı. Firmanın iqtisadi məzmunu. Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. Mikroiqtisadiyyat maddi nemətlərin yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri üzərində xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat subyektləri kimi çıxış edir. Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tətəfdən sahə, firma və ev təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliyyətini, digər tərəfdən ayrı- ayrı bazarların, əmtəə və xidmətlərin konkret qiymətlərini özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif inkişaf pillələrində müəssisələrin rolu və səviyyəsi eyni olmamışdır. Hər bir inkişaf mərhələsin-də istehsal vasitələri üzərində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə uyğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişdir. Bazar münasibət-lərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat strukturu kimi əhəmiyyətli dərəcə almış və təkmilləşmişdir. Firma ( italyanca- firma” hərfi mənası “imza” deməkdir) anlayışı ilkin dövrlərdə kommersantın “ticarət adı” mənasını verirdi. İndi bu termin resurslardan məhsul istehsal edən mikroiqtisadi özəyi ifadə edir.
Tarixən firmanın (müəssisənin) yaranmasının ilk əsasını sadə əmək kooperasiyası və əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın ictimai xarakterinin tədricən artması nəticəsində onların yeni formaları meydana gəlmiş, rolu və miqyası genişlənmişdir. Firmaların rolunun daha da genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında göstərir. Bazar iqtisadiyyatı şəraitində firma sahibkar və biznes fəaliyyətinin subyekti, əsas struktur vahididir. Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyəti “sahibkarlıq” və “biznes” kimi anlayışlarla xarakterizə olunur.
Müasir iqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyəti və biznes anlayışlarına, onların qarşılıqlı əlaqəsinə, ümumi və fərqli cəhətlərinə xüsusi fikir verilir. Bu anlayışlar arasındakı ümumi cəhətlər aşağıdakılardan ibarətdir:a) hər ikisinin reallaşdırılması bazar vasitəsilə baş verir; b) hər ikisinin bilavasitə məqsədi mənfəət əldə edilməsidir; c) hər ikisinin maddi marağın ödənilməsi əmtəə istehsalı yaxud xidmətlər göstərilməsi ilə bağlıdır; ç) hər ikisinin fəaliyyəti üçün zəruri iqtisadi mühit, hər şeydən əvvəl isə iqtisadi azadlıq şəraiti tələb olunur. Məhz bu cəhətlərə böyük əhəmiyyət verən iqtisadçılar sahibkarlıq fəaliyyəti ilə biznesi eyniləşdirirlər. Müəyyən mənada bu fikirlərlə razılaşmaq olar.
Bazar iqtisadiyyatının təkmilləşməsi, inkişafı ilə əlaqədar olaraq biznes fəaliyyətinin iqtisadi təşkilində dəyişikliklər baş verir. Hər şeydən əvvəl, dövlətin və ictimai təşkilatların iqtisadi rolunun güclənməsilə əlaqədar olaraq sosial sifarişlərin xarakteri dəyişir. Dövlət yalnız sifarişçi kimi deyil, həm də biznes fəaliyyətinin tənzimləyicisi kimi çıxış edir. İkincisi, maliyyə- kredit sisteminin inkişafı ilə əlaqədar olaraq, biznes fəaliy-yəti borc vasitələrindən daha çox istifadə edir və onlardan asılı olur. Bank siste-mi biznes fəaliyyətinin xüsusi obyektinə çevrilir. Üçüncüsü, biznes fəaliyyətinin təşkili prosesində mülkiyyət münasibət-lərində dəyişiklik baş verir. İdarəetmənin mülkiyyətdən ayrılması nəticəsində biznes fəaliyyətinin bilavasitə subyekti ixtisaslı idarəedicilər- menecerlər olur, ümumi nəzarət funksiyasını isə mülkiyyətçi özü yerinə yetirir.
Firmanın iqtisadi məzmununun təhlilində sahibkarlıq və biznes fəaliyyəti ilə yanaşı kommersiya fəaliyyətinə də nəzər yetirmək lazımdır. Kommersiya fəaliyyəti biznes fəaliyyəti ilə əlaqədardır. O, bilavasitə istehsal edilmiş məhsulların reallaş-dırılması ilə məşğul olan ticarət sahəsini- alqı- satqı münasibətlərinin əks etdirir. Müasir bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətini təkcə bir ticarət sferası ilə əlaqələndirmək iqtisadi fəaliyyətin bu formasının rolunu və əhəmiyyətini tam əks etdirmir və onu xeyli məhdudlaşdırır. Hazırda kommersiya fəaliyyətinə aşağıdakılar daxil edilir: sənaye, kənd təsərrüfatı,
tikinti və s. müəssisələrin istehsal fəaliyyətindən törəyən ticarət əməliyyatları; ticarət, bank və digər müəssisələrin əmtəə və pulların dövriyyəsinə aid edilən ticarət əməliyyatları; əmtəələrin alıcıya doğru hərəkəti ilə bağlı onların daşınması, sığortası, qorunub saxlanılması ilə əlaqədar olan nəqliyyat, sığorta və s. müəssisələrin ticarət əməliyyatları;

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə