Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   2   3   4   5   6   7   8   9   ...   44

  

 

11



Bakının tarixi adamın bütün içini yeyir. Yox, bəlkə  də yemir; hə, belə daha səhih olar, 

yemir, dişləyib qopardır adamın içini, bir az çeynəyir, diliylə o yan-bu yana fırladır, ağzının 

suyunda isladır, büzüşdürür, boğur, sonra da, tüpürür bayıra. Adamın içi şappıltıyla yapışır 

dığır-dığır asfaltın üstünə, başlayır asfaltın istisində  qıcqırmağa. Axırda da, yoldan ötənlərin 

birinin ayaqqabısının altına yapışıb gedir gəzməyə, ta ki, həmən ayaqqabı yağışa düşüb 

təmizlənənə qədər sülənir özüyçün. 

Bakının tarixi vampir kimi şeydir. Vampir adamın qanını sorur, Bakının tarixi adamın içini. 

Hərdən doymayanda çölünə keçir, aramla onu da, həzm-rabedən keçirir. 

Bakının tarixi həm vampirə oxşayır, həm də, mənim babama. Əslində, babam özü elə Bakının 

tarixidi, ya da əksinə, Bakının tarixi elə mənim babamdı - bunun bir o qədər fərqi yoxdu. Bakının 

tarixi deyəndə gözümün qabağına həmişə babam gəlib: o da, heç vaxt meyvəni bütöv yeməzdi, 

çeynəyib suyunu udandan sonra puçalını tüpürərdi bayıra. Bəlkə, bu, sadəcə assosiasiyadır, 

həqiqətə dəxli yoxdu, bəlkə də var. 

Babam Bakı tarixinin təzahürüdür, simvoludur; babamın dişləri yox idi, protez taxardı, 

hərdən protezini qarışqa da basardı. Axırda babama başa saldılar ki, dişi, daha doğrusu protez 

dişləri suyla dolu stəkanda saxlamaq lazımdır. Kişi bu məsləhətə  əməl edəndən sonra babamın 

dişləri qarışqa yaylağı olmağı  tərgitdi. Çünki, qarışqalar amfibiya deyil, suyla dolu stəkanın 

dibinə enə bilmirlər, boğulurlar. 

Bakı tarixinin də dişləri tökülüb. Əgər tökülməsəydi, belə bədbəxt, miskin günə qalmazdı, 

ona təcavüz edənləri canavar kimi didib parçalardı, daha mənim kimi bifər müdafiəçilərin 

ümidinə qalmazdı. 

Babamın Bakı tarixindən fərqi bircə ondaydı ki, kişinin binayi-qədimdən qırdan xoşu 

gəlməzdi.  Bakı isə qırı hədsiz dərəcədə sevirdi. Dünyada ikinci elə bir şəhər yoxdu ki, qıra Bakı 

qədər məhəbbət bəsləsin. Dünyadakı  şəhərlərin çoxusu, ümumiyyətlə, qır nə olduğunu bilmir. 

Bilmir, heç öyrənmək də istəmir. Heyif, gərək öyrənəydilər, çünki atalar deyib: « Bilməmək ayıb 

deyil, bilməyib öyrənməmək ayıbdı.» 

Onlar (yəni dünyanın başqa  şəhərləri) örtük kimi şifer, kirəmit, allüminium təbəqələr, nə 

bilim, ayrı şeylər işlədir. Bakının tarixi isə bu məqsədlə ancaq qırdan istifadə eliyib. Bakının tarixi, 

öz içində saxladığı evlərin, dükanların, qarajların, ambarların, hətta ayaqyoluların hamısının 

damını qırla örtüb.  

Qır Bakının mənəvi dəyərlərindən, sərvətlərindən biridir. Yox, biri deyil. Qır Bakının 

yeganə maddi-mənəvi sərvətidir. Niyə? Çünki qır neftayırma zavodlarında neftdən benzin, 

kerasin düzəldilən zaman yerdə qalan artıq-əskik zir-zibillərdən əmələ gəlir. Yəni, neftin içindən 

benzini çıxardırlar, kerasini çıxardırlar, mazutu çıxardırlar, bunlar neftdən ayrılandan sonra yerdə 

qalır saqqız kimi qatı, ağır bir məhsul ki, buna da qır deyirlər.  Əgər Bakı tarixi müasir gənclər 

kimi gecə-gündüz saqqız çeynəmək fikrinə düşsəydi, yəqin ki, ağzından qır-saqqız əskik olmazdı.   

Başqa ölkələrdə bu qır ancaq yollara çəkməkdən ötrü istifadə olunur. Qırı göndərirlər 

zavoda, ona bir az çınqıl, xırda daş, nə bilim, sonra nələr vurub eliyirlər asfalt, gətirib yaxırlar 

yollara. Düzdü, bizdə də asfalt olub. Lakin asfalt salmazdan əvvəl bakılılar həmən qırı evlərinin 

damına yaxmağı öyrəniblər.  

Evlərin damına şifer vurmaq yaramır, çünki Bakının xəzrisinə şifer tab eləmir, yavaş-yavaş 

mismarlarını boşaldır, sonra da damdan alıb yerə çırparaq sındırır. Rus «izbuşkaları» kimi taxta 

damlar da eləmək olmur, çünki Bakının dövrəsində o qədər meşə yoxdur ki, taxta-şalban da bol 



  

 

12



olsun. Bizdə bol olan bircə qırdı, qap-qara qır. Bakı tarixinin, bakılıların yeganə sərvəti. Yox, neft 

yox, qır, məhz qır. Çünki Bakı neftindən  əmələ  gələn kerasini də, benzini də  əcnəbilər daşıyıb 

aparıblar öz maşınlarına yedizdirməyə. Bakıya və bakılılara qalan bircə bu qır olub, onu da 

götürüb yaxıblar evlərinin damlarına ki, barı yağışın, qarın qabağını alsın. 

Bakının damları cəhənnəmə gedən asfalt yolu xatırladır, fəqət, bu, bütöv bir yol zolağı yox, 

yolun qayçılanıb doğranmış formasıdır. 

Bakının tarixi qara, qır damlardan ibarət mozaikadır. Məncə bizim torpağın altından neft 

yox, elə qır çıxsaydı, daha yaxşı olardı, əcnəbi qurumsaqlardan canımız qurtarardı. 

Maraqlıdır, görəsən neftin emalından sonra artıq qalan zir-zibili, qara-qura saqqızı evlərin 

damına yaxmaq kimin ağlına gəlib? Başqa sözlə desək, Bakının ilk qırçısı kim olub? Və görəsən bu 

adam bilibmiş ki, dünyanın  ən böyük kəşflərindən birini eliyib? Yəqin ki, bilib. Bakılılar nə 

elədiyini bilən adamlardı.  

Bakı tarixi qır iyi verir, ...ya da əksinə, qırdan Bakı tarixinin iyi gəlir.  Ələlxüsus yayda, 

günortalar gün qırı qızdırıb yumşaq saqqıza döndərəndə. 

Yayda, günün günorta çağı, Bakı damlarına çıxmaq olmaz, çünki ayaqqabıların altı da 

neftdən  əmələ  gələn rezindən düzəlir və iki əmioğlu bir-biriylə elə qucaqlaşır ki, yayda, günün 

günorta çağı bizim damlara çıxan adam öz ayaqqabıları ilə vidalaşmalı olur. Ayaqqabıların qara 

altlığı yapışır qıra, heç cür qopmur.  

Qır da Bakı tarixinin simvoludur. Bakı isə çox kinlidir, qəzəblidir, öz tarixinin simvolunu 

tapdayanları sevməz, cəzalandırar. 

Gecələr Bakı damlarına çıxmaq olar, çünki qaranlıqda damın qırı ayaqqabı altlığına 

çevrilmiş rezin əmioğlusunu tanımır, ona görə  də bağrına basıb qucaqlamır. Bakıda kimsə, nə 

səbəbdənsə yay aylarında dama çıxmaq istəsə, bunun üçün mütləq gecəni gözləməli olurdu. 

 

Bakı  qırının üzü üzlər görüb. Ən çox gördüyü isə  xəzrinin üzüdür. Külli kainat dörd 



ünsürdən ibarətdir; ab, atəş, xak, bad. Yəni, su, od, torpaq, hava. Torpaq Bakıya öz içindən 

çıxartdığı  qırı  bəxş eliyib, hava isə  xəzrini. Xəzri ilə  qır eyni vaxtda yaranıblar - biri torpağın 

içində, biri də üstündə. Qırı torpaqdan çıxarıb atıblar havaya, amma havanı torpağın içinə soxan 

olmayıb. Ona görə  qır xəzridən aşağıda məskunlaşmasına baxmayaraq ondan bir mərtəbə 

üstündür.  

Bakının tarixi qara-boz naxışlı xalçadır. Qara naxışlar qırlı damlardır, boz naxışlarsa 

xəzrinin səpələdiyi toz-torpaq. Toz-torpaqla damların qırı üzvi vəhdətdədir. Qır Bakı tozundan 

özünə yorğan düzəltməyi yaman sevir. Əfsuslar olsun ki, bu yorğan o qədər də, davamlı deyil, 

yağış yağan kimi parça-parça olur.  

Yox, Bakı tarixini təkcə qara-qura xalçaya bənzətmək düz olmaz. Çünki arada şüşəbənd 

məsələsi var. Başqa sözlə desək, Bakı tarixi qara-boz xalça, şüşəbəndlər isə onun şahmat taxtasını 

xatırladan güzgüsüdür. Sadəcə, bu taxtada bütün xanalar eyni rəngdədi - şüşə  rəngində, yəni 

şəffaf. Bu şüşənin o biri tərəfində bakılıların təsbehləri görünür. 

Şüşəbəndlərin də  qırdan xoşu gəlmir. Damları  qırlayanda mütləq isti qırın bir hissəsi 

damın qırağından axıb  şüşələrin üstünə tökülür, onları  ləkələyir, bu da ki, şüşəbəndə  qıra qarşı 

çox mənfi münasibətın yaranmasına gətirib çıxarıb. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə