Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə



Yüklə 123,08 Kb.
tarix26.03.2018
ölçüsü123,08 Kb.
#34761

“Sənaye məhəllələri haqqında

Nümunəvi Əsasnamə”yə



1 nömrəli əlavə

Hüquqi şəxslərin və fərdi sahibkarların sənaye məhəlləsinin iştirakçısı

kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin

forması və ona əlavə edilən sənədlərin siyahısı

______________________________________________

(sənaye məhəlləsinin idarəedici təşkilatının adı)
Hüquqi şəxslərin və fərdi sahibkarların sənaye məhəlləsinin

iştirakçısı kimi qeydiyyata alınması üçün
ƏRİZƏ
1. Ərizəçi haqqında məlumatlar:


    1. hüquqi şəxsin tam adı / fərdi sahibkarın soyadı, adı, atasının adı_______

_____________________________________________________________

    1. hüquqi şəxsin (fərdi sahibkarın) hüquqi (fəaliyyət) ünvanı________

_____________________________________________________________

1.3. VÖEN və dövlət qeydiyyatına alındığı tarix ______________________

1.4. əlaqə telefonu _____________________________________________

1.5. internet ünvanı (vebsaytı - əgər varsa) __________________________

1.6. elektron poçtu (əgər varsa)____________________________________

1.7. hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin):

1.7.1. soyadı, adı, atasının adı ____________________________________

1.7.2. ünvanı __________________________________________________

1.7.3. əlaqə telefonu ____________________________________________

1.7.4. elektron poçtu (əgər varsa) __________________________________

1.7.5. şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı ________________________________________

1.8. fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı ___________________________

1.9. hüquqi şəxsin və fərdi sahibkarın mövcud fəaliyyət növü ___________

(istehsal edilən məhsullar, göstərilən xidmətlər və s)

_____________________________________________________________

1.10. hüquqi şəxsin və fərdi sahibkarın sənaye məhəlləsində məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti növü üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin (əgər varsa):

1.10.1. adı və fəaliyyət növü _____________________________________

1.10.2. verilmə tarixi və nömrəsi __________________________________

1.10.3. müddəti (başlanma və başa çatma tarixləri göstərilməklə) ________

2. Layihə haqqında məlumatlar:

2.1. layihənin adı ______________________________________________

_____________________________________________________________

2.2. istehsal olunacaq məhsul, görüləcək iş və xidmətlər _______________

_____________________________________________________________

2.3. istehsal gücü ______________________________________________

2.4. əsas hədəf müştərilər/bazarlar ________________________________

2.5. tələb olunan investisiya (AZN) (şəxsi vəsait və ya kredit) __________

_____________________________________________________________

2.6. nəzərdə tutulan illik dövriyyə (AZN) ___________________________

2.7. layihənin nəzərdə tutulan başlanma tarixi _______________________

2.8. layihənin müddəti _________________________________________

2.9. yaradılacaq yeni iş yerlərinin növü (daimi və ya mövsümi) və sayı _____________________________________________________________

2.10. layihənin qısa təsviri _______________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________


3. Sənaye məhəlləsində nəzərdə tutulan ərazinin göstəriciləri:
3.1. ümumi sahəsi (m2)__________3.2. əsas istehsalat sahəsi (m2) _______

3.3. ofis (m2)__________________ 3.4. anbar (m2) (m3) _____________

3.5. yardımçı sahə (m2)__________3.6. digər________________________
4. Sənaye məhəlləsində nəzərdə tutulan istehsalat tələbatı:
4.1. təbii qaz (m³/il) _______________ 4.2. içməli su (m³/il) ____________

4.3. texniki su (m³/il) ______________ 4.4. tullantı suyu (m³/il) _________

4.5. elektrik enerjisi (kVt/s il) _______ 4.6. kanalizasiya (m³/il)__________

4.7. elektrik enerjisinə tələb olunan maksimal güc (kVt)________________

4.8. digər_____________________________________________________

5. Ətraf mühitə təsir:
5.1. zərərli tullantılar (növ/illik həcm) _____________________________

5.2. digər tullantılar (növ/illik həcm) ______________________________

5.3. tullantıların utilizasiyası ilə bağlı nəzərdə tutulan tədbirlər __________

_____________________________________________________________



6. Biznes plan (yoxdur, qismən hazırdır və ya tam hazırdır): ___________

Xahiş edirəm _________________________________________________

(hüquqi şəxsin tam adı / fərdi sahibkarın soyadı, adı, atasının adı)

_________________________________ iştirakçı kimi qeydiyyata alasınız.

(sənaye məhəlləsinin adı)
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:


Sıra №-si

Sənədlərin adı

Nüsxələ-rin sayı

Vərəqlərin sayı

Qeyd



Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda)












Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda)












Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fərdi sahibkar olduqda)












Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda)












Hüquqi şəxsin və fərdi sahibkarın sənaye məhəlləsində məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilmişdirsə)










Ərizənin doldurulduğu tarix _________________________________

(gün, ay, il)
Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin / fərdi sahibkarın imzası _____

(imza)
M.Y.

________________

“Sənaye məhəllələri haqqında

Nümunəvi Əsasnamə”yə

2 nömrəli əlavə
Qeydiyyat şəhadətnaməsinin forması
Üz tərəfi


______________________________________

(sənaye məhəlləsinin idarəedici təşkilatının adı)
______________________________________

(sənaye məhəlləsinin adı)


QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ
QEYDİYYAT №-si ________________________

Arxa tərəfi



__________________________________________________

(hüquqi şəxsin tam adı / fərdi sahibkarın soyadı, adı, atasının adı)


Qeydiyyata alındığı tarix: ___________________
Əsas: ___________________________________ ___________ tarixli

(sənaye məhəlləsinin idarəedici təşkilatının adı)

____ nömrəli qərarı.

__________________ ___________ _________________________

(məsul şəxsin vəzifəsi) (imzası) (soyadı, adı)

M.Y.

“Sənaye məhəllələri haqqında

Nümunəvi Əsasnamə”yə



3 nömrəli əlavə
Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması ilə əlaqədar qaydaları müəyyən edir.

1.2. Sənaye məhəlləsinin iştirakçılarının reyestri (bundan sonra – reyestr) idarəedici təşkilat tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.
2. Reyestrin aparılması
2.1. Reyestr təqvim illərinə əsasən və hər sənaye məhəlləsi üzrə ayrıca aparılır.

2.2. Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir və Azərbaycan dilində aparılır. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.

2.3. Reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

2.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

2.5. Reyestr aşağıdakılardan ibarətdir:

2.5.1. iştirakçı olan hüquqi şəxslər barədə məlumatlar;

2.5.2. iştirakçı olan fərdi sahibkarlar barədə məlumatlar;

2.5.3. iştirakçının qeydiyyatı və ləğvi barədə məlumatlar;

2.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;

2.5.5. sənaye məhəlləsində qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

2.6. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.6.1. hüquqi şəxs olan iştirakçının tam adı və təşkilati-hüquqi forması;

2.6.2. fərdi sahibkar olan iştirakçının soyadı, adı və atasının adı;

2.6.3. iştirakçının hüquqi (fəaliyyət) ünvanı;

2.6.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.6.5. hüquqi şəxs olan iştirakçının səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;

2.6.6. iştirakçının sənaye məhəlləsində qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.

2.7. İdarəedici təşkilat hüquqi şəxsin və fərdi sahibkarın sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən sonra 5 (beş) iş günündən gec olmayaraq reyestrə məlumatları daxil edir.

2.8. Sənaye məhəlləsinin iştirakçısına vahid və təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsinin ilk üç rəqəmi iştirakçının reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm iştirakçının sənaye məhəlləsində qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin üçüncü-səkkizinci rəqəmlərini göstərir. Qeydiyyat nömrəsi reyestrdə, sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.

2.9. Sənaye məhəlləsinin iştirakçısının qeydiyyatı ləğv edildikdə, onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.

2.10. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə, sənaye məhəlləsinin iştirakçısı bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat tərəfindən reyestrdə müvafiq dəyişikliklər edilməlidir.

2.11. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.

2.12. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən iştirakçı olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, iştirakçı olan fərdi sahibkarın soyadı, adı və atasının adı dəyişdikdə qeydiyyat nömrəsi dəyişilmir.

2.13. Reyestrə məlumatlar daxil edildikdən, sənaye məhəlləsinin iştirakçısına qeydiyyat şəhadətnaməsi verildikdən və iştirakçının sənaye məhəlləsində qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat 2 (iki) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə rəsmi məlumat təqdim etməlidir.

2.14. Hüquqi şəxslərin və fərdi sahibkarların sənaye məhəlləsində iştirakçı kimi qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.
3. Reyestrdən istifadə
3.1. Sənaye məhəlləsinin iştirakçısı özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və sənaye məhəlləsində qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.

3.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.

3.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (iştirakçı olan hüquqi şəxsin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.
4. Reyestrə daxil edilən məlumatların saxlanılması
4.1. Reyestr məlumatlarını əks etdirən və sənaye məhəlləsində qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılmaq üçün arxivə verilir.

_______________


“Sənaye məhəllələri haqqında

Nümunəvi Əsasnamə”yə



4 nömrəli əlavə


Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə iştirakçısı arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsinin
NÜMUNƏVİ FORMASI


______________ şəhəri ____ ____________ 20____ il

Bir tərəfdən __________________________ (bundan sonra - İcarəyə verən)

(sənaye məhəlləsinin idarəedici təşkilatının adı, VÖEN-i)

və digər tərəfdən ___________________________ (bundan sonra - İcarəçi)

(sənaye məhəlləsinin iştirakçısının adı, VÖEN-i)

Nümunəvi Əsasnaməyə uyğun olaraq və __________________ idarəedici

(sənaye məhəlləsinin adı)

təşkilatın sənaye məhəlləsinin iştirakçısının qeydiyyatı haqqında ___________ 20______ il tarixli ______ nömrəli qərarı əsasında aşağıdakılar barəsində razılığa gələrək bu İcarə Müqaviləsini imzalayırlar.

Bu İcarə Müqaviləsində İcarəyə verən və İcarəçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılır.
1. Anlayışlar
1.1. Bu İcarə Müqaviləsinin mətnində, o cümlədən preambulasında:

1.1.1. İcarə Müqaviləsi – bütün Tərəflərin imzaladığı və yazılı şəkildə dəyişiklik, müddətin uzadılması və digər düzəlişlər daxil olmaqla bütün əlavələrlə birlikdə bu Müqavilə deməkdir;

1.1.2. sənaye məhəlləsi – Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan_____________________ sənaye məhəlləsi deməkdir;

(sənaye məhəlləsinin adı)

1.1.3. Nümunəvi Əsasnamə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20___ il ____ _____________ tarixli ____ nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” deməkdir;

1.1.4. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə – Nümunəvi Əsasnamənin 9.1-ci bəndinə uyğun olaraq sənaye məhəlləsinin idarəedici təşkilatı ilə iştirakçısı arasında imzalanan sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə deməkdir;

1.1.5. tikili – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında icarəyə verilən dövlət mülkiyyətində olan tikili deməkdir;

1.1.6. torpaq sahəsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında icarəyə verilən dövlət mülkiyyətində olan torpaq sahəsi deməkdir;



1.1.7. icarə ili – bu İcarə Müqaviləsinin 10.2-ci bəndinə uyğun olaraq icarə müddətinin başlandığı tarixdən sonra gələn ardıcıl 12 (on iki) aydan artıq olmayan müddət deməkdir.


  1. Müqavilənin predmeti

    1. Bu İcarə Müqaviləsinə görə İcarəyə verən dövlət mülkiyyətində olan və ____________________________________________ ünvanında yerləşən tikilini və (və ya) ______ ha torpaq sahəsini İcarəçinin müddətli istifadəsinə verməyi, İcarəçi isə həmin tikilinin və (və ya) torpaq sahəsinin istifadəsinə görə bu İcarə Müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür.

    2. Bu İcarə Müqaviləsinin 2.1-ci bəndində göstərilən tikili və (və ya) torpaq sahəsi Nümunəvi Əsasnamənin 9.1-ci bəndinə əsasən bağlanılan sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün icarəyə verilir. Bu İcarə Müqaviləsi əsasında icarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə, habelə mülkiyyətçinin razılığı olmadan icarə hüququnun girov qoyulmasına və ya güzəşt edilməsinə (ötürülməsinə) yol verilmir.

    3. Tikilinin və (və ya) torpaq sahəsinin İcarəçiyə verilməsi və bu İcarə Müqaviləsinə xitam verildikdən sonra tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə verənə qaytarılması Tərəflər arasında imzalanan akt ilə rəsmiləşdirilir. Tikilinin və (və ya) torpaq sahəsinin İcarəçiyə verilməsi ilə bağlı akt bu İcarə Müqaviləsinin qüvvəyə mindiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır. Bu İcarə Müqaviləsinə xitam verildikdə tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə verənə qaytarılması ilə bağlı akt torpaq sahəsində İcarəyə verənin razılığı ilə İcarəçi tərəfindən yaradılan istehsal sahələrinin, quraşdırılan avadanlıq və qurğuların müqəddəratının Tərəflər arasında müəyyən edilən ağlabatan müddətdə həll edildiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır.

    4. İcarəyə verən tikilini və (və ya) torpaq sahəsini əşyaların və hüquqların yüklülüyündən azad şəkildə, bu İcarə Müqaviləsi üzrə istifadəyə yararlı vəziyyətdə İcarəçiyə təhvil verir.

    5. İcarəyə verilən tikilinin və (və ya) torpaq sahəsinin plan və ölçüsü bu İcarə Müqaviləsinə əlavə olunur. Plan və ölçü bu İcarə Müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur.

    6. Bu İcarə Müqaviləsi əsasında tikili və (və ya) torpaq sahəsi üzərində yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.

    7. İcarəyə verilmiş torpaq sahəsində İcarəçi tərəfindən yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğular onun mülkiyyəti hesab olunur.




  1. İcarəyə verənin hüquq və vəzifələri




    1. İcarəyə verənin hüquqları aşağıdakılardır:

      1. icarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və İcarə Müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;

      2. icarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə İcarəçidən məlumat almaq;

      3. İcarə müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması barədə İcarəçiyə təkliflər vermək;

      4. İcarəçinin təqsiri üzündən icarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;

      5. icarəyə verilmiş torpaq sahəsində İcarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək.

    2. İcarəyə verənin vəzifələri aşağıdakılardır:

      1. İcarə Müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmək;

      2. icarəyə verilmiş tikilini və (və ya) torpaq sahəsini bu İcarə Müqaviləsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada İcarəçiyə təhvil vermək;

      3. bu İcarə Müqaviləsinin müddəti bitdikdə icarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin icarəyə götürülməsini ilk növbədə İcarəçiyə təklif etmək;

      4. bu İcarə Müqaviləsinə xitam verildikdə özünün razılığı ilə tikilinin və (və ya) torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı İcarəçinin çəkdiyi xərclərin əvəzini ödəmək.




  1. İcarəçinin hüquq və vəzifələri




    1. İcarəçinin hüquqları aşağıdakılardır:

      1. tikilidən və (və ya) torpaq sahəsindən bu İcarə Müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;

      2. İcarəyə verənin təqsiri üzündən bu İcarə Müqaviləsinə uyğun tikilidən və (və ya) torpaq sahəsindən istifadədən məhrum olarsa, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;

      3. İcarə Müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması üçün İcarəyə verənə təklif vermək;

      4. İcarəyə götürülmüş torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq istehsal sahələri qurmaq, digər tikililər, avadanlıqlar və qurğular quraşdırmaq;

      5. icarəyə götürülmüş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda, həmin sahənin satın alınmasında üstünlük hüququna malik olmaq;

      6. bu İcarə Müqaviləsinin müddəti bitdikdə icarəyə götürülmüş tikilinin və (və ya) torpaq sahəsinin icarəyə götürülməsində üstünlük hüququna malik olmaq və tikilinin və (və ya) torpaq sahəsinin ilk növbədə ona təklif olunmasını İcarəyə verəndən tələb etmək;

      7. qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə servitut qoyulmasını İcarəyə verəndən tələb etmək;

      8. bu İcarə Müqaviləsinə xitam verildikdə İcarəyə verənin razılığı ilə tikilinin və (və ya) torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərclərin əvəzinin ödənilməsini İcarəyə verəndən tələb etmək.

    2. İcarəçinin vəzifələri aşağıdakılardır:

      1. icarəyə götürülmüş tikilidən və (və ya) torpaq sahəsindən bu İcarə Müqaviləsinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq təyinatı üzrə istifadə etmək;

      2. İcarə Müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;

      3. icarəyə götürülmüş tikilini və (və ya) torpaq sahəsini bu İcarə Müqaviləsinə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq;

      4. icarəyə götürülmüş tikiliyə və (və ya) torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;

      5. tikilidən və (və ya) torpaq sahəsindən istifadəyə görə icarə haqqını və torpaq vergisini tam və vaxtında ödəmək.




  1. İcarə haqqı və onun ödənilməsi qaydası




    1. Bu İcarə Müqaviləsi üzrə icarəyə verilən tikilidən və (və ya) torpaq sahəsindən istifadəyə görə icarə haqqı Nümunəvi Əsasnamənin 10.1.1-ci yarımbəndinə, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarına və “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarına uyğun olaraq illik ________ manat məbləğində müəyyən olunur. İcarə haqqının tərkibinə torpaq vergisi daxil deyildir.

    2. İcarəçi icarə haqqını bu İcarə Müqaviləsinin 10.2-ci bəndinə əsasən icarə müddətinin başlandığı tarixdən etibarən hesablanan icarə ilinin sonunadək İcarəyə verənlə razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq ödəyir.

    3. İcarə haqqı nağdsız formada ödənilir. İcarəçi icarə haqqının ödənilməsini təsdiq edən sənədin surətini ödəniş həyata keçirildikdən sonra 5 (beş) iş günü ərzində İcarəyə verənə təqdim edir.

    4. İcarəçi bu İcarə Müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq nəzərdə tutulmuş müddətdə icarə haqqını ilin sonunadək tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin _____ %-i miqdarında dəbbə pulu ödəyir.




  1. Fors-major




    1. Tərəflər fors-major hallarında (təbii fəlakət, fövqəladə hal, müharibə, tətillər, iğtişaşlar, qanunvericilikdə dəyişikliklər və digər hadisələr) bu İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımi qaydada icra edə bilmədikdə, həmin öhdəliyin icrası baş vermiş fors-major halının müddətinədək uzadılır.

    2. Tərəf bu İcarə Müqaviləsi üzrə öhdəliyin icrasını gecikdirən fors-major hadisəsinin başlanması və bitməsi barədə digər Tərəfi 3 (üç) iş günü ərzində yazılı şəkildə məlumatlandırmalıdır.




  1. Konfidensiallıq




    1. Açıqlanması qanunla tələb olunan hallar, habelə bu İcarə Müqaviləsi haqqında bilməyə ehtiyacı olan və belə məlumatı konfidensial saxlamalı olan aşağıdakı şəxslər istisna olmaqla, Tərəf bu İcarə Müqaviləsi çərçivəsində yaranan və ya əldə edilən hər hansı məlumatı və sənədi digər Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə ötürə və ya açıqlaya bilməz:

      1. özünün auditorlarına, hüquq və maliyyə məsləhətçilərinə, banklara və sığorta təşkilatlarına;

      2. tələb olunan həddə reytinq agentliyinə və ya birjaya;

      3. dövlət orqanlarına.




  1. Tərəflərin məsuliyyəti




    1. Tərəf bu İcarə Müqaviləsi üzrə öz öhdəliyini tam və ya lazımi qaydada icra etmədikdə digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidir.

    2. İcarəçi bu İcarə Müqaviləsinin 2.3-cü bəndinin sonuncu cümləsində müəyyən edilmiş qaydada və müddətdə tikilini və (və ya) torpaq sahəsini İcarəyə verənə qaytarmadıqda qaytarılmayan hər gün üçün ________ manat dəbbə pulu ödəməlidir.

    3. Bu İcarə Müqaviləsinə uyğun olaraq dəbbə pulunun ödənildiyi hallarda zərər vuran Tərəf zərərin dəbbə pulundan artıq olan hissəsini tam həcmdə ödəyir.

    4. Bu İcarə Müqaviləsinə xitam verilməsi Tərəfləri bu İcarə Müqaviləsinin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.




  1. Qanunvericilik və mübahisələrin həlli




    1. Bu İcarə Müqaviləsi və ondan irəli gələn münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.

    2. Bu İcarə Müqaviləsinin bağlanılması və icrası zamanı yaranan bütün mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.

    3. Qarşılıqlı razılıq əldə edilmədikdə, Tərəflər arasında mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur. Bu müddəa İcarə Müqaviləsinə xitam verildikdən sonra da öz qüvvəsini saxlayır.




  1. Müqavilənin qüvvəyə minməsi və müddəti




    1. Bu İcarə Müqaviləsi Tərəflər arasında imzalandığı tarixdən qüvvəyə minir.

    2. İcarə müddəti bu İcarə Müqaviləsinin 2.3-cü bəndində göstərilən aktın imzalandığı tarixdən başlayır.

    3. Bu İcarə Müqaviləsi ______ il müddətinə bağlanılır.




  1. Müqavilənin dəyişdirilməsi, uzadılması və xitamı




    1. Bu İcarə Müqaviləsində Tərəflərin qarşılıqlı razılığına əsasən dəyişikliklər edilə bilər. Bu İcarə Müqaviləsində hər hansı dəyişiklik Tərəflərin imzaladıqları və bu İcarə Müqaviləsinin tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.

    2. Bu İcarə Müqaviləsinin müddətinin bitməsinə azı 1 (bir) il qalmış Tərəf bu İcarə Müqaviləsinə xitam verilməsi və ya bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi üçün digər Tərəfə yazılı bildiriş verə bilər. Bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi Tərəflərin yazılı razılaşdırılması əsasında həyata keçirilir.

    3. Bu İcarə Müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

      1. İcarə Müqaviləsinin müddəti başa çatdıqda;

      2. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə;

      3. İcarəçinin icarəyə götürdüyü tikilidən və (və ya) torpaq sahəsindən istifadəsi bu İcarə Müqaviləsinin şərtlərinə uyğun gəlmədikdə;

      4. İcarəçi icarə haqqının və ya onun mühüm hissəsinin ödənilməsini 3 (üç) aydan çox gecikdirdikdə.

    4. Bu İcarə Müqaviləsinin 11.3.3-cü və 11.3.4-cü yarım-bəndlərində göstərilən hallar baş verdikdə, İcarəyə verən İcarəçiyə pozuntuların aradan qaldırılması üçün yazılı bildiriş verir. İcarəçi yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün ərzində pozuntuları aradan qaldırmadıqda və ya aradan qaldırılması üçün heç bir tədbir görmədikdə, İcarəyə verən bu İcarə Müqaviləsinə xitam verə və vurulmuş zərəri tələb edə bilər.




  1. Digər şərtlər




    1. Bu İcarə Müqaviləsi Azərbaycan dilində, habelə tələb olunduqda Tərəflər üçün məqbul sayılacaq dildə olmaqla eyni qüvvəyə malik _____ nüsxədə imzalanır və notarial qaydada təsdiq edilir. Nüsxələrdən biri İcarəyə verəndə, biri İcarəçidə, biri notariusda qalır, digəri isə torpaq sahəsi üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına təqdim edilir.

    2. Bu İcarə Müqaviləsinin notarial qaydada təsdiqlənməsi və tikili və (və ya) torpaq sahəsi üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xərclər İcarəçi tərəfindən ödənilir.

    3. Bu İcarə Müqaviləsi üzrə Tərəflər arasında bütün yazışma (bildiriş, müraciət, məlumat və s.) faks, poçt xidməti və ya şəxsən çatdırılmaqla və müvafiq sənədin çatdırılması barəsində təsdiqedici sənəd almaqla həyata keçirilir. Hər hansı yazışma faks ilə göndərilmişdirsə, həmin yazışma göndərildiyi tarixdən sonra gələn iş günündə alınmış hesab olunur (bu şərtlə ki, müvafiq sənəd oxuna bilən formada alınmış olsun), poçt vasitəsilə göndərildikdə və ya şəxsən çatdırıldıqda, həmin yazışmanı alan Tərəf onu faktiki olaraq aldığı (alan tərəfə təhvil verildiyi) tarixdə alınmış hesab olunur.

    4. Tərəflər arasında bu İcarə Müqaviləsi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.

    5. Tərəf öz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik olduqda, bu barədə digər Tərəfi dərhal məlumatlandırır.



İcarəyə verən

_________________________________

(sənaye məhəlləsinin idarəedici təşkilatının adı)


Hüquqi ünvanı____________________
VÖEN __________________________
Bank rekvizitləri _________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası___________________________
M.Y.

İcarəçi

________________________________

(sənaye məhəlləsinin iştirakçısının adı)


Hüquqi ünvanı____________________
VÖEN __________________________
Bank rekvizitləri _________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası___________________________
M.Y.

__________________
Yüklə 123,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə