Milli Virtual Kitabxananın Təqdimatında


          Yanma bu qədər boş yerə, səndən günəş olmaz



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   2   3   4   5   6   7   8   9   ...   44

  

 

7



          Yanma bu qədər boş yerə, səndən günəş olmaz. 

          Ey şölələnib hər tərəfə nur saçan oğlan. 

 

 

 Çox başqasının qanın içən görmüşəm, ancaq 

          Heç görmədim öz qanını səntək içən oğlan. 

 

          Vaxtın çatıb artıq, daha bir gözdə məkan tut, 

          Dünya kimi gözdən-gözə daim köçən oğlan. 

 

          Sən ki, ölüsən, dəfn eyləyiblər öz içində,  

          Yorma özün, ey qəbri üçün yer seçən oğlan. 

 

          Kim Fəhmini gördü dedi: əhsən hələ sağmış 

          Dünyada cəhənnəm alovundan keçən oğlan. 

 

 

Təngnəfəs olub dayandım, anladım ki, müasir Bakının bu cür nihilist olmasının, öz 



keçmişini udmasının bir səbəbkarı da, elə  mən özüməm, mənim içimdəki tamahdı. Milyonlarla 

dollar alıb  İçərişəhərdə hansısa qədimi binanı  əcnəbilərə satan məmurla,  əlli min dollar alıb 

nənəmin namaz otağını satan mənim aramda zərrə qədər də fərq yoxdur. Fərq olsa – olsa yalnız 

satış obyektinin ölçüsündə və ödənişin miqdarındadır. 

 

 Bu  yazdıqlarım yenə  də kiməsə gülməli görünə bilər. Deyərlər ki, axı darısqal,  şəraitsiz 



həyətlərdə, alçaq evlərdə nə var ki, onların itirilməsi sənə bu qədər təsir edib? Axı sən indi daha 

rahat mənzildə yaşayırsan. Hər cür kommunal şəraitin var, hamamın-ayaqyolun evin içində, 

işığın-qazın normal gəlir, yağış yağanda evin dammır, qonşular gəlib ağzının içinə girmir, hər şey 

yaxşıdır, daha nə istəyirsən? 

Belə düşünənlər bəlkə  də haqlıdır. Mənim indiki şəraitim, həqiqətən də  əvvəlkindən qat-

qat yaxşıdır və əgər nəsə itirmişəmsə də, ondan beş dəfə artığını əldə etmişəm. 

Amma məni bir sual düşündürür - babalarım, nənələrim onilliklər boyu bu darısqal, alçaq 

evlərdə, beş-altı  mənzillik xırda həyətlərdə yaşayırdılar, ayaqyolundan tutmuş süpürgə-

xəkəndazacan hər  şeyləri ümumiydi, bişirdikləri yeməklərdən hamıya paylayardılar, söz-

söhbətlərini biri-birindən gizlətməzdilər, sirr saxlamazdılar, xırda uşaqlar qonşunun evinə 

girəndə heç icazə  də istəməzdilər, birinin qonağı çox olanda o birinin evində yatızdırardılar, 

xalça-palazı, pal-paltarı birgə yuyardılar,  şüşəbəndlərin pərdələrini demək olar ki, heç vaxt 

çəkməzdilər, çünki bilirdilər ki, qonşulardan heç biri keçəndə başını qaldırıb o birinin evinə 

baxmaz, lakin bütün bunlara baxmayaraq, heç kim özünü narahat hiss eləməzdi, ev-eşiyindən, 

şəraitsizliyindən  şikayətlənməzdi, daha artığına nail olmaqçün dəridən-qabıqdan çıxmazdı, 

Allahın yetirdiyinə qane olardı, şükür eliyərdi. Eləcə yaşayardılar özləriyçün sevinə-sevinə, gülə-

gülə; elə gülə-gülə də ölərdilər, şair demişkən.  

Yaxşı, bəs birdən-birə nə oldu ki, ata-babalarımızın qane olduqları, rahat yaşadıqları şərait 

birdən-birə bizə dözülməz gəldi, öz evimizi sıxıntılı, darısqal hesab elədik, daha genişliyə, 

asudəliyə can atmağa başladıq, nəyə görə? Yoxsa onlar avam  idilər, zırramaydılar, yoxsa adam 




  

 

8



kimi yaşamağın yolunu bilmirdilər? Yox, hər  şeyi bilirdilər, çox yaxşı da bilirdilər. Bəs onda 

dəyişən nədir? Nə baş verdi? O baş verdi ki, bizə göstərdilər; görmədiyimiz və görmədiyimizə 

görə  də istəmədiyimiz  şeyləri göstərdilər, bizim içimizdə, ruhumuzun dərinliklərində yatmış 

şeytanı oyatdılar,  tamahımızı  qıcıqlandırdılar. Bizə göstərdilər ki, ayaqyolu evin içində olarsa 

daha rahat olar,  soyuqda, küləkdə həyətə düşməyə ehtiyac qalmaz. Bizim də içimizdəki tənbəlliyi 

qıdıqladılar, biz də qulaqlarımızı sallayıb sözsüz razılaşdıq. Arvad-uşağın gözünün qabağında 

nazikdivavrlı ayaqyoluya girib, onların qulaqlarının dibində min cür bədheybət səslər 

çıxartmaqla arada olan ar pərdəsini götürdük,  özümüz də hiss etmədən ailədəki abır-həyanı 

əldən verdik. 

Bizə  başa saldılar ki mətbəx şüşəbənddə, camaatın gözünün qabağında olanda qonşulara 

iy dəydiyinə görə bişirdiyin yeməklərdən onlara da pay göndərməli olursan, amma dəmir qapılı 

mənzilin dərinliklərində olarsa, heç kim sənin nə bişirdiyindən xəbər tutmaz, qonum-qonşuya da 

pay verməyə ehtiyac qalmaz. Bu dəfə içimizdəki simiclik hissləri yuxudan oyandı, yenə  də 

qulaqlarımızı sallayıb razılaşdıq, bu dəfə səxavətimiz, əliaçıqlığımız bada getdi. 

Bizə öyrətdilər ki, həyət evində yaşayırsızsa, yanınıza gəlib-gedən adamları hamı görür,  

hamı bilir ki, kimin yanına kim gəlir, nə vaxt gəlir, hansı məqsədlə gəlir. Amma bina evində belə 

deyil, hamı öz mənzilinin dəmir qapısını bağlayıb girir içəri və sən də öz evinə kimi istəsən, nə 

vaxt istəsən, nə məqsədlə istəsən gətirə bilərsən, istər oğlan olsun, istər qız  və bundan da heç kim 

xəbər tutmayacaq, heç kim sənin daxili işlərinə burun soxmayacaq. Bu dəfə də içimizdəki şəhvət 

hissləri baş qaldırdı, yenə qulaqlarımızı sallayıb sevinə-sevinə razılaşdıq və heç özümüz də hiss 

etmədən namus-qeyrəti verdik əldən.  

Daha sonra qonaqpərvərliyimiz, mehribançılığımız və başqa xüsusiyyətlərimiz də bala-

bala əriyib getdi. Dönüb olduq beton evlər kimi soyuq, kvadrat məxluqlar. 

Bu yerdə də etiraz edənlər ola bilər, deyərlər ki, hər şey insanın xarakterindən asılıdır simic 

hər yerdə simicdi, avara hər yerdə avaradır, tərbiyəsiz də ki, eynən. Yaşadığı  şərait insanın 

xasiyyətini bir o qədər də dəyişmir. 

Bununla da razı deyiləm, çünki ilk baxışdan adi görünən bir çox faktorlar var ki, onların 

təsiri zahirən sezilmir. Amma bu təsirləri heç vəchlə  nəzərdən qaçırmaq olmaz. Mən də bu 

faktorların bəzilərinə açıqlıq gətirmək istəyirəm.  

Ən  əvvəl mistik-sakral faktora nəzər salaq. Qədim evlərimizin tikintisində  məlum 

məsələdir ki, heç bir texniki vasitələrdən istifadə olunmayıb. Hər daşı, taxtanı  əllə yonub 

düzəldirdilər və tikinti prossesində  iştirak edən hər bir yaradıcı insanın müsbət enerjisi həmin 

daşların, taxtaların bətninə hopur. Beləliklə, bu evlərin hər daşın, taxtanın  ətrafında müəyyən  

mistik aura olur ki, bu da babalarımızın daxili bioenerjisinin bizə  qədər gəlib çatmasına  şərait 

yaradıb.  Əlbəttə ki, bu cür irrassional faktoru bir çoxları  qəbul etməyəcək, amma bu, heç nəyi 

dəyişmir. 

İkinci faktor icma faktorudur. O vaxt insanlar bizim köhnə Bakı həyətlərindəki bir növ, açıq 

mənzillərdə yaşayırdısa, canında bəd xasiyyətlər olanlar da özlərini o birilərinə oxşatmaqdan, 

yazılmamış qanunlara tabe olmaqdan başqa əlacı qalmırdı, çünki bilirdi ki, əks halda bu həyətdə, 

bu məhəllədə rahat yaşaya bilməz. Məsəlçün,  kimsə simicdisə, həyət evində yaşadığından 

şüşəbəndin arxasında biş-düş edirdi, yemək hazırlayırdı, və  təbii ki, bunu qonşulardan gizlədə 

bilmirdi, məcbur olurdu ki, bişirdiyindən iki-üç qab çəkib onlara paylasın. Bir dəfə, iki dəfə, üç 

dəfə və insanın içindəki simiclik hissi islah olurdu, onun yerinə səxavət gəlirdi. Yaxud, öz evini 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə