Mövzu-10 Pakistan 1945-2018-ci illərdə



Yüklə 56,82 Kb.
səhifə8/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

Hökumət başçıları səviyyəsində isə 2006-ci il 5-7 may - Pakistan İslam Respublikasının Baş Naziri Şövkət Əziz Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).
İki dövlətin Xarici İşlər Nazirlərinin 1994-cü il 24 yanvar - Pakistanın Xarici işlər naziri Sərdar Asif Əhməd Azərbaycana, 1995-ci il 14-15 mart - xarici işlər naziri Həsən Həsənov Pakistana (İslam Konfransı Təşkilatının 3-cü Zirvə Toplantısı), 1999-cu il 8-21may - Pakistanın xarici işlər üzrə dövlət naziri Məhəmməd Siddiq Xan Kanju Azərbaycan (İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 9-cu iclası), 2006-ci il 3 may - Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana (İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı), 2006-ci il 19-21 iyun - Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana (İslam Konfransı Təşkilatı Xarici işlər Nazirlərinin 33-cü Sessiyası), 2007-ci il 15-17 may – Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri şurasının 34-cü konfransı), 2010-cu il 15 iyun - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana, 2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının xarici işlər naziri Hina Rabbani Xar Azərbaycana (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı) etdikləri işgüzar və rəsmi səfərlər əməkdaşlığımızın inkişafına öz müsbət təsirini göstərmişdir.


Parlamentlararası əlaqələr çərçivəsində isə 2008-ci il 18-20 iyun - Pakistan Senatının Sədri M.Sumro Azərbaycana(Azərbaycan Parlamentinin 90 illiyi munasibətilə keçirilmiş tədbir), 2013-cü il 11-12 fevral - Milli Məclisin Sədri Oqtay Əsədov isə Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 1-ci iclası). Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işci qrupunun rəhbəri Ərəstun Cavadov, Pakistan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Milli Assambleyanın Sədri Sərdar Ayaz Sadiq, əlaqələndiricisi şəxsi isə Şazia Fatimə Xvajadır.



Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə