Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

  

 

17



məmləkətlərə ki, qərbin sivilizasiya mühərriki onların ruhundakı müsəlmançılığı  həzm-rabedən 

keçirtsin və bir burum tüstüyə döndərib üfürsün havaya. 

Bu səbəbdən də, o məmləkətlərdə  təhsil alıb geri dönən cavanlarımız daha nə müsəlman 

olurdu, nə bakılı, nə də ümumiyyətlə türk. Ordan gələn cavanlar din-imanı,  əxlaqı, itirib, ancaq 

savad kəsb edirdilər. Yəni, «intelegent» adlı yeni bir millətin, dinin nümayəndəsinə çevrilirdilər. 

İntelegentlər bizimkilərə yuxarıdan aşağı, oralardakılara isə aşağıdan yuxarı baxırdı. O səbəbdən 

də bizimkilərin başının təpəsini görürdülər, ordakıların ayaqlarının arasını. 

Sonra isə Sovet hökuməti quruldu, «intelegent» millətini «kommunist» tayfası əvəz elədi və 

ümumiyyətlə, Bakıda çox şey dəyişdi. Yerdə qara qızıl, göydə  qızıl bayraq; bir sözlə doşab 

almışdıq, bal çıxmışdı - aşağı qızıl, yuxarı qızıl... 

Bakı tarixində uzundrazlığına görə nöyüt buruqlarıyla bəhsə girən bir məxluq da var ki

onun adına tut ağacı deyərlər. Bizim tut ağacları o qədər uzun olur ki, az qalır başı dəysin Bakı 

tarixinin damına. (Tavanına yox, məhz damına, Bakı tarixinin tavanı yoxdu). Əslində biz tut ağacı 

deyəndə ağ tutu nəzərdə tuturuq, çünki qara tut bir o qədər də iri olmur. (Bəziləri deyə bilər ki, 

çinar ağaclarımız ağ tutdan da uzundur. Bəli, uzun olmağına uzundur, amma Bakı tarixində çinar 

olmayıb, onları sonradan kommunistlər gətirib). Ağ tut ağacları nöyüt buruqları boyda olsalar da, 

onlardan bir fərqi var. Buruq sadəcə uzundur, daha doğrusu uzundrazdır, ağ tut ağacları isə həm 

uzundu, həm də möhtəşəmdi,  əzəmətlidi, vüqarlıdı. Nöyüt buruqları Bakının gələcəyidi, tut 

ağacları isə keçmişi. İlk buruqları əcnəbilər icad eləyib, əcnəbilər qurub, ona görə də buruqlar elə 

əcnəbilərə oxşayır, yəni içi boş olurlar. Tut ağacları isə bizim köhnə kişilərə bənzərlər. 

Məndən olsa deyərdim ki, tut ağacı Bakı tarixinin simvoludur, lakin bir az əvvəl həm öz 

babamı, həm də bizim damlardakı qırı Bakının simvolu elan elədiyimçün tut ağacına yer qalmır. 

Yaxşı bəs onda tut ağacı Bakının nəyi olsun? 

Əşi, atalar üçdən deyib, gəlin dediyim üç şeyin hamısını Bakı tarixinin simvolu hesab edək, 

yəni Bakı tarixinin simvolu qırlı damda bitmiş tut ağacına dırmaşan babamın şəkli olsun. 

Qoy babam Bakının qədimi kişilərinin, qır yeraltı  sərvətlərinin, tut ağacı isə  təbiətinin 

rəmzi kimi çıxış etsin. 

Tut ağacının da xəzriylə münasibətləri gərgindir, çünki xəzri bu ağacın budaqlarını 

sındırır, bəhərini çırpıb yerə səpir, başına toz-torpaq ələyir. 

 

Bakı damlarının aralarından boylanan tut ağacları asfaltı deşib çıxan otlara bənzəsə  də, 



onlar kimi yararsız deyillər. Tut ağacları Bakı tarixinin mədəni, elmi, tərbiyəvi mərkəzləri olub. 

Tut ağacı xırda uşaqlara idman meydançasını əvəz edib – dırmaşıblar, tullanıblar, sallanıblar; tut 

ağacının kölgəsində  şeir-qəzəl, meyxana məclisləri qurulub, arvadlar yığışıb laqqırtı vurub, tut 

ağacının altında gecələr sevgililər görüşüblər, tut ağacına çoxlu mıx çalıb asılqan düzəldiblər və 

s... 

Bakı  kəndlərində tut ağaclarının dövrəsində, adətən, çoxlu əncir  əkərdilər ki, tut 



darıxmasın, darıxsa bəhəri olmaz. Əncir ağaclarının kölgəsində yatmağa uşaqları qoymurlar. 

Guya kim onun altında yatsa, cin-şeytanın hücumuna məruz qalar, yaxud əncir ağacı adamı 

yuxudaykən boğub öldürər. Əncir yarpaqları insan əlinə bənzəyər, elə bil beş dənə barmağı var. 

Çox güman ki, bayaq dediyim fikrin yaranmağı da, əncir yarpağının məhz bu formada olmasıyla 

bağlıdır. Allah bilir, bəlkə  də hansısa köhnə bakılı yüz qram vurandan sonra gəlib yatıb  əncir 

ağacının altında, külək də onun başı üstündəki, yarpaqları tərpədib, bu bədbəxt də yarımyuxulu 




  

 

18



halda gözlərini açanda elə bilib ki, hansısa naməlum bir məxluq yaşıl əllərini uzadıb onu boğmaq 

istəyir və elə bilib ki, əcinnələr ona hücum edir. Bundan sonra da, hər yana səs salıb ki, bəs, əncir 

ağacının altında kim yatsa, cin-şeytan onu boğacaq, mən özüm canımı güclə qurtardım. 

Əncir ağacını əhatə eləyən bu mistik aura ona gətirib çıxarıb ki, tut ağacından fərqli olaraq, 

onun gövdəsini heç kəs asılqana döndərməyib. Bəlkə də məsələ əncir ağacının pota olmasındadı. 

Əgər o da tut ağacları kimi hündür olsaydı, camaat heç mövhumata-filana fikir verməzdi, bir 

ovuc yüzlük mıxı çalardılar birbaşa onun mistik aurasına və həyətdəki artıq şeyləri asardılar bu 

iri mıxlardan. 

Hə, beləliklə, gəlib yetişdik Bakı tarixinin ən qəribə  və  əcaib bir nöqtəsinə, yəni mıx 

məsələsinə. Bakı kişilərinin, ələlxüsus yaşlı nəslə mənsub bakılıların çox əndrabadi bir adəti var; 

həyətin dər-divarında  taxtadan düzəlmiş  nə varsa, hamısının üstünə  mıx vurub oradan nəsə 

asmaq. Və Bakı  həyətlərinin demək olar ki, hamısında tut əkildiyinə görə, mıxlardan çoxusu, 

məhz bu ağacların payına düşür. 

Canlı asılqana dönmüş tut ağacları  bədəninə oxlar sancılmış xristian apastollarına oxşayır 

(mən bu övliyaların  şəkillərini Avropa İntibah dövrü rəssamlarının albomlarında görmüşəm və 

uşaq vaxtından belə tablolara baxaraq fikirləşirdim ki, görəsən, bu oxları, nizələri yazıqların 

bədəninə elə belə sancıblar, yoxsa çəkiclə vurublar). Şükürlər olsun ki, o vaxt şəhid apastolların 

bədəninə sancılmış oxlardan nəsə asmaq heç kimin ağlına gəlməyib, ya da asmağa bir şeyləri 

olmayıb. 

 Amma onu deyim ki, əgər həmin müqəddəs apastolları iyirmi-otuz il bundan əvvəl 

Bakının köhnə  həyətlərindən birində çarmıxa çəkib oxlasaydılar, bakılılar heç vəchlə bu fürsəti 

əldən verməzdilər; müqəddəsliyə-filana  əhəmiyyət vermədən biri gəlib oxdan dəmir vanna 

asardı, biri maşın pakrışkası, bir ayrısı da mis aftafa. Sonra da səhər tezdən hansı birisə qarnını 

sıxıb rahatxanaya qaçanda görərdi ki, asılqanın yeri boşdur, müqəddəs apastol  də, mis aftafa 

qarışıq qeybə çəkilib. 

Hər nədisə xristianların bəxti gətirib... 

Harasa mıx vurmaq bakılıların nəzərində çox ali bir fəaliyyət növüdür. İnsan  hansısa bir 

obyektə  mıx vurub oranı asılqana döndərməklə, sanki təbiətə  və hökumətə meydan oxuyur. 

Məsəlçün, tut ağacına mıx vuranda fikirləşir ki, təbiət bunu ağac kimi xəlq eləsə  də, mən onu 

asılqana döndərirəm, deməli, təbiətə qalib gəlirəm, əjdahayam, məndən  yoxdu. 

Köhnə Bakı  həyətlərindəki bütün tut ağaclarının və başqa taxta predmetlərin asılqana 

dönməsinin bir səbəbi də darısqalçılıqdır. Kiçik həyətlərdə artıq şeyləri yığmaqçün ayrıca anbar 

tikmək imkanı olmadığından, adamlar məcbur olur əli çatan yerlərə  mıx çalıb nəyi varsa ordan 

assın. 


Bakının tipik köhnə  həyətlərindən birini təsvir edək: qalın taxta qapını açıb dörd-beş 

ailənin yaşadığı 40-45 kv.m-lik həyətə daxil oluruq. Həyət qapısının arxasına vurulmuş mıxlardan 

bir burum rezin şlanq (xalça –palaz yumağçün), uşaqların düzəltdiyi «samokat» və bir neçə ədəd 

naməlum dəmir-dümürlər asılıb. Keçirik bir az qabağa. Həyətin sağ küncündəki taxta 

rahatxananın  divarına vurulmuş  mıxlardan aftafa , süpürgə, xəkəndaz  və iki ədəd plasmas 

vanna sallanıb. Hə, Həyətin ortasında isə iri bir tut ağacı. Tut ağacının asılqana dönmüş 

gövdəsindən velosiped təkəri, balta, mişar,  şvabra,  və s . məişət predmeləri yellənir. Bütün 

mənzillərin qapılarının enli çərçivələrindəki mıxlara da kartof-soğan dolu kapron setkalar 

keçirilib. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə