Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə58/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   54   55   56   57   58   59   60   61   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Ikincisi, qiymətlərin aşağı düşməsi istehlakçıların real gəlirlərinin artması deməkdir. Bu, öz ifadəsini onların alıcılıq qabiliyyətinin yüksəlməsində və deməli, tələbin artmasında tapır. Buradan da gəlirlərin səmərəliliyi meydana çıxır. Gəlirlərin səmərəliliyi dedikdə qiymətlərin aşağı düşməsi və bununla da real gəlirlərin artması nəticəsində istehlakçı tələbinin quruluşunda dəyişiklik baş verməsi nəzərdə tutulur. Qiymətlərin aşağı düşməsi istehlakçılara sərf etdikləri xərcləri azaltmağa və deməli, müəyyən qədər qənaət əldə etməyə imkan verir ki, bu da sonradan digər əmtəələrin satın alınmasına və mahiyyət etibarilə tələbin artmasına səbəb olur. Bu, birinci növbədə cari tələbat məhsullarına aiddir. Bunu aşağıdakı misalla izah edək.
Tutaq ki, bazarda qoyun ətinin bir kiloqramının qiyməti 10 manata, istehlakçının aylıq gəliri isə 150 manata bərabərdir. Deməli, istehlakçı əlində olan bu qədər pula 15 kq qoyun əti satın ala bilər. Indi deyək ki, qoyun ətinin qiyməti ucuzlaşmış və 8 manata düşmüşdür. Buradan aydın olur ki, istehlakçı 15 kq qoyun əti satın almaq üçün 120 manat sərf edəcək və onun əlində 30 manat artıq pul vəsaiti qalacaqdır. Bu gəlirlərin səmərəliliyini göstərir. Bütün bunlara əsasən demək olar ki, əvəzetmənin və gəlirlərin faydalılığı istehlakçı tələbinin və onun quruluşunun
dəyişməsinə səbəb olsalar da, bunların təsiri eyni deyildir. Ona görə də nəinki nəzəriyyədə, həm də təcrübədə qiymətin əmələ gəlməsində bu faydalanmanın nor- mal, yəni yüksək və aşağı keyfiyyətli (aşağı qiymətli) əmtəələrə təsirini fərqləndirmək lazımdır.
Müəyyən məhsulu aldıqda istehlakçının əsas məqsədi həmin məhsul sayəsində öz tələb və ehtiyaclarını təmin etmək və həmin məhsul və xidmətlərin istehlakından məmnuniyyət əldə etməkdir. İstehlakçı seçiminin əsas faktoru bu və ya digər məhsulun faydalılıq (yararlılıq) dərəcəsidir. Faydalılıq (utility) - bu və ya digər məhsul və ya xidmətdən istifadə zamanı və ya hər hansı bir fəaliyyət növünün həyata keçirilməsi nəticəsinə fərdlərin əldə etdiyi məmnuniyyətin ölçüldüyü dərəcədir.
Faydalılıq” anlayışı iqtisadiyyat elminə ingiltərəli filosof Jeremy Bentham (1748–1832) tərəfindən daxil edilib. Bu gün bazar iqtisadiyyatı haqqında bütün elm demək olar ki, iki əsas nəzəriyyəyə söykənir: faydalılıq və dəyər. Faydalılıq kateqoriyası vasitəsi ilə tələb qanunun təsiri ilə izah olunur, yəni nəyə görə məhsulun qiymətinin qalxması nəticəsində tələb həcmi azalır və əksinə. Qeyd etmək lazımdır ki, faydalılıq subyektiv anlayışdır. Bir insan üçün faydalı və xoş ola biləcək əşya digərinə faydasız ola və xoş gəlməyə bilər.
Faydalılıq əsasən iki növə ayrılır: ümumi və marginal. Ümumi faydalı- lıq (total utility) – bütün rifah vahidlərinin istehlakı nəticəsində əldə edilən məcmu faydalılığını əks etdirir. Ümumi faydalılıq istehlakın böyüməsi ilə artır, amma istehlak həcminə proporsional olmur və tədricən 0-a düşənə qədər sönür. Marginal faydalılıq (marginal utility) - bu istehlakçının daha bir əlavə rifah vahidi nəticəsində əldə edilən faydalılıq göstəricisidir. Başqa sözlə desək, marginal faydalılıq əlavə bir rifah vahidindən istifadə nəticəsində ümumi faydalılılığın artmasıdır.
Marginal faydalılığın tərifinin əsasında “ölən marginal faydalılıq” qanununu formalaşdırmaq olar: İstehlak olunan məhsulun miqdarını artırdıqda onun marginal faydalılığı azalma tendensiyası nümayiş etdirir. Bu qanunu adətən 1854-cü ildə ilk dəfə ölən marginal faydalılıq ideyasını müəyyən etmiş alman iqtisadçı German Qossenin şərəfinə Qossenin birinci qanunu adlandırırlar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə