Mövzu-10 Pakistan 1945-2018-ci illərdə


Pakistan dövlətinin yaranması, onu möhkəmləndirmək uğrunda mübariz» və siyasi ixtilafların kəskinləşməsi



Yüklə 56,82 Kb.
səhifə2/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

Pakistan dövlətinin yaranması, onu möhkəmləndirmək uğrunda mübariz» və siyasi ixtilafların kəskinləşməsi
Pakistanın bir dövlət kimi dünyanın siyasi xəritəsində öz yerini tapması 1947-ci ilin 14 avqustunda baş vermişdir. Belə ki, həmin tarixdə Britaniya Hindistanının daha çox müsəlmanlar yaşayan Qərbi Pəncab, Sind, Şimali-Qərb sərhəd vilayəti və Belucistan rayonları Qərbi Pakistan, Şimali Benqaliya isə Şərqi Pakistan adı ilə dominion statuslu bir dövlət halında birləşdirdilər. Yeni yaranan dövlət Pakistan adlandırıldı. Dövlətin ərazisi bir-birindən 1700 km aralı olan Qərbi Pakistan və Şərqi Pakistan kimi iki hissədən ibarət idi. Bir qədər irəli gedərək söyləmək istərdik ki, bu birlik 1971-ci ilə qədər davam etmişdir. Həmin ildə Şərqi Pakistan ayrıldı və Banqladeş Xalq Respublikası adı ilə müstəqil dövlətə çevrildi.
Pakistan dövlətinin yaranması Müsəlman Liqasının uzun illər apardığı mübarizənin nəticəsində mümkün olmuşdur. Elə buna görə idi ki, ölkənin ilk Müəssislər Məclisində (1947-1954-cü illər) həmin partiyanın təmsilçiləri tam üstünlük təşkil etdilər. Müsəlman Liqasının lideri və tarixi ədəbiyyatda «millətin atası» adlanan Əli Cinnə isə Pakistanın ilk general-qubernatoru və Müəssislər Məclisinin sədri oldu. Əli Cinnənin 1948-ci ilin 11 senyabrında ölümündən sonra Müəssislər Məclisinin sədri vəzifəsini Əli Xan tutdu, general-qubernator vəzifəsinə isə Xacə Nizaməddin gətirildi.
Qeyd etmək lazımdır ki, Pakistan dövləti yarandığı gündən böyük problemlərlə üzləşməli olmuşdur. Bunlardan birincisi, bəlkə də ən ağın o idi ki, Hindistanın istiqlaliyyəti aktına uyğun olaraq müsəlmanların çoxluq təşkil etdiyi vilayətlər bir dövlət halında birləşmək haqqına sahib olduğu kimi, knyazlıqlar da Hindistana və ya Pakistana birləşə bilərdilər. İstiqlaliyyət aktının verdiyi bu imkandan istifadə edərək Heydərabad knyazlığı öz müstəqilliyini və Cammu və Kəşmir knyazlığı isə Pakistanla birləşmək istəyini bildirən kimi Hindistan öz ordularını həmin knyazlıqlara yeritdi. Cammu və Kəşmirin istəyini dəstəkləyən Pakistanla Hindistan arasında hərbi əməliyyatlar başladı. Doğrudur, 1949-cu ildə BMT-nin qətnaməsinə uyğun olaraq hərbi əməliyyatlar dayandırıldı və hər iki dövlət öz nəzarətləri altına almış olduqları Cammu və Kəşmir ərazisində qaldılar. Lakin həmin problem bugünə kimi öz həllini tapmamışdır və iki dövlət arasındakımünasibətlərin xarakterini müəyyənləşdirən başlıca amil olaraq qalmaqda davam edir.
Başqa bir problem Cammu və Kəşmir münaqişəsinin nəticəsi kimi meydana çıxmış qaçqınlar məsələsi idi. Belə ki, Pakistan-Hindistan hərbi münaqişələri hər iki ölkədə müsəlman-hindus qarşıdurmaları, daha doğrusu, toqquşmaları ilə müşayət olunmağa başladı. Bunun nəticəsində 7 mln nəfərə yaxın müsəlman Pakistana, 6 mln hindus isə Hindistana qaçmağa məcbur oldu. Təbiidir ki, bu toqquşmalar və köçmələr heç də qansız-qädasız və ölümsüz-itkisiz ötüşmədi. Hər iki tərəf kifayət qədər insan itikisinə və digər məhrumiyyətlərə məruz qaldı. Günahsız qanlar axıdıldı.
Müstəmləkə dövründən miras qalrriış ağır iqtisadi şərtlərin tənzimlənməsi prosesinin ağırlığı yeni yaranmış dövlətin qarşılaşdığı problemləri daha da çətinləşdirirdi. Ölkə iqtisadiyyatının başlıca sahəsi kənd təsərrüfatı idi. Sənaye çox zəif inkişaf etmişdi. Mövcud sənaye müəssisələri isə əsasən xammalın hasil edilməsi və onun e'malı ilə məşğul idi. Bu müəssisələr də bir qayda olaraq xariciləre, təbiidir ki, daha çox ingilislərə məxsus idi. ümumiyyətlə isə, ölkə iqtisadiyyatında xarici kapitalın mövqeyi güclü idi. Çay plantasiyalarının çox böyük hissəsi, duz, daş kömür və neft mədənləri xarici kapitalın əlində idi, xarici banklar ölkənin maliyyə sisteminə nəzarəti öz əllərində saxlayırdılar. Əhalinin sosial durumu son dərəcə aşağı idi.
Təbiidir ki, bunların həlli Pakistan hakimiyyətinin qarşısında duran vəzifələr idi. Odur ki, hakimiyyət bütün çətinliklərə baxmayaraq bir sıra tədbirlər gördü. Bunlardan ən mühümü kimi aqrar islahatı göstərmək olar. 1950-1952-ci illərdə aqrar islahat haqqında verilən qanunlara görə iri torpaq sahibliyi məhdudlaşdırılır, artıq torpaqlar dövlət tərəfindən dəyəri ödənilməklə alınır və icəradarlara satılırdı, kəndlilər biyar mükəlləfiyyətindən azad olunurdular. İcarədarlardan alınan torpaq haqqının hədləri xeyli məhdudlaşdırılırdı və s. Aqrar islahat haqqında qanunda nəzərdə tutulmuş tədbirlərin tətbiqi heç də hər yerdə və hər zaman uğurlu olmurdu. Xüsusilə, Qərbi Pakistanda imtiyazlı qüvvələr islahata müqavimət göstərirdilər. Şərqi Pakistanda da vəziyyət istənilən səviyyədə deyildi. Bunlara baxmayaraq aqrar sahədə müəyyən irəliləyişlər özünü göstərdi. Bunu hər şeydən əvvəl, kənd təsərrüfatı məhsullarının illik artım sürətinin yüksəlməsi də təsdiq edirdi. 1952-1954-cü illərdə kəndli iğtişaşlarxeyli səngimişdi. Ancaq vəziyyətin tam yaxşılaşdığını da söyləmək olmazdı. Təsadüfi deyildir ki, artıq 1956-ci ildə kəndlilər öz narazılıqlarını yenidən bildirməyə başlamışdılar. İyul ayında kəndlilərin Lahora kütləvi yürüşü bu baxımdan ciddi hadisə olmuşdur.
Pakistan hakimiyyəti sənaye sahəsində də bir sıra uğurlu tədbirlər həyata keçirmişdi. Bu da sənaye məhsulları istehsalının artım sürətinin qalxmasına səbəb olmuşdu. Bir sıra sənaye müəssisələri tikilməklə yanaşı yeni istehsal sahələri yaradıldı. Bu baxımdan cut məhsulları istehsalı sahəsini xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə isə sənayenin inkişafı əsasən yüngül sənaye sahələrində daha çox nəzərə çarpırdı. Sənaye işçilərinin say artımı digər tədbirlər görülməsini zəruri edirdi. Bu baxımdan əmək və əmək haqqına dair bir sıra qanunların qəbul olunması, həmkarlar təşkilatlarının yaranması, işçilərin sosial hüquqlarının qorunmasına yönəli qanunların fəaliyyətə başlaması və s.ni qeyd etmək olar.
Pakistan dövləti tarixinin ilk illərində milli məsələ də kifayət qədər özünü göstərirdi. Hətta bu məsələ get-gedə kəskinləşirdi deyilsə, daha doğru olardı. Ölkənin müxtəlif əyalətlərində: Şərqi Pakistanda, Sinddə, Belucistanda, Şimali-Qərb sərhəd rayonlarında 1948-ci ildən başlayaraq ölkənin inzibati-ərazi quruluşunun milli-dil zəminində yenidən təşkili və əyalətlərin muxtar hüquqlarının artırılması uğrunda hərəkat genişləndi. Həmin əyalətlərin siyasi cəhətdən fəal qüvvələri dövlət aparatında və ölkənin silahlı qüvvələrində daha çox təmsil olunmağa çalışırdılar.
Bunu da qeyd etmək lazımdır ki, hakimiyyətin bir sıra tədbirləri də subyektiv olaraq əyalətlərarası münasibətlərin pisləşməsinə təkan verirdi. Məsələn, Kəraçi, Lahor, Layalpur və s. kimi Pəncab şəhərlərində əvvəlcədən mövcud olan infrastrukturların məhz bu şəhərlərdə sənaye müəssisələrinin yaradılmasına və inkişafına real imkan verməsi, əsasən aqrar istehsal mərkəzləri olan Belucistan, Sind və Şərqi Pakistanın narazılığına səbəb olurdu. Bu narazılıq xüsusilə Şərqi Pakistanda daha geniş miqyas almışdı. Buradakı narazı qüvvələr Şərqi Pakistana daha geniş müxtariyyət verilməsini də tələb kimi irəli sürürdülər. Hakimiyyət Şərqi Pakistandakı bu narazılığa xüsusi diqqət verməli oldu və bir sıra tədbirlər gördü. Bunlardan birisi 1954-cü ildə benqal dilinin urdu dili ilə yanaşı dövlət dili e'lan olunması idi. 1955- ci ildə isə Pəncab, Sind, Belucistan və Şimali-Qərb sərhəd əyalətlərQərbi Pakistan adı ilə birləşdirildi və vahid bir əyalət oldu.
Pakistan hakimiyyəti ilk illərdən xarici aləmlə də ciddi əlaqələr yaratmaq kursunu götürmüşdü. Birincisi, dövlət iqtisadi sahədə islahatların keçirilməsi və yaradılması üçün lazım olan maliyyənin çox böyük hissəsini xaricdən almaq məcburiyyəti qarşısında qalmışdı. Əsasən ABŞ və Böyük Britaniyadan daxil olan dövlət yardımları ilə yanaşı iri xarici özəl şirkətlər ölkə iqtisadiyyatına kifayət qədər kapital qoyurdu. Məhz onların sayəsində kənd təsərrüfatım lazım olan texnika və materiallarla təchiz etmək, faydalı qazıntıların axtarılması və kəşf edilməsi işini aparmaq, şosse yolları, hava və dəniz limanlarını modernləşdirmək və inşa etmək, digər infrastrukturlar yaratmaq mümkün ölmüşdür. Qeyd etmək lazımdır ki, 50-ci illərin əvvəllərindən ABŞ-la yaxınlaşmaya daha çox üstünlük verilməyə başlandı. Bu da hər şeydən əvvəl Pakistanın qonşu Hindistanla münasibətlərinin xarakterindən irəli gəlmişdi. İki dövlət arasındakı hərbi münaqişələr Pakistan dövlətini öz silahlı qüvvələrini gücləndirmək zərurəti qarşısında qoymuşdu. Pakistan bu işdə həm də müttəfiqlər aramaq, onların köməyi və dəstəyinə arxalanmaq kursu götürmüşdü. Pakistanın 1954-cu ilin mayında ABŞ-la qarşılıc h təhlükəsizlik təminatı haqqında saziş imzalaması, 1954-cü ilin sentyabrında SEATO vo 1955-ci ilin sentyabrında Bağdad paktı kimi hərbi bloklara qoşulması məhz həmin məqsədlə edilmiş hərəkətlər kimi dəyərləndirilə bilər. Həmin dövrdə ABŞ başda olmaqla Qərb bloku və Sovet İttifaqı başda olmaqla kommunist ölkələrindən ibarət iki güc mərkəzi arasında regionda maraqlar uğrunda mübarizə gedirdi. Vyetnam və Koreya müharibələrindən sonra Qərb ABŞ-m timsalında regionun Tayland, Laos, Kamboca və Cənubi Vyetnam kimi ölkələrinə hərbi və iqtisadi yardımları artırdı. İkinci tərəfdən isə region ölkələrinin kommunist təhlükəsinə qarşı müqavimət gücünü müəyyən hərbi ittifaqlarda birləşdirmək istiqamətində ciddi addımlar atıldı. 1954-cü ilin 8 senyabrında ABŞ, Böyük Britaniya və Fransa ilə yanaşı Yeni Zelandiya, Avstraliya, Tayland və Pakistanın da qatıldığı Cənub-Şərqi Asiya Müqaviləsi təşkilatının-SEATO-nun qurulması da bu baxımdan olmuşdu. Bununla da Sovet İttifaqı və onun müttəfiqi ÇXR Avropanın Atlantik sahillərindən Sakit okeana qədər uzanan ittifaqlar çevrəsinə alındı. (Bağdad paktından başqa bir yerdə bəhs olunacaq)
Yarandığı ilk günlərdən qarşıya çıxan müxtəlif problemlərinhəlli istiqamətində müəyyən uğurlar qazanan Pakistan dövlətinin tutmuş olduğu inkişaf kursu, təbiidir ki, obyektiv və subyektiv səbəblər üzündən heç də ölkədəki mövcud bütün siyasi qüvvələr tərəfindən bir mənalı qarşılanmırdı. Regional, qrup, milli və s. maraqların daşıyıcıları olan müxtəlif siyasi qüvvələr fəallaşır, onlardan hər biri öz maraqlarına daha önəm verirdilər. Bütün bunlar nəticə etibarilə ölkədə siyasi mübarizənin yüksəlməsinə səbəb olurdu. Ayrı-ayrı siyasi və milli qüvvələr ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edən konstitusiya lahiyəsinin müddəaları üzərində ciddi müzakirələr aparır və öz fikir və düşüncələrini meydana qoyurdular. Qeyd etmək lazımdır ki, bu məsələnin müzakirəsi zamanı hətta hakim siyasi qüvvələrin öz arasında da fikir ayrılıqlarının mövcud olduğu üzə çıxdı. Hələ 1951-ci ilin oktyabr ayında Liyəqət Əli Xanın öldürülməsindən sonra Müsəlman Liqasının özü iki yerə bölündü. Qərbi Pakistanda Mambotun başçılıq etdiyi Ə.Cinnə tərəfdarları olan Müsəlman liqası və Şərqi Pakistanda H.S. Sührəverdinin başçılığı altında regional muxtariyyət tərəfdarlarını birləşdirən Şərqi Pakistan Avami Müsəlman Liqası yaradıldı. Müsəlman Liqasının parçalanması sonralar da davam edirdi. Bu zəmində yaranan partiyalardan Avami Liqa (Xalq partiyası), Milli Xalq Partiyası, Respublika Partiyası, Camaat-i-İslami, Nizam-i-islam və s. ölkənin siyasi həyatında müəyyən mövqe və söz sahiblərinə çevrildilər.
1953-cü ilin dekabrında Şərqi Pakistanda separatçı müxalifət qüvvələrinin Birləşmiş Cəbhəsi yaradıldı. Birləşmiş Cəbhə 1954-cü ilin martında əyalətin Qanunvericilik Məclisinə keçirilən seçkilərdə Müsəlman Liqası üzərində parlaq qələbə çaldı və yerlərin böyük çoxluğuna sahib oldu. Burada A.K. Fəzl-ül-Haqqın başçılığı altında Birləşmiş Cəbhənin təmsilçilərindən ibarət hökumət təşkil edildi. Pakistan hakimiyyəti Şərqi Pakistanda öz mövqelərini qorumaq üçün burada fövqəladə vəziyyət elan etdi. 1954-cü ilin 30 mayında Birləşmiş Cəbhə hökuməti buraxılmış elan edildi, bölgədə separatizm ovqatı qızışdıran bir sıra partiya və siyasi təşkilatların fəaliyyəti qadağan edildi. Artıq 1954-cü ilin oktyabrında ölkə parlamenti buraxıldı və Qərbi Pakistanda da fövqəladə vəziyyət rejimi tətbiq olundu. Nəhayət, 1955-ci ilin iyununda, ölkə parlamentinə- Müəssislər Məclisinə yeni seçkilər keçirildi. Təbiidir ki, buna qədər fövqəladə rejim ləğv olunmuşdu. Müsəlman.Liqası, əvvəlki nüfuzu zəifləsə də, seçkiləri uda bildi. Müəssislər Məclisi Pakistanın konstitusiyasınıişləyib hazırladı və qəbul etdi. 1956-cı ilin martından qüvvəyə minən konstitusiyaya görə Pakistan islam respublikası elan edilir, general-qubernator prezident olurdu. Qonşu Hindistandan fərqli olaraq Pakistanda prezident idarəçiliyi yaradıldı. Baş nazirin başçılıq etdiyi hökumətin və iki palatalı parlamentin hüquqları bir qədər məhdudlaşdırılırdı. Konstitusiya Pakistanın tam müstəqilliyini təsbit etməklə yanaşı onun Böyük Britaniya Birliyinin üzvü olaraq qaldığını da təsdiqləyirdi. Konstitusiya urdu və benqal dillərinin rəsmi dövlət dili olduğunu bir daha bəyan etdi.
Bunu da qeyd etmək lazımdır ki, hələ 1955-ci ilin avqustunda ölkədə vətəndaş həmrəliyinə nail olmaq məqsidilə Müsəlman Liqası və Birləşmiş Cəbhənin sağ yönümlü liderlərindən ibarət koalisyon hökumət təşkil olunmuşdu. Lakin bu, Birləşmiş Cəbhədəki sol və mərkəzçi yönümlü qüvvələrin ciddi narazılığı ilə qarşılandı. 1956-ci ilin yazında elə Müsəlman Liqasının Özü də növbəti parçalanmaya məruz qaldı. Ondan ayrılanlar Respublika Partiyasını qurdular.
Bütün bunlarla yanaşı koalisyon hökumətin ölkə problemlərini həll etmək baxımından fəaliyyəti də istənilən səviyyədə olmadı. Bir sıra iqtisadi və sosial problemlər həll edilməmiş qalır və bu zəmində narazılıqların artmasına səbəb olurdu. 1956-cı ilin sentyabrında yeni koalisyon hökumət yaradıldı. Bu hökumətdə Xalq Liqası və Respublika Partiyasının nümayəndələri təmsil olunurdular və ona H.Ş. Sührəvərdi başçılıq edirdi. Lakin yeni hökumət həlli vacib olan məsələlərin öhdəsindən gələ bilmədi. 1958-ci ilin payızında vəziyyət böhranlı hala gəldi. İstər sosial, istər milli, istərsə də siyasi xarakterli problemlərin yaratmış olduğu böhran, nəhayət, 1958- ci ilin oktyabrında hərbi çevrilişlə nəticələndi. Konstitusiya ləğv edildi, qanunvericilik orqanları və hökumət buraxıldı, bütün partiyaların fəaliyyəti qadağan olundu, ölkədə fəvqəladə vəziyyət elan olundu. Pakistan silahlı qüvvələrinin baş komandanı general M.Əyyub xanın başçılığı altında hərbi idarəçilik rejimi yarandı. General M.Əyyub xan bir prezident kimi hakimiyyətin bütün məsuliyyətini öz üzərinə götürdü. Bununla da Pakistanın tarixində yeni bir dövr başlandı.



Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə