Mövzu-10 Pakistan 1945-2018-ci illərdə



Yüklə 56,82 Kb.
səhifə5/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

Pakistan 1990-cı illərdə
B.Bhutto hökumətinin istefaya göndərilməsindən sonra baş nazir vəzifəsinin icrası Qulam Mustafa Catoya tapşırıldı. O, İslam Demokratik Alyansının liderlərindən idi. Bunun ardınca 1990-cı ilin oktyabrında keçirilən seçkilərdə İslam Demokratik Alyansı parlamendə yerlərin nisbi çoxluğunu qazana bildi, onun lideri Nəvaz Şərif parlamentdə təmsil olunan digər partiyaların da dəstəyi ilə hökuməti formalaşdırdı.
Mian Məhəmməd Nəvaz Şərif Pakistanın tarixində ilk baş nazir idi ki, istiqlaliyyət illərində yaranmış və möhkəmlənmiş maliyyə-sənaye burjuaziyasının sıralarından çıxmışdı. O bir baş nazir kimi öz fəaliyyətində həmin dövrdə Pakistan cəmiyyətini narahat edən problemlərin həllinə çalışırdı. Bu problemlər isə 1988-1993-cü illər üçün nəzərdə tutulan beşillik planda öz əksini tapdı. Bunlar ölkənin enerji bazasını genişləndirmək, işsizliklə mübarizə, insan ehtiyatlarından səmərəli istifadə, mümkün qədər daha çox elmi-texniki və maliyyə təminatına nail olmaq, daxili və xarici sərmayə qoyuluşuna dəstək vermək, xarici borcların azaldılmasına çalışmaq (müxtəlif məlumatlara görə həmin dövrdə xarici borclar 40-60 mid dollar civarında idi), hərbi xərcləri və büdcə kəsirini ixtisar etmək kimi məsələlər idi. Yeri gəlmişkən qeyd etmək istərdik ki, beşillik planda nəzərdə tutulan bu məsələlərin həlli ilə əvvəlki iki il müddətində B.Bhutto hökuməti də məşğul olurdu. Lakin siyasi vəziyyətin gərgin olması baxımından hökumət öz gücünü məsələləri həll etməkdən daha çox, özünü saxlamaq uğranda mübarizəyə sərf etmişdi. N.Şərif hökuməti isə daha normal siyasi şəraitdə işləyirdi və öz iqtisadi proqramını həyata keçirməyə çalışırdı. Hökumətin iqtisadi proqramında aşağıdakılara önəm verilməsi nəzərdə tutulurdu: liberallaşdırma, dövlət müəssisələrinin və banklarının özəlləşdirilməsi, dövlət torpaqlarının torpaqsız icarədarlar arasında bölüşdürülməsi, iri torpaq sahiblərinin muzdur və icarədar kəndlilərə qarşı özbaşnalıqlarına sədd qoymaq, aqrar sahədə vergisistemini tənzimləmək və s. Bu proqram istiqamətində ilk real tədbirlər 1990-cı ilin dekabrından həyata keçirilməyə başlandı. Yuxanda sadalanan vəzifələrin həlli sahəsində göstərilən bir sıra əməli sə'y və cəhdlər nəticəsində ümumi milli məhsulun artımı beşilliyin son üç ilində 6% səviyyəsində oldu. Xarici kapital qoyuluşu iki dəfəyədək çoxaldı. Ölkənin valyuta ehtiyatı 1991-ci ildə 1 mid dolları keçmişdi. İqtisadiyyatda dövlət tənzimlənməsindən azad bazar münasibətlərinə keçiddə xeyli irəliləyiş olmuşdu və s.
Daxili həyatda yaranmış bu irəliləyişlə yanaşı Pakistanın xarici siyasətində Hindistanla yaranan münaqişələr zəminində müəyyən gərginliyin yaşandığını qeyd etmək lazımdır. Əgər 1988-1989-cu illərdə bu iki dövlət arasında nisbi bir normallaşma müşahidə olunurdusa da, bu hal 1990-cı ildə korlandı. Dövlətlərarası münasibətlər kəskinləşdi. Bu yenə də Cəmmu və Kəşmir məsələsi ilə bağlı idi. Belə ki, həmin dövrdə Hindistan mərkəzi hökumətinin yürütdüyü ayrı-seçkilik siyasəti nəticəsində ştatda hakim olan iqtisadi gerilik, kütləvi işsizlik və əhalinin səfalətli güzaranına qarşı qalxan etiraz aksiyaları Pakistan tərəfindən dəstəkləndi. Mayda Pakistan-Hindistan sərhədlərində gərginlik zirvəyə çatdı. Hindistan öz ordularını sərhəd boyunca yerləşdirdi və hərbi manevrlərə başladı. Sərhədin digər tərəfinə Pakistan orduları cəmləşdirildi və tam hazırlıq vəziyyətinə gətirildi. Müharibənin başlanması artıq hər an mümkün olan vəziyyətdə idi. Məsələyə böyük dövlətlər, ilk öncə ABŞ güclü reaksiya verdi. Məhz ABŞ dövlət təmsilçilərinin Moskva, Dehli, Islamabad səfərlərinin nəticəsində müharibə alovu söndürüldü. Pakistan öz ordularını sərhəddən çəkdi, Hindistan da hərbi manevrləri dayandırdı və ordularını sərhəddən uzaqlaşdırdı.
Hindistanın güc tətbiq etmək siyasətinə cavab olaraq Pakistanın da niivə silahı istehsal etmək planları ABŞ tərəfindən ciddi narazılıqla qarşılandı. Nüvə silahı istehsal etməkdə şübhəli bilinən dövlətlərə hərbi və iqtisadi kömək göstərməmək haqqında ABŞ-da qüvvədə olan qanun Pakistana qarşı da tətbiq edildi. Həm də ABŞ Pakistanı demokratik idarəçilik metodundan uzaqlaşmaqda, nüvə silahının yayılmaması haqqında müqaviləyə imza atmamaqda, məsələlərin həllində güc tətbiq etməkdə, hərbçilərin özbaşnalığı və s. kimi qeyri-demokratik hallarda ittihamladı. Artıq sonrakı 1991-1992-ci illərdə Pakistanın öz qonşusu ilə münasibətləri tənzimləmək yolundacəhdlər göstərməsinin şahidi oluruq. Eyni zamanda Pakistan dövləti 1991-ci ilin iyununda Cənubi Asiyada nüvə təhlükəsizliyi məsələsi üzrə çoxtərəfli görüşlər keçirilməsi təklifi ilə çıxış etdi.
1990-cı ildə BMT Əfqanıstan probleminin həlli sahəsində müəyyən planlar hazırlarkən Pakistanın siyasətində pozitiv bir mötədillik özünü göstərirdi. Ümumiyyətlə isə, Pakistan 90-cı illərin əvvəlindən belə bir xarici siyasət kursuna üstünlük verməyə başladı ki, istər region, istər müsəlman dünyası, istərsə də beynəlxalq aləmdə öz rolu və mövqeyini artırmaq üçün dünyanın əksər dövlətləri ilə, birinci növbədə aparıcı dövlətlərlə münasibətlərinə pozitiv yeniliklər etsin. Bu baxımdan Pakistan təkcə siyasi nüfuzunun artmasına yox, həm də iqtisadi-hərbi qüdrətinin də artmasına diqqəti artırdı. Artıq 1992-ci ilin fevralında rəsmi olaraq bildirilirdi ki, Pakistan nüvə texnologiyasına yiyələnmişdir və nüvə silahı istehsal etmək üçün lazım olan baza və ehtiyatlara malikdir.
Bütün bunlarla yanaşı N.Şərif hökumətinə qarşı narazı olan qüvvələr də az deyildi. Lakin, onlar hökumətin nüfuzu ilə müqayisədə o qədər qüvvətli deyildi. Hökumət parlament tərəfindən dəstəklənirdi. Hətta 1992-ci il dekabrın sonlarında prezident Qulam İshaq Xan xalqa müraciətində hökumətin daxili və xarici siyasət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdi. Ancaq 1993-cü ilin yazında Pakistanda olduqca kəskin bir siyasi böhran baş verdi. Bunun səbəbi isə aprelin 18-də prezident tərəfindən hökumətin istefaya göndərilməsi və parlamentin buraxılması oldu. Prezident bu hərəkəti konstitusiyanın 8-ci maddəsi ilə əsaslandırır və hökuməti korrupsiyaya qarşı lazımi mübarizə aparmamaqda, parlamentdə etimadı itirməkdə, vilayətlərin maraqlarına etinasız münasibət bəsləməkdə ittiham edirdi. N.Şərif apellyasiya üçün Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə prezidentin hərəkətini konstitusiyaya uyğun saymadı və hökumətin hüquqlarının bərpa edilməsinə qərar verdi. Bu zəmində N.Şərif-Qulam İshaq Xan qarşıdurması yarandı və siyasi istiqrar pozuldu.
Bəs məsələnin kökündə nə dayanırdı? Bəlli olduğu kimi həmin dövrdə prezident Qulam İshaq Xan 1993-cü ilin sonlarında keçiriləcək prezident seçkilərində təkrar iştirak etmək istəyirdi. N.Şərif prinsipcə bu fikrin əleyhinə deyildi, hətta müdafiə də edirdi. Ancaq o, belə bir şərt irəli sürürdü ki, prezident seçkilərinə qədər hərbçilərin hakimiyyəti dövründə prezidentə əlavə səlahiyyətlər verilməsi üçün konstitusiyada edilmiş 8-ci düzəliş ləğv olunsun. Yeri gəlmişkən, bir sıra partiya liderləri, o cümlədən B.Bhutto da bu fikirdə idilər. Lakin Qulam İshaq Xan və tərəfdarları bu fikrə qarşı çıxdılar və yuxanda haqqında danışdığımız insident baş verdi. Məsələnin tənzimlənməsinə hərbçilər qanşdılar, həm də bu zaman əvvəllərdə olduğu kimi dövlət çevrilişi etmək yolunu tutmadılar. Hərbçilərin tələbi ilə mübahisəyə cəlb olunmuş bütün tərəflər-həm prezident, həm də baş nazir istefaya göndərildi, parlament isə buraxıldı. 1993-cü ilin oktyabrında parlamentə və qanunvericilik orqanlarına seçkilər keçirildi və bu dəfə nəticələr Pakistan Xalq Partiyasının xeyrinə oldu. O, 217 yerdən 86-na sahib oldu, öz müttəfiqlərinin iştirakı və əyalətlərdən olan müstəqil deputatların dəstəyi ilə hökuməti formalaşdırdı. Lakin bunu da qeyd etmək lazımdır ki, B.Bhuttonun baş nazir olması məsələsi müttəfiqlər arasında mübahisə doğurduğundan, hökumətin təşkili prosesi xeyli vaxt apardı və 1993-cü ilin sonlarında başa çata bildi. Həm də parlamentdə N.Şərifın başçılıq etdiyi Pakistan Müsəlman Liqası və müttəfiqlərinin timsalında hökumətə qarşı güclü müxalifət formalaşdı. Seçkilərin nəticələri bir baxımdan da maraqlı olmuşdu. Bu da klerikal partiyaların ağır məğlubiyyətə məruz qalması idi. Camaat-e İslam partiyası bir mandat belə qazana bilməmiş, Pakistan İslam Cəbhəsi və Birləşmiş Dini Cəbhə parlamentdə beş yer ala bilmiş, bütün əyalətlərin qanunvericilik orqanlarında isə qazanılan yerlərin sayı heç 10-na da çatmadı. Bu fakt həm də ona görə əlamətdardı ki, həmin dövrdə islam ölkələrində klerikal partiyaların fəallaşması müşahidə olunurdu. Elə Pakistanın özündə də klerikallar ölkədə teokratik rejim yaratmağa çalışır, ölkənin tale yüklü məsələlərinin parlament və hökumət tərəfindən deyil, dini üləmalar tərəfindən çözülməsi ideyalarını irəli sürürdülər.
1993-cü ilin noyabrında isə Pakistan Xalq Partiyasının fəal liderlərindən Faruq Əhməd Leqari prezident seçildi. Ümumiyyətlə 1993-cü il parlament və prezident seçkilərinin nəticələri ölkədə 1988-ci ildən başlayan konstitusiyaya söykənən demokratik rejimin bərpası və möhkəmləndirilməsi prosesində irəliyə doğru bir addım kimi qiymətləndirilirdi.
Qeyd etmək lazımdır ki, B.Bhutto hökumətinin fəaliyyət proqramı öz sələfinin kursundan heç nə ilə fərqlənmirdi. Təsadüfi deyildir ki, Xalq Partiyası elə seçkilərdə də əsasən «rədd olsunkorrupsiyaya uğramış hökumət» və «demokratiya uğrunda» şüarlariir dan başqa heç bir ideya da irəli sürməmişdi. Odur ki, yenidən baş nazir vəzifəsini tutan Benazir Bhutto daha çox keçmişdə buraxdığı səhvləri düzəltmək və ölkə iqtisadiyyatını dirçəltmək istiqamətindi müəyyən işlər gördü. Bu qəbildən ölkəyə xarici investorların daha çox cəlb edilməsi məqsədilə əcnəbilər üçün məhdudiyyətlərin aradaq qaldırılması, iqtisadi münasibətlərin yenidən işlənib hazırlanması vi s.ni qeyd etmək olar. B.Bhutto 1994-cü ilin yanvarında Ümumdünya İqtisadi Forumunda çıxış edərkən ölkəsində həmin istiqamətdə həyata keçirilən iqtisadi islahatları iştirakçıların diqqətinə çatdırmışdı, Hətta o, ölkəyə investisiya qoyuluşunu genişləndirmək üçün 1994-1995-ci illərdə ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və bir sıra ərəb ölkələrinə səfərlər də etmişdi. B.Bhuttonun bu səyləri nəticəsiz qalmadı. İqtisadi həyatda müəyyən canlanma özünü göstərdi.
1995-ci ildə ümumi milli məhsul istehsalı artaraq 57 mid dollara, ixrac və idxal isə müvafiq 7,4 mid və 8,9 mid dollara çatdı. İstər aqrar, istərsə də sənaye sahələrində kifayət qədər uğurlar qazanıldı və bu baxımdan məhsul istehsalında çox çeşidliliyiniıı təmin olunması xüsusilə hiss olunurdu. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, iqtisadi artım sürəti heç də əhalinin sosial ehtiyaclarını lazımınca ödəmək səviyyəsində deyildi. O biri tərəfdən yeni iş yerləri yaradılmasına baxmayaraq işsizlik xroniki bir xəstəlik olaraq qalırdı. Belə bir şəraitdə müxalifət B.Bhutto hökumətini korrupsiya və rüşvətxorluqda ittiham edirdi. Ən böyük ittiham isə B.Bhuttonun əri Asəf Əli Zərdarinin rüşvət almasının açıqlanması oldu. Bütün bunlar isə onunla nəticələndi ki, B.Bhutto hökuməti 1996-cı ilin 6 noyabrında istefaya göndərildi. 1997-ci ilin fevralında keçirilən parlament seçkilərində Pakistan Müsəlman Liqası üstünlüynə nail oldu və N.Şərif yenidən baş nazir vəzifəsini tutdu.
Maraqlıdır ki, 1988-ci ildən başlayaraq həmin ilə kimi hakimiyyət dörd dəfə Pakistan Xalq Partiyasından Pakistan Müsəlman Liqasına və əksinə keçmişdi və hər dəfə də hökumətlərdən heç biri konstitusiyada nəzərdə tutulmuş müddəti tam başa vura bilməmişdir. Hər dəfə də hökumət və parlament prezident fərmanı ilə istefaya göndərilmiş, həmişə də hökumətin korrupsiyaya qurşanması və səriştəsizliyi bəhanə gətirilmişdir. İrəlidə də qeyd edildiyi kimi prezidentlər,- istər Qulam İshaq Xan olsun, istərsə də Faruq xan Leqari,-istefafərmanlarını Ziya ül- Həqq zəmanında konstitusiyaya edilmiş 8-ci düzəlişə istinadən imzalayırdılar. Əslində bu əlavə konstitusiyada nəzərdə tutulmuş parlament idarəçiliyinin prezident idarəçiliyi ilə əvəz olunması idi. Ziya ül-Həqqdən sonra formal olaraq konstitusiyada nəzərdə tutulan hakimiyyət forması bərpa olunsa da, lakin prezident öz əvvəlki üstün səlahiyyətlərini saxlayırdı. Nə N.Şərif, nə də B.Bhutto, bu vəziyyətdən narazı olsalar da, əvvəllər onun aradan qaldırılmasına cəhd etməmişdilər. N.Şərif 1997-ci ildə baş nazir postuna yiyələndikdən sonra öz əvvəlki inkişaf kursunu davam etdirməklə yanaşı ölkənin siyasi strukturu sahəsində dəyişikliklər etməkdə daha böyük fəallıq göstərirdi. Hökumətin təşkilindən az keçməmiş prezidentin salahiyyətlərinin qanunvericilik qaydası ilə məhdudlaşdırılmasını nəzərdə tutan konstitusiyaya 13-cü düzəliş tələm-tələsik Milli Məclisin müzakirəsinə verildi və bir günün içində qəbul olundu. 13-cü düzəlişə görə dövlət başçısı parlamenti və hökuməti buraxmaq hüququndan məhrum olunur, baş nazir isə ordu baş qarargah rəisini təyin etmək hüququnu qazanırdı.
Bunun ardınca həmin qayda ilə 14-cü düzəliş qəbul edildi. Düzəliş bir parlament fraksiyasından digərinə keçməyi qadağan edirdi. Bundan əlavə, deputatların müstəqil səs vermək hüququ alınır, onlar fraksiyaların qərarından kənarda heç nə edə bilməzdilər və yeganə hüquqları əl qaldırmaqla qərara «sədaqətwlərini göstənnək idi. Beləliklə baş nazir parlamentə nəzarəti öz əlinə ala bildi, qanunverici və icraedici orqanları öz təsiri altına saldı.
N.Şərif sonda hakimiyyətin üçüncü qolunu da öz nəzarəti altına salmaq planını reallaşdırmağa başladı. Bu zəmində Ali Məhkəmə sədri Sacad Əli şahla onun arasında münaqişə yarandı və bu onunla nəticələndi ki, sədr zorla istefaya göndərildi, onun yerinə baş nazirə yaxın olan şəxs gətirildi. Bu, faktik olaraq üçüncü hakimiyyətin müstəqilliyini itirməsi demək idi.
Maraqlı hadisələrdən biri 1998-ci ilin 29 avqustunda Milli Məclisin hüquq məsələləri üzrə daimi komissiyasında şəriət qanunlarını, yəni Quran və sünnenin göstərişlərini əsas qanun kimi qəbul etməyi, konstitusiyanı kənarda qoymağı nəzərdə tutan qanun layihəsinin qəbul edilməsidir. Qeyd etmək lazımdır ki, bu hadisə müxalifət qüvvələri tərəfindən birmənalı şəkildə rədd edildi, beynəlxalq ictimai rəy isə həmin addımı çox sərt şəkildə pislədi. Baş nazir N.Şərifin bu cəhdi təkcə onun siyasi xəttinə deyil, ümumiyyətləPakistanın inkişaf kursuna bir etimadsızlıq yaratdı. Çünki, Pakistan bütün dünyada Böyük Britaniya hüquq prinsipləri ruhunda ərsəyə yetmiş bir dövlət kimi tanmırdı. Bu ölkədə isə, bəlli olduğu kimi, prezidentin qanuna çevrilməsi çox ciddi hal hesab olunur.
Qeyd etmək lazımdır ki, bir tərəfdən bu, o biri tərəfdən isa hələ 1998-ci ilin mayında Pakistanın nüvə sınaqları keçirməsinə görə ABŞ başda olmaqla bir sıra dost ölkələrin iqtisadi sanksiyalar tətbiq etməsi nəticəsində ölkə iqtisadiyyatının 2 mid dollar civarında yardımlardan məhrum olması, eləcə də həmin dövrdə Şərqi Asiyada baş verən iqtisadi böhran səbəbilə ölkənin ixrac imkanlarının daralması N.Şərif hökumətinin durumunda xeyli gərginlik yaratdı. Doğrudur, 1998-ci il öz iqtisadi göstəriciləri baxımından əvvəlki dövrlə müqaisədə uğurlu il hesab olunurdu. İqtisadi artım, adambaşına düşən gəlir, aqrar və sənaye istehsalı bir neçə faiz yüksəlmişdi. Hökumət əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmək üçün bir-birilə bağlı olan iki problemin həllinin zəruriliyini bildirdi. Bunlardan birincisi ölkədə siyasi istiqrarın və hökumətə etimadın bərpa edilməsi, ikincisi isə iqtisadiyyatın daimi yüksəlişini təmin etmək üçün struktur dəyişikliklərinin həyata keçirilməsi idi. Bu məqsədlə İqtisadi dirçəliş proqramı (burada əsas diqqət vergi hədlərinin dəyişdirilməsi və ixracatın genişləndirilməsinə yönəldilmişdi), kənd təsərrüfatının inkişaf proqramı, maliyyə sahəsində, birinci növbədə bank strukturlarının islahatı və s. sahələr üzrə proqramlar qəbul edildi. Lakin bu proqramların yerinə yetirilməsi müəyyən obyektiv və subyektiv səbəblər üzündən ya ləng gedir, ya da mümkün olmurdu. Xüsusilə, Şərqi Asiyada yaranmış böhranlı vəziyyət Pakistana da güclü təsir göstərdi. Pakistan rupisinin qiyməti xeyli aşağı düşdü. Ölkə böhranla üz-üzə qaldığı bir dövrdə yaranmış vəziyyətdən çıxmaq yollarını aramaq əvəzinə N.Şərif özünü bütün çətinliklərin öhdəsindən gələ biləcək bir dövlət adamı kimi aparır, sərt siyasi addımlar atırdı. Bu baxımdan 1998-ci ilin oktyabrında ölkənin silahlı qüvvələrin baş komandanı general Cahangir Qaramətin vəzifədən uzaqlaşdırılmasını xüsusilə qeyd etmək lazımdır.
Lakin bütün bunlar hökmətin siyasətinə qarşı etirazların qarşısını ala bilmədi. Qiymətlərin, vergilərin və işsizliyin artması zəminində 1998-ci ilin sonlarında hökumətə qarşı çıxışlar adi hala çevrildi. Bu çıxışlarda ölkə əhalisinin (1998-ci ildə əhalinin sayı 140 mln-a çatmışdı-müəl.) müxtəlif sosial təbəqələrinin nümayəndələri iştirakedirdi. Aqrar sahədə yeni vergilərin tətbiq edilməsi güclü etirazla qarşılandı. Belə bir şəraitdə Böyük Britaniyada «Observer» qəzetində Nəvaz Şərif haqqında bir sıra materiallar dərc olundu və orada deyilirdi ki, o, Pakistanın ən varlı adamlarından biridir. Ölkədəki sənaye müəssisələrinin 40%-i ona və ailəsinə məxsusdur və onların mülkiyyətində minlərlə akr torpaq sahələri vardır. N.Şərif ailəsinə məxsus varidatın qiyməti 500 mln funt sterliqdən çoxdur və onlar milyardlarla rupini xarici banklara keçiriblər. Bu materiallar çox böyük əks-səda verdi, N.Şərifin əleyhdarları bu faktları yoxlamaq üçün xüsusi komissiya yaradılması və təhqiqatın düzgün aparılması üçün isə həmin müddətdə onun baş nazir vəzifəsindən kənarlaşdırılması tələbi ilə çıxış etməyə başladılar.
Ölkə həyatında daha qorxulu hadisə Pakistanın kiçik vilayətləri Şimal-Qərbi sərhəd əyaləti, Sind və Belucistanda bəzi siyasi qüvvələrin daxili muxtariyyəti genişləndirmək istəklərinin güclənməsi və bu istiqamətdə bir sıra səylər göstərməsi oldu. Bu baxımdan Sinddə məskunlaşan mühacirlərin (onlar urdu dilində danışırlar və müxtəlif vaxtlarda Hindistandan buraya köçmüş müsəlmanlardır) öz ştatlarını yaratmaq uğrunda mübarizəsini xüsusilə qeyd etmək lazımdır. Mühacirlərin bu 'hərəkatına Birləşmiş Milli Hərəkat təşkilatı başçılıq edir. Bu hərəkatın liderləri məqsədə çatmaq üçün bütün etiraz aksiyalarından,- dinc nümayişlərdən tutmuş terror aktlarına qədər,- istifadə edərək Sind vilayətində normal həyatı pozmağa nail olmuşdular. Belucistanın puştu əhalisi də rəsmi dairələr üçün bir narahatlıq mənbəyidir. Puştular da müstəqil bir ştatda birləşmək iddiasındadırlar. Hakimiyyət faktik olaraq bu vilayətlərdə gücsüz bir hala gəlmişdi.
N.Şərif hökuməti bu separatist qüvvələri ordunun köməyi ilə susdurmaq qərarına gəldi. Qeyd etmək lazımdır ki, general Cahangir Qaramətin baş komandan vəzifəsindən uzaqlaşdırılması da məhz bu zəmində baş vermişdir. Çünki, general C.Qaramət silahlı qüvvələrin daxili problemlərin həllinə cəlb olunması əleyhinə idi. Lakin ondan fərqli olaraq yeni baş komandan Pərviz Müşərrəf bu işə həvəslə getdi və az vaxt ərzində bütün Sinddə, o cümlədən vilayətin paytaxtı Karaçidə vəziyyəti normallaşdıra bildi. General P.Müşərrəf bir hərbçi operativliyi və qətiyyəti ilə vilayətdə öz fəaliyyət istiqamətlərini müəyyənləşdirdi və «lazımi tədbirlər» görməyə başladı. Vilayətinhər yerində hərbi tribunallar yaradıldı. Qanun pozanlara qarşı sərf cəzalar tətbiq olunurdu. Ordu faktik olaraq mülki hakimiyyətin bütün funksiyalarını öz əlinə götürmüşdü. General P.Müşərrəfin Sinddə tapı hakimiyyət sahibinə çevrilməsi baş naziri rahatsız etməyə bilməzdi. Xüsusi xidmət orqanları da P.Müşərrəfin gələcəyə yönəli daha böyük iddialarının olması haqqında baş nazirə məlumatlar çatdırırdı. N.Şərif 4 general P.Müşərrəfi tutduğu vəzifədən azad etmək qərarına gəldi. Lakin elə bu qərar da N.Şərifin özünün devrilməsi ilə nəticələndi. 1999-cu ilin noyabrında general P.Müşərrəf başda olmaqla hərbçilər hakimiyyəti öz əllərinə götürdülər və mülki hökumət general P.Müşərrəfin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurası ilə əvəz edildi. Hərbçilərin bu. hərəkəti ilə bağlı belə bir cəhəti də qeyd etmək istərdik ki, onlar hökuməti və parlamenti buraxsalar da prezident vəzifəsini saxladılar. R.Tərari prezident seçildi. Lakin prezident də öz fəaliyyətini Milli Təhlükəsizlik Şurası ilə razılaşdırmalıdır.
2000-ci ilin mayında Pakistanın Ali Məhkəməsi baş vermiş hadisələr haqqında öz qərarını verdi. Qərarda bildirilirdi ki, ölkədi baş vermiş hərbi çevriliş qanuna uyğundur və o, mövcud olan qanunsuzluqların, hərc-mərcliyin, separatist tendensiyaların və s. kimi neqativ halların aradan qaldırılması məqsədi daşıyır. Bununla yanaşı Ali Məhkəmənin qərarında o da qeyd edilir ki, ölkədə hərbi idarə rejimi üç il müddətində ola bilər. Bu müddət başa çatana qədər parlamentə və yerli qanunvericilik orqanlarına seçkilər keçirilməli, seçkili orqanların fəaliyyəti bərpa olunmalı və mülki hökumət təşkil edilməlidir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, Milli Təhlükəsizlik Şuıasınm rəhbəri kimi P.Müşərrəf bir sıra xarici ölkələrdə olarkən beynəlxalq ictimai rəyin də ölkədə demokratik idarəçiliyin bərpası haqqında təkliflərini müsbət qarşılamışdır. Hazırda hərbi rejim elan etdiyi məqsədlərin həlli istiqamətində öz fəaliyyətini davam etdirməkdədir. 2001-ci ildə keçirilmiş prezident seçkilərində P.Müşərrəf ölkə prezidenti seçildi.

Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə