Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   2   3   4   5   6   7   8   9   ...   44

  

 

13



Bakı damlarındakı  qır da, bu damları süpürən xəzri də, canlı  məxluqlardı. Hər ikisinin 

ruhu var və bu ruhlar, qəribə  də olsa, maddiləşib.  Əlbəttə ki, göyərçinləri deyirəm. Göyərçinlər 

qır damların ruhudur, bəlkə elə xəzrinin də ruhudur... 

Yox, düz olmadı. Göyərçin ruh-filan deyil. Tüklü, lələkli, quyruqlu ruh olmur. Göyərçin 

damların övladıdı. Bu, daha düzgündür. 

Bakı damlarını kişiyə  bənzətsək, deməli, quşxanalar da, onların məşuqələri hesab 

olunmalıdır. Göyərçinlər isə bu iki sevən məxluqun  əziz xələf övladları.  Əlbəttə ki, qanunsuz 

övladları. Çünki quşxanalar Bakı damlarının qanuni arvadı ola bilməz. Qırlı damların altındakı 

evlərdən fərqli olaraq, üstündə tikilən quşxanaların heç bir möhürlü, imzalı  sənədi- kupçası, 

texniki pasportu olmur. Ona görə də göyərçinləri bicbala hesab eləmək lazımdır. 

Kişilərin hamısına məşuqə saxlamaq xoşbəxtliyi nəsib olmadığı kimi, Bakı damlarının da 

heç də hamısı quşxanalı deyil. Yalnız beşindən-onundan birinin üstündə quşxana düzəldilib. 

Damların qırı göyərçinlərin atasıdısa, onda xəzri də, onların  əmisi hesab olunur. Xəzri 

göyərçinləri çox istəyir, amma göyərçinlər bu zəhmli əmilərdən qorxurlar. O gələn kimi tez qaçıb 

girirlər analarının qarnına. Quşxanalar kenquru kimi bir şeydilər. Nigarançılıq olan kimi 

balalarını yığırlar öz içinə. 

Xəzri evdə olmayanda göyərçinlər o saat göyə qalxırlar, yəni  əmisigilə gedirlər. Qalxırlar 

yuxarı, fırlanırlar, uçuşurlar, oynaşırlar, hərdən elə olur ki, aşağıdan nöqtə boyda görünürlər. 

Aşağı enəndə də azırlar, gedib düşürlər başqa quşxanaya. 

 

 



Göyərçin boynu yumşaqdı,  sığalla, amma sındırma, 

Göyərçin qəlbi dustaqdı, burax uçsun, yubandırma. 

 

Göyərçin ömrü matəmli, göyərçin gözləri nəmli, 

Qoy axsın inci göz yaşı, əlin vurma, bulandırma. 

 

            Göyərçin sevgisi gizlin, soruşma, söyləməz sirin, 

            Göyərçin ruhu ismətli, danışdırma, utandırma. 

 

Göyərçin tellərində şeh, aman vermə dağıtsın meh, 

Göyərçin köynəyi dümağ,  tozun içrə uzandırma. 

 

            Göyərçin dimdiyi həssas, gecə ulduz yığar dən-dən, 

            Göyərçin fikri göylərdə, yolun kəsmə, dayandırma. 

 

Göyərçin könlü kövrəkdi, nolur, çox xətrinə dəymə, 

Göyərçin bağrı çox incə, cızıb qana boyandırma. 

 

            Göyərçin ki, günahsızdı, sıxıb gizlətmə qoynunda, 

            Özün Fəhmi yanırsansa, onu, rəhm eylə, yandırma. 

 

 



  

 

14



Bütün  əxlaqlı kişilər öz qardaşlarının məşuqələrinə nifrət etdikləri kimi, xəzri də Bakı 

damlarının məşuqələrinə, yəni quşxanalara nifrət edir, onları görən gözü yoxdur. İmkanı düşən 

kimi bu taxta daxmacıqlara hücum edir, onları yumruqlayır, təpikləyir, damdan aşağı atmağa 

cəhd edir. Yazıq quşxanalar da təpik altına düşən fahişələr kimi cırıldayır, müqavimət göstərirlər. 

Xəzrinin bu xasiyyətinə hamı  bələd olduğu üçün quşxanaları, adətən, damların külək tutmayan 

künc-bucaqlarında yerləşdirirlər. Bu da təbii ki, xəzrinin xoşuna gəlmir, hirsini yenə  qır 

damlarının üstünə tökür, yerdən qaldırdığı toz-torpağı  səpələyir onların başına. Xəzri də belə 

xəzridi - hikkəli, hirsli, əlindən bir iş  gəlməsə  də özündən başqa heç kəsi bəyənməyən, hamıya 

yuxarıdan aşağı baxan, - eynən bizim yazarların çoxu kimi. 

Xəzri hamıya yuxarıdan aşağı baxmaq xüsusiyyətilə bizim «sənətçi»lərə  bənzəsə  də, hər 

halda bu avaralardan daha üstündür, çünki onlardan fərqli olaraq Xəzrinin heç olmasa camaata 

bir xeyri dəyir, yəni Bakının havasını təmizləyir. Xəzri Bakı zonası üzrə ekoloji müfəttişdir. Yox, 

müfəttiş yox, bilavasitə ekoloji süpürgədir, zir-zibil iyi verən havanı süpürüb aparır, yerinə 

təzəsini gətirir. Amma elə  vaxt  da  olur  ki,  təzəsi köhnəsindən betər olur. Bu isə o deməkdir ki, 

bizim ekoloji müfəttişimiz rüşvətxordur, ya da həlləm-qəlləmdi. Kefi istəyəndə havanı təmizləyir, 

istəməyəndə zəhərləyir. 

Belə bir ehtimal var ki, «xəzri» sözü Xəzər dənizinin adından  əmələ  gəlib. Ola bilər. Hər 

halda bu dünyada hər şey nədənsə əmələ gəlib, hər varlığın yaradılış mənbəyi var, bircə Allahdan 

başqa. 

Allahla deyə bilmərəm, ancaq Xəzər dəniziylə xəzrinin münasibətləri çox maraqlıdı. Xəzri 



Xəzərin papağına oxşayır, ya da, papağa yox, örpəyə. Xəzri Xəzərin toz-torpaqlı örpəyi, yaxud 

kələğayısıdır, çünki Xəzər abır-həyalı dənizdir. 

Xəzər dünyadakı iki abır həyalı, bakirə  dənizdən biridir; qapalıdır, bağlıdır, açılmayıb və 

çox güman ki, heç vaxt açılmayacaq. Əgər Xəzərlə Qara dəniz arasındakı məmləkətləri batıracaq 

bir zəlzələ olmasa. Nə vaxtsa, belə bir zəlzələ olsa, onda dünya okeanı  Xəzər dənizinə  də yol 

açacaq və Xəzər bakirəliyini itirib olacaq o birilər kimi «açıq dəniz».  

Allah eləməsin. Elə olarsa, bəs bizim ağ balığımız necə olacaq? Onsuz da bizim vəhşi 

münasibətimizdən bezib. Sadəcə, getməyə yeri yoxdu, əgər Xəzər «açılsa», ilk olaraq aradan çıxan 

elə ağ balıq olacaq. 

Xəzri Xəzərə bol-bol toz-torpaq hədiyyə edir, Xəzər də bu toz-torpağı udar, yığar dibinə və 

beləcə, Xəzərin səviyyəsi ildən-ilə qalxar.  

Xəzri Xəzərə  təkcə toz-torpaq hədiyyə eləməzdi, aradabir beşdən-üçdən balıqçı da 

bağışlayardı. Lakin Xəzər abır-həyalı olduğu üçün çox vaxt bu bəxşişləri götürməzdi, balıqçıların 

meyitlərini atardı sahilə. 

Bəlkə  də, Xəzər bezmişdi eyni şeydən. Nə  qədər eyni hədiyyələri qəbul eləmək olar. Elə 

həmişə toz-torpaq və günün altında rəngi qaralmış balıqçılar. Onun yerinə  hər kim olsaydı, 

qaytarardı bu hədiyyələri.  

Xəzər eyni zamanda bakılıların çörək ağacıydı. Çünki Bakının, Abşeronun torpağı bir o 

qədər də münbit deyil, yaxşı  məhsulu olmur, yarımsəhralıqdı. Ona görə  də bakılılar gözlərini 

torpaqdan çəkib dənizə dikiblər. Bakılıların çörək ağacı  dənizdə  əkilib; dənizin ta ortasında. Bu 

çörək ağacı çox bərəkətlidi, heç vaxt heç kimi əliboş qaytarmır, bircə  xəzri olmasaydı... Bayaq 

dediyimiz kimi xəzri tez-tez özündən çıxıb dənizdə bitmiş bu çörək ağacını möhkəmcə 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə