Mövzu-10 Pakistan 1945-2018-ci illərdə



Yüklə 56,82 Kb.
səhifə7/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

İnzibati bğlgüsünə görə, Pakistan İslam Respublikası 4 əyalətdən ibarətdir: Pəncab, SindBəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri; federal paytaxt vilayəti İslamabad və mərkəzi Hökumət tərəfindən idarə olunan qəbilə zonaları Pakistan İslam Respublikasının ərazisini təşkil edir.
Qanunverici hakimiyyət: İkipalatalı Parlament - Milli Assambleya (əhali tərəfindən 4 il müddətinə seçilmiş, 60-ı qadın, 10-u dini azlıqların nümayəndələri olmaqla 342 deputat) və Senat (əyalətlərin qanunverici məclisləri tərəfindən ümumi səsvermə yolu ilə 6 il müddətinə seçilmiş 100 deputat) məhdud qanunverici səlahiyyətə malikdir. Əsas qanunvericilik funksiyaları ilə yanaşı, Parlament Hökumətə etimadsızlıq göstərmək və onu istefaya göndərmək səlahiyyətlərinə malikdir
İcraedici hakimiyyət: Baş nazir Hökumətin başçısıdır və Parlamentin tərkibindən Prezident tərəfindən təyin edilir. Baş nazir mütləq müsəlman olmalı və Parlamentdə  çoxluq təşkil edən partiyanın təmsilçisi olmalıdır. Hökumət üzvləri Baş nazirin təqdimatı ilə  Prezident  tərəfindən formalaşır. Mövcud Konstitusiyaya görə, Hökumətin əsas funksiyası dövlət idarəçiliyinin həyata keçirməsində Prezidentə məsləhət verməkdən və köməklik göstərməkdən ibarətdir.
Məhkəmə hakimiyyəti: Hakimləri Prezident tərəfindən təyin olunan Ali Məhkəmə və ölkə qanunlarının İslam dininin tələblərinə uyğunluğunu nəzarətdə saxlayan İslam Federal Şəriət Məhkəməsidir.Əyalətlərdə fəaliyyət göstərən yüksək məhkəmə orqanlarının üzvləri də Prezident tərəfindən təyin edilir.


Azərbaycan-Pakistan münasibətləri
Asiyanın cənubunda yerləşən Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Qeyd edək ki, Pakistandakı səfirlərimiz İsfandiyar Vahabzada1995-1999, Eynulla Mədətli2002-2010, Daşqın Şikarov - 2011-2015, Əli Əlizadə 2016-2021 olmuş, 2021-ci ilin iyulundan isə Xəzər Fərhadovdur.
Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərdən biridir. ABŞ ilə strateji partnyorluq münasibətləri olan, dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan müsəlman dövlətidir. Pakistan həmişə Azərbaycanın mövqeyini bütün beynəlxalq təşkilatlarda müdafiə etmiş, Ermənistanın təcavüzünə birmənalı münasibət bidirmişdir. Kəlbəcər işğal olunduqda 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı qətnaməsi qəbul edilən iclasa Pakistan rəhbərlik etmişdir.
İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlərin təsiri olmuşdur. Dövlət başçıları səviyyəsində 1995-ci il 9-11 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqarinin Azərbaycana, 1996-ci il 9-11 aprel - Prezident Heydər Əliyev Pakistana, rəmi səfəri, 2004-cü il 8-10 iyul - Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin, 2005-ci il 12-13 aprel - Prezident İlham Əliyev Pakistana, 2012-ci il 13-16 oktyabr - Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı), 2015-ci il 11-14 mart - Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfərləri xüsusi əhəmiyyət kəsb etmişdir.



Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə