Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Firmanın davranışı haqqında nəzəriyyələr



Yüklə 0,96 Mb.
səhifə63/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   58   59   60   61   62   63   64   65   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Firmanın davranışı haqqında nəzəriyyələr. Bu nəzəriyyənin tərəfdarları, əvvəlkilərdən fərqli olaraq göstərirlər ki, firmada çoxlu məqsədlər mövcuddur. Bu məqsəd və mənafelərin məcmusuna aşağıdakılar daxildir: 1. Yüksək əmək haqqı almağa, yaxşı əmək şəraitinə, texniki təhlükəsizliyə can atan fəhlələrin mənafeyi; 2. Hakimiyyətə, öz sosial statusunu, rütbəsini yüksəltməyə can atan menecerin mənafeyi; 3. Yüksək divident almağı arzulayan səhmdarın mənafeyi; 4. Firmanın fəaliyyətinin iqtisadi göstəricilərini yaxşılaşdırmağa çalışan ali rəhbərlərin mənafeyi və s.
Davranış nəzəriyyələri (bu istiqamət “bixeviorizm” adlanır) yapon firmalarında daha geniş tətbiq olunur. Davranış nəzəriyyələrinin çoxlu variantları mövcuddur. Bu variantlarda xüsusi və ümumi mənafeləri əlaqələndirmək üçün müxtəlif təkliflər verilir. X. A. Saymon adlı nəzəriyyəçi tərəfindən təklif olunmuş üsul kompromisin seçilməsinə əsaslanır. Bütün mənafeləri eyni zamanda maksi-mum səviyyədə ödəmək mümkün deyil. Buna görə də mənafelərin ödənilməsinin elə quruluşu seçilməlidir ki, hamısının mənafeyini maksimum olmasa da müəyyən səviyyədə ödəmək mümkün olsun. Davranış nəzəriyyələrində xarici mühitin nəzərə alınmasına xüsusi fikir verilir. Xarici iqtisadi ədəbiyyatda firmanın davranışına aid 2000-dən yuxarı strateji nümunələr vardır. Bunlar firmaya xarici mühitdəki dəyişikliyə tez bir zamanda uyğunlaş-mağa imkan verir. Xarici mühitə iqtisadi, siyasi, ekoloji, sosial şərait və s. aid edilir. Firma-nın daxili quruluşu xarici mühitə adekvat, uyğun olmalıdır.
Firmanın növləri və təşkilati-hüquqi formaları. Məlumdur ki, iqtisadi sistemdə çoxlu sayda firmalar (müəssisələr) fəaliyyyət göstərir. İqtisadi ədəbiyyatda bunlar müxtəlif meyarlar baxımından təsnifləşdirilir. Belə ki, firmalar mülkiyyət mənsubiyyətinə, fəaliyyətinin həcminə, sahəsinə, xarakterinə, əhatə etdiyi ərazi meyarına görə və s. fərqləndirilir. Mülkiyyət mənsubiyyətinə uyğun olaraq firmanın xüsusi, kollektiv, dövlət və qarışıq formaları vardır. Firmalar fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, səhmdar cəmiyyəti və dövlət müəssisəsi kimi təşkilati xətt hüquqi formalarda fəaliyyət göstərirlər.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə