Mövzu-10 Pakistan 1945-2018-ci illərdə


Mədəni və humanitar sahədə həyata keçirilən tədbirlərin –



Yüklə 56,82 Kb.
səhifə9/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

Mədəni və humanitar sahədə həyata keçirilən tədbirlərin – 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilmiş və 2012-ci ildə isə məktəbin əsaslı təmiri, 2010-cu ildə Pakistanda baş vermiş, sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində etdiyi maddi yardımlar, 02 fevral 2012-ci ildə Pakistan İslam Respublikasının Senatı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamənin qəbulu,
2013-ci ilin oktyabr ayında Pakistan İslam Respublikasının Senatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan və erməni işğalını pisləyən qətnaməin qəbul olunması, 2012-2015-ci illərdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə va kiçik laboratoriya ilə təchiz olunmuş, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunmuş, Xayber Göz Fondunun yeni blokunun va gozləmə otaqlarının tikintisi üçün maddi yardımlar edilmiş, Dera İsmayıl Xan bolgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılmış, Peşəvar Serebral İflic və Peşəvar Ana va Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilmiş, Külsum İnternational klinikasında ürək ustündə açıq əməliyyatlar aparılmış, Xayber Paxtunxva əyalətində on minlərlə insan hepatit B virusuna qarşı peyvəndləşdirilmiş, həmçinin Rara Qızlar məktəbi və Pakistanın 12 Universitetlərində təhsil alan tələbələrə umumilikdə 41 stipendiya verilməsi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2015-ci illər ərzində Qurban bayramı ilə əlaqədar Pakistanın bütün əyalətlərində 1000 başdan çox iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmış, həmçinin, 2012-2015-ci illər ərzində Ramazan bayramı münasibətilə Pakistanın bütün əyalətlərində iftar süfrələri təşkil edilmiş, müxtəlif şəhərlərdə kimsəsizlər evlərində humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilməsi,08 aprel 2015-ci ildə Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) tərəfindən Pakistanda 2014-cü ilin oktyabr ayında baş vermiş sel daşqınlarından zərər çəkmiş insanlara yardımlar edilmişdir. Yardımlar Azərbaycanın Pakistandakı Səfirliyi və Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının iştirakı ilə Multan, Muzaffargah, Leyyah, Çinniot, Naroval, Sarqodha, Mandi Baha-ud-Din, Sialkot, Hafizabad, Müzəffərabad şəhərlərində edilmişdir. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilmiş, dəyəri 150000 ABŞ dolları olan 3000 rasion paketləri paylanılması, 15 yanvar 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidlər Bulağı”-nın açılışı keçirilmişdir. Layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerji ilə çalışan iki artezian quyusunun qazılması,09 iyul 2015-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talasemiya Mərkəzində, həmçinin Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilmiş, səfir Daşqın Sikarov Heydər Əliyev Fondu adından Talasemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim etmiş, D.Sikarovun təşəbbüsü ilə qanvermə aksiyasının keçirilməsi, 20 oktyabr 2015-ci ildə Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə tədbir keçirilmiş, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar AİDA adından Əl-Farabi mərkəzinə təqdim edilməsinin dövlətlərimiz arasında əlaqələrimizin inkişafında xüsusi əhəmiyyəti olmuşdur.
Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikasi arasında 30 sənəd imzalanmışdır. Bundan başqa ölkələrimiz BMT, İƏT, ECO çərçivəsində də əməkdaşlıq edirlər.


Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə