Elmi məsləhətçi:
Mehman Süleymanov
hərb elmləri doktoru, polkovnik
Şəmistan NƏZİRLİ
“GENERAL ƏLİ AĞA ŞIXLİNSKİ VƏ SİLAHDAŞLARI”
Hərb tarixi və generallarımız haqqında silsilə əsərlər müəllifi,
tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin adı Azər baycan oxucularına yaxşı
məlumdur. Onun “Güllələnmiş Azərbaycan generalları”, “Azərbaycanın
ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov”, “İyirminci ildə Qarabağ
döyüşləri”, “General Yadigarov qardaşları”, “Cümhuriyyət generalları”
və başqa əsərləri tarixi sənədlər əsasında yazılıb.
Şəmistan Nəzirli oxucuların görüşünə yeni bir əsərlə gəlib. İllərlə həyat
və fəaliyyətini öyrəndiyi böyük sərkərdə Əli ağa Şıxlinskinin hərbiçi nəsli
haqqında kitabını oxuculara təqdim edir. Əsərdə generalın həyat yoldaşı
ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanım, artilleriya generalı Səməd
bəy Mehmandarov, ilk admiral İbrahim bəy Aslanbəyov, unudulmuş to-
poqraf-general İbrahim ağa Vəkilov və süvari generalı Yaqub Quliyev
haqqında tədqiqatları da oxuculara təqdim olunur.
© Ş.Nəzirli
Şəmistan Nəzirli
3
Hər fərdin bioqrafiyası olduğu kimi, hər nəslin də özünə məxsus bi-
oqrafiyası var. Bu bioqrafiyalar müxtəlif şəraitdən, müxtəlif tarixi
dövrlərdən keçdiyi üçün müxtəlifdir. İnsanların taleyi olduğu kimi,
nəsillərin də taleyi var. Bu taleləri sonradan pisləmək, yaxud dəyişdirmək
olmaz. Onların üstündən xətt də çəkmək olmaz. Onları necə varsa, eləcə
də qəbul etmək lazımdır. Əgər sonradan gələnlər özlərindən əvvəlkiləri
inkar etsələr, onu yoxa çıxartmağa çalışsalar, tarixin mərhələlərində bir
boşluq əmələ gələr.
İsmayıl ŞIXLI
xalq yazıçısı
Bizim keçmişdə də ordu yaratmaq sahəsində böyük ənənələrimiz
olub. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən
gənc vətənpərvər ola bilməz.
Heydər ƏLİYEV
General İsmayıl bəy Qutqaşınlı, Cəfərqulu ağa Bakıxanov, Əli ağa
Şıxlinski, Səməd bəy Mehmandarov, İbrahim ağa Vəkilov… eh, nə
qədər! Adları itənlərimiz, şöhrəti unudulanlarımız haqqında kim danı-
şacaq? Nə vaxt danışacaq, nə vaxt yazacaq? Balaca xalqıq, böyük hərb
tariximiz var…
Bütün yazıçıları bir yerə yığın, hərb tariximizdən yazın. Bu bizim
qürur hissimizdi, onu əlimizdən almaq olmaz.
Xalq şairi Nəriman HƏSƏNZADƏ
“Nabat xalanın çörəyi” povesti,
1986-cı il, səh.138
General Əli ağa Şıxlinski və silahdaşları
4
HƏRB TARİXİNƏ HƏSR
OLUNMUŞ ÖMÜR
Mən Şəmistan Nəzirlini qiyabi olaraq çoxdan tanıyırdım.
Onun adına ilk dəfə Çita şəhərində hərbi xidmətdə olarkən rast
gəlmişdim. Həmin vaxt vətəndən uzaq olmağıma baxmayaraq
çalışırdım ki, əlaqələrimi itirməyim və mənim yanıma gələn
dost-tanışlarım həmişə mənə Azərbaycan dilində xalqımızın
tarixinə və mədəniyyətinə aid kitab və jurnallar gətirərdilər. Çi-
tadakı xidmətim zamanı Azərbaycandan aldığım kitabların ara-
sında “Azərbaycan generalları” kitabını da gördüm. Bu kitab
mənim üçün son dərəcə böyük maraq kəsb etdi. Doğrusunu de-
yim ki, mən ilk dəfə Azərbaycan xalqının bu qədər general öv-
ladlarına malik olması barədə məlumatla bu kitabla rastlaşdım.
Təbii olaraq kitabın müəllifinin kim olduğu ilə maraqlandım.
Həmin kitabın müəllifi, bildiyiniz kimi, hazırda Müdafiə
Nazirliyində Hərbi-Elmi Mərkəzin baş elmi işçisi, polkovnik-
leytenant Şəmistan Nəzirlidir.
Keçən əsrin doxsanıncı illərində Azərbaycanda məlum pro-
seslər başlayanda mən də könüllü olaraq vətənimə döndüm və
xidmətimi Azərbaycanda davam etdirməyi qərara aldım. Mənə
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yeni qurulan ordu
üçün hərbi nizamnamələrin hazırlanması, Azərbaycan hərb tari-
xinin araşdırılması və onun yeni ordunun şəxsi heyətinə çatdırıl-
ması kimi vəzifələr həvalə olundu. Hərbi nizamnamələrin hazır-
lanması işi elə bir xüsusi çətinlik təşkil etməsə də, Azərbaycanın
hərb tarixinin araşdırılması vəzifəsi bu işi bilən mütəxəssislər
olmadan mümkün deyildi. Yadımdadır ki, biz Elmlər Akademi-
yasına müraciət etdik. Təbii olaraq orada belə mütəxəssislərin
olmadığı cavabı ilə rastlaşdıq. Mənə təklif olundu ki, Şəmistan
Şəmistan Nəzirli
5
Nəzirlini bu işə cəlb edək. Mən onunla tanış deyildim. Ancaq
adını eşidəndə xatırladım ki, bu adam mənim hələ Çita şəhərində
əsərini sevə-sevə oxuduğum “Azərbaycan generalları” kitabının
müəllifidir. Ona da sevindim ki, indi onunla tanış olmaq imka-
nım olacaqdı.
Bu hadisə 1992-ci ilin isti yay günlərində olmuşdu. Şəmistan
Nəzirlini biz evdə tapa bilmədik. O, Mərdəkandakı istirahət
evlərindən birində öz yaradıcılığı ilə məşğul idi. İstefada olan
polkovnik Mustafa Məhərrəmovla bərabər onun yanına getdik.
Tanış olduqdan sonra gəlişimizin məqsədini açıqladıq. Şəmistan
əvvəlcə razı olmadı. Bildirdi ki, geniş yaradıcılıq planları var və
işləri çoxdur. Biz söylədik ki, məqsədimiz elə onun yaradıcılıq
fəaliyyətinə qayğı və şərait yaratmaq, üzə çıxardıqlarını ordu-
nun şəxsi heyətinə çatdırmaqdır. Bir xeyli söhbət etdik, fikir-
lərimizi bölüşdük. İlk görüşümüz zamanı Şəmistan müsbət ca-
vab verməsə də mən şübhə etmirdim ki, bizim təklifimizə o
biganə qalmayacaqdır. Çünki ömrünü əcdadlarımızın hərb tari-
xinə həsr etmiş bir insan həmin tarixi həsrətlə gözləyən Milli Or-
dudan kənarda qala bilməzdi. Qalmadı da. Biz bunun üçün də
ona minnətdar olmalıyıq. Onu da yaxşı bilirdik ki, Şəmistan
Nəzirlinin həyatının hər anı bizim üçün qiymətli olan tariximi-
zin bağlı qalmış səhifələrinin açılmasıdır. Ona görə onun səmərəli
fəaliyyəti üçün mümkün olan şəraiti yaratmağa çalışırdıq. Qısa
müddət ərzində o çox məhsuldar işlədi. “Qoridən gələn qatar”,
“Cümhuriyyət generalları”, “Qacarlar”, “Tam artilleriya generalı
Səməd bəy Mehmandarov”, “Yaddaşlarda yaşayan Vurğun”,
“Arxivlərin sirri açılır”, “Topoqraf-general İbrahim ağa Vəkilov”,
“Qarxunlu Əşrəf bəy”, “General Yadigarov qardaşları”, “Güllə-
lə nmiş Azərbaycan generalları” və s. kimi kitabları yazıb nəşr
etdirdi.
1999-cu ildə müdafiə naziri Gürcüstanda səfərdə olarkən qar-
şılıqlı fəaliyyət barədə müəyyən razılaşmalar əldə edilmişdi.
Həmin razılaşmanın nəticəsi kimi Şəmistan Nəzirli bir müddət
Gürcüstan arxivlərində araşdırmalar apardı və bu araşdırmala-