Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Firmanın miqyasının maksimumlaşdırılması nəzəriyyəsi



Yüklə 0,96 Mb.
səhifə62/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   58   59   60   61   62   63   64   65   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Firmanın miqyasının maksimumlaşdırılması nəzəriyyəsi. Bu nəzəriyyənin yaradıcılarının fikirlərinə görə sahibkarların və menecerlərin ümumi bir məqsədi vardır: firmanın miqyasını maksimumlaşdırmaq. Menecerlər şəxsi status və qazanclarını artırmaq üçün buna çalışırlar. Müəssisə sahibləri isə varlanmaq məqsədilə onun aktivlərinin çoxalmasına can atırlar.
Bu nəzəriyyəçilər araında xüsusi yer tutan Marris qeyd edir ki, menecer tərəqqi edən firmanın adi iri firmaya çevrilməsinə çalışır. Marrisin nəzəriyyəsində əsas halqa bölünməz mənfəət norması göstəricisidir. Firmanın bütün mənfəəti iki yerə bölünür: bir hissəsi səhmlərə görə divident şəklində ödənilir, qalan hissə isə bölünməz qalır və istehsalın inkişafı fondunu əmələ gətirir. Mənfəətin bölünməz hissəsinin bölünən hissəyə nisbəti bölünməz mənfəət normasını
və ya mənfəətin saxlanması normasını əmələ gətirir. Əgər menecerlər mənfəətin çox hissəsini divident şəklində ödəsələr, səhmdarlar razı qalarlar və səhm kursu qalxmağa başlayır.
İndi isə, fərz edək ki, menecerlər mənfəətin əsas hissəsini bölünməz saxlayırlar, bu firmanın genişlənməsi və istehsalı üçün yaxşıdır. Lakin səhmdarlar dividentin aşağı səviyyəsindən narazı qalaraq öz səhmlərini satmağa başlayarlar. Beləliklə, mənfəətin iki hissəyə bölünməsi və mənfəətin saxlanması normasının müəyyən edilməsi sadə iş deyil, o bir sıra çətinliklərlə və ziddiyyətlərlə bağlıdır. Firmanın miqyasının artırılmasının tərəfdarları əsas iki yolunu göstərirlər. Birinci yol, əsasən kapitalın və istehn təmərküzləşməsilə, firmanın daxili artımı iləarakterizə olunur. Firmanın daxilitım mənbələri kimi aşağıdakılar çıxış edir: 1. Firmanın öz resursları, ilk növbədə mənfəətin bölünməz hissəsi, müəyyən qədər də amortizasiya fondu; 2. Banklardan və digər maliyyə-kredit təşkilatlarından alınan borc vasitələri; 3. Qiymətli kağızların əlavə emissiyasından alınan vasitələr.
İkinci yol isə udulma və qovuşma nəticəsində kapitalın və istehsalın mərkəzləşməsi ilə əlaqədardır. Qovuşmanın (udulmanın) müxtəlif növləri vardır. əsas növləri bunlardır: üfüqi inteqrasiya, şaquli inteqrasiya və konqlomerasiya. Üfüqi inteqrasiya adətən eynitipli məhsul istehsal edən və ya bir neçə texnoloji prosesin eyni mərhələsini həyata keçirən firmaların birləşməsi ilə müşahidə olunur. Üfüqi inteqrasiya istehsalın sahədaxili təmərküzləşməsi və mərkəzləşməsi ilə xarakterizə olunur.
Şaquli inteqrasiyada ümumi texnoloji prosesin müxtəlif mərhələlərini həyata keçirən firmaların birləşməsi baş verir. Belə inteqrasiya istehsalın sahə-lərarası təmərküzləşməsi və mərkəzləşməsilə xarakterizə olunur. Konqlomerat texnoloji cəhətdən heç bir əlaqəsi, asılılığı olmayan müstəqil firmaların birləşməsi nəticəsində yaranır. Son onilliklərdə mərkəzləşmənin və təmərküzləşmənin əksinə olan inkişaf meyli güclənməkdədir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə