Mövzu-10 Pakistan 1945-2018-ci illərdə



Yüklə 56,82 Kb.
səhifə6/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

Kəşmir problemi
Kəşmir- Cənubi Asiya regionunun ucqar şimal-qərb hissəsində yerləşən bölgədir. Bu ərazi Hindistan və Pakistan arasında mübahisəli ərazi hesab olunur. Bu 2 dövlət bir-biri ilə bu bölgə uğrunda indiyə qədər 3 dəfə 1947, 1965, 1971-ci illərdə müharibə ediblər. 1971-ci ildə olan müharibə nəticəsində, Şərqi Pakistan Banqladeş adı ilə müstəqillik əldə etdi. Bu ölkələr arasında digər döyüşlər də Siaçen buzlaqları (1984) və Kargil (1999) ərazilərində baş verib. Kəşmir bölgəsinin təqribən 45.1%-i hazırda Hindistanın nəzarəti altındadır. Pakistan tərəfi isə Kəşmir bölgəsinin 38.2%-nə nəzarət edir. Kəşmiri iki dövlət arasında bölən cəbhə xətti 1949-cu ildə yaradılıb.
Dil və din
Əhalisinin sayına görə, Pakistan İslam Respublikası dövlət statitika orqanının (Population Census Organization) məlumatına əsasən 796.096 km² ərazisi olan ölkənin əhalisinin sayı 23 noyabr 2012-ci il üçün 181.435.603 nəfərə çatdığı ehtimal olunur. Son siyahıyaalma 1998-ci ildə aparılmış, onun nəticələrinə əsasən Pakistanın əhalisi 132.352.279 nəfər olmuşdur.[23] 2020-ci ilə qədər əhali sayının 210.13 milyon nəfərə çatacağı gözlənilir.Əhalisin sayına görə dünyada 6-cı pillədə yerləşir.2016-cı ildə əhali artmı 1.45% qeydə alınmışdır.
Pakistanın konfessional tərkibi aşağıdakı kimidir: müsəlmanlar - 173 000 000 (96 %), hinduistlər -3 200 000 (1,85 %), xristianlar-2 800 000 (1,6 %), əhmədiyyə - 291 000 (0,22 %), siqhilər -20 000 (0,01 %);
Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir. Müsəlmanların əksəriyyəti sünnilərdir (95%), şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.
2008-ci il hesablamalarına əsasən hinduizm Pakistanda İslamdan sonra 2-ci böyük dindir. 2050-ci ildə Pakistanın hindlərin sayına görə dünyada dördüncü ölkə olacağı gözlənilir. Hindlər Pakistanın bütün bölgələrində məskunlaşıblar, lakin, onların əsas məskunlaşdığı bölgə Sindh hesab olunur. Bəzi hindlər özlərini Pakistanda 2-ci dərəcəli vətəndaş hesab edir və buna görə də Hindistana miqrasiya edirlər.
Dövlət quruluşu
Pakistan parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır1947-ci il 14 avqustda Pakistanın müstəqilliyi elan edilmişdir. 1956-cı il 23 martda Pakistan İslam Respublikası elan edilmişdir. Ölkə Konstitusiyası 1973-cü ildən qüvvədədir.
Ölkədə siyasi hakimiyyət Prezidentin və Hökumətin əlindədir. Ölkə Prezidenti Seçicilər Kollegiyası (tərkibinə Parlamentin hər iki palatasının üzvləri, habelə Pəncab, Sind, Bəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri parlamentlərinin deputatları daxildir) tərəfindən, iki dəfədən çox olmamaqla 5 il müddətinə seçilir. Seçildikdən sonra Prezident Parlamentin təşəbbüsü və 2/3 səs çoxluğu ilə yalnız impiçment prosedurası qaydasında vəzifəsindən azad edilə bilər.
Pakistanda Prezident postu ənənəvi olaraq nominal vəzifə sayıldığından ölkədə real hakimiyyət Baş nazirin əlində cəmlənmişdir. Mövcud Konstitusiyaya görə, Pakistan Prezidenti Milli Assambleyanı buraxmaq, yeni seçkiləri təyin etmək, əfv fərmanı imzalamaq, Baş naziri (bu məsələdə Ali Məhkəmənin veto hüququ vardır). Hökumət üzvlərini, əyalət qubernatorlarını, Ali Məhkəmənin hakimlərini, Seçki Komissiyasının üzvlərini, ali hərbi rəhbər heyətini təyin etmək və istefaya göndərmək səlahiyyətlərinə malikdir. O, həmçinin Milli Təhlükəsizlik Şurasının rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanıdır.

Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə