Molla penah vaqif-09. 04- pdf



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix31.10.2018
ölçüsü0,55 Mb.
#77138
1   ...   6   7   8   9   10   11   12   13   14

Buludxan Xəlilov 

 

68



Vaqif 

Yox, qayıtmaram. 

İş ki belə düşdü, meydanda varam! 

Vidadi 

Əl çək bu tərslikdən, qulaq as mana! 

Vaqif 

Ölsəm də, ölməyim xoşdur mərdana! 

Vidadi 

Sən öz dediyindən dönməyəcəksən, 

Səni yalnız qoyub gedəmmərəm mən. 

M.V.Vidadi M.P.Vaqifi Qacarın cəzasından 

qurtarmaq üçün onun hüzuruna gəlir, ona təzim 

edir və deyir: 



Şairdir... qəlbi var, şirin sözü var, 

Böyük bir ölkənin onda gözü var

O ölsə... dağlar da dil deyib ağlar, 

Əfv edin... yaxşılıq qalır yadigar.” 

Bir məsələni də qeyd etmək yerinə düşər. Bu 

da odur ki, M.P.Vaqifi həm xalq, həm də 

M.V.Vidadi yaxşı başa düşür. M.P.Vaqiflə 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

69



M.V.Vidadi arasındakı anlaşma o qədər güclüdür 

ki, onlar bir-birinin sözündən heç vaxt incimir, 

birisi xalqın içində, digəri sarayda olsa da, hər 

ikisi xalqa bağlıdır, xalqla nəfəs alır. Hətta 

M.V.Vidadinin “Di gəl, durnalara bir şeir deyək” 

söyləməsi, saz çalması, deyişməsi M.P.Vaqifə 

olan ərkidir. Həm də onların bir-birini duymaları 

və başa düşmələridir. Xalqın, el-obanın, yurdun 

problemlərini onlar qədər bilən, duyan yoxdur. 

Odur ki, durnalara şeir demək, bu mövzuda de-

yişmək simvolik bir mahiyyət daşıyır. Burada 

xalqın, el-obanın, yurdun dərdi simvollaşır. 

Əsərdən bir parça: 

Vidadi 

Qatar-qatar olub qalxıb havaya, 

Nə çıxıbsız asimanə, durnalar? 

Qərib-qərib, qəmgin-qəmgin ötürsüz, 

Üz tutubsuz nə məkanə, durnalar? 

Vaqif 

Bir zaman havada qanad saxlayın, 

Sözüm vardır mənim sizə, durnalar! 



Buludxan Xəlilov 

 

70



Qatarlaşıb nə diyardan gəlirsiz? 

Bir xəbər versəniz bizə, durnalar! 

Vidadi 

Bir baş çəkin dərdi-məndin halına, 

Ərzə yazsın, qələm alsın əlinə,  

Vidadi xəstədən Bağdad elinə 

Siz yetirin bir nişanə, durnalar! 

Vaqif 

Nazənin-nazənin edərsiz avaz, 

Ürək təzələnər, edər sərəfraz, 

Vaqifin də könlü çox edər pərvaz, 

Hərdəm sizin ilə gəzə, durnalar! 

M.P.Vaqifin hadisələrə münasibətində onun 

xarakterindəki özünəməxsusluğun bir neçə  mə-

qamını da xatırlamaq yerinə düşər. O, dünyadan 

hər an zövq almağa hazırdır. Hər günün ömürdən 

getdiyinin fərqinə varır, hətta cənnəti də, cə-

hənnəmi də bu dünyada axtarır. Bütün cənnətləri 

bu dünyanın özündə insanların quracağına inanır. 

M.P.Vaqif hər dərdi, bəlanı, qəmi özündən 

uzaqda tutur, dərdin,  ələmin  əlacını gözəllərdə 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

71



axtarır, gözəlləri özünün Məkkəsi, Mədinəsi 

sayır. Bu xüsusiyyətlər onun özünəməxsusluğu-

nun bir tərəfidir. M.P.Vaqifin özünəməxsuslu-

ğunun ikinci bir tərəfi Şuşa qalasında səhər vaxtı, 

günəş yenicə  çıxan zaman divara yazdığı  şeiri 

Əli bəyə oxuduqda fərqli bir Vaqifə çevrilmə-

sidir. Fərqli Vaqif yazdığı şeirdə deyir: 

Mən cahan mülkündə mütləq doğru halət   

                                                 görmədim, 

Hər nə gördüm əyri gördüm, özgə babət  

                                                görmədim. 

Aşinalar ixtilatında sədaqət görmədim, 

Beyəti-iqrari-imani-dəyanət görmədim. 

M.P.Vaqifin bu cür dəyişməsi real həyatın 

dəyişməsidir, yoxsa onun özünün dəyişməsidir? 

Bu, M.P.Vaqifin özünə tarixin gözü ilə baxmaq 

üçün Səməd Vurğunun yaratdığı  bədii bir pri-

yomdur. Həmin bədii priyom imkan verir ki, 

M.P.Vaqif bütün tarixi dövrlərdə yaşaya bilsin. 

Odur ki, M.P.Vaqifə tarixin hansı gözü ilə ba-

xılsa, o, şair və ictimai-siyasi xadim kimi 



Buludxan Xəlilov 

 

72



müdrik, cəsarətli, qeyri-adi görünür. Bu cür gö-

rünüşü M.V.Vidadidə  də müşahidə etmək olur. 

Onun xarakterindəki özünəməxsusluğun göstəri-

cisi odur ki, o, Cavad xanın sarayına getmir, 

sarayda yaşamağı  qəbul etmir, kasıb və azad 

yaşamağı  hər  şeydən üstün tutur. M.P.Vaqifdən 

fərqli olaraq dünyanın etibarına və varına inan-

mayandır. Bu dünyanın möhnəti içərisində axirət 

dünyasına inanandır. M.V.Vidadi dünyanın dər-

dini, qəmini çəkəndir. Namaz qılarkən titrək bir 

səslə namazın arasında  əllərini göyə qaldırıb 

aşağıdakı şeiri söyləyən şairdir: 



Xudaya! İnsanın halı yamandır, 

Nələr çəkdiyimiz sənə əyandır, 

Mənası varmıdır min təriqətin? 

Aç... aç qapısını sən həqiqətin. 

Nə olur, bir yeni işıq ver bizə, 

Bizim kor yaranmış gözlərimizə   

Bəlkə də yaxşını seçək yamandan, 

Ta ki, qansız keçən bir güzərandan 

Biz də ilham alaq, sevinək barı! 

Molla Pənah Vaqif: özü və tarixin sözü 

 

73

İşıqlat bu dibsiz qaranlıqları... 



Yazıqdır dünyanın əşrəfi insan, 

Böyüksən, aqilsən, keç günahından! 

Qoyma ki, yerlərdə sürünsün bəşər, 

Dünyada qalmasın nə pislik, nə şər. 

Yaxşılıq insana bir sənət olsun, 

Dünya başdan-başa bir cənnət olsun... 

Ancaq bununla belə, göylərin dərinliyinə  əl 

qaldıraraq: 

“Tfu, sənin taxtına, ey çərxi-fələk! 

Daşdan yaranmamış, ətdəndir ürək!..”  

deyir. Yenə  də onun təzadlı mövqeyinə tarixin 

gözü ilə baxdıqda o, insanların, oxucuların gö-

zündə ucalır. Eyni zamanda Səməd Vurğunun 

real həyat hadisələrinə münasibətdə seçdiyi ədəbi 

priyom M.V.Vidadini xarakterizə edə bilir. 

Yeri gəlmişkən M.P.Vaqiflə M.V.Vidadi ara-

sındakı dostluğun bəzi məqamlarına toxunmaq 

yerinə düşər.  Əvvəla onların dostluğu o demək-

dir ki, onların hər ikisi öz dövründə  məşhur 

olmuş, bu məşhurluq sayəsində bir-birinə rəğbət 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə