Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

  

 

19



Kənardan baxanda Bakı tarixi özü elə möhtəşəm bir asılqandır. Daha kimlər asılmayıb bu 

asılqandan… Sisyanovdan tutmuş Rastrapoviçəcən. Bakı tarixindəki mıxlardan o qədər  şey 

asıblar ki, qorxuram onların ağırlığına tab gətirməyə, parça-parça olub tökülə yerə. Onda vay biz 

bakılıların halına. Hər  şey  əlimizdən alınandan sonra, daha özümüzü asmağa da, yerimiz 

olmayacaq. Məcbur olub öz ah-fəryadımızdan sallanacağıq. Ona da ki, heç etibar yoxdur. 

Asılmağa qalanda Bakı tarixindən  ən möhkəm asılan  şey Qız qalasıdır.  İndiyəcən 

müəmmalı qalır ki, Bakı tarixi bu boyda zırıltını necə saxlaya bilib və necə olub ki, indiyəcən bir 

dəfə də qırılıb düşməyib. Amma nə yaxşı ki, qırılıb düşməyib, yoxsa bütün bakılılar Qız qalasının 

altında qalası olardılar, yəni əzilib xingala dönərdilər. 

Bakılılarçün Qız qalası adlı bir zad, ümumiyyətlə, mövcud deyil. Kubinka var, 

Çəmbərəkənd var, İçərişəhər var, Axund hamamı var, amma Qız qalası yoxdur. Qəribədi, Bakı 

tarixinə ekskursiyaya çıxanlar ilk növbədə Qız qalasının seyrinə dalır, içinə girir, daş-divarına əl 

sürtür, təpəsinə çıxır. Bakılılarsa, hətta qalanın yanından keçəndə də, bircə dəfə də olsun başlarını 

qaldırıb yuxarı baxmırlar. Bakılılar binayi-qədimdən yerəbaxan adam olublar, göyə çox baxmağı 

xoşlamayıblar, çünki adam yuxarı çox baxanda papağı düşəcək yerə, qalacaq ayaq altında. 

Qız qalası bakılılarçün ona görə yoxdur ki, bu qalanın nə funksiyası, nə tikilmə tarixi, nə də 

əcaib görkəmindən bu vaxtacan baş aça bilməyiblər. Rasional adamlar olduqlarına görə, 

mahiyyətini dərk edə bilmədikləri bir şeyi təbii ki, mövcudatın bir zərrəsi kimi qəbul etmirlər. 

Heç kim bilmir ki, bu zırıltının adını nəyə görə Qız qalası qoyublar. Biri deyir ki nə vaxtsa  

bir qız özünü yuxarıdan tullayıb aşağı, bir ayrısı belə bir fərziyyə irəli sürür ki, zərdüştlər 

meyitləri bunun təpəsinə düzürmüşlər, bir sözlə, hamı  ağzına gələni danışır.  Şəxsən mənim 

ağzıma gələn budur ki, bu qalanı əhatə edən pərdeyi-əsrar (yəni sirr pərdəsi) hələ də cırılmamış 

qaldığına görə, elə adını da Qız qalası qoyublar, başqa sözlə desək, qala qız qalıb, sirri açılmayıb, 

qalanın sirri öz bakirəliyini saxlayıb.  Əgər bu sirri, nə vaxtsa,  kimsə aça bilsə, yəni onu əhatə 

edən sirr pərdəsi parçalanıb dağılsa, onda biz də bu qalanın adını dəyişib qoyarıq «Arvad qalası». 

 

Qız qalası  Xəzərlə yaxın rəfiqə olublar, söhbətləri tutub, çünki hər ikisi bakirədir və  hər 



ikisi də qız qarıyırlar.  

Bir vaxtlar bu iki rəfiqə lap yaxın idilər, aralarından yel də keçmirdi.  Hər gün qucaqlaşıb 

birgə yatardılar. Lakin sonralar camaat bu iki qız uşağının belə isti münasibətlərində lesbiyanlıq 

əlamətləri olduğundan şübhələndiyinə görə, onları bir-birindən ayırmaq qərarına gəldilər  və Qız 

qalasıyla Xəzərin arasında əntiqə bir bulvar tikdilər. 

Bulvar Bakının dodağıdır, ya da dodaqlarıdır. Yox, yenə düz olmadı, axı bulvar bir 

dənədir, onda belə deyək, bakının cəmi bir dodağı var, o da bulvardır. Bakı birdodaqlı şəhərdir, 

həm də yaman enlidodaqdır. Təyyarədən baxanda adama elə  gəlir ki, şəhər başını sahilə qoyub 

acgözlüklə dənizin şor suyunu içir (yəqin şor su ilə şollar suyunu səhv salıb). Məncə, əcnəbilər də 

məhz elə bundan istifadə ediblər; Bakı başını sahilə qoyub su içən zaman tullanıb miniblər 

boynuna. Həm də, elə möhkəm miniblər ki, indiyəcən düşürdə bilmirik, bəlkə də heç düşürtmək 

istəmirik. Bəlkə də düşürtmək istəyirik, amma böyüklər qoymur, çünki əcnəbiləri boynumuzdan 

endirməyi tələb edən qara camaatdan fərqli olaraq böyüklərimiz ağıllıdırlar, bilirlər ki bu 

qurumsaqlar (yəni  əcnəbilər) mindikləri yerdən hələm-hələm düşən deyillər,  əgər məcburi 

surətdə düşürtməyə  cəhd eləsək, yapışdıqları yeri iti dırnaqlarıyla cırıb-dağıdacaqlar.  Əsl gənə 

kimi. O səbəbdən də, gərək səbr edək, gözləyək ki, nə vaxt istədikləri qədər qan sovurub 




  

 

20



doysunlar, onda bəlkə öz xoşlarıyla belimizdən düşdülər. Lakin şəxsən mən başqa  şeydən 

qorxuram. Qorxuram ki, belimizdən düşən  əcnəbilər gedəndə öz yerlərini başqalarına 

tapşırsınlar. Yəni biri belimizdən düşən kimi, yubanmadan bir ayrısı  minsin.  

Amma bu artıq ikinci fraqmentin mövzusudur. Hələliksə, Bakıya yağış yağır, yuxarı 

məhəllələrin bütün toz-torpağını yuyub aparır dənizə. Sudan gələn suya gedər; yağışdan gələn 

dənizə… 


 

 

İnsan deyiləm, indi bunu anlamışam mən, 



 

Eşq adlı buluddan süzülən bir yağışam mən,  

 

 

 

 

şıltaq yağışam mən. 

 

 Yağdırsa da çirkabə məni qarə buludlar,  

 

Qəlbimdəki şəffaflığımı saxlamışam mən,  

    çünki 

yağışam mən. 

 

 

Hər gün döyürəm pəncərəsin sevgili yarın, 

 Yox 

ayrı yolum ki, ona dərdim danışam mən, 

    dilsiz 

yağışam mən. 

 

 

İsbat eliyə bilməyirəm eşqimi heç cür, 

 

Mümkün ki deyil eşqin oduna alışam mən, 

    çünki 

yığışam mən. 

 

 Yarın evinin dövrünü dəryayə çevirdim,  

 Çox 

şükr, rəqibin yolunu bağlamışam mən, 

 

 

 

 

qısqanc yağışam mən. 

 

 Yağsam da yerə, göylərə qaytar məni, ya rəbb,  

 Torpaqlara 

biryolluğa qoyma qarışam mən, 

    çünki 

yağışam mən. 

 

 

Fəhmi, mənim eşqim ola bilməz ki, tükənsin, 

 

Eşq aldı buluddan süzülən bir yağışam mən,  

 

 

 

 

bitməz yağışam mən. 

 

 



 

 

 



İkinci fraqment 

 

Birinci fraqmentimiz əcnəbilərlə başa çatmışdı, daha doğrusu başa çatmamışdı, yarımçıq 



qalmışdı, çünki başımız qarışdı bəzi-bəzi vacib işlərə, yazı qaldı başlı-başına, yəni yiyəsiz, detdom 

uşaqları kimi. Elə ona görə də, bu yazımızın başı  keçəl kimi görünür,  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə